MühaziRƏ 8 Standartlaşdırmanın metodiki əsasları


Üstün tutulan ədədlər sistemi



Yüklə 108 Kb.
səhifə2/3
tarix28.06.2022
ölçüsü108 Kb.
#62441
1   2   3
Muhazir 8 (1)

Üstün tutulan ədədlər sistemi.
Müasir standartlaşdırmanın nəzəri bazasını üstün tutulan ədədlər sistemi təşkil edir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, əgər hər hansı parametrin (məhsuldarlığın, sürətin, dövrlər sayının, gücün, təzyiqin, ölçülərin) seçilməsi zamanı elmi əsaslandırılmış müəyyən ədədlər sırasından istifadə edilərsə, onda yaradılan məmulat onunla əlaqəli olan digər məmulatlara uyğunlaşdırılmış olar: məsələn, elektrik mühərrikləri texnoloji avadanlıqlarla, yükqaldırıcı qurğularla; metalkəsən dəzgahların stolları onların üzərində qurulan tərtibatlarla və s.
Məmulatların parametrik sıralarının standartlaşdırılması üstün tutulan ədədlər sistemindən istifadəyə əsaslanır. Belə ki, parametrik sıraların işlənib hazırlanması standartlaşdırılan qiymətlər sistemində vahid qanunauyğunluğun müəyyən edilməsini tələb edir. Bu, üstün tululan ədədlər sırasının yaradılması ilə həll oluna bilər. Bu ədədlər sırası yaradılan məmulatların ölçülərini və parametrlərini geniş unifikasiya etməyə imkan verir.
Təyinatına görə üstün tutulan ədədlər sırası aşağıdakı tələblərə cavab verməlidir:

  • istehsalatın və istismarın tələblərinə cavab verən rasional dərəcə sistemini təmsil etməlidir;

  • ədədlərin artması və azalması istiqamətlərində sonsuz. olmalıdır;

  • sıranın hər bir ədədinin on dəfə artıq qiymətini və ya kəsr qiymətini sırada ardıcıl yerləşdirməlidir;

  • sadə və asan yadda qalan olmalıdır.

Məmulatların qarşılıqlı əvəzolunma səviyyəsini yüksəltmək və nomenklaturasını azaltmaq, zavodların səmərəli ixtisaslaşması və kooperasiyası üçün şərait yaratmaq, həmçinin unifıkasiya və standartların işlənib hazırlanması zamanı məhsulun ucuzlaşdırılması məqsədi ilə üstüntutulma prinsipini tətbiq edirlər. Bu prinsipə əsasən standartlaşdırılan parametrlərin bir neçə (məsələn, üç) sıralarını elə qururlar ki, onları seçən zaman birinci sıra ikinciyə nisbətən üstün tutulsun, ikinci sıra isə üçüncüyə görə üstün tutulsun. Bu prinsiplə metrik yivlərin diametrlərinin və addımlarının sıraları, normal bucaqların sıraları, hamar silindrik birləşmələrin müsaidələri vo oturtmaları üçün sıralar və s. qurulmuşdur.
Üstün tutulan ədədlər sırası ədədi və həndəsi silsilə şəklində qurula bilər.
Ədədi silsilədə sıranın iki qonşu ədədlərinin fərqi həmişə sabitdir. Məsələn:
1;2; 3; 4; 5; 6;...
15; 25; 35; 45; 55; 65; ...
Ədədi silsilənin müsbət cəhəti odur ki, silsilə sadədir, ədədlərin yuvarlaqlaşdırılmasını tələb etmir. Bununla yanaşı, onun mənfi cəhəti də vardır ki, o da nisbi bərabərsizlikdir. Burada ədədlər arasında mütləq fərq sabit olduğuna görə sıra artdıqca nisbi fərq kəskin azalır. Tutaq ki, sıra aşağıdakı kimidir:
10; 20; 30; 40; 50; 60; 70; 80; 90; 100.
İki qonşu ədədlərin nisbətinə baxaq.
20/10=2; 30/20=1,5; 40/30=1,3; .... ; 100/90=1,1.
Ədədi silsilənin bu xassəsi onun istifadə olunmasını məhdudlaşdırır. Lakin buna baxmayaraq, bəzi hallarda pilləli ədədi sıralardan da istifadə olunur ki, burada silsilənin ayrı-ayrı yerlərində qonşu ədədlər arasındakı fərqlər müxtəlifdir. Məsələn, metrik yivlərin diametrlərinin sıraları:
1; 1,1; 1,2; 1,4; 1,6; 1,8; 2; 2,2,....3; 3,5; 4; 4,5, ...,145; 150; 155; 160 və s.
Üstün tutulan ədədlər sırasının qurulmasında həndəsi silsilədən geniş istifadə edilir. Bu sıranın üstün cəhəti odur ki, istənilən qonşu ədədlərin nisbi fərqi həmişə sabitdir. Silsilənin bu xassəsi onun geniş tətbiqinə imkan verir. Aşağıdakı həndəsi silsiləyə baxaq.
1; 2; 4; 8; 16; 32; 64, ...
Bu silsilənin iki qonşu ədədinin nisbəti silsilənin vuruğu adlanır və ilə işarə olunur.
Həndəsi silsilələr böyük praktiki əhəmiyyəti olan aşağıdakı mühüm xassələrə malikdir:

    1. İki qonşu həddin nisbəti həmişə sabitdir və silsilənin vuruğuna bərabərdir:

.

    1. Silsilənin hər hansı iki həddinin hasili və ya nisbəti həmin silsilənin həddinə bərabərdir:

2x4=8; 8x4=32; 16/2=8; 8/2=4; 32/4=8 və s.

    1. Silsilənin istənilən həddinin tam müsbət və ya mənfı qüvvətə yüksəldilməsinin nəticəsi həmin silsilənin həddinə bərabərdir:

və s.
Həndəsi silsilənin bu xassələrinə uyğun olaraq, hədlərin hasili və ya onların tam qüvvətə yüksəldilməsi nəticəsində alınan asılılıqlar həmişə sıranın qanunauyğunluğuna tabe olur. Məsələn, əgər sıra xətti ölçülərdən ibarətdirsə, onda bu xətti ölçülərdən təşkil edilən sahələr və ya həcmlər də həmin sıranın qanunauyğunluğuna tabe olacaqdır.
Maşınqayırma sənayesində ən geniş yayılmış həndəsi silsilə 1 ədədindən başlayır və onun vuruğu - dır. Burada n qüvvət göstəricisidir. O, həm də sıradakı hədlərin sayını göstərir. n-in qiyməti 5,10,20,40,80 və ya 160 – a bərabər qəbul edilmişdir.
Üstün tutulan ədədlər sırası ilk dəfə olaraq fransız mühəndisi Şarl Renar tərəfindən yaradılmışdır. O, 1877-1879 – cu illərdə aerostat qurulması sahəsində çalışarkən kanatlar sortamentlərini işləyib hazırladı. Ş.Renar həndəsi silsilənin üstünlüyünü nəzərə aldı və kütləsi a, uzunluğu 1m olan kanatı əsas götürərək, sıranın hər beşinci həddinin 10 dəfə artmasını təmin edən silsilə vuruğunu qəbul edərək ədədlər sırasını tərtib etdi.
, buradan
Vuruğun köməyi ilə aşağıdakı sıra alındı:
,
buradan

Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin