Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
#16978
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Cümhuriyyəsi 
tərəfindən 
tələb 
vukuunda 
Hükumət-i  Osmaniyyə  intizam  və  asayiĢ-i 
daxiliyyənin  təmin  və  iadəsi  üçtin  ledel-icab  silah 
qüvvətiylə 
müavinətdə 
bulu-nacaqdır”
193
 
(imzaladılar:  Azərbaycan  tərəfindən  Milli  Şuranın 
sədri 
M.Ə.Rəsulzadə, 
Xarici 
İşlər 
Naziri 
M.H.Hacınski;  Osmanlı  tərəfindən  Ədliyyə  Naziri 
Xəlil bəy, 3-cü ordu komandanı Vehib paşa). 
Nuru  paşanın  rəhbərlik  etdiyi  heyət  Mosuldan 
Təbrizə,  oradan  da  Naxçıvana  gəldi.  Naxçıvanda  və 
Ordubadda bir neçə zabit saxlanıldı ki, mayın 20-dən 
etibarən  yerli  hissələrin  yaradılmasına  başlanılsın. 
Cəbrayıl-Ağdam-Tərtər-Yevlax-Gəncə  marşrutu  ilə  hərəkət  edən  heyət  hər  yerdə  yerli  dəstələr  yaratmaq  üçün 
zabitlər saxlayırdı. Bir çox yerlərdə əhali türk əsirlərini azad etmiş və onlar yerli dəstələr təşkil etmişdilər. Lakin 
bütün bunlar kifayət deyildi. Nəticədə 3-cü Ordu tərkibindən 5-ci Qafqaz piyada firqəsinin bölmələrinin hissə-
hissə Azərbaycana göndərilməsi və burada Müsəlman Korpusu ilə birləşməsi əmri verildi. Beləliklə, 1918-ci ilin 
iyununda,  Azərbaycanla  Osmanlı  dövləti  arasında  dostluq  haqqında  müqavilə  imzalanandan  dərhal  sonra 
Azərbaycan  və  Osmanlı  hərbi  hissələrindən  Qafqaz  İslam  Ordusu  yaradılmağa 
başladı.  Orduya  rəhbərlik  ikili  xarakter  daşıyırdı:  istər  türk,  istərsə  də  Azərbaycan 
hərbi  hissələrinin  komandirlərinin  raportları  həm  Nuru  paşaya,  həm  də  Müsəlman 
Korpusunun komandanı Əli ağa Şıxlinskiyə göndərməli idi.
194
 
Azsaylı,  lakin  döyüş  təcrübəsinə  malik  və  hərbi  hissələr  şəklində  təşkil 
edilmiş  Osmanlı  qoşunları  Qafqaz  İslam  Ordusunun  əsas  zərbə  qüvvəsini  təşkil 
edirdi.  Onların  gəlişi  mart-aprel  döyüşlərindən  sonra  ruh  düşkünlüyünə  qapılmış, 
pərakəndə  halda  öz  şəhər  və  kəndlərini  qorumağa  hazırlaşan  azərbaycanlıların 
mənəvi durumunda dəyişikliyə səbəb olmuş, artıq müdafiədən hücuma keçib mənfur 
düşməndən işğal edilmiş ərazilərin azad ediləcəyinə əminlik yaratmışdı. 
Yaradılanda  Qafqaz  İslam  Ordusunun  məqsədləri  də  açıqlanmışdı: 
ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək; Bakıda 
islamlar  (müsəlmanlar)  və  bolşeviklər  arasındakı  müharibəyə  müdaxilə  etmək;  Bakı  ilə  bağlı  "almanların 
ehtiraslarına mane olmaq"; Qafqaz islamlarını təcavüzdən qurtarmaq".
195
 
İlk  əvvəl  Azərbaycan  hissələrini  dəmir  yollarının  qorunmasında  istifadə  etməyə  başlayan  Nuru  paşa 
tədricən onların döyüşkənliyini  görərək döyüş əməliyyatlarının  ən vacib istiqamətlərinə yönəldir, azərbaycanlı 
zabitlər müxtəlif qoşun hissələrindən tərtib edilmiş qrup komandirləri də təyin edilirdilər. 
Gənc və siyasi oyunlarda təcrübəsiz olan Nuru paşa onun ətrafında peyda olmuş bir neçə ilhaqçının təsiri 
ilə  vaxtaşırı  Azərbaycanın  siyasi  və  hərbi  rəhbərliyi  ilə  münasibətlərdə  tələsikliyə  yol  verirdi.  Azərbaycanı 
müstəqil dövlət kimi dəstəkləmək əvəzinə, bir əyalət kimi Osmanlı dövlətinin tərkibinə qatmaq fikirləri ilə çıxış 
edən ilhaqçılar Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində istədiklərinə nail ola bilmədilər. İyunun 
26-da  Müsəlman  Korpusu ləğv  edildi  və onun əsasında  Əlahiddə  Azərbaycan Korpusu  təşkil  olundu.  Ərazilər 
erməni-bolşevik  qoşunlarından  azad  edildikcə  Qafqaz  İslam  Ordusunun  tərkibinə  qatılan  azərbaycanlı 
                                                           
191
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s. 102-104. 
192
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. 
Bakı, 2008, s.226. 
193
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Əlavə 1, s.576.
 
194
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.99-101.
 
195
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.234. 
 

74 
 
könüllülərin sayı artırdı. Nəticədə döyüşlərdə itkilər versə də QİO-nun say tərkibi nəinki azalmır, əksinə, artırdı. 
Eyni  zamanda  onun  tərkibində  azərbaycanlıların  da  sayı  kəskin  surətdə  artmışdı.  Azərbaycanlı  əsgərlər  təkcə 
Azərbaycan  hərbi  hissələrində  deyil,  Osmanlı  hərbi  hissələrinin  də  tərkibində  vuruşurdular  (türk  hərbi 
hissələrinin itkiləri azərbaycanlı döyüşçülər hesabına bərpa edilirdi). 
1918-ci  il  avqustun  13-də  Nuru  paşanın  əmri  ilə  Əlahiddə  Azərbaycan  Korpusu  ləğv  edildi,  lakin 
Azərbaycan hərbi hissələri öz mövcudluğunu saxladı. Onların komandirləri vəzifələrinə osmanlı zabitləri təyin 
edildi. Bununla Bakıya həlledici hücum ərəfəsində QİO-nun azərbaycan hərbi hissələrindən qeyri-müsəlmanları 
uzaqlaşdırmağa çalışan Nuru paşa azərbaycanlı zabitləri müxtəlif vəzifələrə təyin etmişdi.
196
 
 
 
                                                           
196
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.267. 

75 
 
 
 

76 
 
Bu  tipli  anlaşılmazlıqlara  baxmayaraq  Qafqaz  İslam  Ordusunun  türk  və  azərbaycanlı  zabit  və  əsgərləri 
onların üzərinə düşmüş çətin və şərəfli vəzifəni layiqincə yerinə yetirdilər. 
 
 
5.3. Müsəlman Korpusunun strukturu 
 
1917-ci  ilin  yayından  Rusiya  ordusunda  mövcud  olmuş  gürcü  və  erməni  milli  hərbi  hissələri  Qafqazda 
cəmləşdirilməyə başlandı. Azərbaycanlılardan ibarət yeganə nizami hərbi hissə olan Tatar süvari alayı Qafqaz 
yerli süvari diviziyası tərkibində Qalisiyada vuruşurdu. Bununla belə bölgədə xidmət edən azərbaycanlı zabitlər 
pərakəndə  halda  olsa  da  fəaliyyət  göstərirdilər. 
Polkovnik  Süleyman  bəy  Əfəndiyev  1917-ci  ilin 
iyulunda  Yelizavetpola  ezamiyyətə  göndərildi.  Öz 
vəzifə-sini  icra  etməklə  bərabər,  o,  Müsəlman  Milli 
Komitəsi  ilə  əlaqə  yaradıb  şəhərdə  hərbi  kurs  təşkil 
etdi  və  150  nəfər  gəncə  hərbi  işin  ilkin  vərdişlərinin 
öyrədilməsinə  başladı.  Kursun  müdavimləri  hərbi  işi 
öyrənməklə  bərabər  Yelizavetpolda  qanun-qaydanın 
yaradılmasına,  özbaşınalıqların  qarşısının  alınmasına 
çox köməklik etmişdilər.
197
 
1917-ci il dekabrın 6-da ZK-nın növbəti iclasında qəbul edilən qərar Rusiyanın Qafqaz Ordusunun milli 
hərbi hissələr əsasında  təşkil edilməsi üçün əsas oldu. Qafqaz  cəbhəsinin komissarı Donskoyun  əmrinə əsasən 
"ordu  milli  tərkibli  nizami  vahidlərdən  təşkil  edilməli",  ermənilərdən,  gürcülərdən,  azərbaycanlılardan  və 
ruslardan  ibarət  milli  korpuslar  yaradılmalıydı.    Azərbaycanlılardan  ibarət  korpus  Müsəlman  Qolordusu 
(Korpusu)  adlandırılmalı  idi,  lakin  onun 
yaradılması barəsində qərar yubadılırdı. Yalnız 
azərbaycanlı  deputatların  təkidlərindən  sonra 
1917-ci 
il 
dekabrın  11-də  Zaqafqaziya 
Komissarlığı 
tərəfindən 
Müsəlman 
Korpusunun  yaradılması  barəsində  qətnamə 
qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların 
əsgərliyə  çağırışı  könüllü  xarakter  daşımalı, 
toplanma  işi  Mərkəzi  Zaqafqaziya  Müsəlman 
Komitəsinə 
tapşırılmalı  idi.
198
 
Korpusun 
təşkilinə  köməklik  məqsədi  ilə  Tiflisdə 
"Qafqaz  Müsəlmanlarının  Hərbi  Şurası"  təşkil 
edildi.  Dekabrın  2-də  Rusiya  ordusundan  tərxis  olunan  general-leytenant  Ə.Şıxlinski  Müsəlman  Korpusunun 
komandanı təyin edildi. Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi, bu da təsadüfi 
deyildi.  Belə  ki,  məhz  burada  milli  Azərbaycan  partiyaları  və  təşkilatlarının  mövqeləri  güclü  olmuş,  üstəlik 
oktyabr ayından etibarən Tatar süvari alayı burada yerləşməyə başlamışdı. 
Tatar (Azərbaycan) süvari alayı 1914-1917-ci illərdə.
199
 
1914-cü  il  avqustun  23-də  "Qafqaz  yerli  süvari  diviziya"sının  (Кавказская  туземная  конная  дивизия) 
yaradılması barəsində imperator II Nikolay əmr imzaladı. Diviziyada üç briqada tərkibində birləşdirilmiş 6 alay 
olmalı idi: Qabarda, 2-ci Dağıstan, Çeçen, Tatar (azərbaycanlılar "qafqaz tatarları" kimi göstərildiyindən alay da 
Tatar  alayı  adını  almışdır),  Çərkəz  və  İnquş  alayları.  Rusiya  ordusu  tərkibində  Qafqaz  süvari  diviziya  və  beş 
Qafqaz kazak diviziyası olduğundan yeni yaradılan hərbi hissənin adına "yerli" sözü əlavə edildi. İmperatorun 
qardaşı  böyük  knyaz  general-mayor  Mixail  Aleksandroviç  Qafqaz  yerli  süvari  diviziyasının  komandiri,  Litva 
müsəlmanlarından  olan  polkovnik  Y.D.Yüzefoviç  diviziyanın  qərargah  rəisi  təyin  edilmişdilər.  1914-cü  ilin 
noyabrında  Tiflisə  gələn  imperator  "Diviziya  tərkibinə  altı  alay  təşkil  etmiş  Qafqazın  müsəlman  əhalisinə 
ürəkdən təşəkkür"ünü bildirmişdi.
200
 
1915-1917-ci  illər  döyüşlərində  fədakarlıqla  vuruşmuş  Qafqaz  yerli  süvari  diviziyası  Rusiya  ordusunun 
ən  tanınmış  hərbi  hissələrindən  biri  olmuşdur.  Avstriya,  Almaniya  və  Rumın  cəbhələrində  vuruşmuş  diviziya 
qəhrəmanlıq  və  hərbi  bacarığı  ilə  seçilmişdir.  Diviziyanın  döyüşçüləri  çoxlu  qənimət  əldə  etmişdi.  Təkcə  onu 
qeyd  etmək  kifayətdir  ki,  müharibə  dövründə  ələ  keçirdiyi  əsirlərin  sayı  diviziyanm  öz  sayından  4  dəfə  çox 
                                                           
197
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.33-34. 
198
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36-37. 
199
Tatar  (Azərbaycan)  süvari  alayının  yaradılması  və  fəaliyyəti  barəsində  tarixi
  materialların  sürətlərini  bizim  üçün  Mosvka  arxivlərindən  aşkar  edib 
göndərdiyinə görə Eldar İsmayılova öz dərin təşəkkürümüzü bildiririk. 
200
Иванов P.H. Именем Союза Советских,  Москва, 2007, с.85. 

77 
 
olmuşdur.  Diviziyanın  3500  döyüşçüsü  Georgi  xaçları  ("əsgər  Georgi  nişanı")  və  Georgi  medalları  ilə  təltif 
edilmişdilər. Bu məqama ətraflı toxunmağı lazım bilirik. Rusiyanın ordenləri sırasında ən yüksək dərəcəli hərbi 
təltif nişanı Müqəddəs Georgi ordeni sayılırdı. Orden sırf zabitlərə verildiyindən onun "əsgər" variantı - "Hərbi 
ordenin  fərqlənmə  nişanı"  ("Знак  отличия  военного  ордена")  təsis  edilmişdi.  İstər  orden,  istərsə  də  onun 
"əsgər"  variantı  üzərində  at  belində  əjdahanı  məhv  edən  süvari  -  Müqəddəs  Georginin  təsviri  verilirdi. 
Müqəddəs  Georgi  xristianlığa  aid  əfsanəvi  şəxsiyyət  sayıldığından  qeyri-xristianlara  təltif  nişanı  verilərkən 
üzərində  Rusiya  gerbinin  əsas  elementi  -  ikibaşlı  qartal  olan  nişan  verilirdi.  Maraqlıdır  ki,  bu  müsəlman 
süvariləri  arasında  narazılıqla  qarşılanırdı.  Təsvirin  mahiyyətinə  varmadan  bir  çox 
sıravilər, "Bizə quş vermə, istəmirik, bizə yigiti ver" deməklə məhz süvari təsviri olan 
nişan tələb edir-dilər. Bu səbəbdən "Hərbi ordenin fərqlənmə nişanı"nın üzərində sadə 
təsvir olan yeni forması təsis edilmişdi.
201
 
Diviziyanın  bütün  zabitləri  ordenlərlə  təltif  edilmişdir.  Təsadüfi  deyil  ki, 
düşmən Qafqaz yerli süvari diviziyasını "Vəhşi diviziya" adlandırırdı. 
1917-ci  ilin  iyununda  çar  ordusunun  parçalanması  ərəfəsində  döyüşlər 
aparmağa  məcbur  olan  Qafqaz  yerli  süvari  diviziyası  hərbi  anda  axıra  qədər  sadiq 
qalmışdır.  1917-ci  il  iyunun  29-da  Kaluş  şəhəri  istiqamətində  başda  azəraycanlı 
general Feyzulla Mirzə Qacar olmaqla irəliləyən 2-ci  süvari briqada düşməndən geri 
çəkilən  466-cı  piyada  alaya  rast  gəlmiş,  alayı  toplayaraq  yenidən    səngərlərə 
göndərmiş,  daha  sonra  isə  döyüşü  davam  etdirmişdir.  Əgər  əvvəllər  təkcə  düşmən 
Qafqaz  yerli  süvari  diviziyasını  "Vəhşi  diviziya"  adlandırırdısa,  indi  əksər  mətbuat 
orqanlarında, əsasən də inqilabi  qəzetlərdə diviziyaya  belə adın verilməsi onun zabit 
və  süvarilərinə  toxunurdu.  Ədalət  naminə  qeyd  etmək  lazımdır  ki,  diviziyanın  belə 
adla çağırılmasına rus ziyalılarından da etiraz edənlər də vardı. "Rusiyanın səhəri" ("Утро России") qəzetində 
"Rusiyanın sadiq oğulları" məqaləsində yazılmışdır: "Qafqaz yerli süvari diviziyası düşmənlə "qardaşlaşan" rus 
ordusunun ticarət - satqınlıq hesablarını öz "vəhşi" həyatları ilə ödəyir. Bu "vəhşilər" rus ordusunu Rumuniyada 
xilas etdilər. Bir həftə əvvəl qarşısıalınmaz zərbə ilə avstriyalıları yenən, bütün Bukovinadan keçib Çernovisanı 
ələ  keçirən  "vəhşilər"  Qaliçə  girdilər  və  avstriyalıları  qovdular.  Dünən  isə  geri  çəkilən  və  mitinqlər  edən 
kolonları xilas etmək üçün irəli atılan "vəhşilər" düşməni dayandırdılar və müvazinət yaratdılar. Arxa cəbhədə 
qurulmuş  mitinqlərə  qaçan  "nizamlı"  əsgərlərin  torpaq  və  azadlıq  tələblərinə  görə  Rusiyaya  qan  haqqını 
"vəhşilər"  ödəyirlər".
202
  Maraqlıdır  ki,  belə  məqalə  həmişə  qafqazlılara  həqarətlə  yanaşan  ifrat  monarxist  - 
şovinist qaraguruhçuların ("Черносотенцы") qəzetində nəşr edilmişdir. 
Diviziya  döyüş  fəaliyyəti  dövründə  böyük  itkilər  vermişdir  və  hər  dəfə  itki  olduqca  Qafqazdan,  о 
cümlədən  Azərbaycandan  yeni  süvarilər  göndərilirdi.  3  il  ərzində  diviziyada  7  mindən  artıq  süvari  xidmət 
etmişdir.  Diviziya  alaylarının  heyətləri  bir  neçə  dəfə  arxa  cəbhədən  gələn  heyətlərlə  dəyişdirilmişdir.  Bütün 
müharibə dövründə diviziyada  bir dəfə də olsun fərarilik  halı qeydə alınmamışdır!  1917-ci ilin avqust ayında 
Qafqaz süvari diviziyasına Qafqaz müsəlmanlarından təşkil edilmiş bir neçə alay əlavə edilmiş və Qafqaz yerli 
süvari korpusu təşkil edilmişdir (komandir general-leytenant knyaz Baqration, Qafqaz yerli süvari diviziyasının 
komandiri  general-mayor  knyaz  Qaqarin).  Lakin  sentyabrın  2-də  Qaqarin  və  Baqration  vəzifələrindən  azad 
edilmiş,  Qafqaz  yerli  süvari  korpusunun  komandiri  general  P.A.Polovsev,  Qafqaz  yerli  süvari  diviziyasının 
komandiri isə şahzadə Feyzulla Mirzə Qacar təyin edilmişdilər.
203
 
Qafqaz yerli süvari diviziyasının ən yaxşı hissələrindən biri Tatar süvari alayı idi. Tatar süvari alayı 1914-
cü il avqustun 9-da Yelizavetpolda təşkil edilməyə başlandı. Əslən Bakıdan olan podpolkovnik V.Staroselskinin 
müvəqqəti rəhbərlik etdiyi alay 4 yüzlükdən təşkil edilməli idi. 1-ci yüzlüyün süvariləri Qazax, 2-ci - Şuşa və 
Cavanşir, 3-cü - Ərəş, Zəngəzur, Karyagin, Nuxa, 4-cü - Borçalı qəzalarının könüllülərindən təşkil edilməli idi. 
Podpolkovnik  Staroselskinin  1914-cü  ilin  sentyabr  ayında  verdiyi  raportda  qeyd  edilirdi:  "Çağırış  zamanı 
süvarilər böyük həvəslə gəlir və tatar əhalisi sıralarında heç bir narazılıq müşahidə olunmayıb".
204
 Misal üçün, 
Cavanşir  qəzasından  göndərilən  süvarilərin  yolasalma  mərasimi  rəsmi  raportda  belə  təsvir  edilir:  "Tərtərdə 
Cavanşir  qəzasından  70  nəfər  könüllü  toplaşdı,  onları  yola  salmaq  üçün  min  nəfərdən  artıq  kütlə  yığılmışdı. 
Könüllülər  əllərində  imperatorunun  portreti,  musiqi  sədaları  altında  polis  idarəsindən  məscidə  yollandılar, 
burada ruhanilər imperatorun və rus ordusunun şərəfinə dualar oxudular, bundan sonra könüllülər Yelizavetpola 
yola düşdülər". 
Süvari  alayda  22  zabit,  3  hərbi  məmur,  alay  mollası,  575  nizami  sıravi  (onlar  rəsmi  sənədlərdə  və 
danışıqda  "süvari"  adlanırdılar),  68  qeyri-nizami  sıravi  olmalı  idi.  Alayın  təşkilinə  köməklik  göstərmək  üçün 
Baş Komandanlıqdan ezam edilən hərbçilər qrupuna 16-cı Tver draqun alayından polkovnik Şahzadə Feyzulla 
                                                           
201
Кузнецов А. Награды. Москва, 1999, с.452. 
202
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür. 
203
Иванов P.H. Именем Союза, с. 127. 
204
РГВИА, ф. 3642, оп.1, д.7, л.74-74об. 

