Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
#16978
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
 
 
4.3. Ġngilis qoĢunlarının say tərkibi və strukturu 
 
General  Denstervilin  öz  qeydləri  göstərir  ki,  toplam  halda  ingilis  qoşunları  üç  tabor  piyada,  bir  top 
batareyası, üç yüngül zirehli avtomobil iki aeroplandan ibarət olmuşdur. 
Denstervilin  ingilis  qoşunlarının  azlığını  yaxşı  anlayırdı:  "Bu  qədər  qoşun  olanda  bizim  hissələrdən 
ehtiyyat  qüvvo  ayırmaq  çətindir,  ona  aörə  də  bütün  ehtiyat  qüvvələr  yerli  şəhər  dəstələrindən  təşkil  olurıdu, 
lakin onlar tələb olunanda heç vaxt tapılmırdılar. Bizim qüvvələrdən yalnız yerli döyüşçüləri dəstəkləmək üçün 
bir  dəstə  və  yerli  əhəmiyyətli  kiçik  ehtiyat  qüvvəsi  yarada  bildik.  Bakı  mövqelərində  dayanan  ingilis 
qoşunlarının  sayı  900  süngüdən  artıq  olmamışdır".
182
  İngilis  qoşunları  müdafiə  xəttinin  strateji  nöqtələrində 
mövqe  tutmuşdur.  Şəhərdə  keşikçi  xidmətlərini  yerinə  yetirən  təminat  hissələrinin  zabit  və  əsgərləri  də  əlavə 
ediləndə  ingilislərin  canlı  qüvvəsinin  sayı  1300  nəfər  təşkil  edirdi.  Bu  döyüşçülər  Qloçester,  Şimali  Stafford, 
Uorçester və Varvik alaylarının yığma taborlarından başqa kral səhra artilleriyasının 8-ci batareyası (mənbələrdə 
8-16 top olması göstərilir) və 730-cu avtomobil bölüyünə ("Ford" avtomobilləri), həmçinin qərargaha aid idilər. 
Döyüşlərin  ən  ağır  yerlərində  Şimali  Stafford  və  Varvik  alaylarının  taborları  yerləşdirilmişdi  ki,  bu  da 
təsadüfi deyildi. 
1881-ci ildə yaradılan  Şimali Stafford alayı (Şahzadə Uelsin alayı və  ya 98-ci  piyada alayı) xətt piyada 
alayları kateqoriyasına aid olmuşdur.
183
 Нər il oktyabrın 19-da yubileyini qeyd edən alayın parad paltarında əsas 
rənglər tünd-bordo, qara və gümüşü  idi. Əslində ilk taborları 1756-cı ildə yaradılan  alayın yaradılma  tarixinin 
                                                           
181
Агаев Ф. «Британский лев» на Кавказе // Азербайджан в мире, 2006, № 2, с.115. 
182
Денстервиль, с.94. 
183
А Short History of The Staffordshire Regiment, published by the regiment,1972; Swinson A. A Register of the Regiments and Corps of the British Army, 
London, 1972  Kitabların materialları 
en.wikipedia.org
 /wiki/ North_ Staffordshire_Regiment» INTERNET səhifəsində yerləşdirilib.
 
 

68 
 
məhz  1881-ci  ildən  götürülməsi  bu  ildən  onun  nizami  qoşun  hissəsi  kimi  fəaliyyətə  başlaması  ilə  bağlı 
olmuşdur.  İki  nizami,  iki  milis  və  iki  könüllü  tabordan  ibarət  olan  alay  tədricən  ordunun  ən  intizamlı 
hissələrindən birinə çevrilirdi. Onun tərkibində olmuş milis taborları ehtiyat qüvvələri tərkibinə, könüllülərdən 
ibarət  taborlar  isə  ərazi  hissələri  tərkibinə  verilmişdi.  Yarandığı  dövrdən  İngiltərənin  Amerikadakı 
koloniyalarında, Barbados adasında (1884-1887), daha sonra Cənubi Afrika (1887-1893), Malta (1893-1895) və 
Misirdə  (1895-1897)  xidmət  edən  hərbi  hissənin  l-ci  taboru  ilk  döyüşlərini  Sudanda  keçirmiş  (1897), 
Hindistanda  (1897-1903)  və  İrlandiyada  (1903-1912)  dislokasiya  edilmişdi.  Hərbi  hissənin  2-ci  taboru  1881-
1886-cı  illərdə  Hindistanda  olmuş,  1884-cü  ildə  Zab  vadisinə  yürüşdə  iştirak  etmiş,  Aden  limanından 
İngiltərəyə göndərilmişdir. 1886-1893-cü illərdə tabor İngiltərədə, 1893-1899-cu illərdə İr-landiyada dislokasiya 
edilmişdi. 1899-cu ildə Cənubi Afrikaya göndərilən tabor 2-ci Bur müharibəsində 1902-ci ilədək iştirak etmiş və 
İngiltərəyə  qaytarılmışdı.  1903-cü  ildən  Hindistanda  yerləşmişdir.  I  Dünya  müharibəsində  alayın  1-ci  taboru 
1914-cü ildə Armentir, 1916-cı ildə Somma, 1917-ci ildə Messina, İpr, Sen-Kventin kanalı, Sell, Sari Bair, Kut 
əl-Əmar  döyüşlərində  iştirak  etmiş,  2-ci  taboru  Hindistanın  şimal-qərb  sərhəddində  yerləşmişdi.  Sonrakı 
dövrlərdə  İngiltərənin  apardığı  çoxsaylı  müharibələrin  əksəriyyətində  alayın  hissələri  iştirak  etmişdi.  1959-cu 
ildə Şimali Stafford alayı Cənubi Stafford alayı ilə birləşdirilmiş və Stafford alayı (Şahzadə Uelsin alayı) adı ilə 
indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir. 
Varvik alayının tam adı "Kral Varvik fuziler (fuzi-ağır fuzeya tüfəngi ilə silahlanmış piyada) alayı" kimi 
göstərilir. 1674-cü ildə Hollandiya hökuməti muzdlu ordu yaradarkən iki ingilis alayı təşkil etmiş, 1685-ci ildə 
İngiltərə kralı II Yakob onları İngiltərəyə çağıraraq hakimiyyətə iddialı olan və krala qarşı qiyam qaldırmış qraf 
Monmuta  qarşı  istifadə etmişdir.  Qiyam  yatırıldıqdan  sonra  5-ci  və  6-cı  piyada  alayları  adı  ilə  tanınan  alaylar 
Hollandiyaya  qayıtmışlar.  1688-ci  ildə  Oranlı  Vilhelm  (III  Vilhem)  İngiltərə  taxtına  dəvət  edilib  kral  elan 
ediləndə  ("şanlı  inqilab"  hadisələri),  onunla  birlikdə  alaylar  da  İngiltərəyə  gəlmişdilər.  6-cı  alay  "Hollandiya 
qvardiyası" adını almış və İrlandiyada üsyançılara qarşı bir neçə döyüşdə iştirak etmişdir. "İspaniya vərəsəliyi 
uğrunda  müharibə"nin  müxtəlif  döyüşlərində  iştirak  etmiş  alay  1745-ci  ildə  Yakobçular  üsyanının 
yatırılmasında iştirak etmişdir. 1753-cü 
ildən  Cəbəllütarixdə  xidmət  edən  alay 
Amerikaya 
göndərilir 
və 
orada 
Amerikanın 
müstəqilliyi 
uğrunda 
müharibədə iştirak edir. 1776-cı il Nyu-
York 
döyüşündən 
sonra 
vətənə 
göndərilən  6-cı  alay  1782-ci  il 
islahatına  görə  Varvik  alayı  adını 
almışdır.  Bu  adla  alay  Fransa 
inqilabının yatırılmasında iştirak etmiş, 
Amerikada 
gedən 
döyüşlərdə 
Martinika, Qvadelupa və Santa Lyuçiya 
adalarını 
fransız 
qoşunlarından 
qorumuşdur. Napoleon müharibələrində əsasən İberiya yarımadası və Cəbəllütarixdə vuruşan alay 1814-cü ildə 
Kanadaya  göndərilir.  1832-ci  ildə  alayın  adı  dəyişdirilərək  1-ci  kral  Varvirşir  alayı  adlandırılır  və  o,  Şimali 
Afrikaya  göndərilir.  Burada  alay  1846-1853-cü  illərdə  ingilis  hökmranlığı  əleyhinə  üsyan  qaldırmış 
müsəlmanlara qarşı vuruşurdu. 1881-ci il islahatına əsasən alay Kral Varvik alayı adını almışdır. 1898-ci ildə 
Sudanda  gedən  döyüşlərdə  iştirak  edən  alay  Bur  müharibələrinin  ən  qızğın  döyüşlərində  də  vuruşmuşdur.  I 
Dünya  müharibəsində alayın adı altında birləşdirilmiş 30 tabor 80-dən artıq döyüşdə iştirak etmiş və nəticədə 
alay 6 dəfə Viktoriya Xaçına layiq görülmüşdü. Sonrakı dövrlərdə İngiltərənin apardığı çoxsaylı müharibələrin 
əksəriyyətində  alayın  hissələri  iştirak  etmişdi.  1968-ci  ildə  Varvik  fuzi  alayı  digər  fuzi  alayları  ilə  4  tabor 
tərkibində birləşdirilmiş və bu taborlar indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir.
184
 
Azərbaycanda gedən döyüşlərdə ingilis qoşunlarının əsas taktiki bölməsi piyada bölüyü idi. Taqımlardan 
ibarət bölüklər üç yığma tabor  şəklində toplansalar da əslində pərakəndə halda  fəaliyyət göstərirdilər. General 
Denstervil  bölükləri  strateji  əhəmiyyətli  mövqelərdə  yerləşdirmiş,  onların  cinahlarında  və  arxada  erməni 
taborları üçün mövqelər seçilmişdi. Erməni taborlarını döyüşə sövq etmək üçün  general hər birində 1 ingilis və 
3  erməni  taboru  olan  briqada  təşkil  etməyi  planlaşdırmışdı,  lakin  bu  planı  həyata  keçirə  bilmədi.  Kral  səhra 
artilleriyasının  8-ci  batareyasını  vahid  şəkildə  saxlayan  general  Sentrokaspi  Diktaturasının  batareyalarını  ayrı-
ayrı mövqelər arasında bölmüşdü. Eləcə də zirehli avtomobillər rus zirehli avtomobilləri ilə bir dəstədə toplanıb 
ən təhlükəli mövqelərə göndərilmişdi. 
                                                           
184
en.wikipedia.org/wiki/Royal_Warwickshire_Fusiliers
" İNTERNET səhifəsi.  

69 
 
İngilislər  həmçinin  "Prezident  Kryuger",  "Kursk"  və  "Abo"  gəmilərinə  yiyələndilər.
185
  "Prezident 
Kryuger" nəqliyyat gəmisi Xəzərdə üzən bütün nəqliyyat gəmiləri sırasında ən sürətlisi olmaqla bərabər, böyük 
tutumlu  idi  və  təsadüfi  deyil  ki,  məhz  burada  Denstervil  öz  müvəqqəti  qərargahını  yerləşdirdi.  О  yazırdı: 
"Gəmidə    mənim  bütün  qərargahım,  kargüzarlar,  dəftərxana  və  üstəlik  300  əsgər  üçün  otaqlar  vardı;  ehtiyac 
yarandıqda gəminin üst göyərtəsində daha 800 əsgər yerləşdirmək olardı. Gəmidə biz səhra radiostansiyasını da 
quraşdırdıq".  Sonra  ingilislər  daha  iki  gəmi,  "Ventyur"  və  "İqnati"  gəmilərini  əldə  etdilər  və  onları 
silahlandırmağa  başladılar.  Bu  gəmilərdə onlar özləri ilə gətirdikləri bir neçə dörddüymlük top  yerləşdirməyə 
çalışsalar da, Bakını tərk edənədək bu işi sona çatdıra bilmədilər. Təxliyyə zamanı ingilislərdə olan beş gəminin 
beşi də Ənzəliyə aparılmışdı. İngilis dənizçilərinin sayı 160 nəfərdən ibarət idi. 
 
 
 
4.4. Ġngilis qoĢunlarının silahları və hərbi texnikası 
 
General  Denstervilin  öz  qeydlərindən  aydın  olur  ki,  o,  qoşunların  say  azlığını  düşmən  üzərində  texniki 
üstünlüyə  nail  olmaqla  kompensasiya  etməyə  çalışırdı.  Cəbhələrdə  olan  ağır  vəziyyət,  Bakının  ingilis 
qoşunlarının əsas bazalarından uzaq olması qısa müddət ərzində ağır texnika ilə silahlanmış ingilis qoşunlarını 
döyüş  mövqelərinə  göndərməyə  imkan  vermirdi.  Bununla  belə,  generalın  fikrincə  şəhəri  qoruyub  düşməni 
məğlub etmək üçün Bakıda kifayət qədər silah və sursat vardı. 
İngilis  qoşunları  havada  tam  üstünlüyə  malik  idilər.  Türk-Azərbaycan  qüvvələrində  təyyarə  yox  idi. 
Denstervilin  qoşunları  isə  əməliyyatlarda  iki  rus  və  iki  ingilis  aeroplanı  tərəfindən  dəstəklənirdi.  İngilis 
təyyarələrinin növləri sənədlərdə göstərilməsə də ehtimal  etmək olar ki, onlar 1918-ci  ilin yayınadək ən geniş 
yayılmış  ingilis  qırıcısı  "Sopviç-Tabloid"  olmuşdur.  Müharibənin  əvvəlində  vuruşmuş  "Sopviç-Pop" 
təyyarəsinin yeni modeli olan və Tomas Sopviçin ən uğurlu təyyarələrindən "Sopviç-Tabloid" müharibənin ən 
yüngül, kompakt və manevrli təyyarələrindən idi. İstehsalına 1913-cü ildən başlanan təyyarə iki pilot götürür, 
100  at  gücündə  olan  mühərrik  saatda  148  km  sürəti  ilə  hərəkət  etməyə  imkan  verirdi.  Təyyarə  pulemyotla 
silahlanmış və yüngül bombalar götürə bilirdi. 
İngilis  qoşunları  yüngül  zirehli 
avtomobilə 
malik 
idilər. 
Bakıda 
çəkilmiş fotoşəkillərdən (Bakı ətrafında 
döyüşlər  zamanı  və  neft  mədənləri 
yaxınlığında)  görsənir  ki,  Denstervilin 
qoşunlarında  "Rolls-Roys"  tipli  zirehli 
avtomobillər  var  idi.  "Rolls-Roys" 
zirehli 
avtomobili 
1914-cü 
ildən 
istehsal  edilirdi,  qüllədə  yerləşdirilmiş 
bir  pulemyotu  vardı.  8  mm  qalınlığı 
olan  zirehlə  örtülmüş  avtomobilin  2-3 
nəfərlik  heyəti,  3,5  t  çəkisi  var  idi.  40-
50  at  gücünə  malik  mühərrik  şosse 
yolunda 80-96 km/saat sürətlə hərəkət etməyə imkan verirdi. Əsasən piyada hissələrə atəşlə dəstək olmaq üçün 
nəzərdə tutulmuş bu zirehli avtomobil çevikliyi və çətin şəraitə dözümlüyü ilə seçilirdi. 
İngilis qoşunlarının topları barəsində olan məlumatlar azdır. Onların səhra topları kimi göstərilməsi ingilis 
ordusunun  ən  geniş  yayılmış  səhra topu  -18  funtluq  (3,3  düym)  QF  səhra  topunun  Bakıda  istifadə  olunmasını 
ehtimal etməyə imkan verir. Belə ki, 83,8 mm-lik top hələ 1904-cü ildə layihələşdirilmiş, sadə quruluşa malik 
olduğundan İngiltərə və Hindistanın bir sıra hərbi zavodlarında istehsal edilmişdi. 
Müharibənin  gedişində  topun  quruluşunda  dəyişikliklər  aparılmışdı:  ağac  təkərləri  üstü  rezinli  dəmir 
təkərlər  əvəz  etmiş,  bir  dayaq  yerinə  iki  haçalanan  dayaq  qoyulmuş,  ən  son  nümunələrin  çapı  87,6  mm-ə 
çatdırılmışdı. Topun döyüş çəkisi 1284 
kq,  lülənin  enib-qalxma  bucağı  -5-dən 
+16-yadək,  üfiqi  tuşlama  bucağı  8 
dərəcə  olmuşdur.  Тор  8,4  kq  çəkisi 
olan  mərmilərlə  8700  m  məsafəyə 
zərbə endirildi. 
                                                           
185
Денстервиль, c.86. 
 

70 
 
Bakıda  və  onun  ətraflarında  ingilis  qoşunlarını  təsvir  edən  fotoşəkillərdə  ordunun  "Lyuis"  yüngül  əl 
pulemyotları  və  "Li-Enfild"  tüfəngləri  ilə  silahlanması  aydın  görünür.  "Li-Enfild"  tüfəngi  7,69  mm  çapında 
olmuş,  İngiltərə  və  onun  koloniya  və  dominionlarında  ən  geniş  yayılmış  tüfəng  növü  idi.  1825  m  məsafədən 
hədəfi vurmağa imkan verən tüfəngin ən mükəmməl növü MK III adı ilə 1916-cı ildən istehsal olunurdu. Yeni 
nəsil  "Ross-Enfild"  tüfəngində  Rusiyanın  Mosin  tipli  piyada  tüfəngi  və  "Li-Enfild"  tipli  tüfəngin  ən  yaxşı 
xüsusiyyətləri birləşdirilmiş, mükəmməl piyada tüfəngi yaradılmışdı. MK III tüfənginin bıçaqvari süngüsü var 
idi. 
İngilis ordusunun zabitləri 1913-cü ildən silahlanmada olan "Vebley MK VII" beş düymlük (11,5 mm), 
həmçinin  "Smit-Vesson  455  (11,5  mm)"  revolverləri  gəzdirirdilər.  "Smit-Vesson  455  (11,5  mm)"  tapançaları 
ABŞ-da  istehsal  olunsa  da  ingilis  patronları  üçün  nəzərdə  tutularaq  hazırlanırdı.  Zabitlərdə  olduqca  güclü 
"Vebley-Skott" tapançalarına da rast gəlinirdi. Belə ki, bu silahın 1912-ci il nümunəsi də (beş düymlük) orduda 
rəsmən silahlanmaya qəbul edilmişdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

71 
 
5 . Qafqaz Ġslam Ordusu 
 
 
5.1. Müsəlman Korpusunun təĢkil edilməsi 
 
1917-ci ilin sonunda Cənubi Qafqazda yaranmış kəskin hərbi-siyasi vəziyyət real qüvvələrə arxalanaraq 
sürətli  və  çevik  hərəkətlər tələb  edirdi.  Lakin  milli  mənafelərin  keşiyində  dayanan  ziyalılar  və  burjuaziya  acı 
həqiqətlə  üzləşdi:  Azərbaycan  xalqının  dayağı  və  istinadgahı  ola  biləcək  real  hərbi  qüvvə  yox  idi.  Tədqiqatçı 
M.Süleymanov  haqlı  olaraq  qeyd  etmişdir  ki,  "Milli  hərbi  qüvvələrin  yaradılması  Azərbaycan  xalqının  milli 
mənafelərinin qorunması zərurəti ilə deyil, bəlkə də yaranmış şəraitdə millətin fiziki mövcudluğunun qorunması 
zərurəti ilə şərtlənirdi. Azərbaycan xalqının fiziki məhvində maraqlı olan qüvvələrin hərbi  
gücə malik olması və ondan istənilən vaxt, istənilən şəkildə istifadə edilməsi ilə 
artmaqda  olan  ümummilli  təhlükə  yalnız  müvafiq  hərbi  qüvvələrin  təşkili  ilə  aradan 
qalxa  bilərdi".  Çar  üsuli-idarəsinin  yeritdiyi  məqsədyönlü  siyasət  nəticəsində 
ermənilər  və  gürcülərlə  müqayisədə  azərbaycanlıların  hərbi  hazırlığı  yox  idi.  Milli 
tərkibli  hərbi  qüvvələrin  yaradılmasını  təşkil  etmək  istiqlal  mübarizəsinin  qarşısında 
dayanan  başlıca  vəzifələrdən  biri  idi.  I  Dünya  müharibəsinin  gedişində  yaradılmış 
Tatar  süvari  alayının  fəaliyyəti  sübut  etdi  ki,  azərbaycanlılar  döyüşkənlik  ruhunu  və 
vuruşmaq  qabiliyyətini  itirməyiblər.  1917-ci  ilin  aprelində  Qafqaz  müsəlmanlarının 
qurultayında xüsusi büro yaradıldı və bu büroya Azərbaycanın səfərbərlik imkanlarını 
müəyyənləşdirmək  üçün  müsəlman  əhalisinin  siyahıya  alınması  tapşırıldı. 
YV.Çəmənzəminli yazırdı: "Vacib   məsələlərimizdən biri milli qoşundur. Milli qoşun 
düzəlsə,  ölkəmizdəki   başsızlığı dövrən aradan qaldırmaq mümkündür".
186
 Rusiyada 
Fevral  inqilabı  nəticəsində  hakimiyyətə  gəlmiş  Müvəqqəti  hökumət  erməni  milli 
hissələrinin  böyüdülməsinə            rəvac    versə  də  müsəlman  milli  qoşun  hissələrinin 
yaradılması məsələsini heç müzakirə belə etməmişdi. 
Bölgədə  xidmət  edən  azərbaycanlı  zabitlər  pərakəndə  halda  fəaliyyət  göstərirdilər.  Ayrı-ayrı      könüllü   
dəstələr      təşkil  edilir,  onlara  təlimlər  keçilir  və  bu  dəstələrdən    şəhərlərdə  sabitliyi  qorumaq  üçün  istifadə 
olunurdu. Lakin bu pərakəndə, azsaylı, zəif silahlanmış, ərazi prinsipi əsasında təşkil edilmiş       dəstələr qoşun 
sayıla  bilməzdi.1917-ci  ilin  oktyabr  ayının  əvvəllərində  Tatar  süvari  alayı  Yelizavetpola  gəldi  və  təntənəli 
surətdə  qarşılandı.  Müsəlman  Milli  Şurası  noyabrın  5-də  burada  Qafqaz  müsəlman  hərbçilərinin  I  qurultayını 
keçirdi  və  azərbaycanlıların  milli  hərbi  hissələrinin  yaradılmasına  imkan  verməyən  Müvəqqəti  hökumətin 
mövqeyi tənqid edildi.
187
 
1917-ci  il  dekabrın  6-da  Zaqafqaziya 
Komissarlığının  növbəti  iclasında  qəbul 
edilən  qərar  Qafqaz  Ordusunun  milli  hərbi 
hissələr  əsasında  təşkilinin  təməlini  qoydu. 
Qafqaz  cəbhəsinin  komissarı  Donskoyun 
əmrinə  əsasən  "Ordu  milli  tərkibli  nizami 
vahidlərdən  təşkil  edilməli"  ermənilərdən, 
gürcülərdən,  azərbaycanlılardan  və  ruslardan 
ibarət  milli  korpuslar  yaradılmalıdır.  Qafqaz 
cəbhəsinin  komandanı  general  Prejevalski 
Bakıda olan milli tərkibli hərbi hissələr istisna 
olmaqla  bütün  hərbi  hissələrin  saxlanılması 
barəsində əmr imzaladı. Rusiya ordusunda mövcud olmuş milli xarakterli hərbi hissələr dərhal milli korpusların 
tərkibinə  qatıldı  və  nəticədə  Rus  Korpusunun  komandanı  general  Drasenko,  Gürcü  Korpusunun  komandanı 
general  Axmeteli,  Erməni  Korpusunun  komandanı  general  Nazarbekovun  rəhbərliyi  ilə  vahid  hərbi  hissələr 
təşkil edildi. 
1917-ci  il  dekabrın  11-də  Zaqafqaziya  Komissarlığı  tərəfindən  Müsəlman  Korpusunun  yaradılması 
barəsində qətnamə qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların əsgərliyə çağırışı könüllü xarakter daşımalı, 
toplanma  işi  Mərkəzi  Zaqafqaziya  Müsəlman  Komitəsinə  tapşırılmalı,  komanda  heyəti  müsəlmanlardan  təyin 
olunmalıydı.  Kadr  çatışmadıqda  isə  digər  millətlərin  nümayəndələrindən  də  dəvət  edilə  bilərdi.  Korpus 
(Qolordu)  təşkil  ediləndən  sonra  müsəlmanlar  hərbi  vergi  verməkdən  azad  edilməliydi.  Təşkilati  işlərin  həlli 
üçün Tiflisdə "Qafqaz Müsəlmanlarının Hərbi Şurası" yaradıldı. Dekabrın 2-də Rusiya ordusundan tərxis olunan 
                                                           
186
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.33. 
187
Дарабади П.Г. О вооруженных силах АДР (1918-1920 гг) // Изв. АН АзССР, серия ИФП, 1991, № 1, с.27. 

72 
 
general-leytenant  Əli  ağa  Şıxlinski  Müsəlman  Korpusunun  komandanı  təyin  edildi.
188
  Milli  hərbi  hissələrin 
yaradılmasında  bütün  bilik  və  bacarığını  istifadə  edən  məşhur  sərkərdə  bir  çox  problemlərlə  üzləşmişdi. 
Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi. 
Təminatla  bağlı  problemi  həll  etmək  üçün  müsəlman  ictimai  təşkilatları  bazarlardan  lazım  olanları  alıb 
qoşun  hissələrinə  təhvil  verirdilər.  Hacı  Zeynalabdin  Tağıyev,  Musa  Nağıyev  və  digərləri  korpusun 
yaradılmasına  kömək  göstərirdilər.  Hacı  Zeynalabdin  və  Şəmsi  Əsədullayevin  oğulları  korpusda  zabit  kimi 
xidmət  edirdilər.  Əhali  korpusun  yaradılması  xəbərini  böyük  ruh  yüksəkliyi  ilə  qarşılayır,  gənclər  həvəslə 
korpusa yazılırdılar. 
Korpusun  ilk  döyüşçülərindənn  olan  Mirəziz  Seyidli  öz  xatirələrində  yazır:  "Hacı  Zeynalabdin  kimi 
zənginlərdən  para  toplanıldı  və  "İsmailiyyə" 
nin 
bir 
guşəsində  könüllü  əsgərlərin 
qeydiyyatına 
başlandı. 
Könüllülərin 
toplanması  işinə  süvari  zabit  İsgəndərbəyli 
rəhbərlik  edirdi.  Çəmbərəkənddə  məktəb 
binasında qışla (kazarma) düzəldildi və orada 
təlimlərə 
başlanıldı.  Zabit  çatışmazlığı 
məsələsini  aradan  qaldırmaq  üçün  polkovnik 
Tabasaranskinin 
rəhbərliyi 
ilə 
məktəb 
yaradıldı.  Orada  ilkin  komandir  bilikləri 
öyrədilirdi".  Bakı  Soveti  və  onun  qurumları 
milli  hissələrin  yaradılmasına  çətinliklər 
törətdiyindən  könüllülər  Müsəlman  süvari 
divizionu şəklində (80 nəfər) tərtib edilərək Lənkərana köçdülər.
189
 
Zaqafqaziya  Komissarlığı  rus  ordusunda  Azərbaycan  hissələrinə  silah  ayrılması  məsələsini  yubadırdı. 
Bolşeviklərin  təbliğatı  öz  rolunu  oynamışdı.  Silah  çatışmazlığı  problemini  həll  etmək  üçün  yeganə  yol  rus 
ordusunun  anbarlarına  hücumlar  təşkil  etmək  idi.  Tatar  süvari  alayı  və  Müsəlman  Korpusunun  Gəncədə 
formalaşmaqda  olan  alayı  (sonralar  5-ci  piyada  alayı)  könüllülərin  dəstəyi  ilə  tərksilahı  sürətlə  həyata 
keçirirdilər.  Əksər  hallarda  qansız  ötüşən  tərksilah  1918-ci  ilin  yanvarında  Şəmkirdə  toqquşmalara  və  qan 
tökülməsinə səbəb oldu. Böyük insan itkiləri və maddi ziyan vurulmaqla müşayiət olunan toqquşma göstərdi ki, 
Bakıda möhkəmlənən bolşevik-erməni qüvvələri Azərbaycan milli qüvvələrinin yaradılmasına istənilən şəkildə 
əngəllər törədəcəklər. 
"Müsavat" partiyasının xalq arasında artan nüfuzu, Korpusun günü-gündən güclənməsi bolşevik-erməni 
rəhbərlərini  qorxudurdu.  Onlar  kifayət  qədər  qüvvə  toplayaraq,  Sovet  Rusiyasından  texnika  və  silah  əldə 
etməklə birdəfəlik milli Azərbaycan qüvvələrini məhv etmək qərarına gəldilər. 1918-ci ilin mart-aprel aylarında 
baş vermiş azərbaycanlıların soyqırımı düşmənin nə qədər qəddar olmasının göstərməklə bərabər, milli qoşun 
hissələrinin  dəyanətini  də  sübut  etdi.  Tam  təşkil  edilməmiş,  təlim  keçməmiş,  zəif  silahlanmış,  gözlənilmədən 
hücuma məruz qalmış və düşməndən sayca az olan Müsəlman Korpusunun ayrı-ауrı hissələri və onlara qoşulan 
könüllülər inadlı müqavimət göstərmişdilər. Bolşeviklərin qərbə doğru hücumunun qarşısını almaq üçün dərhal 
əkshücum  təşkil  edilmiş,  polkovnik  L.Maqalovun  rəhbərliyi  ilə  7-ci  və  8-ci  müsəlman  nişançı  alayları,  Milli 
hərbiyyə  məktəbinin  müdavimlərindən  ibarət  dəstə  Hacıqabula  qədər  irəliləyə  bilmişdi.  Zaqafqaziya 
Komissarlığının vəd etdiyi köməyi göstərməməsi, İmam N.Qosinskinin cüzi qüvvə göndərməsi, silah və sursatın 
çatışmazlığı,  düşmənin  sayca  və  texnika  sarıdan  qat-qat  üstün  olması  nəticəsində  Maqalovun  dəstəsi  məğlub 
edilmiş ya geri çəkilməyə başlamışdır.
190 
Məğlubiyyətə baxmayaraq  panikaya qapılmadan,  az qala hər yaşayış 
məntəqəsi uğrunda döyüş apara-apara geriyə çəkilən dəstə düşmənin hərəkət sürətini yalnız ləngitsə də, döyüş 
əməliyyatlarında əsaslı dönüş yaratmaq iqtidarında deyildi. 
1918-ci  ilin  may  ayının  28-də  öz  müstəqilliyini  elan  edən  Azərbaycan  xalqı  öz  müqəddəratını  özü  həll 
etməli idi.  
 
 
5.2. Qafqaz Ġslam Korpusunun təĢkil edilməsi 
 
Arxiv  sənədləri  sübut  edir  ki,  Osmanlı  dövlətinin  siyasi  və  hərbi  kursunu  faktiki  olaraq  müəyyən  edən 
Ənvər  paşa  hələ  1917-ci  ilin  sonlarında  azərbaycanlılara  hərbi  kömək  göstərilməsini  planlaşdırırdı.  Lakin 
planlar  əsasən  nəzəriyyə  xarakteri  daşıyırdı.  Regionda  siyasi  vəziyyətdən  xəbərsiz,  sürətli  irimiqyaslı 
                                                           
188
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.230-233.
 
189
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40. 
190
Протоколы заседаний, с.88. 
 

73 
 
əməliyyatlar  aparmaq  üçün  kifayət  qədər  qüvvəsi  olmayan  Ənvər  paşa  1918-ci  ilin  əvvəllərinə  göstəriləcək  
köməyin  formasını  müəyyənləşdirdi:      Azərbaycana  göndərilən  təlimatçılar  yerli  əhalidən  toplanmış  könüllü 
dəstələri  öyrədəcək  və  beləliklə  Azərbaycan  qoşunları  (tərkibində  3  piyada  diviziya  olan  bir  korpus) 
yaradılacaqdı.  Lakin  Azərbaycan  milli  hərəkat  liderləri  ilə  görüşlər  (ilk  növbədə  Nağı  bəy  Şeyxzamanlının 
rəhbərlik etdiyi heyətlə danışıqlar  qeyd edilməlidir, məhz bu qrupla danışıqlardan sonra  Ənvər paşa real hərbi 
kömək göstərmək qərarına gəldi),
191 
erməni-bolşevik qoşunlarının gözlənilmədən böyük qüvvə ilə sürətlə qərbə 
doğru irəliləməsi, Almaniyanın Sovet Rusiyası ilə sövdələşməyə girməsi və ən əsası, vəziyyəti dəyişə biləcək 
yerli  qüvvə  yaratmaq  üçün  vaxt  çatışmazlığı  Ənvər  paşanı  planlarını  dəyişib  Azərbaycana  bilavasitə  osmanlı 
qoşunlarını göndərməyə sövq etdi.
192
 
Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci ilin iyunun 4-də imzalanmış müqavilənin 
IV  maddəsində  deyilir:  "Azərbaycan  Hükuməti 
Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin