Azərbaycanin Avropa dövlətləri ilə xarici siyasəti



Yüklə 1,64 Mb.
tarix28.04.2023
ölçüsü1,64 Mb.
#104396
Azərbaycan - Avropa İttifaqı münasibətləri

Azərbaycan - Avropa İttifaqı münasibətləri

Fən: Siyasi Coğrafiya

Fakultə:Regionşunasliq və iqtisadiyyat fakultəsi

Müellim:Sevinc Burziyeva

Tələbə:Hüseynov Natiq

Azərbaycanın xarici siyasəti neden məhdudlaşır?

  • Azərbaycanın xarici siyasəti — Azərbaycan dövləti xarici məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Azərbaycan - Avropa İttifaqı münasibətləri bugunki gundə nə yərdədir?

  • Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.
  • Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır.

Tərəfdaşlıq Prioritetləri

  • Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan – Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir.
  • Tərəfdaşlıq Prioritetləri aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı ehtiva edir 

  • Qurumların gücləndirilməsi və yaxşı idarəçilik
  • İqtisadi inkişaf və bazar imkanları
  • Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti
  • Yerdəyişmə və insanlar arasında əlaqələr

Ali səfərlər

  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri, 6 fevral 2017-ci il
  • Şərq Tərəfdaşlığı 5-ci Zirvə toplantısı, 24 noyabr 2017-ci il, Brüssel şəhəri
  • Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyinə həsr olunmuş Şərq Tərəfdaşlığı ölkələrinin Dövlət Başçılarının şam yeməyi və yüksək səviyyəli konfrans, 13 may 2019-cu il, Brüssel şəhəri;

Aİ və Azərbaycan arasında imzalanmış ikitərəfli sənədlər

  • Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)
  • Saziş 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Sənəd Avropa İttifaqı (Aİ) ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir və əməkdaşlığın formatını müəyyən edir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. 

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu

  • Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu
  • 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanmışdır. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. Sənəddə 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi bildirilir: 

    • Enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması;
    • Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi;
    • Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması;
    • Texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə

  • Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə
  • 13 yanvar 2011-ci il tarixində Bakı şəhərində imzalanmışdır. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər Şah Dəniz-2 və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit edir

Viza Sadələşdirilməsi və Readmissiya Sazişləri

  • Viza Sadələşdirilməsi və Readmissiya Sazişləri
  • Azərbaycan Respublikası və Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanmışdır. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmişdir.

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRƏM!!!


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin