Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
#16978
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 
 
3.6  Bakı Soveti qoĢunlarının komandanlığı 
 
Hələ    1917-ci    ilin  noyabr  ayından  bolşeviklər    hərbi    hissələrdə  toplantılar  keçirərək  əsgər  sovetləri 
vasitəsi  ilə    komanda  heyətini  dəyişir,  köhnə  zabitləri  kənarlaşdırır,  əvəzinə  onların  tərəfini  saxlayan 
komandirlərin seçilməsinə nail olurdular. Nəticədə Bakı  qarnizonu rəisi vəzifəsini podporuçik Yefremov, Bakı 
şəhər komendantı vəzifəsini hərbçi olmayan Kleşov icra edir və kobud səhvlər buraxırdılar. 
Çar ordusunun zabitləri bolşeviklər tərəfindən təqib olunduğundan yaradılan 
hərbi hissələrdə komandirlərə ehtiyac böyük idi. 
Eyni  zamanda  müəyyən  edilmişdi  ki,  iri  hərbi  birləşmələri  idarə  etmək,   
hərbi      hissələri    döyüşə    aparmaq  elə  də  asan  iş  deyil.  Şəmkir  stansiyasında  baş 
vermiş  toqquşma  göstərmişdi  ki,  yaxşı  silahlanmış  inqilab  ruhlu  çoxsaylı  əsgər 
komanda  heyəti  zəif  olduqda  kütlədən  başqa  bir  şey  deyil  və  kiçik,  lakin  döyüş 
təcrübəsi,  hərbi  bilikləri  olan  peşəkar  zabitlərin  idarə  etdiyi  qüvvəyə  məğlub 
olurlar.  Bundan  nəticə  çıxaran  S.Şaumyan  Bakıda  mart  qırğınlarına  hazırlaşarkən 
Erməni  Milli  Şurası  vasitəsi  ilə  Petroqraddan  erməni  generalları  A.Baqratuni  və 
İ.Baqramyanı  çağırmış,  onların  köməkliyi  ilə  plan  tərtib  etmişdi.  Bakıda 
bolşeviklər  tərəfindən  xüsusi  komandirlər  məktəbi  yaradılmış,  praporşik  Solnsev 
onun  rəhbəri  təyin  edilmişdi.
116
  Bununla  belə,  mart-aprel  toqquşmaları  komanda 
heyətinin  nə  qədər  zəif  olmasını  göstərdi.  Texniki  üstünlüyə  malik  olan  Bakı 
Soveti  qoşunları  uzun  müddət  azərbaycanlıların  ayrı-ayrı  mövqelərdə  təşkil 
etdikləri  müdafiəni  yara  bilmir,  üstünlük  qazanmaq  üçün  əlavə  qüvvə,  ağır 
artilleriya, donanma və hətta hidroplanlardan istifadə etməyə məcbur olurdular. 
Qırmızı  qvardiya  təzə-təzə  yaradılanda  onun  tərkibinə  bir  neçə  azərbaycanlı  qəbul  edilmişdisə  də, 
(bolşeviklər  və  ya  "Hümmət'çilər),  çox  keçmədən  onlara  hərbi  işdən  uzaq  olan  vəzifələr  tapşırıldı.  Belə  ki, 
tanınmış inqilabçı Əli Bayram oğlu Bayramov 1917-ci ildə Bakı Sovetinin üzvü seçilmişdi, lakin Qırmızı Ordu 
formalaşdırılanda  kiçik  sovet  hərbi  gəmisinin  kapitanı  təyin  edildi,  bununla  da  hadisələrə  təsir  göstərmək 
imkanını itirdi. "Hümmət" təşkilatı Mərkəzi Komitəsinin və Bakı Soveti İcraiyyə Komitəsinin     üzvü     Həmid  
Həsən oğlu  Sultanov  1918-ci ilin əvvəlində Qırmızı Qvardiya Baş Qərargahının məsul katibi təyin edilsə də, 
sonradan  vəzifəsi  dəyişdirildi  və  o,  Bakı  qəzası  Kəndli  Deputatları  Şurası  icraiyyə  komitəsinin  sədr  müavini 
təyin olundu.
117
 
Dəstələrin komanda heyəti Bakı Sovetinin siyasi platformasını dəstəkləyən şəxslərdən seçilsə də, daşnak 
və  bolşevik  platformalarının  dəstəklənməsi  hərbi  uğur  gətirmirdi.  Əksinə,  Müsəlman  Korpusu  ilə  döyüşlərdə 
qalib gəlmək üçün döyüş bölgəsinə 5-6 qat üstün qüvvə yeritmək lazım gəlir, korpusda olmayan ağır silahlar və 
aviasiyadan istifadə etmək məcburiyyəti yaranırdı. Azərbaycan kəndlərinə soxulan və soyqırım törədən erməni-
bolşevik dəstələri yalnız mülki şəxslərə qarşı "döyüşlərdə" qalib gəlir, Müsəlman Korpusunun, azsaylı da olsa,  
nizami hissələri yaxınlaşanda isə qaçmağa və əlavə kömək gözləməyə məcbur olurdular. 
                                                           
114
 Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu ve ermenilər. İstambul, 2007, s.137. 
115
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.356. 
 
116
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.24. 
117
 Гражданская война. Энциклопедия, с.571. 
 

46 
 
1918-ci  ilin  aprelindən  komanda  heyətini  hazırlamaq  üçün  qırmızı  təlimatçılar  məktəbi  və  digər  təlim 
hissələrindən  istifadə  edilirdi.  Bakı  XKS-in  hərbi-dəniz  işləri  üzrə  xalq  komissarı  Q.N.Korqanovun  1918-ci  il 
mayın  22-də  RSFSR  Xalq  Komissarları  Sovetinə  göndərdiyi  məruzədə  qeyd  edilirdi  ki,  ən  böyük  problem 
komanda  heyətinin  çatışmazlığıdır.  1918-ci  ilin  yayında  Bakı  Sovetinin  Moskvaya  ezam  edilən  nümayəndəsi 
xəbər vermişdi ki, ən böyük çatışmazlıq təcrübəli  mütəxəssislər  və  komanda heyəti ilə bağlıdır. 
Bakı  kommunası  qoşunlarının  komandirlərlə  təmin  edilməsində  böyük 
köməyi Rusiya Kommunist  (bolşeviklər)  partiyasının Mərkəzi Komitəsi, RSFSR 
Xalq Komissarları  Soveti  və   şəxsən V.İ.Lenin göstərirdi. Lakin Rusiyadan çoxlu 
sayda  silah  və  sursat  göndərmək  imkanı  olduğu  halda  təbliğat  peşəkar  hərbi  
kadrlar    göndərilməsi  çətin  idi,  çünki  oradakı  Qırmızı  Ordu  hissələri  də  eyni 
vəziyyətdə idi. 
Mayın  24-də  Bakıda  yaradılan  Ali  Hərbi  Şura  təlimatçı  məktəbi  və  topçu 
kursunda təlim prosesini təşkil etməli idi. 
Qüvvələrin  60-70  %-nin  ermənilərdən  ibarət  olması  ona  gətirdi  ki, 
komandanlıq da əsasən ermənilərin əlinə keçdi. 
Qoşunlara  ümumi  komandanlığı  S.Şaumyan  həyata  keçirirdi.  Şaumyan 
Stepan  Georgiyeviç  (1878-1918)  1905-ci  ildə  Berlin  universitetini  bitirib,  əsasən 
inqilabi  təbliğatla  məşğul  olub.  1917-ci  ilin  fevralında  qiyabi  olaraq  (!)  Bakı 
Sovetinin  sədri  seçilən  S.Şaumyan  1917-ci  ilin  dekabrından  Qafqaz  işləri  üzrə 
RSFSR  XKS  fövqəladə  komissarı təyin  olunub.  Bu,  onun  əlində  daha  böyük  səlahiyyətlər  cəmləşdirmiş,  ona 
Şimali Qafqazda yerləşən bolşevik qüvvələrindən istifadə imkanı vermişdi. Bakıda 
azərbaycanlıların  mart  soyqırımının  təşkil  edilməsi  onun  hərbi  işdən  heç  bir 
anlayışı olmadığını göstərdi. Azərbaycanlıların ən kiçik müqavimətini qırmaq üçün 
əlavə  qüvvə  və  texnika  cəlb  etməkdən  başqa  üsul  tanımayan  S.Şaumyan  aprel 
ayında Bakı XKS sədri və xarici işlər üzrə komissar vəzifələrinə seçildi. Bununla 
belə,  Qafqaz  işləri  üzrə  RSFSR  XKS  fövqəladə  komissarı  vəzifəsi  faktiki  olaraq 
baş
 
komandan funksiyalarının icrasını tələb edirdi.
118
 
Erməni  sərkərdələrindən  olan  Q.N.Korqanov  Qafqaz  ordusu  Мüvəqqəti 
İnqilabi Komitəsinin sədri seçilməklə qoşunların komandanı vəzifəsini icra edirdi. 
Q.N.Korqanov 1914-cü ildə Moskva universiteti tarix-filologiya fakultəsini bitirib, 
I Dünya müharibəsi başlayanda orduya çağırılaraq zabit kurslarında oxuyub, zabit 
kimi I Dünya müharibəsində iştirak edib. 1917-ci ildə milli korpuslar yaradılanda о 
erməni süvari briqadasının komandiri təyin edilib, briqadanın hissələri Osmanlı qoşunları ilə döyüşlərdə məğlub 
ediləndə Bakıya gəlib.
119 
1918-ci ilin aprelində Bakı XKS hərbi-dəniz işləri üzrə xalq komissarı təyin edilib və 
ümumi  komandanlığı  həyata  keçirib.  İyul  ayında  L.Biçeraxov  komandan  təyin 
olunanda  Bakı  XKS  onu  sol  cinaha  göndərib, Korqanova  isə  mərkəz  və  sağ  cinahı 
qorumaq  tapşırılıb.
120
  Faktiki  olaraq  Korqanov  yenə  də  komandan  vəzifəsini  icra 
edirdi. 
Bakı  Soveti  qoşunlarının  təşkilində  əhəmiyyətli  rolu  Caparidze  Prokofi 
Aprasionoviç (Alyoşa) oynayıb. Tiflisdə Aleksandrov müəllimlər institutunda təhsil 
almış  Caparidze  Azərbaycanda  "Hümmət"  təşkilatının  yaradıcılarından  biri  olub. 
1918-ci  ilin  yanvar-iyul  aylarında  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  sədri  olub, 
İnqilabi  Müdafiə  Komitəsinin  üzvü  seçilib.  Bakıda  mart  qırğınların 
günahkarlarından  biri  olan  Caparidze  1918-ci  ilin  aprelində  Bakı  XKS  daxili  işlər 
komissarı, iyun ayından eyni zamanda digər vəzifəyə - ərzaq komissarı seçilib. 
Kifayət    qədər    qüvvəsı    olmasına          baxmayaraq          Bakı  Soveti      qələbə 
qazanmaq iqtidarında    deyildi.     Ordunun Komissarı B.Şeboldayev Sovet Rusiyası 
hərbi-dəniz  işləri  üzrə  xalq  komissarına    göndərdiyi  məktubunda  yazırdı:  "Briqadalar  və  korpus  qərargahının 
formalaşdırılmasını  başa  çatdırandan  sonra    siyasi  baxışlarına  görə  daşnak  olan  komandir  Qazarov,  qərargah 
                                                           
118
 Bakı Sovetinin hərbi rəhbərləri barəsində sovet tarixşünaslığında kifayət qədər böyük ədəbiyyat mövcuddur: Ратгаузер Я. Революция и гражданская 
война в Баку. Баку, 1927; Шаумян С. Бакинская Коммуна. Баку, 1927; Памяти 26: Материалы к истории Бакинской Коммуны 1918 г./Ред. М. 
Лифшица  и  П.  Чагина.  Баку,  1928;  Ратгаузер  Я.  Арест  и  гибель  комиссаров  Бакинской  Коммуны.  Баку,  1928;  Кулиев  М.  Враги  Октября  в 
Азербайджане.  Баку,  1929;  Раевский  А.  Партия  "Мусават"  и  еѐ  контрреволюционная  работа.  Баку,  1929;  Очерки  истории  коммунистической 
партии Азербайджана / Под ред. М. С. Искендерова и др. Баку, 1963; Гулиев Б. Борьба Коммунистической партии за осуществление ленинской 
национальной политики в Азербайджане. Баку, 1970; Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье. М., 1960; Смирнов Н. Г. 
Ушедшие в бессмертие: Очерки истории Бакинской Коммуны. М., 1986; Бурджалов Е.Н. Двадцать шесть бакинских комиссаров. М., 1938 və s. 
119
Qasımlı M. Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti //Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, s.99. 
120
Гражданская война. Энциклопедия, с.287. 
 

47 
 
rəisi   Avetisov   və    digərləri yürüşə başladılar... Komanda heyəti zəifdir və "rus oriyentasiyasını" saxlayana 
qədər sovet hakimiyyətinin dəstəyi olacaqlar. Oriyentasiyanın ingilis meylli olması mümkündür və ordunun bu 
vəziyyətdə  özünü  necə    aparacağını    demək    çətindir,  çünki  ordunun  60-70%-nin  ermənilərdən  ibarət  olması 
istənilən gözlənilməzliklərə gətirə bilər". Başqa sözlə desək, qüvvələrin mənəvi durumuna cavabdeh olan şəxs - 
komissar  etiraf  edir  ki,  bolşevik  qoşunlarının  zabitləri  "siyasi  baxışlarına  görə  daşnak"dırlar,  siyasi 
"oriyentasiyaları"nı istənilən məqamda dəyişə bilərlər. Maraqlıdır ki, baş verənlər barədə tam və dürüst məlumat 
verən B.Şeboldayevi Bakıda saxlamadılar və 1918-ci ilin yayında o, Q.F.Biçeraxovun əksinqilabçı  dəstələrinə  
qarşı vuruşmaq tapşırığı ilə  Şimali Qafqaza göndərildi. 
Denikin  ordusunun  generalı  Lyadov  Bakı  Soveti  qoşunlarına  qiymət  verərkən  yazırdı:  "Qırmızı  ordu 
daşnak zabitlərin rəhbərliyi altında olan və vuruşmaq əlindən gəlməyən erməni könüllülərindən ibarət idi. Onlar 
ətraf  kəndləri  talayır,  müsəlman  kəndlilərin  də  özlərinə  qarşı  nifrətini  oyadırdılar.  Cəbhədən  ona  görə 
qaçmırdılar  ki,  öz  evlərindən  uzaqda idilər. Xəzər  donanmasının  ən  yaxşı  matrosları 
hələ  mart  hadisələrindən  əvvəl  səfərbər  edilmişdi,  indi  donanma  yalnız  şəhər 
alverçilərindən  ibarət  idi,  onlar  da  donanmaya      alver    və    dələduzluq
 
etmək   
imkanlarına    görə   gəlirdilər".
121
 
Qırmızı  ordunun  1-ci  кorpusunun      komandiri      Qazarovun  nisbətən  böyük 
döyüş  təcrübəsi  vardı.  Hərbi  məktəbi  bitirmiş  keçmiş  çar  ordusunun  polkovniki 
rütbəsinədək yüksəlmiş Qazarov öz məqsədlərinə çatmaq üçün siyasi oriyentasiyasını 
dəyişən  bir  çox  ermənilər  kimi  çar  polkovniki  olmasını  unutmuş  və  bolşeviklərin 
tərəfində  olduğunu  bildirmişdi.      Əslində  isə      Bakı  Sovetinə  xidmət  qırmızı  bayraq 
altında  da  olsa,  azərbaycanlıların  soyqırımını  həyata  keçirməyə  imkan  verirdi.  1-ci 
korpusun  qərargah  rəisi  Avetisov  da  ondan  fərqlənmirdi.  Keçmış  çar  ordusunun 
qərargah  zabiti  polkovnik  Avetisov  da  Qazarov  kimi  daşnak  meylləri  ilə  seçilsə  də, 
vaxtı  gələndə  bolşeviklərin  tərəfini  saxlamışdı.  Hələ  avqustun  1-də  o,  ağ  bayraq 
qaldırıb  təslim  olmaq  təklifini  vermişdi, lakin  təklif qəbul olunmadı.  Bolşeviklərin  hakimiyyəti  devriləndə  və 
Bakıda Sentrokaspi Diktaturası qurulanda o, siyasi simasızlığını və erməni xislətini   bir daha nümayiş etdirib 
diktaturaya  qoşulmuşdu.  Maraqlıdır  ki,  general  Denstervil  öz  qeydlərində  yazır:  "Diktatura  qoşunlarının 
qərargah  rəisi  Avetisov  yaxşı  erməni  zabiti  nümunəsidir.  O,  qorxmadan  inqilabçılar  barədə  öz  fikirlərini 
bildirirdi  (halbuki  bir  ay  əvvəl  onların  bütün  ideyalarını  dəstəkləyirdi  -  A.Y.,  Ə.S.).  Lakin  o,  xəstə  idi  və 
fikirləşirəm ki, xəstəlik onun işinə təsir göstərirdi”. Göründüyu kimi, diktatura dövründə Avetisovun buraxdığı 
səhvləri Denstervil onun xəstəliyi ilə izah edir. 
Bakı  Soveti  qoşunlarının  təşkilatçılarından  və  komandirlərindən  olan 
E.A.Berq Sovet Rusiyasının sınanmış döyüşçülərindən olub. Hərbi gəmilərdə matros 
kimi  xidmət  göstərmiş  Berq  inqilab  dövründə  matroslar  dəstəsinə  rəhbərlik  edib, 
Kornilov,  Kerenski,  Kaledinin  əksinqilabçı  qüvvələrinə  qarşı  mübarizədə fərqlənib. 
1918-ci  ilin  aprelində  o,  Dəniz  işləri  üzrə  Xalq  Komissarlığı  tərəfindən  Xəzərdə 
sovet hərbi donanmasının təşkili məqsədi ilə Bakıya göndərilib, həmin ilin iyulunda 
Müvəqqəti  İnqilab  Komitəsinin  üzvü,  Bakı  Soveti  qoşunlarının  rabitə  xidməti rəisi 
vəzifəsinə təyin edilib.
122
 
Hərbi  donanmanın  təşkili  ilə  V.F.Poluxin  də  məşğul  olub.  Fəhlə  - 
elektromontyor işləmiş Poluxin 1907-ci ildən Baltik donanmasında matros,   1915-ci 
ildən  isə  teleqrafçı  kimi  xildmət  edib.  Bolşevik  fəaliyyəti  ilə  məşğul  olan  Poluxin 
Petroqradda  Oktyabr  çevrilişin  iştirakçısı  olub,  1917-ci  ilin  dekabrında  Dəniz 
Nazirliyi (Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin dəniz seksiyası) Qanunverici 
Şurasının  sədri  təyin  edilib.  1918-ci  ilin  mayından  Dəniz  işləri  üzrə  Xalq 
Komissarlığının xüsusi tapşırıqlar üzrə komissarı, iyul ayından isə Xəzər dəniz donanmasının komissarı olub.
123
 
İ.V.Malıgin  I  Dünya  müharibəsində  piyada  əsgər  kimi  iştirak  edib.  1917-ci  ildə  Qafqaz  Ordusu 
Müvəqqəti İnqilabi Komitəsinin üzvü, 1918-ci ilin yanvarında isə katibi seçilib. Aprel ayından Bakı XKS hərbi- 
dəniz  işləri  üzrə  Xalq  Komissarlığının  kollegiya  üzvü  olan  Malıgin  əslində  “tapşırıqlar  üzrə  komandir" 
vəzifəsini icra edirdi.
124 
General  Denstervil  Bakı  Soveti  qoşunları  barədə  məlumat  verərkən  "Şaumyan  və  Petrovun  qoşunları" 
ifadəsini  işlədir.  Bu  da  təsadüfi  deyil.  Qriqori  Konstantinoviç  Petrov  (1892-  3918)  Peterburq        Politexnik    
İnstitutunda təhsil alıb və orada sol eserlər partiyasına qəbul  olunub. I Dünya müharibəsi başlayanda cəbhəyə 
yollanan Petrov şücaəti sayəsində praporşik rütbəsinə layiq görülüb.  1917-ci ildə Ryazanda  qırmızı qvardiya 
                                                           
121
 Ратгаузер Э. Революция и гражданская война в Баку.Ч.1.1911-1918 г. Баку, 1927, с. 194. 
122
Гражданская война. Энциклопедия, с.64.  
123
Yenə orada, c.466
 
124
Yenə orada, c.340
 

48 
 
dəstələrinin  yaradıcısı  olub,  sonra      dəstə  komandiri  kimi  Kaledinin    əksinqilabi      qüvvələrinə  qarşı  vuruşub. 
Gənc  olmasına  baxmayaraq  1918-ci  ilin  mayından  Ukrayna  Mərkəzi  Radasına  qarşı  vuruşan      qoşunların  
komandanı  olan  Petrov  iyul  ayında  yeni  təyinat  alıb:  Bakı  rayonunda  RSFSR  XKS  hərbi  komissarı  və  Bakı 
XKS-yə köməyə göndərilmiş dəstənin komandiri.
125
 Dəstəsində yaratdığı ciddi intizam, peşəkar hərbçilərin bilik 
və  bacarıqlarından  istifadə  etmək  qabiliyyəti,  müxtəlif  qoşun  növlərindən  olan  kiçik  hissələri  dəstədə 
birləşdirmək bacarığı və çoxsaylı texnika onu Qafqaz İslam Ordusunun ən ciddi rəqiblərindən birinə çevirmişdi. 
Maraqlıdır ki, Petrovun topçuları mənşəcə latışlar idi.
126
 
Qırmızı Ordunun briqada komandiri İ.Y.Qabışev və  Qırmızı təlimatçılar məktəbinin yaradıcısı, 1918-ci 
ilin iyul ayından isə dəstə komandiri praporşik F.F.Solnsev az da olsa, hərbi bilikləri ilə seçilirdilər. 
Qırmızı  ordunun  əks-kəşfiyyat  xidmətinin  rəisi  vəzifəsini  Cigityan  adlı  erməni  icra  edirdi.  İngilislərlə 
gizli sövdələşmədə olan bu şəxs məhz S.Şaumyanın təklifi ilə belə  məsul vəzifəyə təyin edilmişdi. 
Bakı Soveti qoşunlarının komandirləri sırasında xüsusi yeri Amazasp       tuturdu.
127
 Amazasp  Srvatyans 
1873-cü ildə Türkiyənin Van şəhərində anadan olub, gənc yaşlarından daşnaklara  qoşularaq vətəndaşı olduğu 
Osmanlı  dövlətinə  qarşı  təxribatlarda  iştirak  edib.  Polis  təqibindən  ehtiyatlanan 
Amazasp    erməni    terrorçularının  hər  zaman  sığındıgı  yerə  -Rusiya  imperiyasına 
qaçıb.  İrəvanda  məskunlaşan  Amazasp  Şuşaya  köçüb  və  hər  iki  Azərbaycan    
şəhərində        yaşadığı  dövrdə  azərbaycanlılara  qarşı  soyqırım  planlarını 
hazırlayanlardan biri olub. 
1905-1906-cı  illərdə  Gəncə  (Yelizavetpol)  şəhərində  azərbaycanlılara  qarşı 
soyqırım  törətmək  planları  boşa  çıxan  və  toqquşmalarda  məğlub  olan  Amazasp 
məğlubiyyətinin  səbəbini  Rusiya  məmurlarının  erməni  inqilabi  hərəkatını  az 
dəstəkləməsində görürdü. Lakin çar hökumətinə qarşı planlar qurması onun 1908-ci 
ildə  çar  polisi  tərəfindən  həbs  olunub  15  il  müddətinə  Sibirə  sürülməsi  ilə 
nəticələnir.  1913-cü  ildə  müəmmalı  şəraitdə  sürgündən  qaçan  Amazasp  Avropaya, 
oradan  isə  axtarışda  olduğu  yerə  -  İstanbula  yollanır.  Müasir  erməni  tədqiqatçıları 
onun  Sibirdən  qaçışını,  İstanbulda  "heç  kimin  dəstəyi  olmadan"  fəaliyyət 
göstərməsini az qala möcüzə kimi qələmə verir, lakin "möcüzənin" səbəbi 1914-cü ildə Amazaspın rus xəfiyyəsi 
olduğu  aşkar  ediləndə  üzə  çıxır.  Təsadüfi  deyil  ki,  1908-ci        ildə        15        illik    
sürgünə  məhkum    edilmiş  Amazasp  Rusiya  ordusunun  3-cü  erməni      könüllü   
drujinasının komandiri təyin edilir, ona silah,   sursat,   təlimatçı   və məsləhətçilər 
verilir.  Sürgündən  "qaçdığına"  görə  barəsində  "axtarış"  elan  edilən  caniyə  hətta 
Rusiya  ordusunun  polkovniki  rütbəsi  verilir.  Bu  bir  daha  sübut  edir  ki,  türk-
müsəlman  əhalisinə qarşı törədilən soyqırımlarda təkcə ermənilərin deyil, müxtəlif 
dövlətlərin,  о  cümlədən  Rusiya    imperiyasındakı    ən  yüksək  dairələrin  əli 
olub.Nizami  Osmanlı  qoşunları  ilə  üzbəüz  döyüşə  girməkdən  çəkinən  Amazasp 
erməni  xislətinə  xas    olan  tərzdə  hərəkət  edir:  doğulub  boya-başa  çatdığı  Van 
şəhərinin  dinc  müsəlman  əhalisinə  qarşı  qırğın  törədənlərdən  biri  olur.  Osmanlı 
qoşunları  yaxınlaşanda  qaçıb  Rusiya  ordu  hissələrinə  qatılan  Amazaspa  "etnik 
toqquşmalarda  neytral  mövqe  tutmağa  çalışan"  çar  hökuməti  Alaşkert  bölgəsində 
polis rəisi olmağı tapşırır. Beləliklə, sözdə erməni vəhşiliklərini pisləyən çar məmur 

 
hərbçiləri  bu  vəhşilikləri  törədən  bir  şəxsə  səlahiyyət  və  qüvvə  verərək  Rusiya 
ordusunun  yenicə  işğal  etdiyi  ərazilərdə  "qayda-qanun  yaratmağı",  yəni  bölgəni 
müsəlman  əhalidən  təmizləməyi  tapşırırlar.  1917-ci  ilin  əvvəllərindən  bu  vəzifəni 
canla-başla  icra  etməyə  başlayan  Amazaspı  Osmanlı  ordusunun  əks-hücumu,  eyni 
zamanda  rus  ordusunun  parçalanması  qaçmağa  vadar  edir.  Xisləti  ona  çıxış  yolu 
tapmaqda kömək göstərir: Bakıya gələn Amazasp bolşeviklərə qoşulur və çox keçmir 
ki, S.Şaumyanın təklifi ilə 3500 nəfərlik erməni briqadasının komandiri təyin olunur. 
Erməni tədqiqatçılarının görkəmli sərkərdə kimi təqdim etdikləri bu "qəhrəmanın" ən 
böyük  "hərbi  uğuru"  1918-ci  ilin  mart  ayında  Bakıda,  may  ayında  isə  Qubada 
azərbaycanlılara  qarşı  soyqırımda  fəal  iştirakı  olur.  Azərbaycan  Cumhuriyyətinin 
təşkil  etdiyi  fövqəladə  istintaq  komissıyasının  materialları  və  A.Novaskının  yekun 
sənədi "sərkərdənin" fəaliyyətini işıqlandırmağa imkan verir.  "1918-ci il mayın 1-də   
                                                           
125
 Yenə orada, c.452. 
126
Активные борцы за Советскую власть в Азербайджане. Баку, 1957, с 181, Токаржевский Е.А. Из истории, с. 149-150. 
127
ru.Hayazg.info  -  İNTERNET  səhifəsi.  Bura  da  digər  erməni  cəlladları  barəsində  məlumatlar  verilir.  Müasir  ermənilər  dinc,  silahsız  müsəlmanları 
qəddarlıqla  öldürən  qatilləri  «qəhrəman»  hesab  edirlər.  XX  əsrin  sonlarında  Xocalı  faciəsini  törədən  vəhşilər  məhz  belə  məlumatlar  əsasında  və  belə 
«qəhrəmanların» nümunəsində tərbiyə olunublar. 
 

49 
 
tanınmış   daşnaksakan Amazasp və onun köməkçisi Nikolayın başçılığı ilə dəstə şəhəri (Qubanı) mühasirəyə 
alaraq  onu  toplardan,  pulemyotlardan  və  tüfənglərdən  atəşə  tutdu.  Dəstə  maneəsiz  şəhərə  daxil  oldu.  Şəhərin 
tutulması  müsəlman  əhalinin  qırılması  və  onlara  işgəncələr  verilməsi  ilə  müşayiət  olunurdu.  Ermənilər 
küçələrdə  rast  gəldikləri  kişi,  qadın  və  uşaqları  amansızcasına  qırır,  evlərə  soxulur  və  bütöv  ailələri  məhv 
edirdilər,  heç  südəmər  uşaqlara  da  rəhm  eləmirdilər...  Ümumən  iki  minə  yaxın  müsəlman  kişi,  qadın  və  uşaq 
öldürüldü,  Amazaspın  dəstəsi  tərəfindən  şəhər  talan  edilmişdi:  dörd  milyon  rubl  nəğd  pul,  4,5  milyon  rubl 
dəyərində qızıl, qızıl əşyalar və daş-qaş, iyirmi beş milyon rubl məbləğində müxtəlif mallar və ərzaq məhsulları. 
Bundan  başqa,  Amazaspın  dəstəsi  Quba  şəhərində  yüz  beş  ev  və  tikilini  yandırmışdı...  "Yanğınlardan  mülk 
sahiblərinə  100  milyon  rubl  dəyərində  ziyan  dəymişdi.  Qubaya  gəlməzdən  əvvəl  Amazaspın  dəstəsi  dəmir 
yolunun  hər     iki      tərəfində      yerləşən     müsəlman      kəndlərini     məhv      etmişdi..  .Ümumən  Quba  qəzasında 
Amazaspın  dəstəsi  122  müsəlman  kəndini  darmadağın  etmişdi...    Dəstə  Qubaya  Şaumyanın  istəyi  ilə 
göndərilmiş, dəstənin tərkibi о vaxtkı hərbi komissar Korqanov tərəfindən toplanmış, iki min ermənidən ibarət 
olmuşdur, onların hamısı "Daşnaksutyun" partiyasına mənsub olan ermənilər idi... Dəstənin komissarı Venuns 
adlı  birisi  idi".
128 
"Cəza  dəstəsi"  adlanan  bandanın  siyasi  məqsədləri  yox  idi.  Bunu  Amazaspın  bəyanatları  da 
təsdiqləyir:  "Mən  erməni  xalqının  qəhrəmanı  və  onun  maraqlarının  müdafiəçisiyəm...  Mən  qayda-qanun 
yaratmaq  və  sovet  hakimiyyəti  qurmaq  üçün  gəlməmişəm.  Mənə  əmr  ediblər  Xəzər  dənizi  sahillərindən 
Şahdağa  qədər  ərazidə  olan  müsəlmanları  məhv  edim".  Bu  sözlər  bir  daha  sübut  edir  ki,  Bakı  Soveti 
komandanlığında  olan  ermənilər  bolşevik  şüarları  altında      azərbaycanlıları      qırıb      onların      torpaqlarında 
məskunlaşmaq istəyirdilər. 
Qafqaz  İslam  Ordusunun  türk-Azərbaycan  hissələri  ilə  üzbəüz  gəlməkdən  qorxan  Amazasp 
məğlubiyyətlər  silsiləsi  başlayan  kimi  Bakıdan  İrana  qaçır,  sonra  isə  Ermənistana 
keçərək Nor- Bəyazid bölgəsində erməni hissələrinin komandiri təyin edilir. 1920-ci 
ildə  türk  qoşunları  ilə  döyüşlərdə  məğlub  edilən  Amazasp  Ermənistanda  sovet 
hakimiyyətinin  qurulmasını  səbirsizliklə  arzulayır  və  sovetlər  yaxınlaşanda 
Ermənistanda  qalır.  Lakin  bu  dəfə  Amazasp  sahiblərini  dəyişməyə  imkan  tapmır, 
1921-ci ildə həbs edilərək İrəvan həbsxanasına atılır və burada öldürülür. 
Əlbəttə,  Sovet  Rusiyasının  rəhbərliyi  bütün  baş  verənlərdən  xəbərdar  idi. 
Lakin nəyin bahasına olursa olsun Bakı neftinə nəzarəti itirmək istəməyən bolşevik 
hökuməti  məqsədinə  çatmaq  üçün  şəhərdə  onun  adından  fəaliyyət  göstərən  Bakı 
Soveti və onun üzvlərinin bütün cinayətlərinə göz yumurdu. 
İyulun 6-da L.Biçeraxov Qafqaz İslam Ordusuna qarşı vuruşan qoşunların baş 
komandanı  təyin  edildi,  bundan  sonra  Qırmızı  Ordunun  komandanlığı  tərkibində 
dəyişmələr olacağı ehtimal edilə bilərdi. Lakin Bakı Soveti rəhbərliyi Biçeraxovu sol cinaha göndərdi, sağ cinah 
və  mərkəz  qoşunlarına  əvvəlki  kimi  Q.Korqanov  rəhbərlik  edirdi.  Faktiki  olaraq  komanda  heyətində  nə 
keyfiyyət, nə də kəmiyyət dəyişikliyi baş verdi. 
Dövrün sərkərdələri sırasında Biçeraxov xüsusi yer tutur. Əslən osetin olan Lazar Fyodoroviç Biçeraxov 
1882-ci  ildə  İmperator  Mühafizə  Konvoyunun  zabiti  ailəsində  anadan  olub.  1-ci 
Peterburq realnı məktəbini,  sonra  isə Alekseyev hərbi məktəbini bitirib, Tersk kazak 
qoşununun Qorsk-Mozdok alayında  xidmət     edib.  I Dünya müharibəsi dövründə 
Qafqaz  cəbhəsində  vuruşub,  İranda  olan  kazak  reyd  dəstələrmdən  birinə  rəhbərlik 
edib.  1917-ci  ildə  polkovnik  rütbəsi  alan  Biçeraxovun  ordenləri  sırasında  4-cü 
dərəcəli  Mq.Georgi  ordeni  də  vardı.  Rusiyada  inqilabi  hərəkatlar  başlananda  
bolşeviklərə    qarşı  çıxıb,  Şimali  Qafqazda  sovetlərə  qarşı  qiyam  qaldırmış  qardaşı 
Georgi  Biçeraxova  bütün  vasitələrlə  kömək  edib.  General  Denstervil  L.Biçeraxov 
barəsində yazırdı: "Biçeraxov qırxa yaxın yaşı olan birisidir, gözəl bədən quruluşuna 
malikdir,  hərbçi  olduğu  dərhal  bilinir.  Müharibə  şəraitində  əla  xidmət  göstərir,  bir 
neçə  dəfə  yaralanıb.  Qorxmaz  komandir  olduğundan  adamları  ona  çox  inanırlar... 
Onun adamları Biçeraxovun şəxsiyyətinə sadiq qalıb onların sədaqəti sayəsində o, bir 
çox igidliklər göstərib. Müharibənin əvvəlində yaralandığından Biçeraxov çəliklə gəzir".
129 
General Denstervil 
yazırdı  ki,  "o,  bütün  varlığı  ilə  Rusiyanın  adamıdır,  onun  bütün  planları  Rusiya  maraqlarının  qorunmasına 
xidmət edir, lakin eyni zamanda bizim maraqlarla da üst-üstə düşür". Denstervilin qoşunları Bakıya gəldikdən 
sonra  L.Biçeraxov  ingilislərə  göstərdiyi  xidmətlərə  görə  iki  ingilis  ordeni  ilə  təltif  edilib,  ona  Britaniya 
ordusunun  generalı  rütbəsi  verilib.
130
  Şimali  Qafqazda  əksinqilabçı  Qafqaz-Xəzər  hökumətinə  rəhbərlik  edən 
                                                           
128
Доклад   Члена   Чрезвычайной   Следственной   Комиссии   Новацкогс. ARMDTA, f.1061, siyahı 1, iĢ 95, v.5-8. 
 
129
Денстервиль, с.15. 
130
 Гражданская война. Энциклопедия, с.68. 
 

50 
 
Biçeraxov  ağ  qvardiyaçılar  tərəfindən  də  general-mayor  rütbəsinə  layiq  görülüb.  1919-cu  il  Bakıya  gələn 
Biçeraxovun  dəstəsi  ingilislərin  təkidi  ilə  buraxılandan  sonra,  o,  Denikinə  tabe  olacağını  bəyan  edib. 
Azərbaycan hökumətinin təkidi ilə Bakını tərk edərək Dağıstana keçib, Rusiya vətəndaş müharibəsində sovetlər 
qalib gələndən sonra İngiltərəyə mühacirət edib. 1928-ci ildə Almaniyaya köçən L.Biçeraxov 1952-ci ildə orada 
vəfat edib. 
İyulun 19-da Q.Petrovun dəstəsi müdafiə xəttinə gəldi və o, Bakı rayonunun hərbi komissarı təyin edildi. 
Bu  tipli  dəyişikliklər  əməliyyatların  gedişində  dönüş  yarada  bilməzdi.  İnqilab  ideyalarına  sadiqlik  və 
döyüşkənlik  nümayiş  etdirməsinə  baxmayaraq,  bəzi  hallarda  say  və  texnika  sarıdan  türk-Azərbaycan 
qüvvələrindən  üstün  olan  Q.Petrov  da  peşəkar  hərbçi  olmamış  və  kobud  səhvlər  buraxmışdı.  Üstəlik,  onun 
tabeçiliyinə verilmiş erməni taborları qorxaqlıq və intizamsızlıq nümayiş etdirirdilər. 
İyulun  22-də  L.Biçeraxov  Həbib  bəy  Səlimovun  başçılıq  etdiyi  qoşunlardan  ağır  zərbələr  alaraq  geri 
çəkilməyə başladı, Bakı Sovetinin ittihamları ilə üzləşərək komandanlığı Avetisova təhvil verdi. 
Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin