Azərbaycanda


İqtisadiyyatın inkişafında bankların rolunun artırılması və AR-nın Mərkəzi Bankının Pul, məzənnə siyasəti.Monetar şərait



Yüklə 56,67 Kb.
səhifə7/9
tarix02.01.2022
ölçüsü56,67 Kb.
#41552
1   2   3   4   5   6   7   8   9
mustafa

İqtisadiyyatın inkişafında bankların rolunun artırılması və AR-nın Mərkəzi Bankının Pul, məzənnə siyasəti.Monetar şərait.


Respublikada aparılan uğurlu islahatlar nəticəsində son illər ərzində ölkədə yüksək makroİqtisadi dinamika və işgüzar fəallıq İqtisadiyyatda kreditə olan tələbatı artırmış, artan tələbata uyğun şəkildə bank sistemi kredit resurslarının təklifini xeyli genişləndirmişdir.

2015-ci il ərzində xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində Mərkəzi Bank idarə olunan üzən məzənnə rejiminə keçidi təmin etmişdir.

2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilmişdir.

Xarici valyuta təklifinin azalması ilk növbədə neftin dünya qiymətinin aşağı düşməsi və tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı xarici valyuta gəlirlərinin aşağı düşməsilə izah olunur. Xarici valyuta gəlirlərinin aşağı düşməsi şəraitində dövlət xərclərinin əsas mənbəyi olan neft gəlirləri üzrə transfertlərin əhəmiyyətli azaldılması müşahidə olunmuşdur.

Xarici valyutaya tələbin kəskin artması isə əsasən dollarlaşmanın yüksəlməsi ilə izah olunur. Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirmiş və dollarlaşmanın yüksəlməsinə səbəb olmuşdur.

Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri- nağd seqmentlərində özünü büruzə vermişdir.

İl ərzində banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilə nəzərən 47.4% artaraq 8.8 mlrd. $ təşkil etmişdir. 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, Avronun isə 29%-i ilin I rübündə satılmışdır

Valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixində ABŞ dollarının manata qarşı məzənnəsinin 1.05 AZN səviyyəsində müəyyən edilməsi haqqında qərar vermişdir. Eyni zamanda məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanmışdır.

Fevral devalvasiyası və yeni əməliyyat mexanizminə keçiddən sonra valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmağa başlamışdı. 2015-ci ilin may-iyul aylarında Mərkəzi Bank müəyyən həcmdə valyuta alışları da həyata keçirmişdi.

Lakin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarında təzyiqi yenidən artırmış, manatın məzənnəsinin dəyişməsi gözləntilərini yüksəltmişdir. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyaların milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsirləri güclənmişdir. 2014-cü ilin əvvəlindən etibarən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi tempi 100%-i ötmüşdür.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etmişdir. Bunu nəzərə alaraq 21 dekabr 2015- ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. Bu qərar manatın məzənnəsinin valyuta bazarındakı konyunktura uyğun yeni səviyyədə formalaşmasını şərtləndirmişdir.

Qeyd edək ki, yeni məzənnə rejiminə keçidlə əməliyyat çərçivəsi olaraq ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti mexanizminin tətbiqinə son qoyulmuşdur.

Yeni rejimin tətbiqindən sonra Mərkəzi Bankın valyuta bazarına müdaxilələri əhəmiyyətli azalmışdır.

Ümumilikdə, 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları 8.4 mlrd.$ təşkil etmişdir.

2015-ci ilin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 5 mlrd. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın xarici valyuta ehtiyatları manatla geniş pul kütləsinin (M2) 90.3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olmuşdur.

2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılmışdır. Hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir. Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısırn almağa yönəldilmişdir. Banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür.

“Üzən məzənnə” rejiminin ən böyük üstünlüyü odur ki, o, qlobal şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin məzənnə vasitəsilə neytrallaşmağına imkan verir. Eyni zamanda yeni rejim daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Üzən rejimə keçid məzənnənin tarazlı səviyyəsinə nail olmağa imkan verir.

Məzənnə siyasətində və məzənnə rejimində baş verən dəyişikliklər şəraitində hesabat ilində manat əksər ölkələrin valyutalarına nəzərən ucuzlaşmışdır.

2015-ci il ərzində manata qarşı ABŞ dolları 98.8%, Avro isə 79% bahalaşmışdır.


İkitərəfli məzənnələrin dəyişimi çoxtərəfli məzənnələrin də dinamikasını şərtləndirmişdir. Qeyri-neft sektoru üzrə manatın nominal effektiv məzənnə indeksi 23.3% aşağı düşmüşdür.
Qeyri-nefl sektoru üzrə qeyri-neft ticarət çəkili real effektiv məzənnə indeksi 23.5% aşağı düşmüşdür. Qiymət fərqləri real effektiv məzənnəyə 0.2% azaldıcı təsir göstərmişdir.


Yüklə 56,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin