Hərbi donanma. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, Xəzər dənizində yalnız Rusiyanın
hərbi donanma saxlamaq hüququ vardı. Xəzərdə Rusiya imperiyasının güclü rəqibinin olmaması Xəzər dəniz
donanmasının texniki təchizatına da təsir göstərmişdi.
148
Lakin ingilislərin Əfqanıstan və İranda möhkəmlənmək
cəhdləri, Bakının iri sənaye mərkəzinə
çevrilməsi, neft bazalarının dəniz yaxınlığında
yerləşməsi hərbi donanmanı gücləndirmək
ehtiyacını yaratdı. 1911-ci ildə Xəzər dəniz
donanması dünyada ilk suüstü dizel hərbi
gəmiləri - "Ərdahan" və "Qars" kanoner
(artilleriya) gəmiləri ilə gücləndirildi.
149
Məxsusi Xəzər şəraiti üçün layihələndirilmiş
bu gəmilər müxtəlif təyinatlı əməliyyatlar
keçirmək iqtidarında olsa da, onların əsas
vəzifəsi dənizyanı ərazilərdə döyüş zamanı
qoşunları top atəşi ilə dəstəkləmək idi. Bununla belə, Xəzərin imperiya mərkəzindən uzaq olması Baltik və Qara
dəniz donanmalarında inqilabi fəaliyyətdə şübhəli bilinən matrosların Xəzər dəniz donanmasına göndərilməsinə
səbəb oldu. Nəticədə 1917-ci ildə donanma azsaylı olsa da, Bakı Sovetinin ən etibarlı dayaqlarından birinə
çevrildi.
150
General Denstervil Xəzərdə inqilabdan əvvəlki ümumi vəziyyəti şərh edərkən yazırdı ki, "Qars",
Ərdahan", "Göytəpə" silahlı gəmilərindən ibarət olan kiçik donanma bu daxili suları qoruyur və müqavimətə
rast gəlməsə, sabitliyi bərpa edə bilər". Xəzər hərbi donanması 1917-ci ildə 2 kanoner gəmisi, 2 çapar gəmisi,
bir neçə nəqliyyat gəmisi, dəniz aviasiyası mək-təbi və sahil idarələrindən ibarət idi.
151
General Denstervilin yazdığına görə, "donanma inqilab dövründə böyük siyasi rol oynayırdı. Hökumət
(ehtimal ki, ümumilikdə V.Leninin Petroqradda yerləşən bolşevik hökuməti, S.Şaumyanın başçılıq etdiyi Bakı
Soveti və Sentrokaspi Diktaturası nəzərdə tutulur -A.Y., Ə.S.) iqamətgahı dəniz sahilində yerləşdiyindən
gəmilərdəki silahlar ölkənin həyati əhəmiyyətli mərkəzlərini təhdid etdiyi zaman inqilabi hökumət donanmanın
tələblərinə diqqətlə qulaq asırdı".
İrimiqyaslı dəniz əməliyyatları keçirmək üçün güclü təminat bazası, hərtərəfli hazırlıqlı, bilikli və
təcrübəli komanda heyəti lazım idi, bütün bunlar isə bolşeviklərdə yox idi. Donanma infrastrukturu fəaliyyət
göstərmir, hərtərəfli hazırlıq keçmək üçün vaxt və imkan çatışmır, komanda heyəti çar zabitlərindən ("qızıl
paqonlu sinfi düşmənlər") ibarət olduğundan təqiblərə məruz qalırdı. Bütün bu səbəblərdən bolşeviklər quruda
aparılan döyüşlərdə matroslardan piyada kimi istifadə etməyə məcbur olmuşdular. Xəzər dəniz donanmasının
matrosları Azərbaycan milli qüvvələrinə qarşı vuruşan bolşevik-erməni qoşunlarının əsas zərbə qüvvəsi idi.
Lakin onların ağır döyüşlərə göndərilməsi itkilərlə nəticələnmiş və 1918-ci ilin yarısına qədər donanmada
təsadüfi adamların tədricən çoxluq təşkil etməsinə səbəb olmuşdu. Vəziyyəti dəyişmək üçün Bakı Sovetinin
rəhbərliyi ənənəvi üsula - Moskvadan yeni qüvvə istəməyə əl atmışdır.
Bakı Soveti Xəzər donanmasının əsas qüvvəsini "Ərdahan" və "Qars" kanoner gəmiləri, "Göytəpə"
köməkçi gəmisi və silahlı "Astrabad" çarxlı paroxodu təşkil edirdi. Bununla bərabər, müxtəlif nəqliyyat
gəmilərinə yüngül toplar və pulemyotlar da qoyulmuşdu ki, bu "hərbiləşdirilmiş" gəmilərlə birgə donanmada 14
gəmi var idi.
152
"Ərdahan" zirehli kanoner gəmisi ("Qars" gəmisi ilə layihələri eyni olduğundan göstərici də eyni idi)
dünyada ilk dizel energetik qurğulu suüstü hərbi gəmi olmuşdur. Gəmi 1908-ci ildə Rusiya Dəniz Texniki
Komitəsində layihələndirilmiş, Sankt-Peterburqun Yeni Admiralteysk zavodunda istehsal edilmiş, 1911-ci ildə
Marinsk kanallar sistemi ilə Xəzər dənizinə göndərilmişdir. Uzunluğu 61,8 m, eni 8,5 m olan gəminin su basımı
623 ton idi. 117 nəfər heyəti olan gəminin 2 əsas dizeli, 2 köməkçi dizeli, 1 elektrik generatoru var idi. 29 ton
yanacaq götürən gəminin maksimal sürəti 15 düyünə (uzel) bərabər idi. Каmbuz, vanna otağı, hamamlar,
camaşırxana, qalyunlar, lazaret, əlüzyuyanlar, elektrik isitmə sisteminə malik olan gəmi ən müasir tələblərə
cavab verirdi. Gəminin silahları 1 ədəd 120 mm-lik top, 2 ədəd 75 mm-lik top, 4 ədəd "Maksim"
pulemyotundan ibarət idi.
153
148
Алиев Н.А. Военно- морская история Азербайджана. Баку, 2002, с.76-78.
149
Əhmədov S.Ə. «Qars» və «Ərdahan» gəmiləri // Hərbi bilik, s.95.
150
Маковски А.Р., Радченко Б.М. Каспийская краснознаменная. Москва, 1982,42-45; Евсеев ИМ.Бушует Каспий. Баку, 1970, с.35-38.
151
Гражданская война. Энциклопедия, с.253.
152
Дарабади П.Г. Военные вопросы, с.115.
153
Веселов П. Канонерская лодка «Ленин» // Моделист-конструктор, 1988, № 4, с.12-15; Боевые и революционные траиции моряков Каспийского флота. Баку,
1960, с. 25. Каспийская Краснознаменная флотилия. Баку. 1990, с. 11 -14.
56
"Göytəpə" köməkçi hərbi gəmisi 1882-1883-cü illərdə istehsal olunmuş, 1911-ci ildə isə yeni silahlarla
təhciz edilmişdi. 720 at gücündə olan kömür mühərriki 10 düyün (uzel) sürəti ilə hərəkət etməyə imkan verirdi.
70-83 nəfər heyəti olan gəminin silahlanması 4 ədəd 47 mm-lik top və 4 ədəd pulemyotdan ibarət idi.
"Astrabad" çarxlı paroxodu əvvəllər mülki paroxod olmuş, müharibə dövründə yüngül toplarla
silahlandırılmışdı.
1918-ci ilin mart hadisələrində Xəzər dəniz donanması gəmilərinin Azərbaycan milli qüvvələrinə
toplardan açdığı atəş onların müqavimətini qırmağa imkan vermişdi. Bu gəmilərlə Lənkərana bolşevik qoşunları
göndərilmiş, Həştərxan-Bakı dəniz xəttinin təhlükəsizliyi təmin edilmişdi.
Kür çayının bir hissəsinin xırda gəmilərin
hərəkəti üçün kifayət qədər dərin olması burada hərbi
gəmilərdən istifadə etmək fikrinin yaranmasına gətirib
çıxarmışdı. Belə ki, 1918-ci ilin yayında Şimali Qafqaz
hərbi dairəsi təminat bürosunun Sovet Rusiyası dəniz
kollegiyasına göndərdiyi gizli məlumatda sahilyanı
sularda və Kür çayında döyüşlərdə iştirak etmək üçün
müxtəlif tipli gəmilərdən, ilk növbədə 37-47 mm-lik
toplar və pulemyotlarla silahlanan "Nikson" və
"Stasionar" katerlərindən istifadənin mümkünlüyü
barəsində xəbər verilirdi. Lakin Xəzərdə bu tip katerlər yox idi. İyulun 13-də sənədlə tanış olan V.Lenin belə bir
dərkənar qoymuşdu: "Dəniz işləri üzrə Xalq Komissarlığına Xəzər dənizinə uyğun olan bütün hərbi dəniz
gəmilərinin göndərilməsini sürətləndirməyi çox xahiş edirəm.”
154
Lakin təşkilatı məsələləri həll edilmədiyindən
kater göndərmək mümkün olmadı. Əvəzində iyunda Rusiyadan Bakıya üç keşikçi gəmisi və üç minadaşıyan
gəmi gətirildi, lakin gəmilər Kür çayında hərəkət edə bilmədiyindən Həştərxana aparıldı. Belə olduğu halda
bolşeviklər Kür çayında üzən balıqçı gəmilərini silahlandırıb döyüşə göndərdilər. Onların əsas vəzifəsi Qafqaz
İslam Ordusu hissələrinin Kür çayını keçmək cəhdlərini pozmaq, Kür üzərindən salınmış körpü və bərələri
qorumaq, çayı maneəyə çevirmək idi.
İyunun 26-da bolşeviklərin ilk çay gəmiləri döyüşə göndərildi, lakin gözlənilən səmərəni vermədi.
Hərbi gəmilərin Bakı ətrafında geniş istifadəsi Sentrokaspi Diktaturası vaxtına təsadüf edir. Dənizçi
zabitləri gəmilərə qaytaran hərbi rəhbərlik onlardan təyinatı üzrə (quru qoşunlarının dənizdən atəşlə
dəstəklənməsi və dəniz desantlarının atəş təminatının həyata keçirilməsi) istifadə etməyə çalışdı. Xırdalan,
Hacıqabul döyüşlərində hərbi gəmilər geniş tətbiq edilirdi. Mənbələrin məlumatı göstərir ki, əsasən 3 gəmidən
istifadə edilirdi: "Ərdahan", "Qars" və "Göytəpə". Onların atəşi avqustun əvvəllərində Ələt istiqamətindən türk-
Azərbaycan qoşunlarına irəliləməyə imkan vermirdi.
Xəzər dənizinə nəzarət etmək üçün ingilislər burada güclü donanma yaratmağı planlaşdırırdılar.
Donanmanın əsas hərbi gəmiləri bolşevik meyilli olduğundan kommodor Norris iri ticarət gəmilərini toplarla
silahlandırıb donanma yaratmağı təklif edirdi. Çox böyük çətinliklə "Ventyur" və "İqnati" gəmilərini
Sentrokaspi Diktaturasından bu məqsədlər üçün alan ingilislər Bakını tərk edənə qədər gəmiləri silahlandıra
bilmədilər.
155
Dənizdən gələn təhlükəni nəzərə alaraq Qafqaz İslam Ordusunun komandanlığı sahil müşahidə postları
yaratmışdı. Avqustun 11-də Ələt - Puta arasında gəmilərdən dəniz desantı çıxarmaq cəhdi həyata keçirildi, lakin
50 nəfərlik ilk dəstə sahilə çıxan kimi irəli yeridilən Azərbaycan zirehli qatarı desantı atəşə tutdu, sonra isə
atəşlə gəmiləri sahildən uzaqlaşmağa məcbur elədi.
156
General Denstervil Sentrokaspi Diktaturası donanmasının fəaliyyətini istehza ilə təsvir edir və döyüş
qabiliyyətinin aşağı olmasını ilk növbədə donanma heyətinin qorxaqlığı ilə izah edir. Yazır ki, kommodor
Norris kanoner gəmilərinin birində Bakıdan cənubda Xəzər sahili boyunca uzanan dəmiryol xəttini atəşə tutub
keçən qatarları məhv etmək məqsədi ilə dənizə çıxır. "Əlverişli mövqe seçiləndən sonra atəş açıldı, ancaq nəticə
yox dərəcəsində idi, odur ki, Norris kapitana daha dəqiq atəş açmaq üçün sahilə yaxınlaşıb hədəfə qədər olan
məsafəni azaltmaq təklifini verdi. Müvafiq göstərişlər verilən kimi matrosların üzündə təəccüb və narazılıq
cizgiləri görsəndi, onların nümayəndəsi dərhal kapitana yaxınlaşdı". Norrisin sözlərindən kapitanla gəmi
heyətinin seçdiyi komitəsinin uzun-uzadı danışıqlarını təsvir edən Denstervil sonda yazır: "Komitənin iclasında
qərara alındı: düşmənin hardasa sahildə artilleriyası olduğundan sahilə yaxınlaşmaq təhlükəlidir, çünki gəmi
düşmən atəşinə tuş gələ bilərdi. Kapitanın əmri ləğv edildi, komitənin özü üçün daha təhlükəsiz qərarı verildi:
Bakıya qayıtmaq. Bu əmr dərhal icra olundu".
157
154
Военные моряки в боьрбе за власть Советов в Азербайджане и Прикаспии. 1918-1920 г. Сб. документов. Баку, 1971, с.42, 43,346.
155
Денстервиль, с.96.
156
Süleymanov M.S. Qafqaz İslam Ordusu..., s.304.
157
Денстервиль, с. 106.
57
Təmir bazasının olmaması gəmilərin tətbiqini çətinləşdirirdi, buna baxmayaraq onlar hərbi əməliyyatlarda
yenə də iştirak edirdilər. Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əks hücumda "Göytəpə" hərbi gəmisi
qoşunların hərəkətlərini öz atəşi ilə daim müşayiət etməli idi. Avqustun 30-da yenidən desant çıxarmağa cəhd
oldu. Nasosnuya 3 gəmidən 150-200 nəfərlik desant dəstəsi çıxarıldı, lakin sahil müşahidə postlarından xəbər
alan Qafqaz İslam Ordusu komandanı desantı mühasirəyə almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi
döyüşü qəbul etməyib gəmilərə çəkildi.
158
Donanmanın təhlükəli olduğunu nəzərə alan Qafqaz İslam Ordusu Bakıya həlledici 14 sentyabr
hücumunu Abşeron yarımadasının dərinliklərindən, dənizdən uzaq ərazilərdən həyata keçirdi, "Volçi vorota"
məntəqənin adı Osmanlı sənədlərində də belə göstərilir) təpəlikləri tutulandan sonra burada toplar quruldu və
limana bir neçə mərmi atılandan sonra hərbi gəmilərin hərəkəti dayandırıldı.
Zirehli texnika. Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarında zirehli texnika zirehli qatar və
avtomobillərlə təmsil olunmuşdu.
Zirehli qatar I Dünya müharibəsinin ağır silahlarına aid edilir, qoşunları atəşlə dəstəkləyən manevrli
silahlardan hesab olunurdu. Müharibə təcrübəsi göstərdi ki, zirehli qatarın dəmiryolla hərəkət etməsi onun
fəaliyyət radiusunu daraldır, üstəlik belə silahın
tətbiqi böyük risklə bağlı olur: dəmiryol
xətlərinin sıradan çıxarılması zirehli qatarın ən
yaxşı
halda fəaliyyətsiz
dayanması
ilə
nəticələnir. Bununla belə, süvari hissələrin
müşayiəti ilə hərəkət edən zirehli qatarlar
şəhərlər və dəmiryol stansiyaları uğrunda gedən
döyüşlərdə əhəmiyyətli rol oynayırdı. Zirehli
qatar hərbi hissə statusuna malik idi. Döyüş
vəziyyətində qatarın zirehli parovozu iki zirehli
vaqonun arasına qoyulurdu. Zirehli qatarın
hərəkəti adətən baza qatarın (bir parovoz, 6-8 vaqon) hərəkəti ilə müşayiət olunurdu (baza qatar zirehli qatardan
arxada, ondan aralı gedir, mərmi və patron ehtiyatı, təmir üçün lazım olan avadanlıq daşıyırdı).
159
Bakı Sovetinin dəstələri 1917-ci ilin sonunda cəbhədən tərxis olunan ordu hissələrindən bir zirehli qatar
götürmüş, 1918-ci ilin mart ayının əvvəllərində onların iki, mayda isə üç ədəd zirehli qatarı vardı.
160
Bu qatarlar yüngül zirehli qatar növünə (Rusiya ordusunda qəbul edilmiş cədvələ görə - "B" tipli qatar)
aid idilər. Belə qatarın 46 nəfərlik heyəti, zirehli parovozu, zirehli meydançası (iki ədəd 42 xətli topla), zirehli
bazası (4 ədəd "Maksim" pulemyotu, mətbəx, emalatxana, seyxqauz) olurdu.
161
Orta sürəti 8-10 km/s,
maksimum sürəti 25-30 km/s olan zirehli qatar gün ərzində 100-120 km məsafə qət etmək imkanında idi. 10-15
mm-lik zirehli lövhələrlə örtülmüş qatarın uzunluğu 50 m, eni 2 m, hündürlüyü 4,5 m idi. Нər top üçün 200-250
mərmisi, hər pulemyot üçün 10-14 patron lenti olan zirehli qatar əhəmiyyətli hərbi texnika növü idi. Qatarın
qabaq və arxa hissələrinə yarımplatformalar qoşulur, burada ehtiyat detallar, relslər, şpallar daşınırdı,
platformalar eyni zamanda qatarın əsas hissələrini yolda ola biləcək təsadüf və təxribatlardan qoruyurdu.
162
Zirehli qatarlar bolşeviklərin gücünü əhəmiyyətli dərəcədə artırırdı. 1918-ci ilin aprelində Hacıqabul
döyüşlərində bolşevik zirehli qatarı Müsəlman Korpusunun zirehli qatarı ilə üz-üzə gəlmişdi, ancaq onlar
arasında baş verən artilleriya dueli piyada qoşunlar tərəfindən dəstəklənmədiyindən lazımi effekt verməmişdi.
QİO irəlilədikcə bolşeviklərin zirehli qatarlarının fəaliyyət sahəsi daralır, qatarlar müxtəlif səbəblərdən
sıradan çıxırdı. Avqustun 1-də Sentrokaspi Diktaturası döyüşlərdə cəmi bir zirehli qatardan istifadə edə
bilmişdi. Bu qatarın hərəkəti də türk-Azərbaycan qoşunları tərəfindən Hacıhəsən istiqamətində yolların
korlanması ilə məhdudlaşdırılmışdı. Xırdalan istiqamətinə göndərilən qatar avqustun 6-da burada hərbi hiylənin
qurbanı olmuşdu: dəmir yolu sıradan çıxarılsa da, üstü örtülmüş, bu səbəbdən qatarın qabaq platforması qəzaya
uğramışdı. Platformadakı top və pulemyotlar qənimət kimi götürülsə də, qatar özü geriyə çəkilmiş, təmirə
dayanmağa məcbur olmuşdu.
163
1918-ci ilin mart hadisələrində Bakının Yasamal hissəsində milli güclərin müqaviməti ilə üzləşən
bolşevik-erməni qüvvələri döyüşə hidrotəyyarə göndərməklə bərabər bir zirehli avtomobil də yeritmişdilər.
1918-ci ilin aprelində Hacıqabul döyüşündə zirehli avtomobil irəliləməyə çalışmışdısa da, imam Qosinskinin
topçularının atəşi ilə üzləşərək döyüşdən çıxmışdı.
164
158
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.315.
159
Гражданская война. Энциклопедия, с.75.
160
Дарабади П.Г. Военные вопросы, с.105.
161
Поцелуев В.А. Броненосцы желехных дорог. Москва, 1982, с.37.
162
Зун В.А. Броневые поезда и их боевая служба. Москва, 1930, с. 37; Ромадин С. Броневая гвардия революции // "Моделист- конструктор". 1989,
№ 11-12.
163
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267-268.
164
Yenə orada, s.64.
58
Zirehli avtomobillərin nisbətən yüngül çəkili və kiçik ölçülü (zirehli qatardan fərqli olaraq) olması onları
dəniz yolu ilə Rusiyadan gətirməyə imkan verirdi. İyulun 23-də Bakıya gələn gəmilərlə 4 zirehli avtomobil
gətirilmişdi.
165
Bakı Soveti və Sentrokaspi Diktaturası
qoşunlarının hansı növ zirehli avtomobillərlə
silahlanması barədə ədəbiyyatda məlumat
yoxdur.
Burası
məlumdur
ki,
zirehli
avtomobillərin bir neçəsi qənimət kimi ələ
keçirildikdən sonra bərpa olunmuş və 1919-20-
ci illərdə Azərbaycan ordusunda istifadə
edilmişdir. Azərbaycan ordusuna aid tarixi
sənədlər sübut edir ki, orduda pulemyotlarla
silahlanmış"Ostin-Putiloves",
top
və
pulemyotlarla silahlanmış "Qarford-Putiloves"
və "Perley" adlandırılan zirehli avtomobillər
olub.
166
Birinci və ikinci növ avtomobillərin taktiki-texniki göstəricilərini müəyyən etmək çətin olmasa da,
"Perley" zirehli avtomobili haqda məlumat yoxdur, ümumiyyətlə, dünyada bu adda zirehli avtomobil olmayıb.
Ehtimal ki, sənədlərdə söhbət adətən "Pirles" adı ilə göstərilən zirehli avtomobildən gedir. "Pirles" zirehli
avtomobili Britaniya istehsalı olsa da, Rusiya da ondan müxtəlif cəbhələrdə istifadə edib. 2 pulemyotla
silahlanan avtomobilin iki nəfərlik heyəti vardı.
1915-ci ildən istehsalına başlanan "Ostin-Putiloves" zirehli avtomobili 8 mm-lik zireh lövhələrlə örtülmüş
korpusdan ibarət olmaqla, 2 qüllədə qurulmuş iki ədəd "Maksim" pulemyotu ilə silahlanmışdı. Zirehli
avtomobilin göstəriciləri: çəkisi- 5,2 t, ölçüləri - 4,9 x 1,75 x 2,4 m, heyəti - 5 nəfər, mühərriki - benzin
yanacaqlı, 4 silindrli, 50 at gücündə, təkər formulu 4x2, sürəti - 50 km/ saat, yanacaq çəninin bir dəfə
doldurulması ilə dəf edilən məsafə - 200 km.
167
1914-cü ildən istehsal edilən "Qarford-Putiloves" zirehli avtomobilinin daha ağır silahları vardı. Bu
avtomobil xüsusi qüllədə qurulmuş bir ədəd 76,2 mm-lik səhra topu və üç ədəd "Maksim" pulemyotu ilə
silahlanmışdı. Zirehli avtomobilin göstəriciləri:
çəkisi - 8,6 t, heyəti - 8 nəfər, mühərriki - benzin
yanacaqlı, 4 silindrli, 35 at gücündə təkər
formulu 4x4, sürəti - 20 km/ saat, yanacaq
çəninin bir dəfə doldurulması ilə dəf edilən
məsafə - 120 km.
168
Tətbiqi böyük bilik və bacarıq tələb
etməyən zirehli avtomobillərdən Bakı Soveti
qoşunları geniş istifadə edirdi. Bəzi hallarda
zirehli avtomobillərin fəaliyyətini zirehli qatarla
uzlaşdırmaq müsbət nəticə verirdi. İyulun 10-14-
də Müsüslü və Karrar stansiyaları uğrunda
gedən doyüşlərdə 2 zirehli qatar, 5 zirehli avtomobil və 8 topdan ibarət qrup çevik qüvvə kimi bolşevik
qoşunlarının atəş üstünlüyünü təmin etmişdi. Göyçay döyüşlərində bolşeviklərin 6 zirehli avtomobili iştirak
edirdi. Şamaxı şəhərinin azad edilməsi zamanı Qafqaz İslam Ordusu bir zirehli avtomobil qənimət kimi
götürülmüşdü.
169
L. Biçeraxovun dəstəsində 4 zirehli ingilis avtomobili var idi. Yevlax yaxınlığında gedən döyüşlərdə
onlardan biri saz vəziyyətdə türk-Azərbaycan qoşunlarının əlinə keçdi. Sentrokaspi Diktaturasının qoşunları da
zirehli avtomobillərdən geniş istifadə edirdi. Avqustun 19-da Bakı ətrafında daralan mühasirə halqasını yarmağa
çalışan diktatura qoşunları Maştağa kəndinə 3 zirehli avtomobilin müşayiəti ilə 500 piyada, 700 süvari
yeritmişdilər. Türk-Azərbaycan qoşunları hərəkət edən hədəflərə top atəşi açmaqda müəyyən təcrübə
topladığından onlara qarşı açıq döyüşdə zirehli avtomobillərdən istifadə etmək çətinləşirdi. Bunu özləri ilə 3
zirehli avtomobil gətirən ingilislər də görürdülər.
165
Дарабади П.Г. Военные вопросы, с.113.
166
Suleymanov M. Azərbaycan Ordusu, s.241.
167
Гоголев Л.Д. Бронемашины. Москва, 1986, c.17.
168
Yenə orada, c.20.
169
Süleymanov M. AzərbaycanOrdusu (1918-1920). Bakı, 1998, s.111.
59
Avqustun 27-də hazırlanan irimiqyaslı əkshücumda diktaturanın 3 zirehli avtomobili iştirak etməli idi.
Sentyabrın əvvəllərində Bakıda Sentrokaspi Diktaturasının və ingilslərin 6 zirehli avtomobili var idi ki, onlardan
sentyabrın 14-də baş verən döyüşdə geniş istifadə edilmişdi.
170
General Denstervilin qeydlərinə görə, "altı zirehli avtomobil - üç ingilis və üç rus maşını vardı, zirehli
avtomobillər markiz d Albissinin tabeliyidə idi; onların hamısı öz işini gözəl bilirdi". 14 sentyabr döyüşlərinin
gedişinə toxunan general Denstervil yazır ki, "altı zirehli avtomobil düzən ərazidə uğurla çalışırdı". Daha sonra
ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğuna toxunan general bu zirehli avtomobillərin və otuz ədəd "ford"
yük maşınlarının sıradan çıxarılaraq şəhərdə qaldığını da etiraf edir.
171
Artilleriya. Digər silahlar kimi, toplar da Bakı Soveti qoşunlarına tərxis olunan ordu hissələrindən
keçmiş və ya hərbi anbarlardan götürülmüşdü. Həmçinin Rusiyadan göndərilən toplar da Qırmızı Ordunun
artilleriya parkınşı böyüdürdü. 1918-ci ilin mayına Qırmızı ordunun 1-ci korpusunda 12 səhra və 3 dağ topu, 4
mortir var idi. Onların əsasında 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları tərtib edilmişdi. İyunda
Rusiyadan 12 ədəd dörddüymlük top göndərilmişdi. İyulun axırlarında Bakının müdafiəsinə göndərilmiş
Q.K.Petrovun yaxşı silahlanmış dəstəsində altıtopluq batareya var idi. Tələb olunandan artıq toplara malik olan
Bakı Sovetinin qoşunlarına əsasən onların ehtiyat hissələri və mərmilər gərəkli idi. Sentrokaspi
Diktaturasının qoşunları da çoxsaylı artilleriyaya malik idi. General Denstervil gündəliyində yazır ki, anbarlarda
olan toplar və onların ehtiyat hissələri hesabına Bakıda mühafizə olunan topların sayı otuza çatdırıldı (avqustun
əvvəlləri). Onun qeydlərinə görə, "Bakı artilleriyası kifayət qədər yaxşı idi".
Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əkshücumda 2 qaubitsa, 28 səhra topu və 2 dağ topu iştirak
etməli idi (mövqelərin qorunması üçün ayrılan topları da əlavə etsək, kifayət qədər böyük rəqəm alınır).
Sentyabrın əvvəllərində baş verən döyüşlərdə səhra və dağ toplarından başqa 4 qaubitsa iştirak edirdi. Bakı
uğrunda gedən döyüşlər zamanı mövqelərini itirən Sentrokaspi Diktaturasının qoşunları salamat qalmış topları
Ermənikənddə yerləşdirmiş və elə buradaca sentyabrın 14-də türk-Azərbaycan qoşunları tərəfindən 2 ədəd
qaubitsa, 8 səhra və 2 dağ topu tam işlək vəziyyətdə və mərmi ehtiyatı ilə ələ keçirildi.
Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunları tərəfindən aşağıdakı top növləri istifadə edilirdi:
1902-ci il nümunəli üçdüymlük səhra topu, 1909-cu il nümunəli üçdüymlük dağ topu, 1910-cu il nümunəli 48
xətlik (122 mm-lik) qaubitsa (bəzi mənbələrdə dörddüymlük top kimi göstərilir), 1883-cü il nümunəli 6
düymlük (152 mm-lik) səhra mortiri.
170
Yenə orada,s.123.
171
Денстервиль, c.126.
60
1902-ci il nümunəli üçdüymlük (76,2 mm-lik) səhra topu dövrün ən yaxşı səhra topu sayılır, I Dünya
müharibəsində əla nəticələr göstərmişdir. Тор trotilli, melinitli, boğucu, zəhərli, şrapnel mərmiləri ilə atəş aça
bilərdi. 1909-cu il nümunəli üçdüymlük dağ topu çətin
keçilən ərazilərdə əvəzedilməz idi, tələb olunanda
sökülmüş vəziyyətdə at və ya qatır belində daşınırdı. Bu
tip toplar özlərini şəhər döyüşlərində də yaxşı
göstərmişdilər: lülənin enib-qalxma bucağının böyük
olması evlərin damına və yuxarı mərtəbələrə atəş
açmağa imkan verirdi. Тор dağ şrapneli və dağ
qumbarası ilə atəş açırdı.
1910-cu il nümunəli 48 xətlik (122 mm-lik) qaubitsa 23,3 kq mərmilərlə atəş açaraq səhra istehkamlarının
dağıdılması zamanı istifadə edilirdi. Eyni məqsədlərlə ona nisbətən az çevik olan 6 düymlük (152 mm-lik
)1883-cü il səhra mortirləri istifadə edilirdi.
Dostları ilə paylaş: |