Cümhuriyyəsi
tərəfindən
tələb
vukuunda
Hükumət-i Osmaniyyə intizam və asayiĢ-i
daxiliyyənin təmin və iadəsi üçtin ledel-icab silah
qüvvətiylə
müavinətdə
bulu-nacaqdır”
193
(imzaladılar: Azərbaycan tərəfindən Milli Şuranın
sədri
M.Ə.Rəsulzadə,
Xarici
İşlər
Naziri
M.H.Hacınski; Osmanlı tərəfindən Ədliyyə Naziri
Xəlil bəy, 3-cü ordu komandanı Vehib paşa).
Nuru paşanın rəhbərlik etdiyi heyət Mosuldan
Təbrizə, oradan da Naxçıvana gəldi. Naxçıvanda və
Ordubadda bir neçə zabit saxlanıldı ki, mayın 20-dən
etibarən yerli hissələrin yaradılmasına başlanılsın.
Cəbrayıl-Ağdam-Tərtər-Yevlax-Gəncə marşrutu ilə hərəkət edən heyət hər yerdə yerli dəstələr yaratmaq üçün
zabitlər saxlayırdı. Bir çox yerlərdə əhali türk əsirlərini azad etmiş və onlar yerli dəstələr təşkil etmişdilər. Lakin
bütün bunlar kifayət deyildi. Nəticədə 3-cü Ordu tərkibindən 5-ci Qafqaz piyada firqəsinin bölmələrinin hissə-
hissə Azərbaycana göndərilməsi və burada Müsəlman Korpusu ilə birləşməsi əmri verildi. Beləliklə, 1918-ci ilin
iyununda, Azərbaycanla Osmanlı dövləti arasında dostluq haqqında müqavilə imzalanandan dərhal sonra
Azərbaycan və Osmanlı hərbi hissələrindən Qafqaz İslam Ordusu yaradılmağa
başladı. Orduya rəhbərlik ikili xarakter daşıyırdı: istər türk, istərsə də Azərbaycan
hərbi hissələrinin komandirlərinin raportları həm Nuru paşaya, həm də Müsəlman
Korpusunun komandanı Əli ağa Şıxlinskiyə göndərməli idi.
194
Azsaylı, lakin döyüş təcrübəsinə malik və hərbi hissələr şəklində təşkil
edilmiş Osmanlı qoşunları Qafqaz İslam Ordusunun əsas zərbə qüvvəsini təşkil
edirdi. Onların gəlişi mart-aprel döyüşlərindən sonra ruh düşkünlüyünə qapılmış,
pərakəndə halda öz şəhər və kəndlərini qorumağa hazırlaşan azərbaycanlıların
mənəvi durumunda dəyişikliyə səbəb olmuş, artıq müdafiədən hücuma keçib mənfur
düşməndən işğal edilmiş ərazilərin azad ediləcəyinə əminlik yaratmışdı.
Yaradılanda Qafqaz İslam Ordusunun məqsədləri də açıqlanmışdı:
ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək; Bakıda
islamlar (müsəlmanlar) və bolşeviklər arasındakı müharibəyə müdaxilə etmək; Bakı ilə bağlı "almanların
ehtiraslarına mane olmaq"; Qafqaz islamlarını təcavüzdən qurtarmaq".
195
İlk əvvəl Azərbaycan hissələrini dəmir yollarının qorunmasında istifadə etməyə başlayan Nuru paşa
tədricən onların döyüşkənliyini görərək döyüş əməliyyatlarının ən vacib istiqamətlərinə yönəldir, azərbaycanlı
zabitlər müxtəlif qoşun hissələrindən tərtib edilmiş qrup komandirləri də təyin edilirdilər.
Gənc və siyasi oyunlarda təcrübəsiz olan Nuru paşa onun ətrafında peyda olmuş bir neçə ilhaqçının təsiri
ilə vaxtaşırı Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə münasibətlərdə tələsikliyə yol verirdi. Azərbaycanı
müstəqil dövlət kimi dəstəkləmək əvəzinə, bir əyalət kimi Osmanlı dövlətinin tərkibinə qatmaq fikirləri ilə çıxış
edən ilhaqçılar Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində istədiklərinə nail ola bilmədilər. İyunun
26-da Müsəlman Korpusu ləğv edildi və onun əsasında Əlahiddə Azərbaycan Korpusu təşkil olundu. Ərazilər
erməni-bolşevik qoşunlarından azad edildikcə Qafqaz İslam Ordusunun tərkibinə qatılan azərbaycanlı
191
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s. 102-104.
192
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu.
Bakı, 2008, s.226.
193
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Əlavə 1, s.576.
194
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.99-101.
195
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.234.
74
könüllülərin sayı artırdı. Nəticədə döyüşlərdə itkilər versə də QİO-nun say tərkibi nəinki azalmır, əksinə, artırdı.
Eyni zamanda onun tərkibində azərbaycanlıların da sayı kəskin surətdə artmışdı. Azərbaycanlı əsgərlər təkcə
Azərbaycan hərbi hissələrində deyil, Osmanlı hərbi hissələrinin də tərkibində vuruşurdular (türk hərbi
hissələrinin itkiləri azərbaycanlı döyüşçülər hesabına bərpa edilirdi).
1918-ci il avqustun 13-də Nuru paşanın əmri ilə Əlahiddə Azərbaycan Korpusu ləğv edildi, lakin
Azərbaycan hərbi hissələri öz mövcudluğunu saxladı. Onların komandirləri vəzifələrinə osmanlı zabitləri təyin
edildi. Bununla Bakıya həlledici hücum ərəfəsində QİO-nun azərbaycan hərbi hissələrindən qeyri-müsəlmanları
uzaqlaşdırmağa çalışan Nuru paşa azərbaycanlı zabitləri müxtəlif vəzifələrə təyin etmişdi.
196
196
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.267.
75
76
Bu tipli anlaşılmazlıqlara baxmayaraq Qafqaz İslam Ordusunun türk və azərbaycanlı zabit və əsgərləri
onların üzərinə düşmüş çətin və şərəfli vəzifəni layiqincə yerinə yetirdilər.
5.3. Müsəlman Korpusunun strukturu
1917-ci ilin yayından Rusiya ordusunda mövcud olmuş gürcü və erməni milli hərbi hissələri Qafqazda
cəmləşdirilməyə başlandı. Azərbaycanlılardan ibarət yeganə nizami hərbi hissə olan Tatar süvari alayı Qafqaz
yerli süvari diviziyası tərkibində Qalisiyada vuruşurdu. Bununla belə bölgədə xidmət edən azərbaycanlı zabitlər
pərakəndə halda olsa da fəaliyyət göstərirdilər.
Polkovnik Süleyman bəy Əfəndiyev 1917-ci ilin
iyulunda Yelizavetpola ezamiyyətə göndərildi. Öz
vəzifə-sini icra etməklə bərabər, o, Müsəlman Milli
Komitəsi ilə əlaqə yaradıb şəhərdə hərbi kurs təşkil
etdi və 150 nəfər gəncə hərbi işin ilkin vərdişlərinin
öyrədilməsinə başladı. Kursun müdavimləri hərbi işi
öyrənməklə bərabər Yelizavetpolda qanun-qaydanın
yaradılmasına, özbaşınalıqların qarşısının alınmasına
çox köməklik etmişdilər.
197
1917-ci il dekabrın 6-da ZK-nın növbəti iclasında qəbul edilən qərar Rusiyanın Qafqaz Ordusunun milli
hərbi hissələr əsasında təşkil edilməsi üçün əsas oldu. Qafqaz cəbhəsinin komissarı Donskoyun əmrinə əsasən
"ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli", ermənilərdən, gürcülərdən, azərbaycanlılardan və
ruslardan ibarət milli korpuslar yaradılmalıydı. Azərbaycanlılardan ibarət korpus Müsəlman Qolordusu
(Korpusu) adlandırılmalı idi, lakin onun
yaradılması barəsində qərar yubadılırdı. Yalnız
azərbaycanlı deputatların təkidlərindən sonra
1917-ci
il
dekabrın 11-də Zaqafqaziya
Komissarlığı
tərəfindən
Müsəlman
Korpusunun yaradılması barəsində qətnamə
qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların
əsgərliyə çağırışı könüllü xarakter daşımalı,
toplanma işi Mərkəzi Zaqafqaziya Müsəlman
Komitəsinə
tapşırılmalı idi.
198
Korpusun
təşkilinə köməklik məqsədi ilə Tiflisdə
"Qafqaz Müsəlmanlarının Hərbi Şurası" təşkil
edildi. Dekabrın 2-də Rusiya ordusundan tərxis olunan general-leytenant Ə.Şıxlinski Müsəlman Korpusunun
komandanı təyin edildi. Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi, bu da təsadüfi
deyildi. Belə ki, məhz burada milli Azərbaycan partiyaları və təşkilatlarının mövqeləri güclü olmuş, üstəlik
oktyabr ayından etibarən Tatar süvari alayı burada yerləşməyə başlamışdı.
Tatar (Azərbaycan) süvari alayı 1914-1917-ci illərdə.
199
1914-cü il avqustun 23-də "Qafqaz yerli süvari diviziya"sının (Кавказская туземная конная дивизия)
yaradılması barəsində imperator II Nikolay əmr imzaladı. Diviziyada üç briqada tərkibində birləşdirilmiş 6 alay
olmalı idi: Qabarda, 2-ci Dağıstan, Çeçen, Tatar (azərbaycanlılar "qafqaz tatarları" kimi göstərildiyindən alay da
Tatar alayı adını almışdır), Çərkəz və İnquş alayları. Rusiya ordusu tərkibində Qafqaz süvari diviziya və beş
Qafqaz kazak diviziyası olduğundan yeni yaradılan hərbi hissənin adına "yerli" sözü əlavə edildi. İmperatorun
qardaşı böyük knyaz general-mayor Mixail Aleksandroviç Qafqaz yerli süvari diviziyasının komandiri, Litva
müsəlmanlarından olan polkovnik Y.D.Yüzefoviç diviziyanın qərargah rəisi təyin edilmişdilər. 1914-cü ilin
noyabrında Tiflisə gələn imperator "Diviziya tərkibinə altı alay təşkil etmiş Qafqazın müsəlman əhalisinə
ürəkdən təşəkkür"ünü bildirmişdi.
200
1915-1917-ci illər döyüşlərində fədakarlıqla vuruşmuş Qafqaz yerli süvari diviziyası Rusiya ordusunun
ən tanınmış hərbi hissələrindən biri olmuşdur. Avstriya, Almaniya və Rumın cəbhələrində vuruşmuş diviziya
qəhrəmanlıq və hərbi bacarığı ilə seçilmişdir. Diviziyanın döyüşçüləri çoxlu qənimət əldə etmişdi. Təkcə onu
qeyd etmək kifayətdir ki, müharibə dövründə ələ keçirdiyi əsirlərin sayı diviziyanm öz sayından 4 dəfə çox
197
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.33-34.
198
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36-37.
199
Tatar (Azərbaycan) süvari alayının yaradılması və fəaliyyəti barəsində tarixi
materialların sürətlərini bizim üçün Mosvka arxivlərindən aşkar edib
göndərdiyinə görə Eldar İsmayılova öz dərin təşəkkürümüzü bildiririk.
200
Иванов P.H. Именем Союза Советских, Москва, 2007, с.85.
77
olmuşdur. Diviziyanın 3500 döyüşçüsü Georgi xaçları ("əsgər Georgi nişanı") və Georgi medalları ilə təltif
edilmişdilər. Bu məqama ətraflı toxunmağı lazım bilirik. Rusiyanın ordenləri sırasında ən yüksək dərəcəli hərbi
təltif nişanı Müqəddəs Georgi ordeni sayılırdı. Orden sırf zabitlərə verildiyindən onun "əsgər" variantı - "Hərbi
ordenin fərqlənmə nişanı" ("Знак отличия военного ордена") təsis edilmişdi. İstər orden, istərsə də onun
"əsgər" variantı üzərində at belində əjdahanı məhv edən süvari - Müqəddəs Georginin təsviri verilirdi.
Müqəddəs Georgi xristianlığa aid əfsanəvi şəxsiyyət sayıldığından qeyri-xristianlara təltif nişanı verilərkən
üzərində Rusiya gerbinin əsas elementi - ikibaşlı qartal olan nişan verilirdi. Maraqlıdır ki, bu müsəlman
süvariləri arasında narazılıqla qarşılanırdı. Təsvirin mahiyyətinə varmadan bir çox
sıravilər, "Bizə quş vermə, istəmirik, bizə yigiti ver" deməklə məhz süvari təsviri olan
nişan tələb edir-dilər. Bu səbəbdən "Hərbi ordenin fərqlənmə nişanı"nın üzərində sadə
təsvir olan yeni forması təsis edilmişdi.
201
Diviziyanın bütün zabitləri ordenlərlə təltif edilmişdir. Təsadüfi deyil ki,
düşmən Qafqaz yerli süvari diviziyasını "Vəhşi diviziya" adlandırırdı.
1917-ci ilin iyununda çar ordusunun parçalanması ərəfəsində döyüşlər
aparmağa məcbur olan Qafqaz yerli süvari diviziyası hərbi anda axıra qədər sadiq
qalmışdır. 1917-ci il iyunun 29-da Kaluş şəhəri istiqamətində başda azəraycanlı
general Feyzulla Mirzə Qacar olmaqla irəliləyən 2-ci süvari briqada düşməndən geri
çəkilən 466-cı piyada alaya rast gəlmiş, alayı toplayaraq yenidən səngərlərə
göndərmiş, daha sonra isə döyüşü davam etdirmişdir. Əgər əvvəllər təkcə düşmən
Qafqaz yerli süvari diviziyasını "Vəhşi diviziya" adlandırırdısa, indi əksər mətbuat
orqanlarında, əsasən də inqilabi qəzetlərdə diviziyaya belə adın verilməsi onun zabit
və süvarilərinə toxunurdu. Ədalət naminə qeyd etmək lazımdır ki, diviziyanın belə
adla çağırılmasına rus ziyalılarından da etiraz edənlər də vardı. "Rusiyanın səhəri" ("Утро России") qəzetində
"Rusiyanın sadiq oğulları" məqaləsində yazılmışdır: "Qafqaz yerli süvari diviziyası düşmənlə "qardaşlaşan" rus
ordusunun ticarət - satqınlıq hesablarını öz "vəhşi" həyatları ilə ödəyir. Bu "vəhşilər" rus ordusunu Rumuniyada
xilas etdilər. Bir həftə əvvəl qarşısıalınmaz zərbə ilə avstriyalıları yenən, bütün Bukovinadan keçib Çernovisanı
ələ keçirən "vəhşilər" Qaliçə girdilər və avstriyalıları qovdular. Dünən isə geri çəkilən və mitinqlər edən
kolonları xilas etmək üçün irəli atılan "vəhşilər" düşməni dayandırdılar və müvazinət yaratdılar. Arxa cəbhədə
qurulmuş mitinqlərə qaçan "nizamlı" əsgərlərin torpaq və azadlıq tələblərinə görə Rusiyaya qan haqqını
"vəhşilər" ödəyirlər".
202
Maraqlıdır ki, belə məqalə həmişə qafqazlılara həqarətlə yanaşan ifrat monarxist -
şovinist qaraguruhçuların ("Черносотенцы") qəzetində nəşr edilmişdir.
Diviziya döyüş fəaliyyəti dövründə böyük itkilər vermişdir və hər dəfə itki olduqca Qafqazdan, о
cümlədən Azərbaycandan yeni süvarilər göndərilirdi. 3 il ərzində diviziyada 7 mindən artıq süvari xidmət
etmişdir. Diviziya alaylarının heyətləri bir neçə dəfə arxa cəbhədən gələn heyətlərlə dəyişdirilmişdir. Bütün
müharibə dövründə diviziyada bir dəfə də olsun fərarilik halı qeydə alınmamışdır! 1917-ci ilin avqust ayında
Qafqaz süvari diviziyasına Qafqaz müsəlmanlarından təşkil edilmiş bir neçə alay əlavə edilmiş və Qafqaz yerli
süvari korpusu təşkil edilmişdir (komandir general-leytenant knyaz Baqration, Qafqaz yerli süvari diviziyasının
komandiri general-mayor knyaz Qaqarin). Lakin sentyabrın 2-də Qaqarin və Baqration vəzifələrindən azad
edilmiş, Qafqaz yerli süvari korpusunun komandiri general P.A.Polovsev, Qafqaz yerli süvari diviziyasının
komandiri isə şahzadə Feyzulla Mirzə Qacar təyin edilmişdilər.
203
Qafqaz yerli süvari diviziyasının ən yaxşı hissələrindən biri Tatar süvari alayı idi. Tatar süvari alayı 1914-
cü il avqustun 9-da Yelizavetpolda təşkil edilməyə başlandı. Əslən Bakıdan olan podpolkovnik V.Staroselskinin
müvəqqəti rəhbərlik etdiyi alay 4 yüzlükdən təşkil edilməli idi. 1-ci yüzlüyün süvariləri Qazax, 2-ci - Şuşa və
Cavanşir, 3-cü - Ərəş, Zəngəzur, Karyagin, Nuxa, 4-cü - Borçalı qəzalarının könüllülərindən təşkil edilməli idi.
Podpolkovnik Staroselskinin 1914-cü ilin sentyabr ayında verdiyi raportda qeyd edilirdi: "Çağırış zamanı
süvarilər böyük həvəslə gəlir və tatar əhalisi sıralarında heç bir narazılıq müşahidə olunmayıb".
204
Misal üçün,
Cavanşir qəzasından göndərilən süvarilərin yolasalma mərasimi rəsmi raportda belə təsvir edilir: "Tərtərdə
Cavanşir qəzasından 70 nəfər könüllü toplaşdı, onları yola salmaq üçün min nəfərdən artıq kütlə yığılmışdı.
Könüllülər əllərində imperatorunun portreti, musiqi sədaları altında polis idarəsindən məscidə yollandılar,
burada ruhanilər imperatorun və rus ordusunun şərəfinə dualar oxudular, bundan sonra könüllülər Yelizavetpola
yola düşdülər".
Süvari alayda 22 zabit, 3 hərbi məmur, alay mollası, 575 nizami sıravi (onlar rəsmi sənədlərdə və
danışıqda "süvari" adlanırdılar), 68 qeyri-nizami sıravi olmalı idi. Alayın təşkilinə köməklik göstərmək üçün
Baş Komandanlıqdan ezam edilən hərbçilər qrupuna 16-cı Tver draqun alayından polkovnik Şahzadə Feyzulla
201
Кузнецов А. Награды. Москва, 1999, с.452.
202
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür.
203
Иванов P.H. Именем Союза, с. 127.
204
РГВИА, ф. 3642, оп.1, д.7, л.74-74об.
78
Mirzə Qacar başçılıq edirdi. Avqustun 5-də Qafqaz hərbi dairəsinin qərargah rəisi Yelizavetpol qubernatoruna
çağırışı başlamaq barəsində məktubla xəbər vermiş, avqustun 27-də isə qubernator tələb olunan 400 süvari
əvəzinə 2000-dən artıq könüllünün toplandığını bildirmişdir. Qubernator yazırdı ki, alayın heyəti döyüş bayrağı
kimi onlara 1-ci atlı müsəlman alayının (1828-ci ildə təşkil edilib, 1830-cu ildə fəxri bayraqla təltif edilib) Şuşa
qəza idarəsində saxlanılan fəxri bayrağını verməyi xahiş edir.
205
Milli süvari paltarı ilə bərabər qaragül dərisindən papaq və yapıncı geyən, nizami silahlardan (tüfəng, nizə
və şaşka) başqa ənənəvi xəncər daşımaq hüququ olan süvarilərin göndərilməsi təntənəli şəkildə həyata keçirildi.
Alay yola düşərkən onu əhali ilə birlikdə axund Hüseyn Əfəndi Əfəndiyev yola salmışdır. Alay Ukraynada olan
zaman onun tərkibinə Şərqə vurğunluğu ilə seçilən Fransa vətəndaşı Şarl Testenuar qatılmış və alayın süvarisi
olmaq hüququ ona da verilmişdir. Tatar süvari alayı cəbhə bölgəsinə beş eşalonla 1914-cü il, 11-13 sentyabr
tarixlərində yollandı. Sentyabrın 12-də Qafqaz süvari diviziyasının komandiri Böyük knyaz Mixail
Aleksandroviç Yelizavetpol qubernatoruna teleqram ünvanlayaraq alayın təşkilinə görə "şəhər əhalisi, qəza
nümayəndələri və igidlərə” təşəkkürünü bildirmişdir. Alayın baş axundu vəzifəsinə görkəmli Azərbaycan şairi
Məhəmməd Hadi təyin edilmişdi.
Tatar süvari alayının ilk komandiri podpolkovnik P.A.Polovsev (01.09.1914-25.02.1916), sonra
polkovnik F.N.Bekoviç-Çerkasski (25.02. 1916-05.07.1917), axırda isə polkovnik L.Maqalov (05.07.1917-ci
ildən) olmuşdur.
206
Bessarabiya zadəganlarından olan Pyotr Aleksandroviç Polovsev 1874-cü ildə Peterburqda
anadan olmuşdur. Qusar alaylarında xidmət etmiş Polovsevin məhz Tatar alayına komandir təyin edilməsi
təsadüfi deyildi. Azərbaycanlılara böyük hörmətlə yanaşan, Azərbaycan adət-
ənənələrini alayda saxlamağa imkan verən, şücaət və qorxmazlığı ilə seçilən Polovsev
barəsində rus zabitləri deyirdilər ki, "onun bədəni rus, ruhu isə tatardır". Alay
komandirinin köməkçiləri əslən Bakıdan olan podpolkovnik Vsevolod Staroselski və
rotmistr Şahverdi xan Əbülfət xan oğlu Ziyadxanov təyin edilmişdilər. 1916-cı ilin
əvvəllərində polkovnik A.Polovsev Qafqaz yerli süvari diviziyasının qərargah rəisi
təyin edildi. 1917-ci ilin mayında Petroqrad hərbi dairəsinin komandanı təyin edilən
general-mayor P.A.Polovsev şəxsən hərbi nazirə müracəit edərək yeni vəzifədə Tatar
süvari alayının uniformasını daşımaq hüququnu qazanmışdır. 1917-ci il sentyabrın 2-
də general P.A.Polovsev Qafqaz yerli süvari korpusunun komandiri təyin edilmişdir.
Polovsev inqilabi hadisələrin dəhşətlərini görərək Müvəqqəti hökumətdən hissələrinin
Qafqaza göndərilməsi barədə razılıq almağa nail ola bildi. Korpusun hissələrini Şimali
Qafqazda yerləşdirən Polovsev özünə doğma bildiyi Tatar alayını Azərbaycana göndərdi. Oktyabrın 26-da
Polovsev Yelenendorfa (Yelizavetpol yaxınlığında alman koloniyası) gələrək burada Tatar süvari alayına baxış
keçirdi və alayın hazır hərbi hissə olmasını təsdiqlədi.
207
Polovsevin sonrakı taleyi məlum deyil.
Tatar alayının formalaşmasında 8-ci ehtiyat süvari alayının müsəlman zabit və unter-zabitləri iştirak edir,
onlara alayın təşkilində köməklik göstərmək üçün 16-cı Tver draqun alayından polkovnik Şahzadə Feyzulla
Mirzə Qacar başçılıq edirdi. Şahzadə Feyzulla Mirzə Qacar 1872-ci ildə çar ordusunun polkovniki Şəfi Xan
Qacarın ailəsində anadan olub.
208
Tiflis kadet korpusu və Nikolayev süvari məktəbini bitirdikdən sonra draqun
alaylarında xidmət edən Feyzulla Mirzə 2-ci Dağıstan alayının (komandir Hüseyn Xan Naxçıvanski) tərkibində
Rus-Yapon müharibəsində iştirak etmiş, şəxsi şücaəti ilə seçilmişdir. Ayağından ağır yaralanan Feyzulla Mirzə
dəfələrlə təltif edilmişdir. I Dünya müharibəsi başlayanda rotsmistr rütbəsində olan Feyzulla Mirzə eskadron
komandiri idi. 15 fevral 1915-ci il tarixində Brın kəndi uğrunda gedən döyüşdə geri çəkilən Uman kazak
alayının dörd süvari bölüyünü saxlayıb, ona ürək-dirək verən, onları yenidən düzənləyib döyüşə aparan və
qələbə qazanan Şahzadə Feyzulla Mirzə Qacar Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif edilmişdir.
1915-ci fevralın 17-də polkovnik F.M.Qacar Çeçen süvari alayının komandiri təyin edildi. İyul ayında Şahzadə
Feyzulla Mirzə Qacar 2-ci süvari briqadanın (Çeçen və Tatar alayları) komandiri təyin edildi. Dekabrın 9-da
polkovnik Feyzulla Mirzə Qacar ağır yaralanmış, lakin sağalandan sonra 1917-ci ilin fevralında yenidən
diviziyaya qayıtmış, Çeçen süvari alayının komandiri təyin edilmişdir. May ayında general-mayor rütbəsinə
layiq görülən Feyzulla Mirzə Qacar 2-ci süvari briqadanın, 1917-ci ilin avqustunda Qafqaz yerli süvari
diviziyasının komandiri təyin edildi. 3-cü dərəcəli Müqəddəs Georgi və "Qızıl silaha" təqdim edilən şahzadə
onları ala bilmədi: imperiyanın parçalanması buna imkan vermedi.
209
1918-ci ilin dekabrınadək Pyatiqorskda
diviziyanı saxlamağa çalışan və dağılmaqdan qoruyan Feyzulla Mirzə Qacar Azərbaycana gəlir və Azərbaycan
205
РГВИА, ф. 3642, оп.1, д.7, л.47-47об.
206
РГВИА, ф. 3642, оп.1, д.8, л.41.
207
Иванов Р.Н. Именем Союза, с.95.
208
Исмаилов Э.Э. Георгиевские кавалеры-азербайджанцы. Москва, 2005,с.203-205.
209
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.206- 221.
79
Ordusuna xidmətə qəbul edilir. O 1-ci süvari diviziyanın komandiri təyin olunur, eyni zamanda Gəncə şəhəri
hərbi qarnizonu rəisi vəzifəsini də icra edir.
210
Sovet hakimiyyəti qurulandan sonra onun taleyi məlum deyil.
Bu zaman Tatar və Çeçen alayları diviziyanın 2-ci süvari briqadasını təşkil edirdi (briqada komandiri
polkovnik K.Xaqandokov).
1914-cü il noyabrın əvvəllərində diviziya 2-ci süvari korpusun (komandir general-leytenant Hüseyn Xan
Naxçıvanski) tərkibinə verildi.
211
Lvov şəhərində hissələrə baxış keçirən Xan Naxçıvanski onların
hazırlıqlarından razı qaldı. Jurnalist İlya Tolstoy (məşhur yazıçı Lev Tolstoyun oğlu) özünün "Al başlıqlar"
("Алые башлыки") oçerkində yazırdı: "Biri digərindən gözəl olan alaylar süvari şəkildə yürüş qaydası ilə
keçirdi, bütün şəhər indiyənədək görmədiyi tədbiri seyr etməyə yığışmışdı... Öz tütəklərində hərbi xalq
mahnılarını çalan zurnaçıların müşayiəti ilə sinirli, gözəl atlar üzərində oturmuş, qəşəng çərkəzi paltar geymiş,
qızıl və gümüşlə işlənmiş silahlara malik olan, al-qırmızı başlıqlı qarabəniz, çevik, qürurlu və ləyaqətli süvarilər
bizim yanımızdan keçirdi". Baxışdan dərhal sonra Sana çayı sahilinə çıxarılan alaylar Polyançik, Rıbne,
Verxovina-Bıstra istiqamətlərində ağır döyüşlərə atıldılar. 1915-ci ilin yanvarında düşmənin Peremışl
istiqamətinə yürüşünün qarşısını almaq üçün Tatar alayı hətta piyada halda vuruşmalı olmuşdur. "Müharibə
salnaməsi" adlı topluda "Dikaya diviziya" oçerkində qeyd edilmişdir: "Karpatlarda qar var, hər tərəf ağdır.
Qabaqda təpələrdə, qar səngərlərində avstriya piyadaları yerləşiblər. Hər tərəfdə güllələr uçur... Hamısı
özümüzkülərdir. Əhmədi yaralasalar İbrahim çıxardar, İbrahimi yaralasalar İsrayıl çıxardar, Abdullanı
yaralasalar İdris onları daşıyar. Daşıyıb çıxararlar, nə yaralını, nə də ölünü düşmənə qoymazlar... Alay yürüş
üçün düzüldü. Ehtiyat kolonunda qəhvəyi - boz atlar üzərində süvarilər dayanmışdı. Yəhərlərin arxasına qara
yapıncılar asılmış, atların yanlarından əlvan xurcunlar sallanır, qəhvəyi papaqlar alınlara düşür. Qarşıda döyüş
var, çünki düşmən yaxındadır. Ağ atın belində, çiynində tüfəngi olan molla kolonun qabağına çıxır... Molla
döyüşdən əvvəl dua edir... Qaş-qabaqlı üzlər ona dinməz qulaq asırlar. "Amin"- cərgələr səslənir, Amin, Allah,
Allah!" Əllərini alınlarına apardılar, üzlərinə çəkdilər, sanki ağır fikirləri sildilər, yüyənləri çəkdilər. Döyüşə
getməyə hazırdılar. Ya Allah, Allah yolunda irəli!"
212
Qalisiya əməliyyatında Tatar alayı Karpart dağlarını aşaraq düşmən arxasına keçməklə nəticələnən
məşhur bir reyd etmişdi. 1915-ci ilin fevralında diviziya uğurlu hücum əməliyyatları keçirdi. Fevralın 15-də
Brin kəndinə Çeçen və Tatar alayları hücum etdi. Əlbəyaxa döyüşdən sonra kənd alınmış və A.Polovsev
Müqəddəs Georgi ordenin 4-cü dərəcəsi ilə təltif edilmişdir. Yelizavetpol
qubernatoruna məktubunda Polovsev yazırdı: "Yerli diviziyada birinci olaraq
Tatar alayı öz komandirinə Georgi xaçını qazandırmışdır. Yüksək təltif nişanı ilə
fəxr edərək onu tatar süvarilərin yüksək döyüş keyfiyyətləri və şücaətinə verilmiş
qiymət hesab edirəm.. "
213
Fevralın 21-də Xan Naxçıvanski böyük knyaz Mixail
Aleksandroviçə düşməni Tlumaç mövqelərindən qovmağı əmr etdi. İrəli
göndərilən Tatar və Çeçen alayları tapşırığı yerinə yetirdi. 1915-ci ilin avqust
ayında Dnestr çayının sol sahilində ağır döyüşlər gedirdi. 2-ci süvari briqada
Vinyatınsı rayonunda 250 süvari itirməklə düşmənin 5 irimiqyaslı
hücumunu dəf etmişdir. Əslən qabardin olan Tembot Janxotoviç Bekoviç-
Çerkasski (son-ralar adını dəyişdirib) 1916-cı ilin əvvəllərində Tatar süvari
alayına komandir təyin olundu. 1916-cı il yanvarın 21-də diviziya tərkibində
yeganə olaraq Tatar alayına imperatorun əmri ilə fəxri ştandart verilmişdir.
214
Rusiya ordusunda ştandartla təltif
edilmə kollektiv təltif nişanları sırasında ən vacibi sayılırdı. Mayın 31-də Tatar alayı yenidən fərqləndi. Tışkovsı
kəndi hücumla alınarkən burada düşmənin 6 zabiti və 171 əsgəri əsir götürülmüşdü. Dərhal mövqelərini
vəziyyəti bərpa etməyə çalışan avstriyalılar iri qüvvələrlə bir neçə dəfə hücum etmiş, lakin 256 nəfər itirərək
geri çəkilməyə məcbur olmuşdular. Bu döyüşə görə Bekoviç-Çerkasski Müqəddəs Georgi ordenin 3-cü dərəcəsi
ilə təltif edilmişdir.
1916-cı ilin yayında Tatar süvari alayı Cənub-Qərb cəbhəsinin "Brusilov əməliyyatı"nda iştirak edir.
İyunun əvvəllərində ağır Çernovisı döyüşlərində qalib gələn Tatar alayı Çeremoş çayına çıxmış, sonra isə Çeçen
alayı ilə birgə düşmənin atəşi altında çayı keçməyə müvəffəq olmuşdur. Rostoku tutaraq alaylar sürətlə Prut
çayı istiqamətində irəlilədilər. 1917-ci ilin mayın 14-də Tatar süvari alayının komandiri polkovnik knyaz Levan
Luarsaboviç Maqalov təyin edildi (rəsmən iyul ayından komandir vəzifəsində təsdiqlənib).
210
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.94.
211
Иванов Р. Н. Генерал-адъютант его величества. Москва, 2006, с.211-219.
212
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür.
213
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.212.
214
РГВИА, ф.3530, оп.1, д.131, л.12.
80
1917-ci ilin avqustunadək döyüşlərdən çıxmayan Tatar süvari alayı döyüşçülərinin qəhrəmanlığı yüksək
qiymətləndirilmişdi.
215
Alayın 6 nəfər zabiti Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi, 5 nəfər zabiti isə ona
bərabər tutulan "Qızıl silah"la təltif edilmişdilər. Onların sırasında gələcəyin məşhur sərkərdəsi, alayının korneti
Cəmşid Xan Naxçıvanski da var idi. Alayın bütün zabitləri imperiyanın digər ordenləri ilə də
mükafatlandırılmışdı. Digər alayların tərkibində vuruşan azərbaycanlılar da mükafatlandırılmışdı. Belə ki,
Kabarda süvari alayının ştab - rostmistri Kərim Xan İrəvanski "Qızıl silah"la təltif edilmişdi. Sıravilər sırasında
da fərqlənənlər az deyildi. Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehti İbrahimov, Ələkbər Hacıyev, Daso
Daurov, Aleksandr Kaytukov tam Georgi kavalerləri (4 "əsgər" Georgi nişanına layiq görülənlər tam kavaler
sayılırdılar) olmuşdur. Üç Georgi xaçı və üç Georgi medalı ilə Osman ağa Gülməmmədov təltif edilmişdi.
Şuşalı Zeynal bəy Sadıxov xüsusi qeyd edilməlidir: kəşfiyyat dəstəsində unter - zabit kimi xidmətə başlayaraq
o, üç Georgi xaçı və bir Georgi medalı ilə təltif edilmiş, bilik və bacarığına görə zabit rütbəsinə layiq
görüləndən sonra daha dörd döyüş ordeninə layiq görülmüşdü. 4-cü dərəcəli "əsgər" Georgi nişanı ilə Paşa
Rüstəmov, Xəlil bəy Qasımov, Şahzadə İdris ağa Qacar, Kərim Qulu oğlu təltif edildilər. 1917-ci il iyunun 24-
dən etibarən Müvəqqəti hökumətin qərarı ilə "əsgər" Georgi xaçı ilə zabitlər də təltif edilə bilərdi. "Əsgər"
nişanının 4-cü dərəcəsi ilə L.Maqalov, Cəmşid Naxçıvanski, Xaitbəy Şervaşidze, N.Bobrinski, rotmistr Şahverdi
Xan Ziyadxanov, ştab - rotmistrlər Süleyman bəy Sultanov və Ehsan Xan Naxçıvanski, ştabs - kapitan Cəlal bəy
Sultanov, poruçik Səlim bəy Sultanov təltif edildilər.
Petroqrad hərbi dairəsinin komandanı general-mayor P.A.Polovsev Məmməd Xan Ziyadxanova yazdığı
məktubunda qeyd edirdi: "Qalisiya və Rumuniya çöllərində saysız-hesabsız qəhrəmanlıqlar etmiş müsəlmanlar
özlərini böyük əcdadlarının layiqli davamçıları və bizim böyük vətənin sadiq oğulları kimi göstərmişdilər."
Polovsev inqilabi hadisələrinin dəhşətlərini görərək Müvəqqəti hökumətdən korpus hissələrinin Qafqaza
göndərilməsinə nail ola bildi. Korpusun qərargahı Vladiqafqazda, diviziyanın qərargahı isə Pyatiqorskda idi,
Tatar alayı Yelizavetpola göndərildi.
216
1917-ci ilin oktyabr çevrilişindən sonra korpus öz təşkilatı və tərkibini
saxlayırdı, lakin 1918-ci ilin yanvarında korpus ləğv edildi.
Müsəlman Korpusunun komandanı təyin edilən general-leytenant Ə.Şıxlinski öz xatirələrində yazırdı ki,
"bizim əlimizdə silah, cəbhəxana, ərzaq ehtiyatı, paltar və ayaqqabı yox idi". 1918-ci il yanvarın 7-də "Açıq
söz" qəzeti yazırdı ki, yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu
(5-ci və 7-ci atıcı diviziyalar) əvəz etməli idi.
217
Dövrün hadisələrində fəal iştirak etmiş İsrafil bəy İsrafilov öz xatirələrində göstərir ki, Tatar süvari alayı
azərbaycanlılardan ibarət yeganə yaxşı təşkil edilmiş silahlı qüvvə idi. Ona kömək məqsədi ilə əsasən tələbələr
və ziyalılardan ibarət "Yaşıl qvardiya"nın yaradılmasına başlandı. Qvardiyaya komandanlıq İ. İsrafilova
tapşırıldı, onun süvari dəstəsini polkovnik Rəfibəyli təşkil etməli idi. Bakı Soveti və onun qurumları Bakıda
milli hissələrin yaradılmasına çətinliklər törətdiyindən könüllülər Müsəlman süvari divizionu şəklində (80 nəfər)
tərtib edilərək Lənkərana köçdülər.
218
Təminatla bağlı problemi həll etmək üçün müsəlman ictimai təşkilatları bazarlardan lazım olanları alıb
qoşun hissələrinə təhvil verirdilər. Bəzi hallarda torpaq sahibkarları və imkanlı şəxslər öz dəsətələri ilə Korpusa
yazılırdılar. Belə ki, Rəşid bəy Səmədov adlı birisi öz dəstəsi ilə gəlmiş və dəstə tam heyətlə 1-ci süvari
müsəlman alayına qatılmışdı. Eskadron
şəklində
düzənlənən
dəstəyə
Xan
Naxçıvanski komandir təyin edildi,
R.Səmədova praporşik rütbəsi verildi və
o, eskadron komandirinin köməkçisi
oldu.
219
Müsəlman Korpusunun strukturu
aşağıdakı şəkildə olmalı idi: iki nişançı
diviziya (hər birində 4 nişançı alay (1-ci,
2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci müsəlman alayları), Xüsusi süvari briqada (3 süvari alay -1-ci Müsəlman
süvari alayı, 2-ci Tatar süvari alayı, 3-cü Ləzgi süvari alayı), iki nişançı-topçu briqadası (1-ci və 2-ci), istehkam
taboru, Süvari batareya, Mortir və park divizionu, 2-ci müsəlman Mortir parkı. Korpusun qərargahında
aşağıdakı strukturlar var idi: Ümumi qərargah, korpusun təchizat rəisi xidməti, topçu müfəttişi xidməti,
215
РГВИА, ф- 2100, oп. 2, д.46, л. 13-14об, 45,47-47об., 64-64об., 66-66 об.
216
Иванов P.H. Именем Союза, с151.
217
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.38.
218
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40.
219
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.53-54.
81
istehkam rəisinin xidməti, oberkvartirmeyster xidməti, növbətçi zabit şöbəsi, коrpusun tibb xidməti və baytar
həkim xidməti.
220
Hissələrdə təlim bölmələri və Müsəlman təlim batareyası təşkil edilirdi. Korpusun hərbi məhkəməsinin
sədri polkovnik Prixodkonun rəhbərliyi ilə rus ordusunun nizamnamələrinin Müsəlman Korpusunun xidmət və
məişət şəraitinə uyğunlaşdırmaq üçün komissiya yaradılmışdı.
221
1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-
mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman
əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər. X.Talışinski və onun
zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başladılar. "Səadət" məktəbinin
zirzəmisində patron sexi açıldı, könüllülər toplandı. Lakin bolşevik-erməni qüvvələrinin cəmləşdiyi Bakıda
yalnız iri, tam hazırlıqlı hərbi hissə ilə fəaliyyət göstərmək olardı. Silah-sursatı olmayan, əsasən könüllülərdən
təşkil edilməyə başlayan hərbi hissəni belə şəraitdə yaratmaq qeyri-mümkün idi. Bu səbəbdən korpusun
hissələrinin aşağıdakı dislokasiya sxemi tərtib edilmişdi (Əli ağa Şıxlinskinin 11 mart 1918-ci il 58 saylı əmri
ilə təsdiqlənib): 1-ci müsəlman nişançı diviziyasının qərargahı və 1-ci müsəlman nişançı alayı - Şamaxıda, 2-ci
müsəlman nişançı alayı Qubada, 1-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu,
İstehkam taboru, Müvəqqəti Milli hərbiyyə məktəb Yelizavetpolda (Gəncədə), 6-cı müsəlman nişançı alayı
İrəvan quberniyasında (qərargahı Naxçıvanda), 7-ci müsəlman nişançı alayı Nuxada, 8-ci müsəlman nişançı
alayı Abbastumanda (Şərqi Gürcüstan), 2-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu
Naxçıvanda, Müsəlman süvari-topçu batareyası Lənkəranda, 2-ci Tatar süvari alayı Ağdamda.
222
Silah və
sursatın, komanda heyətinin çatışmadığı şəraitdə belə dislokasiya sxemi ilə korpusun təşkili işi daha da
çətinləşirdi. Bütün hərbi hissələrin bir ərazidə, 2-3 təlim mərkəzlərində təşkil edilib bölgələrə göndorilməsi
məqsədə uyğun olardı, lakin mövcud hərbi-siyasi vəziyyət yuxarıda göstərilən sxemin tətbiqini tələb edirdi.
Hərbi hissələr təlimlə bərabər yerləşdiyi ərazilərdə əmin-amanlığı qorumalı, bolşevik-erməni dəstələrinin
irəliləməsinə imkan verməməli idilər.
1918-ci ilin əvvəllərindən başlayaraq rus hissələrinin tərksilah edilməsi prosesinə Tatar süvari alayının
qoşulması nəticəsində iri hərbi hissələri tərksilah etmək mümkün olmuşdu. Şəmkir stansiyasında baş vermiş
hadisələrdə də bilavasitə alay komandiri polkovnik L.Maqalovun rəhbərlik etdiyi süvarilərin köməyi sayəsində
eşelonlar silahı təhvil vermək məcburiyyətində qaldı. Toplanan silahlar könüllülərdən təşkil edilən korpusun
yeni yaradılan hərbi hissələrinə paylanır, lakin onlar hələ döyüşə hazır deyildilər.
Beləliklə, 1918-ci ilin martında – Müsəlman Korpusu hissələrinin formalaşmaqda olduğu vaxt, yeganə
hazır qüvvə Tatar süvari alayı idi. Lakin alay cəmi 600-ə yaxın süvaridən ibarət idi, onların da bir qismi
Lənkəran, Bakı və Şamaxıda yaradılan hərbi hissələrdə təlimatçı kimi
çalışırdılar. Bakı Sovetinin bolşevik-erməni qüvvələrinin qarşısını almaq üçün
bu kifayət etmirdi. 1918-ci ilin mart-aprel aylarında Bakıda, daha sonra
Qubada, Salyanda, Şamaxıda, Lənkəranda bolşevik-erməni qoşunları tərəfindən
azərbaycanlı əhalinin soyqırımı həyata keçirilərkən, bu məntəqələrdə olan
könüllü dəstələr müqavimət göstərsə də məğlub edilmişdilər.
Müsəlman Korpusunun təşkilini sürətləndirmək üçün Zaqafqaziya
hökuməti 100 min rubl, 2 təyyarə, 1 zirehli qatar, silah və sursat ayırmağa,
kömək üçün gürcü hərbi hissələrini göndərməyə söz vermişdi. Əslində 1 zirehli
qatar, az sayda atıcı silahlar, bir gürcü bölüyü göndərildi. Buna baxmayaraq,
bolşevik-erməni təcavüzünün qarşısını almaq üçün dəstə təşkil etmək qərarı
qəbul edildi. Dəstə polkovnik L.Maqalovun rəhbərliyi ilə təşkil edilmiş, onun
tərkibinə Müsəlman Korpusunun qüvvələri qatılmışdı. Bilavasitə Maqalovun
tabeçiliyində Tatar süvari alayı, 7-ci və 8-ci müsəlman nişançı alaylarından
toplanmış bir müsəlman nişançı alayı, pulemyot komandası, Milli hərbiyyə
məktəbinin müdavimləri, 1 zirehli qatar və gürcü bölüyü var idi (təxminən 2 min nəfər, 4 top, 6 pulemyot, 1
zirehli qatar).
223
Könüllülərdən təşkil edilmiş süvarilər (təxminən 3 min nəfər) toplanaraq İsmayıl хаn
Ziyadxanlının tabeçiliyinə verildi. Quba, Xaçmaz, Dəvəçidə yaradılmaqda olan hissələrin könüllüləri Bakıdan
çıxan könüllülərlə birləşərək 1-2 min nəfər təşkil etdi. Bu qüvvə imam N.Qosinskinin göndərdiyi qüvvə ilə
birləşdi, lakin Qosinskinin döyüşçüləri aprelin 8-10-da döyüşlərdə iştirak etsələr də, Xırdalana çatar-çatmaz
Şimali Qafqaza qayıtdılar və azərbaycanlılar Maqalovun dəstəsinə qatıldılar.
224
220
Süleymanov M.S. Azərbaycan Ordusu, s.33.
221
Süleymanov M.S. Azərbaycan Ordusu, s.34.
222
Süleymanov M.S. Azərbaycan Ordusu, s.54-55.
223
Кадишев А.Б.Интервенция и гражданская война в Закавказье. Москва, 960, с.90.
224
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.64-65.
82
İsrafil bəy İsrafilov xatirələrində yazır ki, "Tatar süvari alayı gənc respublikanın yeganə yaxşı təşkil
edilmiş silahlı qüvvəsi idi. Ona kömək məqsədi ilə "Yaşıl qvardiya"nın yaradılmasına başlandı: əsasən tələbələr
və ziyalılardan ibarət hərbi hissə. Qvardiya ilə komandanlıq mənə tapşırıldı. Süvari dəstəyə polkovnik Rəfibəyli
başçılıq edirdi. Bizim azsaylı dəstəmiz Hacıqabul stansiyasına qədər irəliləsə də geri çəkilməyə məcbur oldu..."
Bakı Sovetinə qarşı döyüşlərdə iştirak edən Müsəlman Korpusunun bir hissəsi belə ştatlara uyğun təşkil
edilməmiş, ümumiyyətlə Korpus ayrı-ayrı bölmələr şəklində (alay-tabor-bölük) vuruşmuşdur. Məhz bu amil
Azərbaycan hökumətini Türkiyə dövlətindən hərbi kömək istəməsi məcburiyyətində qoymuşdur.
Dostları ilə paylaş: |