78 
 
Mirzə Qacar başçılıq edirdi. Avqustun 5-də Qafqaz hərbi dairəsinin qərargah rəisi Yelizavetpol qubernatoruna 
çağırışı  başlamaq  barəsində  məktubla  xəbər  vermiş,  avqustun  27-də  isə  qubernator  tələb  olunan  400  süvari 
əvəzinə 2000-dən artıq könüllünün toplandığını bildirmişdir. Qubernator yazırdı ki, alayın heyəti döyüş bayrağı 
kimi onlara 1-ci atlı müsəlman alayının (1828-ci ildə təşkil edilib, 1830-cu ildə fəxri bayraqla təltif edilib) Şuşa 
qəza idarəsində saxlanılan fəxri bayrağını verməyi xahiş edir.
205
 
Milli süvari paltarı ilə bərabər qaragül dərisindən papaq və yapıncı geyən, nizami silahlardan (tüfəng, nizə 
və şaşka) başqa ənənəvi xəncər daşımaq hüququ olan süvarilərin göndərilməsi təntənəli şəkildə həyata keçirildi. 
Alay yola düşərkən onu əhali ilə birlikdə axund Hüseyn Əfəndi Əfəndiyev yola salmışdır. Alay Ukraynada olan 
zaman onun tərkibinə Şərqə vurğunluğu ilə seçilən Fransa vətəndaşı Şarl Testenuar qatılmış və alayın süvarisi 
olmaq  hüququ  ona  da  verilmişdir.  Tatar  süvari  alayı cəbhə  bölgəsinə  beş  eşalonla  1914-cü  il,  11-13  sentyabr 
tarixlərində  yollandı.  Sentyabrın  12-də  Qafqaz  süvari  diviziyasının  komandiri  Böyük  knyaz  Mixail 
Aleksandroviç  Yelizavetpol  qubernatoruna  teleqram  ünvanlayaraq  alayın  təşkilinə  görə  "şəhər  əhalisi,  qəza 
nümayəndələri və igidlərə” təşəkkürünü bildirmişdir. Alayın baş axundu vəzifəsinə görkəmli Azərbaycan şairi 
Məhəmməd Hadi təyin edilmişdi. 
Tatar  süvari  alayının  ilk  komandiri  podpolkovnik  P.A.Polovsev  (01.09.1914-25.02.1916),  sonra 
polkovnik  F.N.Bekoviç-Çerkasski  (25.02.  1916-05.07.1917),  axırda  isə  polkovnik  L.Maqalov  (05.07.1917-ci 
ildən) olmuşdur.
206
 Bessarabiya  zadəganlarından olan Pyotr  Aleksandroviç  Polovsev 1874-cü ildə Peterburqda 
anadan  olmuşdur.  Qusar  alaylarında  xidmət  etmiş  Polovsevin  məhz  Tatar  alayına  komandir  təyin  edilməsi 
təsadüfi  deyildi.  Azərbaycanlılara  böyük  hörmətlə  yanaşan,  Azərbaycan  adət-
ənənələrini alayda saxlamağa imkan verən, şücaət və qorxmazlığı ilə seçilən Polovsev 
barəsində  rus  zabitləri  deyirdilər  ki,  "onun  bədəni  rus,  ruhu  isə  tatardır".  Alay 
komandirinin  köməkçiləri  əslən  Bakıdan  olan  podpolkovnik  Vsevolod  Staroselski  və 
rotmistr  Şahverdi  xan  Əbülfət  xan  oğlu  Ziyadxanov  təyin  edilmişdilər.  1916-cı  ilin 
əvvəllərində  polkovnik  A.Polovsev  Qafqaz  yerli  süvari  diviziyasının  qərargah  rəisi 
təyin  edildi.  1917-ci  ilin  mayında  Petroqrad  hərbi  dairəsinin  komandanı  təyin  edilən 
general-mayor P.A.Polovsev şəxsən hərbi nazirə müracəit edərək yeni vəzifədə Tatar 
süvari alayının uniformasını daşımaq hüququnu qazanmışdır. 1917-ci il sentyabrın 2-
də  general  P.A.Polovsev  Qafqaz  yerli  süvari  korpusunun  komandiri  təyin  edilmişdir. 
Polovsev inqilabi hadisələrin dəhşətlərini görərək Müvəqqəti hökumətdən hissələrinin 
Qafqaza göndərilməsi barədə razılıq almağa nail ola bildi. Korpusun hissələrini Şimali 
Qafqazda  yerləşdirən  Polovsev  özünə  doğma  bildiyi  Tatar  alayını  Azərbaycana  göndərdi.  Oktyabrın  26-da 
Polovsev Yelenendorfa (Yelizavetpol yaxınlığında alman koloniyası) gələrək burada Tatar süvari alayına baxış 
keçirdi və alayın hazır hərbi hissə olmasını təsdiqlədi.
207
 Polovsevin sonrakı taleyi məlum deyil. 
Tatar alayının formalaşmasında 8-ci ehtiyat süvari alayının müsəlman zabit və unter-zabitləri iştirak edir, 
onlara  alayın  təşkilində  köməklik  göstərmək  üçün  16-cı  Tver  draqun  alayından  polkovnik  Şahzadə  Feyzulla 
Mirzə  Qacar  başçılıq  edirdi.  Şahzadə  Feyzulla  Mirzə  Qacar  1872-ci  ildə  çar  ordusunun  polkovniki  Şəfi  Xan 
Qacarın ailəsində anadan olub.
208
 Tiflis kadet korpusu və Nikolayev süvari məktəbini bitirdikdən sonra draqun 
alaylarında xidmət edən Feyzulla Mirzə 2-ci Dağıstan alayının (komandir Hüseyn Xan Naxçıvanski) tərkibində 
Rus-Yapon müharibəsində iştirak etmiş, şəxsi şücaəti ilə seçilmişdir. Ayağından ağır yaralanan Feyzulla Mirzə 
dəfələrlə  təltif  edilmişdir.  I  Dünya  müharibəsi  başlayanda  rotsmistr  rütbəsində  olan  Feyzulla  Mirzə  eskadron 
komandiri  idi.  15  fevral  1915-ci  il  tarixində  Brın  kəndi  uğrunda  gedən  döyüşdə  geri  çəkilən  Uman  kazak 
alayının  dörd  süvari  bölüyünü  saxlayıb,  ona  ürək-dirək  verən,  onları  yenidən  düzənləyib  döyüşə  aparan  və 
qələbə  qazanan  Şahzadə  Feyzulla  Mirzə  Qacar  Müqəddəs  Georgi  ordeninin  4-cü  dərəcəsi  ilə  təltif  edilmişdir. 
1915-ci fevralın 17-də polkovnik F.M.Qacar Çeçen süvari alayının komandiri təyin edildi. İyul ayında Şahzadə 
Feyzulla  Mirzə  Qacar  2-ci  süvari  briqadanın  (Çeçen  və  Tatar  alayları)  komandiri  təyin  edildi.  Dekabrın  9-da 
polkovnik  Feyzulla  Mirzə  Qacar  ağır  yaralanmış,  lakin  sağalandan  sonra  1917-ci  ilin  fevralında  yenidən 
diviziyaya  qayıtmış,  Çeçen  süvari  alayının  komandiri  təyin  edilmişdir.  May  ayında  general-mayor  rütbəsinə 
layiq  görülən  Feyzulla  Mirzə  Qacar  2-ci  süvari  briqadanın,  1917-ci  ilin  avqustunda  Qafqaz  yerli  süvari 
diviziyasının  komandiri  təyin  edildi.  3-cü  dərəcəli  Müqəddəs  Georgi  və  "Qızıl  silaha"  təqdim  edilən  şahzadə 
onları  ala  bilmədi:  imperiyanın  parçalanması  buna  imkan  vermedi.
209
  1918-ci  ilin  dekabrınadək  Pyatiqorskda 
diviziyanı saxlamağa çalışan və dağılmaqdan qoruyan Feyzulla Mirzə Qacar Azərbaycana gəlir və Azərbaycan 
                                                           
205
РГВИА, ф. 3642, оп.1, д.7, л.47-47об.  
206
РГВИА, ф. 3642, оп.1, д.8, л.41. 
207
Иванов Р.Н. Именем Союза, с.95. 
208
Исмаилов Э.Э. Георгиевские кавалеры-азербайджанцы. Москва, 2005,с.203-205. 
209
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.206- 221. 

79 
 
Ordusuna  xidmətə  qəbul  edilir.  O  1-ci  süvari  diviziyanın  komandiri  təyin  olunur,  eyni  zamanda  Gəncə  şəhəri 
hərbi qarnizonu rəisi vəzifəsini də icra edir.
210
 Sovet hakimiyyəti qurulandan sonra onun taleyi məlum deyil. 
Bu  zaman  Tatar  və  Çeçen  alayları  diviziyanın  2-ci  süvari  briqadasını  təşkil  edirdi  (briqada  komandiri 
polkovnik K.Xaqandokov). 
1914-cü il noyabrın əvvəllərində diviziya 2-ci süvari korpusun (komandir general-leytenant Hüseyn Xan 
Naxçıvanski)  tərkibinə  verildi.
211
  Lvov  şəhərində  hissələrə  baxış  keçirən  Xan  Naxçıvanski  onların 
hazırlıqlarından  razı  qaldı.  Jurnalist  İlya  Tolstoy  (məşhur  yazıçı  Lev  Tolstoyun  oğlu)  özünün  "Al  başlıqlar" 
("Алые  башлыки")  oçerkində  yazırdı:  "Biri  digərindən  gözəl  olan  alaylar  süvari  şəkildə  yürüş  qaydası  ilə 
keçirdi,  bütün  şəhər  indiyənədək  görmədiyi  tədbiri  seyr  etməyə  yığışmışdı...  Öz  tütəklərində  hərbi  xalq 
mahnılarını çalan zurnaçıların müşayiəti ilə sinirli, gözəl atlar üzərində oturmuş, qəşəng çərkəzi paltar geymiş, 
qızıl və gümüşlə işlənmiş silahlara malik olan, al-qırmızı başlıqlı qarabəniz, çevik, qürurlu və ləyaqətli süvarilər 
bizim  yanımızdan  keçirdi".  Baxışdan  dərhal  sonra  Sana  çayı  sahilinə  çıxarılan  alaylar  Polyançik,  Rıbne, 
Verxovina-Bıstra  istiqamətlərində  ağır  döyüşlərə  atıldılar.  1915-ci  ilin  yanvarında  düşmənin  Peremışl 
istiqamətinə  yürüşünün  qarşısını  almaq  üçün  Tatar  alayı  hətta  piyada  halda  vuruşmalı  olmuşdur.  "Müharibə 
salnaməsi"  adlı  topluda  "Dikaya  diviziya"  oçerkində  qeyd  edilmişdir:  "Karpatlarda  qar  var,  hər  tərəf  ağdır. 
Qabaqda  təpələrdə,  qar  səngərlərində  avstriya  piyadaları  yerləşiblər.  Hər  tərəfdə  güllələr  uçur...  Hamısı 
özümüzkülərdir.  Əhmədi  yaralasalar  İbrahim  çıxardar,  İbrahimi  yaralasalar  İsrayıl  çıxardar,  Abdullanı 
yaralasalar  İdris  onları  daşıyar.  Daşıyıb  çıxararlar,  nə  yaralını,  nə  də  ölünü  düşmənə  qoymazlar...  Alay  yürüş 
üçün  düzüldü. Ehtiyat  kolonunda  qəhvəyi - boz atlar üzərində süvarilər dayanmışdı.  Yəhərlərin arxasına qara 
yapıncılar asılmış, atların yanlarından əlvan xurcunlar sallanır, qəhvəyi papaqlar alınlara düşür. Qarşıda döyüş 
var,  çünki  düşmən  yaxındadır.  Ağ  atın  belində,  çiynində  tüfəngi  olan  molla  kolonun  qabağına  çıxır...  Molla 
döyüşdən əvvəl dua edir... Qaş-qabaqlı üzlər ona dinməz qulaq asırlar. "Amin"- cərgələr səslənir, Amin, Allah, 
Allah!"  Əllərini  alınlarına  apardılar,  üzlərinə  çəkdilər,  sanki  ağır  fikirləri  sildilər,  yüyənləri  çəkdilər.  Döyüşə 
getməyə hazırdılar. Ya Allah, Allah yolunda irəli!"
212
 
Qalisiya  əməliyyatında  Tatar  alayı  Karpart  dağlarını  aşaraq  düşmən  arxasına  keçməklə  nəticələnən 
məşhur  bir  reyd  etmişdi.  1915-ci  ilin  fevralında  diviziya  uğurlu  hücum  əməliyyatları  keçirdi.  Fevralın  15-də 
Brin  kəndinə  Çeçen  və  Tatar  alayları  hücum  etdi.  Əlbəyaxa  döyüşdən  sonra  kənd  alınmış  və  A.Polovsev 
Müqəddəs  Georgi  ordenin  4-cü  dərəcəsi  ilə  təltif  edilmişdir.  Yelizavetpol 
qubernatoruna  məktubunda  Polovsev  yazırdı:  "Yerli  diviziyada  birinci  olaraq 
Tatar alayı öz komandirinə Georgi xaçını qazandırmışdır. Yüksək təltif nişanı ilə 
fəxr edərək onu tatar süvarilərin yüksək döyüş keyfiyyətləri və şücaətinə verilmiş 
qiymət hesab edirəm.. "
213
 Fevralın 21-də Xan Naxçıvanski böyük knyaz Mixail 
Aleksandroviçə  düşməni  Tlumaç  mövqelərindən  qovmağı  əmr  etdi.  İrəli 
göndərilən  Tatar  və  Çeçen  alayları  tapşırığı  yerinə  yetirdi.  1915-ci  ilin  avqust 
ayında  Dnestr  çayının  sol  sahilində  ağır  döyüşlər  gedirdi.  2-ci  süvari  briqada 
Vinyatınsı        rayonunda        250        süvari  itirməklə  düşmənin  5  irimiqyaslı 
hücumunu  dəf  etmişdir.  Əslən  qabardin    olan  Tembot  Janxotoviç    Bekoviç-
Çerkasski      (son-ralar  adını  dəyişdirib)  1916-cı  ilin    əvvəllərində  Tatar    süvari 
alayına  komandir  təyin  olundu.  1916-cı  il  yanvarın  21-də  diviziya  tərkibində 
yeganə olaraq Tatar alayına imperatorun əmri ilə fəxri ştandart verilmişdir.
214
 Rusiya ordusunda ştandartla təltif 
edilmə kollektiv təltif nişanları sırasında ən vacibi sayılırdı. Mayın 31-də Tatar alayı yenidən fərqləndi. Tışkovsı 
kəndi  hücumla  alınarkən  burada  düşmənin  6  zabiti  və  171  əsgəri  əsir  götürülmüşdü.  Dərhal  mövqelərini 
vəziyyəti  bərpa  etməyə  çalışan  avstriyalılar  iri  qüvvələrlə  bir  neçə  dəfə  hücum  etmiş,  lakin  256  nəfər  itirərək 
geri çəkilməyə məcbur olmuşdular. Bu döyüşə görə Bekoviç-Çerkasski Müqəddəs Georgi ordenin 3-cü dərəcəsi 
ilə təltif edilmişdir. 
1916-cı  ilin  yayında  Tatar  süvari  alayı  Cənub-Qərb  cəbhəsinin  "Brusilov  əməliyyatı"nda  iştirak  edir. 
İyunun əvvəllərində ağır Çernovisı döyüşlərində qalib gələn Tatar alayı Çeremoş çayına çıxmış, sonra isə Çeçen 
alayı  ilə  birgə  düşmənin  atəşi  altında  çayı  keçməyə  müvəffəq  olmuşdur.  Rostoku  tutaraq  alaylar  sürətlə  Prut 
çayı istiqamətində irəlilədilər. 1917-ci ilin mayın 14-də Tatar süvari alayının komandiri polkovnik knyaz Levan 
Luarsaboviç Maqalov təyin edildi (rəsmən iyul ayından komandir vəzifəsində təsdiqlənib). 
                                                           
210
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.94.
 
211
Иванов Р. Н. Генерал-адъютант его величества. Москва, 2006, с.211-219. 
 
212
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür.  
213
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.212. 
214
РГВИА, ф.3530, оп.1, д.131, л.12. 

80 
 
1917-ci ilin avqustunadək döyüşlərdən çıxmayan Tatar süvari alayı döyüşçülərinin qəhrəmanlığı yüksək 
qiymətləndirilmişdi.
215
  Alayın  6  nəfər  zabiti  Müqəddəs  Georgi  ordeninin  4-cü  dərəcəsi,  5  nəfər  zabiti  isə  ona 
bərabər tutulan "Qızıl silah"la təltif edilmişdilər. Onların sırasında gələcəyin məşhur sərkərdəsi, alayının korneti 
Cəmşid  Xan  Naxçıvanski  da  var  idi.  Alayın  bütün  zabitləri  imperiyanın  digər  ordenləri  ilə  də 
mükafatlandırılmışdı.  Digər  alayların  tərkibində  vuruşan  azərbaycanlılar  da  mükafatlandırılmışdı.  Belə  ki, 
Kabarda süvari alayının ştab - rostmistri Kərim Xan İrəvanski "Qızıl silah"la təltif edilmişdi. Sıravilər sırasında 
da  fərqlənənlər  az  deyildi.  Əli  bəy  Nəbibəyov,  Sayad  Zeynalov,  Mehti  İbrahimov,  Ələkbər  Hacıyev,  Daso 
Daurov,  Aleksandr  Kaytukov  tam  Georgi  kavalerləri  (4  "əsgər"  Georgi  nişanına  layiq  görülənlər  tam  kavaler 
sayılırdılar)  olmuşdur.  Üç  Georgi  xaçı  və  üç  Georgi  medalı  ilə  Osman  ağa  Gülməmmədov  təltif  edilmişdi. 
Şuşalı Zeynal bəy Sadıxov xüsusi qeyd edilməlidir: kəşfiyyat dəstəsində unter - zabit kimi xidmətə başlayaraq 
o,  üç  Georgi  xaçı  və  bir  Georgi  medalı  ilə  təltif  edilmiş,  bilik  və  bacarığına  görə  zabit  rütbəsinə  layiq 
görüləndən  sonra  daha  dörd  döyüş  ordeninə  layiq  görülmüşdü.  4-cü  dərəcəli  "əsgər"  Georgi  nişanı  ilə  Paşa 
Rüstəmov, Xəlil bəy Qasımov, Şahzadə İdris ağa Qacar, Kərim Qulu oğlu təltif edildilər. 1917-ci il iyunun 24-
dən  etibarən  Müvəqqəti  hökumətin  qərarı  ilə  "əsgər"  Georgi  xaçı  ilə  zabitlər  də  təltif  edilə  bilərdi.  "Əsgər" 
nişanının 4-cü dərəcəsi ilə L.Maqalov, Cəmşid Naxçıvanski, Xaitbəy Şervaşidze, N.Bobrinski, rotmistr Şahverdi 
Xan Ziyadxanov, ştab - rotmistrlər Süleyman bəy Sultanov və Ehsan Xan Naxçıvanski, ştabs - kapitan Cəlal bəy 
Sultanov, poruçik Səlim bəy Sultanov təltif edildilər. 
Petroqrad  hərbi  dairəsinin  komandanı  general-mayor  P.A.Polovsev  Məmməd  Xan  Ziyadxanova  yazdığı 
məktubunda qeyd edirdi: "Qalisiya və Rumuniya çöllərində saysız-hesabsız qəhrəmanlıqlar etmiş müsəlmanlar 
özlərini böyük əcdadlarının layiqli davamçıları və bizim böyük vətənin sadiq oğulları kimi göstərmişdilər." 
Polovsev inqilabi hadisələrinin dəhşətlərini görərək Müvəqqəti hökumətdən korpus hissələrinin Qafqaza 
göndərilməsinə  nail  ola  bildi.  Korpusun  qərargahı  Vladiqafqazda,  diviziyanın  qərargahı  isə  Pyatiqorskda  idi, 
Tatar alayı Yelizavetpola göndərildi.
216
 1917-ci ilin oktyabr çevrilişindən sonra korpus öz təşkilatı və tərkibini 
saxlayırdı, lakin 1918-ci ilin yanvarında korpus ləğv edildi. 
Müsəlman Korpusunun komandanı təyin edilən general-leytenant  Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, 
"bizim  əlimizdə  silah,  cəbhəxana,  ərzaq  ehtiyatı,  paltar  və  ayaqqabı  yox  idi".  1918-ci  il  yanvarın  7-də  "Açıq 
söz"  qəzeti yazırdı ki, yaradılmaqda  olan Müsəlman  Korpusu  tədricən Rusiyanın keçmiş  6-cı ordu korpusunu 
(5-ci və 7-ci atıcı diviziyalar) əvəz etməli idi.
217
 
Dövrün hadisələrində fəal iştirak etmiş İsrafil bəy İsrafilov öz xatirələrində göstərir ki, Tatar süvari alayı 
azərbaycanlılardan ibarət yeganə yaxşı təşkil edilmiş silahlı qüvvə idi. Ona kömək məqsədi ilə əsasən tələbələr 
və  ziyalılardan  ibarət  "Yaşıl  qvardiya"nın  yaradılmasına  başlandı.  Qvardiyaya  komandanlıq  İ.  İsrafilova 
tapşırıldı,  onun  süvari  dəstəsini  polkovnik  Rəfibəyli  təşkil  etməli  idi.  Bakı  Soveti  və  onun  qurumları  Bakıda 
milli hissələrin yaradılmasına çətinliklər törətdiyindən könüllülər Müsəlman süvari divizionu şəklində (80 nəfər) 
tərtib edilərək Lənkərana köçdülər.
218
 
Təminatla  bağlı  problemi  həll  etmək  üçün  müsəlman  ictimai  təşkilatları  bazarlardan  lazım  olanları  alıb 
qoşun hissələrinə təhvil verirdilər. Bəzi hallarda torpaq sahibkarları və imkanlı şəxslər öz dəsətələri ilə Korpusa 
yazılırdılar.  Belə  ki,  Rəşid  bəy  Səmədov  adlı  birisi  öz  dəstəsi  ilə  gəlmiş  və  dəstə  tam  heyətlə  1-ci  süvari 
müsəlman  alayına  qatılmışdı.  Eskadron 
şəklində 
düzənlənən 
dəstəyə 
Xan 
Naxçıvanski  komandir  təyin  edildi, 
R.Səmədova  praporşik  rütbəsi  verildi  və 
o,  eskadron  komandirinin  köməkçisi 
oldu.
219
 
Müsəlman  Korpusunun  strukturu 
aşağıdakı  şəkildə  olmalı  idi:  iki  nişançı 
diviziya (hər birində 4 nişançı alay (1-ci, 
2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci müsəlman alayları), Xüsusi süvari briqada (3 süvari alay -1-ci Müsəlman 
süvari alayı, 2-ci Tatar süvari alayı, 3-cü Ləzgi süvari alayı), iki nişançı-topçu briqadası (1-ci və 2-ci), istehkam 
taboru,  Süvari  batareya,  Mortir  və  park  divizionu,  2-ci  müsəlman  Mortir  parkı.  Korpusun  qərargahında 
aşağıdakı  strukturlar  var  idi:  Ümumi  qərargah,  korpusun  təchizat  rəisi  xidməti,  topçu  müfəttişi  xidməti, 
                                                           
215
РГВИА, ф- 2100, oп. 2, д.46, л. 13-14об, 45,47-47об., 64-64об., 66-66 об.  
 
216
Иванов P.H. Именем Союза, с151. 
217
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.38. 
218
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40. 
219
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.53-54. 

81 
 
istehkam  rəisinin  xidməti,  oberkvartirmeyster  xidməti,  növbətçi  zabit  şöbəsi,  коrpusun  tibb  xidməti  və  baytar 
həkim xidməti.
220
 
Hissələrdə  təlim  bölmələri  və  Müsəlman  təlim  batareyası  təşkil  edilirdi.  Korpusun  hərbi  məhkəməsinin 
sədri polkovnik Prixodkonun rəhbərliyi ilə rus ordusunun nizamnamələrinin Müsəlman Korpusunun xidmət və 
məişət şəraitinə uyğunlaşdırmaq üçün komissiya yaradılmışdı.
221
 
1918-ci  il fevralın 24-də  Bakıda  1-ci  müsəlman  atıcı  alayının  təşkil edilməsi  üçün  bura  gəlmiş  general-
mayor  Xəlil  bəy  Talışinski  və  qərargah  zabitləri  vağzalda  bolşeviklər  tərəfindən  həbs  edildilər.  Bu  müsəlman 
əhalisində  о  dərəcədə  böyük  narazılığa  səbəb  oldu  ki,  bolşeviklər  onları  azad  etdilər.  X.Talışinski  və  onun 
zabitləri  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  "İsmailiyyə"  binasında  fəaliyyətə  başladılar.  "Səadət"  məktəbinin 
zirzəmisində  patron  sexi  açıldı,  könüllülər  toplandı.  Lakin  bolşevik-erməni  qüvvələrinin  cəmləşdiyi  Bakıda 
yalnız iri, tam hazırlıqlı hərbi hissə ilə fəaliyyət göstərmək olardı. Silah-sursatı olmayan, əsasən könüllülərdən 
təşkil  edilməyə  başlayan  hərbi  hissəni  belə  şəraitdə  yaratmaq  qeyri-mümkün  idi.  Bu  səbəbdən  korpusun 
hissələrinin aşağıdakı dislokasiya  sxemi tərtib edilmişdi (Əli ağa  Şıxlinskinin  11 mart  1918-ci il 58 saylı əmri 
ilə təsdiqlənib): 1-ci müsəlman nişançı diviziyasının qərargahı və 1-ci müsəlman nişançı alayı - Şamaxıda, 2-ci 
müsəlman  nişançı  alayı  Qubada,  1-ci  müsəlman  nişançı-topçu  briqadasının  rəhbərliyi  və  1-ci  divizionu, 
İstehkam  taboru,  Müvəqqəti  Milli  hərbiyyə  məktəb  Yelizavetpolda  (Gəncədə),  6-cı  müsəlman  nişançı  alayı 
İrəvan  quberniyasında  (qərargahı  Naxçıvanda),  7-ci  müsəlman  nişançı  alayı  Nuxada,  8-ci  müsəlman  nişançı 
alayı Abbastumanda (Şərqi Gürcüstan), 2-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu 
Naxçıvanda,  Müsəlman  süvari-topçu  batareyası  Lənkəranda,  2-ci  Tatar  süvari  alayı  Ağdamda.
222
  Silah  və 
sursatın,  komanda  heyətinin  çatışmadığı  şəraitdə  belə  dislokasiya  sxemi  ilə  korpusun  təşkili  işi  daha  da 
çətinləşirdi.  Bütün  hərbi  hissələrin  bir  ərazidə,  2-3  təlim  mərkəzlərində  təşkil  edilib  bölgələrə  göndorilməsi   
məqsədə   uyğun   olardı, lakin mövcud hərbi-siyasi vəziyyət yuxarıda göstərilən sxemin tətbiqini tələb edirdi. 
Hərbi  hissələr  təlimlə  bərabər  yerləşdiyi  ərazilərdə  əmin-amanlığı  qorumalı,  bolşevik-erməni  dəstələrinin  
irəliləməsinə  imkan verməməli idilər. 
1918-ci  ilin  əvvəllərindən  başlayaraq  rus  hissələrinin  tərksilah  edilməsi  prosesinə  Tatar  süvari  alayının 
qoşulması  nəticəsində  iri  hərbi  hissələri  tərksilah  etmək  mümkün  olmuşdu.  Şəmkir  stansiyasında  baş  vermiş 
hadisələrdə də bilavasitə alay komandiri polkovnik L.Maqalovun rəhbərlik etdiyi süvarilərin köməyi sayəsində 
eşelonlar  silahı  təhvil  vermək  məcburiyyətində  qaldı.  Toplanan  silahlar  könüllülərdən  təşkil  edilən  korpusun 
yeni yaradılan hərbi hissələrinə paylanır, lakin onlar hələ döyüşə hazır deyildilər. 
Beləliklə,  1918-ci  ilin  martında  –  Müsəlman  Korpusu  hissələrinin  formalaşmaqda  olduğu  vaxt,  yeganə 
hazır  qüvvə  Tatar  süvari  alayı  idi.  Lakin  alay  cəmi  600-ə  yaxın  süvaridən  ibarət  idi,  onların  da  bir  qismi 
Lənkəran,  Bakı  və  Şamaxıda  yaradılan  hərbi  hissələrdə  təlimatçı  kimi 
çalışırdılar.  Bakı Sovetinin  bolşevik-erməni qüvvələrinin  qarşısını  almaq üçün 
bu  kifayət  etmirdi.  1918-ci  ilin  mart-aprel  aylarında  Bakıda,  daha  sonra 
Qubada, Salyanda, Şamaxıda, Lənkəranda bolşevik-erməni qoşunları tərəfindən 
azərbaycanlı  əhalinin  soyqırımı  həyata  keçirilərkən,  bu  məntəqələrdə  olan 
könüllü dəstələr müqavimət göstərsə də məğlub edilmişdilər. 
Müsəlman  Korpusunun  təşkilini  sürətləndirmək  üçün  Zaqafqaziya 
hökuməti  100  min  rubl,  2  təyyarə,  1  zirehli  qatar,  silah  və  sursat  ayırmağa, 
kömək üçün gürcü hərbi hissələrini göndərməyə söz vermişdi. Əslində 1 zirehli 
qatar,  az  sayda  atıcı  silahlar,  bir  gürcü  bölüyü  göndərildi.  Buna  baxmayaraq, 
bolşevik-erməni  təcavüzünün  qarşısını  almaq  üçün  dəstə  təşkil  etmək  qərarı 
qəbul  edildi.  Dəstə  polkovnik  L.Maqalovun  rəhbərliyi  ilə  təşkil  edilmiş,  onun 
tərkibinə  Müsəlman  Korpusunun  qüvvələri  qatılmışdı.  Bilavasitə  Maqalovun 
tabeçiliyində  Tatar  süvari  alayı,  7-ci  və  8-ci  müsəlman  nişançı  alaylarından 
toplanmış  bir  müsəlman  nişançı  alayı,  pulemyot  komandası,  Milli  hərbiyyə 
məktəbinin  müdavimləri,  1  zirehli  qatar  və  gürcü  bölüyü  var  idi  (təxminən  2  min  nəfər,  4  top,  6  pulemyot,  1 
zirehli  qatar).
223
  Könüllülərdən  təşkil  edilmiş      süvarilər  (təxminən  3  min  nəfər)  toplanaraq  İsmayıl  хаn 
Ziyadxanlının tabeçiliyinə verildi. Quba, Xaçmaz, Dəvəçidə yaradılmaqda olan hissələrin könüllüləri Bakıdan 
çıxan  könüllülərlə  birləşərək  1-2  min  nəfər  təşkil  etdi.  Bu  qüvvə  imam  N.Qosinskinin  göndərdiyi  qüvvə  ilə 
birləşdi,  lakin  Qosinskinin  döyüşçüləri  aprelin  8-10-da  döyüşlərdə  iştirak  etsələr  də,  Xırdalana  çatar-çatmaz 
Şimali Qafqaza qayıtdılar və azərbaycanlılar Maqalovun dəstəsinə qatıldılar.
224
 
                                                           
220
 Süleymanov M.S. Azərbaycan Ordusu, s.33. 
221
Süleymanov M.S. Azərbaycan Ordusu, s.34. 
222
Süleymanov M.S. Azərbaycan Ordusu, s.54-55. 
 
223
Кадишев А.Б.Интервенция и гражданская война в Закавказье. Москва, 960,  с.90. 
224
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.64-65. 

82 
 
İsrafil  bəy  İsrafilov  xatirələrində  yazır  ki,  "Tatar  süvari  alayı  gənc  respublikanın  yeganə  yaxşı  təşkil 
edilmiş silahlı qüvvəsi idi. Ona kömək məqsədi ilə "Yaşıl qvardiya"nın yaradılmasına başlandı: əsasən tələbələr 
və ziyalılardan ibarət hərbi hissə. Qvardiya ilə komandanlıq mənə tapşırıldı. Süvari dəstəyə polkovnik Rəfibəyli 
başçılıq edirdi. Bizim azsaylı dəstəmiz Hacıqabul stansiyasına qədər irəliləsə də geri çəkilməyə məcbur oldu..." 
Bakı Sovetinə qarşı döyüşlərdə iştirak edən Müsəlman Korpusunun bir hissəsi belə ştatlara uyğun təşkil 
edilməmiş,  ümumiyyətlə  Korpus  ayrı-ayrı  bölmələr  şəklində  (alay-tabor-bölük)  vuruşmuşdur.  Məhz  bu  amil 
Azərbaycan hökumətini Türkiyə dövlətindən hərbi kömək istəməsi məcburiyyətində qoymuşdur. 
 
 
Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin