28
3. Bakı Soveti və Sentrokaspi Diktaturasının qoĢunları
3.1. Bakı Soveti Qırmızı Ordusunun yaradılması
1917-ci il noyabrın 21-də Rusiya ordusu Qafqaz cəbhəsinin komandanı general Prijevalski Osmanlı
ordusu Qafqaz cəbhəsinin komandanı Feriq Vehib paşanın sülh bağlamaq təklifi haqqında Zaqafqaziya
Komissarlığının iclasında məlumat verdi və dekabrın 5-də sülh müqaviləsi bağlandı. Şərtlərə əsasən, döyüşlər
dayandırılmalı, operativ və strateji qruplaşma
və yerdəyişmə aparılmamalı, döyüş bölgəsi və
ona yaxın 10 verstlik zonada təyyarə uçuşları
qadağan edilməli idi.
Müqavilənin imzalanmasından sonra
rus əsgərlərinin kütləvi surətdə tərxis
olunmasına başlandı. Onlar vətənlərinə
qayıtmaq tələbləri ilə çıxış edir, çarəsiz qalmış
kornandanlıq isə tələbləri yerinə yetirməyə
məcbur olurdu. Çar ordusunun parçalanması
istiqamətində böyük iş görmüş bolşeviklərin
məqsədi
başqa idi. Onlar müharibəni
dayandırmaq
təbliğatını
aparanda
düşünürdülər ki, əsgərlər vuruşmaqdan imtina etsələr də, öz mövqelərində qalacaqlar. Nəticədə on-lardan
hakimiyyət uğrunda mübarizədə istifadə etmək
mümkün olacaq. Əsgərlərin tərxis olunmaq
tələbləri bolşeviklərin ümid bağladıqları əsas
qüvvənin
ləğv
olunması
demək
idi.
Bolşeviklərdən ibarət Qafqaz ordusunun diyar
şurası müraciət qəbul edərək tərxis olunmanın
qarşısını almağa çağırdı. Dekabrın 10-da
Tiflisdə Qafqaz ordusunun II diyar qurultayı
keçirildi, bolşeviklər tərəfindən çağırılmış
nümayəndələr bolşeviklərin xəttini dəstəklədi,
bolşevizmə qarşı bütün hərəkətlərə mübarizə
elan etdilər. Diyar şurasının sədri Q.Korqanov
seçildi.
42
Qafqaz ordusu diyar şurasının qeyri-
bolşevik qüvvələri isə ayrıca iclas keçirərək
özlərinin
şurasını
yaratdılar.
Tiflisdə
möhkəmlənə
bilməyəcəklərini
anlayan
bolşeviklər bu səbəbdən öz qurumlarını Bakıya
köçürməyə başladılar. Dekabrın 19-da Tiflisdə
Fəhlə, Əsgər və Kəndli sovetlərinin II Qafqaz
diyar qurultayı da bolşeviklər üçün uğursuz
oldu və onlar da Bakıya köçdü.
43
Hələ noyabrın 12-də bolşeviklərə sadiq
hərbi hissələr yaratmaq üçün şar ordusunun
hərbi hissələrinin komandirləri dəyişdirilməyə
başladı. Nəticədə podporuçik Yefremov Bakı
qarnizonu rəisi, Kleşov Bakı şəhər komendantı seçildilər. 1917-ci il dekabrın 12-də Bakıda Hərbi İnqilab
Komitəsi (HİK) yaradıldı. Bəyan edilmişdi ki, komitə şəhərdə qanun-qayda yaradılmasına cavabdeh olacaq.
Dekabrın 14-də HİK kütlə halında toplaşmağı, kütləvi tədbirlər keçirməyi qadağan etdi. Aydın idi ki, bu qərar
Azərbaycan milli qüvvələrinin fəaliyyətinə qarşı yönəlmişdi. Dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti
Bakı Sovetinin sədri S.Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi. Onun sərəncamına dərhal 500 min
rubl pul göndərildi ki, Sovetə tabe olan silahlı qüvvələr yaradılsın.
42
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.16.
43
Дарабади П.Г. Военные вопросы, с. 95-96.
29
1917-ci il dekabrın 21-də Bakıda Qırmızı Qvardiyanın yaradılması barədə qərar qəbul edildi.
44
Lakin
fəhlələrdən döyüş qabiliyyəti olan qoşun yaratmaq olduqca çətin iş idi. Bu səbəbdən
1918-ci ilin yanvar ayının əvvəllərində Bakıdan keçən rus hərbçiləri ilə əlaqə
yaratmağa çalışdılar. Onlar Bakıda qalıb "inqilabı müdafiə etmək" istiqamətində
təbliğat aparmalı idilər. Bolşeviklərin təklifi ilə razılaşanlar dərhal Qırmızı Qvardiya
dəstələrinə yazılır, razılaşmayanlar isə tərksilah edilərək Rusiyaya göndərilirdi.
Yanvarın ortalarında Qırmızı Qvardiya döyüşçülərinin sayı 3500 nəfərə çatdı.
Ancaq bu, nəinki inqilabı bütün Qafqaza yaymaq, heç Bakıda hakimiyyəti tam
nəzarət altına almaq üçün kifayət deyildi.
1917-ci il yanvarın 15-də Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret
imzalandı. Dekretdə Qırmızı Ordu beynəlmiləl adlandırılsa da, ora təkcə rus və
ermənilər yazılır, azərbaycanlıların yazılmasına isə maneçilik törədilirdi. Çağırış
işləri ilə məşğul olan Avakyan, qərargah rəisi A.Baqdasarov idi.
45
Yanvarın 29-da
Bakıda fəaliyyət göstərən Rus Milli Şurası rus milli hissələrinin yaradılması barədə
qərar verdi. Bolşeviklər tərəfindən çar ordusunun zabitləri təqib olunduğundan yeni
yaradılan hərbi hissələrdə komandirlərə ehtiyac böyük idi. Bakıda bolşeviklər
tərəfindən xüsusi komandirlər məktəbi yaradılaraq onun rəhbəri praporşik Solnsev təyin edilmişdi. Cəbhədən
tərxis olunan hissələrdən bir zirehli qatar götürülmüş, RSFSR XKS ordu yaradılması üçün 30 milyon 800 min
rubl göndərmişdi. Fevral ayında Azadlıq meydanında hərbi parad keçirildi. Xəzər donanmasının nəzarət altına
alınması işi davam etdi. Martın əvvəllərinə artıq 6 min döyüşçü, 2 zirehli qatar, 1 zirehli avtomobili olan
Qırmızı Ordu ciddi qüvvə idi.
46
Bununla bərabər qüvvələri artırmaq üçün Erməni Milli Şurası ilə əlaqələr
yaradılmış, faktiki olaraq daşnaklarla birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdi. Corctaun
Universitetindən olan amerikalı tədqiqatçı Maykl Smit qeyd edirdi ki, "Bakıda bolşevik hakimiyyətini rus ordu
hissələrindən təşkil edilmiş silahlı milis və daşnakların rəhbərliyi ilə çoxsaylı erməni dəstələri təmin edirdi".
1918-ci ilin mart qırğınları bolşevik və erməni hissələrindən təşkil edilmiş Qafqaz Qırmızı Ordusunun əsl
simasını açdı. Bu ordu Azərbaycanı Rusiyanın müstəmləkəsi görmək istəyən bolşeviklərin və Azərbaycan
torpaqlarından mümkün qədər pay qoparmağa hazır olan, azərbaycanlıların fiziki məhvinə can atan ermənilərin
aləti idi.
May ayında artıq ordunun 1-ci korpusu təşkil edilmişdi. Mayın 16-da mədən-zavod komitələrinin
konfransında çıxış edən S.Şaumyan göstərirdi: "Özünün çoxsaylı düşmənlərindən qorunmaq üçün sovet real
silahlı qüvvə yaratmalı idi. Bolşeviklərdən başqa heç
bir digər partiya sovet hakimiyyətinin dayağının
yaradılması barəsində düşünmürdü."
47
Bakı XKS-nin
hərbi-dəniz işləri üzrə xalq komissarı Q.N.Korqanovun
1918-ci il mayın 22-də RSFSR Xalq Komissarları
Sovetinə göndərdiyi məruzədə qeyd edilirdi ki,
"Bakıda yaradılan Qırmızı Ordu hər zaman
döyüşlərdə, hərəkətdə, qarovul xidmətinin yerinə
yetirilməsində olub. "
48
Bakı Sovetinin qoşunlarının təşkilində böyük
köməyi Rusiya Kommunist Partiyasının (bolşeviklər) Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və
şəxsən onun rəhbəri V.İ. Lenin göstərirdi. Bakıya silah və sursatın göndərilməsini Lenin Moskvada olan Şimali
Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-Arutyunyansa tapşırmışdı. Ter-Arutyunyan sonralar öz xatirələrində
yazırdı: "Vladimir İliç tələb edirdi ki, müəyyən saatlarda mən Bakıya göndərilən kömək barədə məruzə edim,
ehtiyac olanda isə özüm gəlim onun yanına və onun göstərişlərini həyata keçirməsinə mane olanlar barədə
şəxsən məruzə edim".
49
3.2. Bakı Soveti və Sentrokaspi Diktaturası
qoĢunlarının strukturu
44
Дарабади П.Г. Военные вопросы, с. 99.
45
Токаржевский Е.А. Из истории, с. 28.
46
Дарабади П.Г. Военные вопросы, с.112.
47
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.62.
48
Дарабади П.Г. Военные вопросы, с. 111.
49
Гражданская война и военная интервенция в СССР. Энциклопедия. Москва, 1983, с. 583; Дарабади П.Г. Военная помощь Советской России
Бакинской Коммуне (1918)//Изв. АН АзССР, серия ИФП, 1982, №4, с. 110.
30
Hələ hakimiyyətə gəlməzdən əvvəl bolşeviklər geniş fəhlə kütlələrinin silahlandırılması və inqilabi
Qırmızı Ordunun yaradılması haqqında tələblərlə çıxış edirdilər. Bakıda "Dəryal" şirkəti fəhlələrinin 1917-ci il
sentyabrın 5-də keçirilmiş yığıncağının qətnaməsində "Şüurlu proletariatdan qırmızı qvardiya yaratmaq" tələbi
irəli sürülmüşdü. Digər müəssisə fəhlələrinin ümumi yığıncaqlarının qətnamələrində də eyni tələb öz əksini
tapmışdı. RSDFP (b) Bakı təşkilatının sentyabrın 12-də keçirilmiş konfransında Bakı Fəhlə və Əsgər
Deputatları Sovetinə namizədlərə tövsiyə kimi bütün vətəndaşların silahlandırılması və "ilk növbədə yeni
inqilabi qayda-qanunu qorumaq üçün şəhərlərdə qırmızı fəhlə qvardiyası” yaradılması göstərilmişdir.
50
Bakı qarnizonu əsgər və matrosları arasında məqsədyönlü təbliğat işi aparan bolşeviklər 18 minlik
qarnizonun böyük hissəsini öz tərəflərinə çəkməyə nail olmuşdular. Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin
hərbi bölməsinin noyabrın 13-də keçirilən geniş iclasında Qırmızı qvardiyanın yaradılması barədə qətnamə
qəbul edildi.
Hələ noyabrın 12-də bolşeviklərə sadiq hərbi hissələr yaratmaq üçün komandirlər dəyişdirilməyə
başlandı. Dekabrın 12-də Bakıda Hərbi
İnqilabi Komitə yaradıldı. Komitə şəhərdə
qanun-qayda yaradılmasına cavabdeh idi.
Dekabrın 16-da Bakı Sovetinin sədri
S.Şaumyanın Qafqazın Fövqəladə Komissarı
təyin
edilməsi
barədə
RSFSR
Xalq
Komissarları Soveti qərar qəbul etdi.
Dekabrın 21-də qırmızı qvardiyanın
yaradılması haqqında qərar qəbul edildi.
1917-ci ilin sonunda yaradılan mərkəzi büro
1918-ci il yanvarın əvvəllərində qırmızı
qvardiyanın mərkəzi qərargahına çevrildi.
Onun tərkibinə İ.P.Vasek, S.N.Martikyan, İ.Y.Qabışev, H.H.Sultanov və digərləri daxil oldular.
51
Qırmızı
qvardiyanın rayon qərargahları da yaranmaqda idi. Mərkəzi qərargah rayon qərargahlarının işini
istiqamətləndirir, silahla təminat və təlim məsələləri ilə məşğul olurdu. Mərkəzi qərargaha tabe olan qırmızı
qvardiyaçı dəstələr yerli sovetlərin sərəncamında idi. 1918-ci ilin yanvarına bir çox mədən və zavodlarda
qırmızı qvardiya dəstələri yaradılmışdı. Qırmızı qvardiya köhnə ordunun ləğv olunub yenisi ilə əvəzlənmə
prosesində ara mərhələ idi. Qvardiyanın strukturu belə idi: əsas döyüş vahidi olan onluqda 10 döyüşçü var idi.
Dörd onluq 1 taqım, üç taqım 1 drujina, üç drujina 1 tabor təşkil edirdi. Taborun tərkibində əlavə hissələr
olmaqla şəxsi heyətin sayı 500-600 nəfərə çatırdı.
52
1918-ci
ilin
yanvar
ayının
əvvəllərində Bakıdan keçən rus hərbçilərinin
tərksilah edilməsinə başlandı. Əgər əsgərlər
sovet hissələrində xidmət etməyə razı
deyildilərsə, silah alınmalı idi. Xüsusi
komandirlər məktəbi yaradılmışdı.
53
RSFSR Xalq Komissarları Sovetinin
15 (28) yanvar 1918-ci il Fəhlə-Kəndli
Qırmızı Ordusu və 29 yanvar (11 fevral)
1918-ci
il
Fəhlə-Kəndli
Qırmızı
Donanmasının
yaradılması
haqqında
dekretlərini əsas tutaraq Qafqaz ordusu
Hərbi İnqilabi Komitəsi ilk Qırmızı Ordu
hissələrinin yaradılmasına başladı. Yanvarın
16-da Komitənin sədri Q.N.Korqanov Qafqaz zəhmətkeşlərinə müraciət edərək onları Qırmızı Ordu sıralarına
daxil olmağa çağırdı. Çağırışda deyilirdi ki, sovet hakimiyyəti hələ hər yerdə qalib gəlməyib, əksinqilabi
qüvvələr isə baş qaldırmaqdadırlar. Ona görə də tam bərabərlik və seçmək hüququ əsasında, hakimiyyətin
demokratik təşkili ilə yeni sosialist ordusu yaradılmalıdır. Beynəlmiləlçi qoşunlar sosializmə sadiq olan fəhlə,
əsgər, matros və kəndlilərdən ibarət olmalı, qoşunlarda yeni inqilabi intizam yaradılmalıdır. Q.N.Korqanov və
onun müavini B.P.Şeboldayev "Sosialist ordusunun yaradılması barəsində Əsasnamə" tərtib etdilər. Eyni
zamanda tərtib edilən "Qızıl ordu əsgərinin yaddaş kitabçası" da vacib əhəmiyyətə malik idi. Kitabçada qeyd
edilirdi ki, beynəlmiləlçi qüvvə olan qırmızı qvardiya milliyyəti və dinindən asılı olmayaraq bütün yoxsulların
50
Дарабади П.Г. Военные вопросы, с.97-99
51
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.22-23.
52
Дарабади П.Г. Военные вопросы, с. 100.
53
Токаржевский Е.А. Из истории, с.28-30.
31
müdafiəçisidir. Lakin əslində hissə komandirlərinin ermənilərdən təşkil edilməsi, toplanma və kadr məsələlərinə
ermənilərin baxması hərbi hissələrə yalnız erməni və rusların yazılması ilə nəticələndi. Hətta bolşevik olan
azərbaycanlıların müxtəlif bəhanələrlə orduya yazılmasının qarşısı alınırdı.
Martın əvvəllərinə qırmızı qvardiyanın hələ də mövcud olan bəzi hissələri ilə bərabər Bakı Soveti 7 min
öz döyüşçüsü və ən azı 4 min daşnak döyüşçüsünə arxalana bilərdi.
54
Bakı Sovetinin qırmızı ordusunda
əksəriyyəti erməni zabit və əsgərləri təşkil edirdi.
1918-ci ilin aprelində Qafqaz Qırmızı Ordusunun könüllü prinsiplər əsasında təşkili barəsində müraciət
səsləndirildi. Aprelin 20-də Erməni Milli Şurasına tabe olan hissələrin Qırmızı Ordunun hissələrinə qatılması
barədə razılaşma əldə edildi.
May ayında yeni hərbi hissələr yaratmaq məqsədi ilə hərbi səfərbərlik uzadıldı. May ayına ordunun 1-ci
korpusu tam təşkil edilmişdi. Korpusun tərkibində 4 atıcı briqada, 6 topçu batareya, 3 pulemyot komandası və
texniki hissələr var idi. Bu hissələrə "Bakı şəhərinin hava müdafiəsi aviadivizionu"na daxil olan 13 təyyarə də
əlavə edilməlidir.
55
Mayın 16-da mədən-zavod komitələrinin konfransında çıxış edən S.Şaumyan deyirdi: "Özünün çoxsaylı
düşmənlərindən qorunmaq üçün sovetlər real silahlı qüvvə yaratmalı idi. Bolşeviklərdən başqa heç bir digər
partiya sovet hakimiyyətinin dayaqlarının
yaradılması barədə düşünmürdü". Bakı
XKS-nin hərbi dəniz işləri üzrə xalq
komissarı Q.N.Korqanov RSFSR XKS-nə
göndərdiyi məruzədə qeyd edirdi ki,
yaradılmış 19 batalyonun tərkibində 18
min
döyüşçü
var.
Donanmanın
gücləndirilməsi istiqamətində iş görülürdü.
B.Şeboldayev Sovet Rusiyası hərbi dəniz
işləri üzrə xalq komissarına göndərdiyi
məktubda yazırdı: "Briqada və korpus
qərargahlarının
formalaşdırılması başa
çatandan
sonra
komandir
Qazarov,
qərargah rəisi Avetisov və digərləri (siyasi
baxışlarına görə daşnaklar) yürüşə başladılar. Dörd briqadadan (12-13 min süngü) ibarət olan korpus,
batalyonda 4 pulemyot olmaqla 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları, 3 süvari yüzlük və digər
texniki qoşunlarla üç gün ərzində (10-undan 12-sinədək) Kürdəmir istiqamətində yürüşə başladı". Məktub
müəllifi onu da əlavə edirdi ki, ordunun 60-70%-ni ermənilər təşkil edir.
56
Bakı Fəhlə, Əsgər və Matros deputatları Sovetinin icraiyyə komitəsinin 1918-ci il 24 may qərarı Bakı və
ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və ümumi" elan etdi. İyun-iyulda elan edilən mükəlləfiyyətlər,
çar ordusunun istefada və ehtiyatda olan mühəndis və texniki hissələrinin, zabit və əsgərlərin Qırmızı Orduya
cəlb olunması kimi tədbirlər ordunun sayının artırılmasına yönəldilmişdi.
Moskvaya göndərilən teleqram və nümayəndələr cəbhədə vəziyyəti düzəltmək üçün Qafqaz Qırmızı
Ordusuna 2-3 diviziya göndərilməsini xahiş edirdilər. Riyakarcasına qeyd edilirdi ki, onların gəlməsi "böyük
əhəmiyyətə malik olacaq, çünki yerli əhali arasında rus diviziyalarına böyük rəğbət var". 1918-ci ilin may-
avqust aylarında V.Lenin Bakı Sovetinə əlavə qüvvələrin təşkil edilib göndərilməsi ilə şəxsən məşğul olurdu.
57
Bakıya silah və sursatın göndərilməsini o, Moskvada olan Şimali Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-
Arutyunyansa tapşırmışdı. M.K.Ter-Arutyunyans 1918-ci ilin iyul-avqust aylarında Şimali Qafqaz Hərbi Dairəsi
qoşunlarının təminat bürosunun rəisi, Fəhlə-Kəndli Qırmızı Ordusunun döyüş təminatı üzrə Mərkəzi
komissiyasının komissarı olaraq erməni-bolşevik hissələrini bütün lazım olanlarla təmin etmək üçün dəridən-
qabıqdan çıxırdı.
58
Sentrokaspi Diktaturası qoşunların strukturunda elə bir dəyişiklik etmədi. Bakı Sovetinin qırmızı ordusu
avqustun 26-da "Bakı və onun rayonlarının ordusu və donanması" adlandırıldı.
General Denstervil öz qeydlərində Qırmızı Ordunun "müdafiə üzrə 1-ci və 2-ci nümunəvi alayları"nın
Bakı müdafiəçilərinə ünvanladığı müraciətlərin mətnlərini göstərir. Bu, kağız üzərində olsa da, taborların alaylar
çərçivəsində birləşməsindən xəbər verir.
59
54
Дарабади П.Г. Военные вопросы, с.106; Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66.
55
Директивы командования фронтов Красной армии. 1917-1922. Москва,
1
971, т. 1, с.291; Дарабади П.Г. Военные вопросы, с.112.
56
Дарабади П.Г. Военно - организационная деятельность Бакинской Коммуны. // Изв. АН АзССР, серия ИФП, 1978, № 3, 11-20.
57
Большевики в борьбе за победу социалистической революции в Азербайджане. 1917-1918. Документы и материалы. Баку, 1957, с.83.
58
Гражданская война. Энциклопедия, с.583.
59
Денстервиль, с.97.
32
Polkovnik Keyvortdan avqustun 15-də aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar
hər birinin sayı 150 nəfərdən 500 nəfərədək olan 22 taborda cəmləşdiriliblər". Deməli, raporta əsasən, qoşunlar
əsasən taborlar şəklində təşkil edilir və fəaliyyət göstərirdi. Həmin polkovnikin raportunda qeyd edilirdi ki,
qoşunların sanitar vəziyyəti bərbaddır. Doğrudur, Qırmızı Ordunun erməni hissələrini təsvir edən fotoşəkillərdə
tibb bacılarını da görmək olar, lakin şəkillərin birinin arxasında tibb bacısının tibb işçisi deyil, "erməni
gözəlçəsi" ("армянская красотка") kimi göstərilməsi bu "tibb bacıları"nın necə fəaliyyət göstərməsindən xəbər
verir.
60
Sentrokaspi Diktaturasının çoxsaylı qoşunlarının az səmərə verdiyini görən general Denstervil keyfiyyət
dəyişikliyinə nail olmaq üçün bir neçə struktur dəyişikliyi etməyə çalışdı. Denstervilin yazdığına görə,
ingilislərin gəlişindən sonra "hər yerli tabora və ya batareyaya bizim (ingilis) zabiti təhkim olunmuşdu ki, bu
ordu vahidinin döyüş qabiliyyəti qaldırılsın". Avqustun sonlarında general yeni təşəbbüs irəli sürdü: hər birində
bir ingilis və üç yerli tabor olan briqadalar təşkil etmək. İngilis rəhbərliyi altında olan bu briqadalar daha yaxşı
vuruşmalı idi. Generalın yazdığına görə, diktaturanın hərbi naziri, qoşunların komandanı, beş diktator və Erməni
Milli Şurası bu təkliflə razı idilər, lakin "Bakıda sözlə iş arasında elə böyük məsafə var idi ki", təklif icra
olunmadı.
General Denstervil öz qeydlərində təəssüflə yazırdı: "Bizə ən çox lazım olan və bizim nail ola
bilmədiyimiz bir şey varsa, о da əsl nizami qoşunlardan ibarət dəstənin yaradılmasıdır".
61
Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əkshücumun planı göstərir ki, döyüşdə hərbi hissələr əlahiddə
tabor və hətta bölüklər şəklində iştirak edirdi (alayların tərkibində olmasına baxmayaraq). Zirehli avtomobillər
də hansısa bir vahid şəklində (misal üçün, zirehli avtomobillər taqımı) birləşdirilməmişdi. Siyahıya əsasən
müəyyən olunur ki, müdafiə mövqelərində dayanan qoşunlardan başqa bu qüvvələr də hücumda iştirak etməli
olublar: bir piyada alayı (8 bölük tərkibində), 7 piyada tabor (14 bölük tərkibində), 37 piyada bölüyü, bir süvari
bölüyü, 3 zirehli avtomobil.
Sentyabrın 14-də Sentrokaspi Diktaturasının məğlub olmasına qədər onun qoşunlarında struktur
dəyişikliyi baş vermədi.
3.3. Bakı Sovetinin Qırmızı Ordusu və Sentrokaspi
Diktaturası ordusunda erməni hərbi hissələri
Rusiya imperiyası Osmanlı dövlətinə 1914-cü il oktyabrın 20-də mü-haribə elan etmişdi. Hələ 1914-cü il
sentyabrın 17-də imperator II Nikolay ermənilərə müraciət imzalamışdı: "Ermənilər, beş əsrlik zülmdən sonra...
azadlıq saatı gəlmişdir. Ermənilər! Çarın himayəsi altında öz qan qardaşlarmızla birləşərək siz nəhayət ki,
azadlıq
və
ədalətin
şirinliyini
dadacaqsız". 1914-cü ilin noyabrında
Tiflisdə
olan
II
Nikolay
erməni
katolikosu Gevorku qəbul edərək xüsusi
vurğulamışdı ki, "erməni məsələsi
müharibə bitəndən sonra, sülh danışıqları
gedən zaman ermənilərin gözlədikləri
kimi həll olunacaq".
62
"Daşnaksutyun"
partiyası
imperatora
müraciətində
açıqca
vurğulayırdı: "Rus bayrağı Bosfor və
Dardaneldə qoy azad dalğalansın. Böyüк
hökmdar, qoy Sizin iradənizlə Türkiyə əsarətində olan xalqlar azadlığa qovuşsunlar". Çap edilən vərəqələr
aşağıdakı sözlərlə bitirdi: “Yaşasın böyük Rusiya! Yaşasın əziz Fransa! Yaşasın rus Ermənistanı!
"Qnçak"
partiyasının 1914-cü ilin payızında dərc edilmiş müraciətində deyilirdi: "Qnçak" sosial-demokratik komitəsi
müharibə və inqilab şeypurlarını çalır ki, osmanlıları qan içində boğsun".
63
Beləliklə, hələ Osmanlı dövləti
müharibəyə qoşulmadığı dövrdə Rusiya ermənilər vasitəsi ilə ona qarşı mübarizə aparacağını açıq-aşkar
vurğulayırdı. Ermənilər bunun əvəzində iddialı olduqları torpaqlara yiyə çıxacaqlarına ümid edirdilər.
60
Файгл Эрих. Правда о терроре. Армянский терроризм - истоки и причины.Баку, 2000, с. 106.
61
Денстервиль, с.82.
62
Наджафов Б. Лицо врага, с.318.
63
Файгл Эрих, с.44.
33
"Daşnaksutyun" partiyasının liderlərindən olan Aram Turabyan yazırdı: "Bizim yerimiz əvvəlcə bizim
dostlarımız Rusiya, Fransa və İngiltərə tərəfindən təsdiqlənməlidir".
"Daşnaksutyun" partiyasının liderlərindən biri, 1918-1920-ci illərdə Ermənistan Respublikasının
rəhbərliyində olmuş Ovanes Kaçaznuni XX əsrin 20-ci illərində mühacirətdə yazdığı kitabında xatırlayırdı:
"1914-cü ilin payızında, Türkiyə hələ müharibəyə qatılmayanda Zaqafqaziyada böyük səs-küy və böyük enerji
ilə könüllü drujinalar təşkil edilməyə başlanmışdı... 1914-cü ilin payızında erməni könüllü dəstələri təşkil edildi
və onlar türklərə qarşı çıxdılar, çünki başqa cür mümkün deyildi. Bu, erməni xalqının beyninə yeridilən
psixologiyanın təbii və qaçılmaz nəticəsi idi".
64
Osmanlı dövləti ermənilərin törədə biləcəyi təhlükəni əvvəlcədən görmədi. Ölkənin digər vətəndaşları
kimi onları da hərbi xidmətə çağırır, silah verir, döyüş mövqelərini etibar edirdi. Çox keçmədi ki, bunun nə
qədər səhv olduğu üzə çıxdı. Ermənilər türk ordusu sıralarından fərarilik edir, düşmənə kəşfiyyat xarakterli
məlumatlar ötürürdülər. Osmanlı ordusunun Sarıqamış məğlubiyyəti onların əl-qolunu açdı. 1915-ci ilin
aprelində Sivas qubernatoru teleqramda göstərirdi ki, türk ordusu sıralarında olan 80 min silahlı ermənidən 15
mini silahla birlikdə düşmən tərəfinə keçib. Tədqiqatçı Jorj Malevil qeyd edirdi ki, "Türkiyə parlamentinin
Ərzurumdan olan deputatı Qarro Pasdermacyan III Osmanlı Ordusunun bütün erməni zabit və əsgərləri ilə
Rusiya tərəfinə keçdi. Sonra onlar yenə qayıtdılar, kəndləri yandırmağa başladılar əllərinə keçən bütün dinc
müsəlmanları qırdılar." İngilis tarixçisi К Prays göstərir ki,
Türkiyə hökuməti yerdə qalanları cəbhə hissələrindən
çıxardaraq mühəndis qoşunlarına yazdı, lakin tezliklə
məlum oldu ki, onlar da xəyanət etmək üçün fürsəti əldən
buraxmırlar.
65
Bunun ardınca Rusiya hökumətinin himayəsi ilə
erməni hərbi hissələrinin yaradılmasına başlandı. Bunun
üçün 1905-1907-ci illərdə Azərbaycan ərazisində
müsəlmanların soyqırımlarını həyata keçirən, polis
axtarışında elan edilən, əslində isə elə çar polisinin
mühafizəsi ilə Rusiyanın müxtəlif şəhərlərində yaşayan
terrorçu dəstə başçıları kölgədən çıxıb hərbi hissə komandirlərinə çevrildilər. Hərbi rütbə və vəzifələr alaraq
Rusiya ordusunun ştatlarına salınan bu quldurlardan bir şey tələb olunurdu: erməni başkəsənlərindən dəstələr
toplamaq və bu dəstələr vasitəsilə Osmanlı ordusu arxasında yaşayan erməni əhalisinin qiyamlarını və
müsəlman əhalisinin əraziləri tərk etməsini təmin etmək.
Beləliklə, müharibə ermənilərə nadir imkan yaratdı: çar hökuməti hesabına toparlanmaq, təşkilatlanmaq,
silahlanmaq, hərbçi kadrlara malik olmaq. Qısa müddət ərzində yaradılan 1000-
1200 nəfərlik dəstələr (sənədlərdə erməni drujinaları adı ilə göstərilirdi) Osmanlı
dövlətinin ərazisinə İrandan keçirdi (müharibə başlanan kimi Rusiya qoşunları
şimali İrana yeridilmişdi). Sonralar Fransa ordusu tərkibində Erməni legionu adlı
hərbi hissə yaradılmış və Kilikiyada istifadə edilmişdi. Lakin bu dəstənin törətdiyi
vəhşiliklər fransızları onu ləğv et-məyə məcbur etdi. Müharibə genişləndikcə çar
hökuməti erməni hərbi hissələri üçün ehtiyat qüvvə hazırlamaq məqsədiylə
Cənubi Qafqazda ehtiyat tabor və alaylar yaradır, onları silahlandırır, təlimlər
keçirirdi. N.Korsun qeyd edirdi ki, Sarıqamış əməliyyatları zamanı Cənubi
Qafqazın “demək olar ki, bütün erməni əhalisinə silahlar paylanmışdı,
Zaqafqaziyaya türk qoşunlarının soxulması təhlükəsi aradan qaldırılanda belə
silahların paylanması davam edirdi".
66
Rusiya Daxili İşlər Nazirliyinin
raportlarında qeyd edilir ki, erməni drujinaları öz qərar-gahlarını yaratmışdılar,
qərargaha göndərilən məktub və bağlamaların ünvanı belə göstərilirdi: "Tiflis,
Baş erməni qərargahı, Xatisova (şəhər başçısı)". Yalnız Rusiya ordusunun yeni
yaradılan hissələrində silah çatışmazlığı problemi özünü büruzə verəndə
ermənilərə müasir Mosin tüfənglərinin paylanması dayandırıldı, lakin Arisaka və Berdana tüfəngləri imkan
yaranan kimi yenə paylanırdı.
67
64
Наджафов Б. Лицо врага, с.318.
65
Файгл Эрих, c.50.
66
Корсун Н.Г. Кавказский фронт Первой Мировой войны. Москва, 2004, с.406.
67
Корсун. Кавказский фронт, с.407.
34
Erməni drujinaları öz "qəhrəmanlıqlarını" dinc əhali ilə "döyüşlərdə" gös-tərir, nizami hissələrlə
üzləşdikdə isə qaçmağa başlayırdılar. Rusiya Qafqaz ordusu qərargahının məlumatlarının birində göstərilir:
hərbi mükəlləfiyyətli və hərbi xidmətə çağırılmış ermənilər arasında fərarilik, xəstəliklərin simulyasiya
edilməsi, özünə xətər yetirmə və hətta türk ordusu tərəfinə keçmə halları müşayiət olunur". Rusiya
hökumətinin etimadını itirməkdən qorxan erməni liderləri yeni-yeni könüllüləri cəlb etməklə bunun qarşısını
almağa çalışırdılar. Rus hərbi raportlarının birində qeyd edilirdi: "Bizim hər bir nizami zabitimiz təkcə
drujinniklərin deyil, onların rəhbərlərinin də arasında hərbi intizamın pozulması, aralarında ədavət, özünü öymə,
qorxaqlıq, oğurluq, talançılıq hallarının və nəhayət, onların tərəfimizdən tutulmuş türk vilayətləri, bəzən isə
Qafqazda da dinc müsəlman əhali üzərində zorakılıqlar törətməsinin şahidi olumuşdur".
Qafqaz ordusunun arxa cəbhə idarələrində əksər intendant (təminat) məsələləri ilə ermənilər məşğul
olurdular. Ordunun Van dəstəsinin komandiri general-mayor Voronsov qeyd edirdi: "Buradakı təşkilatlar
bütünlüklə ermənilərin əlindədir. Yaradılmış xeyriyyə təşkilatlarında da ermənilər çoxluq təşkil edir və
parazitlik, ikiüzlülük, yaltaqlıq, dövlət pullarını mənimsəməklə hətta rus zabitlərinin də nifrətini qazanıblar".
68
Bunu xarici müşahidəçilər də qeyd edirdi. Misal üçün, Amerika Xeyriyyə Komitəsinin (ABŞ) nümayədəsi
doktor Brot yazır-dı: "Qarakilsə və Dilican rayonlarında mən beş aydır işləyirəm, bu dövrdə cəmi 6 dürüst
erməniyə rast gəlmişəm, qalanları уа etibarsız, ya da
dövlət pullarını mənimsəyəndirlər, ümumiyyətlə,
mənəvi
baxımdan çirkaba batmış insanlardır;
Amerika-Xeyriyyə
Komitəsindən
pul
alanlar,
Komitədə işləyənlər də yalançıdırlar."
69
Rusiya ordusu irəlilədikcə erməni hərbi
dəstələri türk-müsəlman kəndlərini yandırır, əhalini
məhv edirdilər. Bir yandan da osmanlı ordusu
arxasında yerləşən erməni əhalisi ordu hissələrinin
azlığını görən kimi qiyamlar qaldırır, rus ordusunun
Türkiyə torpaqlarına yolunu açırdılar. 1915-ci ildə
Van, Zeytun, Bitlis, Muş qırğınları törədən ermənilər 1916-cı ildə Ərzurum, Muş, Ərzincan, Trabzon, Oqnotda
eyni qırğınları törətmişdilər. Nəticədə 1914-cü ildə bölgədə 2-3 mln. müsəlman yaşayırdısa, müharibədən sonra
onların sayı 600 minə düşmüşdü. Ermənilərin törətdikləri vəhşiliklər hətta onları himayə edən Rusiya ordusunun
zabitlərini də dəhşətə gətirmişdi.
70
Rus ordusunun polkovniki Doluxanov yazırdı ki, Ərzurumda olanda "rus
zabitlərinin ermənilərə nifrəti" onu heyrətləndirdi.
1915-ci ilin sonunda ermənipərəst siyasəti ilə seçilən Qafqaz canişini qraf Voronsov-Daşkov vəzifədən
kənarlaşdırılmış, onun yerinə böyük knyaz Nikolay Nikolayeviç göndərilmişdi. Lakin Rusiyanın erməniləri
dəstəkləyən siyasəti dəyişmədi.
1915-ci il fevralın 15-19-da Tiflisdə "Daşnaksutyun" partiyasının IX qurultayı keçirildi. Bu qurultayda
"Erməni drujinalarının fəaliyyəti və onun gələcək istiqaməti" mövzusunda məruzə ilə general Andranik çıxış
etdi. O, erməni drujinalarının saylarının artırılması, onların vahid mərkəzdə birləşdirilməsi, yeni silah və sursatla
təmin edilməsi məsələsini qaldırdı. Rusiya Dövlət Dumasının deputatı Papacanov dərhal çıxış edərək bildirdi ki,
rus hökuməti tərəfindən erməni drujinalarının sayının artırılması müsbət həll edilib və bu xəbər alqışlara səbəb
oldu.
1916-cı il mayın 10-da Petroqradda erməni komitələrinin "Ümummilli erməni qurultayı" adını almış birgə
qurultayı keçirildi.
71
Qurultayda əsas məqsəd xeyriyyə cəmiyyətlərinin yaradılması
olsa da, "müharibə bitdikdən sonra ermənilərin taktika və fəaliyyətinə dair siyasi
xarakterli məsələlər" müzakirə edilirdi. Rusiya hökuməti onları dəstəkləyirdi.
Qafqazda erməni qaçqınlarına kömək edən komitə yaradılmış və ona mənşəcə
erməni olan general-mayor Tamaşev rəhbər təyin edilmişdi.
Ermənilərin törətdikləri Van qiyamından sonra türk ordusu həlledici hücuma
keçdi. Dinc erməni əhalisi cəbhə xəttindən uzaq ərazilərə köçürülməyə başlandı,
özlərini "erməni xalqının müdafiəçiləri" adlandıran, təbliğat vərəqələrində "erməni
xalqının milli qəhrəmanları" kimi göstərilən erməni drujinaları geri çəkilən rus
ordusu ilə bərabər Qafqaz sərhədlərinə doğru keçdilər. Erməni müəllifi
Ovannesyan yazırdı ki, "200 mindən artıq qaçqın geri çəkilən rus ordusu ilə
bərabər Zaqafqaziyaya gedirdi". Rusiya hökuməti tərəfindən Qars vilayətində
68
Наджафов Б. Лицо врага, с.328.
69
Yenə orada, c.329.
70
Наджафов Б. Лицо врага, c.335.
71
Гурко-Кряжин В. Армянский вопрос. Баку, 1990, с. 10-11.
35
(1877-1878-ci illər müharibəsindən sonra Qars Rusiya imperiyasının tərkibinə qatılmışdı) yerləşdirilmiş
ermənilər yerli müsəlman əhalini, о cümlədən burada yaşayan azərbaycanlıları qırmağa başladılar. Rus
rəsmilərinin gözləri qarşısında törədilmiş bu cinayətlərə görə erməni quldurları cəzalandırılmadı. Bundan
narazı olan Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Ağabala Quliyev, İrəvan və Yelizavetpol
quberniyalarının müsəlman ziyalıları və digərləri Qafqaz ordusunun komandan müavini general
Mışlayevskinin qəbulunda olmuş, "ermənilər tərəfindən törədilən qanlı qırğınlardan müsəlmanları qorumağı və
qətlə yetirilən tatar (azərbaycanlı) ailələrinin xeyrinə pul yığmağa icazə verməyi" xahiş etmişdilər. Qırğınlara
son qoyulsa da, onların səbəbkarları və icraçıları nəinki cəzalandırılmadı, heç Rusiya ordusu ştatlarından da
kənarlaşdırılmadı.
72
Tarixi mənbələr müharibə dövründə formalaşdırılmış erməni hərbi hissələrinin sayını və strukturunu da
müəyyən etməyə imkan verir.
Erməni Milli Deleqasiyasının prezidenti Poqos Nübar 1917-ci il dekabrın 1-də Sena deputatı Alber
Tomasa məktubunda yazırdı: "Ermənilərə öz doğma torpaqlarını müdafiə etmək üçün rus ordusunun müxtəlif
cəbhələrdə səpələnmiş 150 000 erməni əsgərini Qafqazda toplamaq lazımdır. Kerenski hökuməti bizim
müraciətə cavab olaraq toplanış üçün göstəriş verib, hal-hazırda burada 35 000 erməni əsgəri toplanıb. Tanınmış
komandir Andranikin əmri ilə erməni könüllüləri onlara birləşdirildi... Bizə məlumdur ki, rus əsgərləri öz
silahlarını satırlar və bu silahları çoxlu sayda tatar (azərbaycanlılar - A.Y., Ə.S.) alır, bu isə böyük təhlükədir.
Qafqazda 6-7 milyon tatar türklərin gəlişini gözləyir ki, erməniləri qırsınlar və Qafqazı Rusiyadan ayırsınlar".
Sonra о izah edirdi ki, toplanmış 35 min nizami
erməni əsgərinə 30 mindən 50 minədək könüllü
birləşə bilər.
73
Erməni Sosialist Partiyasının 1918-ci il
sentyabr memorandumunda qeyd edilirdi: "Hələ
inqilabdan əvvəl 160 min erməni rus ordusu
tərkibində Qalisiya, Bukovina və Şərqi Prussiyada
vuruşub. Bundan başqa, 20 min erməni könüllüsü
Qafqaz Cəbhəsində milli qəhrəman Andranik və
onun qəhrəman yoldaşları Vartan, Dro, Amazasp,
Sepu, Murad, Aşot, Aram, Ruben və digərlərinin
rəhbərliyi ilə döyüşüb, hamısı ali komandanlıq
tərəfindən təltif edilib. 800-1000 erməni könüllüsü Rusiya ordusuna yazılıb və müxtəlif cəbhələrdə vuruşub. Bu
gün Fransa hərbi xidmətində bir neçə batalyon erməni könüllüsü var ki, onlar Fələstin və Suriyada vuruşurlar".
74
30 noyabr 1918-ci ildə Erməni Milli Deleqasiyasının adından onun prezidenti Poqos Nübar yazırdı ki,
Fransa, Fələstin və Suriyada çoxlu sayda erməni vuruşmuş, onlardan başqa rus ordusu tərkibində 15 min erməni
hərbçi və 4000 könüllü Andranik və Nazarbekovun rəhbərliyi ilə "erməni vilayətlərinin bir qisminin azad
edilməsinə nail olmuşdular".
"1914-1918-ci il müharibəsi zamanı rus qoşunları Qafqaz cəbhəsini tərk edəndən sonra Qafqaz
ermənilərinin rolu" adlı xatirələrin müəllifi kapitan Yegizarov göstərir ki, 1917-ci ilin sonunda Petroqradda
Erməni Milli Komitəsi yaradıldı.
75
Ermənilər Türkiyəyə qarşı müharibədə fəal
iştirak etmək qərarına gəldilər. "Hökumət (Rusiya hökuməti nəzərdə tutulur - A.Y.,
Ə.S) erməni milli qoşunlarının formalaşdırılmasına razılığını bildirdi. 1914-cü ilin
sentyabrında milli qəhrəmanlar Andranik, Dro, Amazasp (Hamazasp) və Kenin
(Keri) başçılığı ilə 4 dəstə yaradıldı. Hər dəstədə 1000-1200 könüllü var idi.
Erməni Milli İdarəsi bu qoşunların təşkili və təminatını həyata keçirirdi. Ehtiyat
alay İrəvanda idi. Bundan başqa, ermənilər Qafqazdakı rus qoşunlarına yazılırdılar.
1916-cı ilin yayında rus ordusunun nizami hissələri kimi qəbul olunan 6 dəstə atıcı
batalyona çevrildi və bunlardan briqada təşkil edildi".
76
Beləliklə, tam əminliklə söyləmək olar ki, 1917-ci ilin sonlarında Cənubi
Qafqazda 6 atıcı tabordan (batalyondan) ibarət erməni atıcı briqadası mövcud
olmuş, ondan başqa ehtiyat erməni taborları təşkil edilmişdir. Pərakəndə halda
erməni partiyalarının sərəncamında olan dəstələr də mövcud idi ki, onların sayca
çoxluğu və yaxşı silahlanması tələb olunan halda yeni hərbi hissələr yaratmağa
imkan verirdi.
72
Файгл Эрих, c.47.
73
Файгл Эрих, с.48
74
Файгл Эрих, с.48, 93.
75
Файгл Эрих, с.49.
76
Файгл Эрих, с.49.
36
Azərbaycan tarixşünaslığında XX əsrin inqilabi hadisələri zamanı ermənilərin antiazərbaycan siyasəti
işıqlandırılarkən Petroqradda erməni lobbisinin hərbi fəaliyyəti kölgədə qalır. Hesab edirik, aşağıdakı faktlar bu
məqamın daha ətraflı öyrənilməsinin vacibliyini sübut edəcək.
İmperiyanın parçalanmasını və ordunun dağılmasını görən Rusiyadakı erməni lobbisi 1917-ci ilin
əvvəllərində geniş miqyaslı fəaliyyətə keçir. I Dünya müharibəsindəki döyüşlərdə elə də böyük məharət
göstərməmiş və 1916-cı ilin noyabr ayında 8-ci Türküstan atıcı alayının komandiri təyin edilən polkovnik Akop
Baqratuni müxtəlif vasitələrlə irəli çəkilməyə başlayır.
77
1917-ci ilin mayında Petroqradda ümumrusiya
zabitlər qurultayının üzvü seçilən Baqratuni iyunda Baş Qərargaha keçirilir, iyulda Petroqrad hərbi dairəsinin
qərargah rəisi təyin edilir, avqustda general-mayor rütbəsi alır və Baş Qərargahın tərkibinə daxil edilir.
Akademik Qrant Avetisyan yazırdı ki, dövrün erməni liderləri Baqratunini "sadiq erməni, təcrübəli sərkərdə və
Müvəqqəti hökumətin üzvləri ilə yaxşı münasibətlər yaratmış qabiliyyətli hərbi-siyasi xadim" hesab edirdilər.
78
Hələ 1917-ci ilin mayında general-mayor L.T.Tiqranyan, podpolkovniklər N.A.Məlik- Parsacanyan,
İ.T.Taqranyan Erməni komitəsi nəzdində erməni hərbi komossiyasını yaratdılar. Komitənin tapşırığına əsasən,
Müvəqqəti hökuməti inandırmaq lazım idi ki, "cəbhənin dağılmasından ehtiyat edən ermənilər öz milli
korpuslarını yaratmağa çalışırlar ki, türklərlə son mübarizəyə qalxmaq üçün onun ətrafında birləşsinlər".
Petroqrad və Tiflis erməni təşkilatlarının çoxsaylı xahişlərinə, Baqratuninin səylərinə cavab olaraq Müvəqqəti
hökumətin sədri və hərbi nazir A.F.Kerenski belə qətnamə imzaladı: "Erməni atıcı taborlarının alaylara
çevrilməsi və onlardan diviziyaların təşkil
edilməsinin yubadılmamasını təsdiq edirəm".
79
Avqustun 4-də L.Tiqranyan və A.Baqratuni
hərbi nazirin köməkçisi B.Savinkova erməni
korpusunun yaradılması layihəsini təqdim
etdilər. Maraqlıdır ki, "Eserlərin döyüş
təşkilatı" terrorist qrupunun lideri B.Savinkov
hər zaman "Daşnaksutyun" partiyası ilə sıx
əlaqədə olmuşdur.
Daşnak liderlərindən olan və Türkiyə
torpaqlarında "Qərbi Ermənistan" yaratmağa
çalışan Y.X.Zavriyan Tiflisdə erməni hərbi
komissarı vəzifəsinin yaradılmasını təklif etdi.
Müvvəqəti hökumət belə vəzifəni yaratdı və Erməni Milli Şurası A.Baqratunini bu vəzifəyə seçdi.
80
A.Baqratuni
L.Tiqranyan, N.Məlik-Parsacanyan, M.Ter-Poqosyan, İ.Axverdyan, Bozoyan və digər erməni zabitlərindən
ibarət Hərbi Şura təşkil etdi və onun sədri oldu. Erməni hərbi komissarı cəbhələrə səpələnmiş erməniləri
siyahıya alıb (hesablamalar nəticəsində 120 min erməni zabit və əsgəri qeydə alındı), onlardan ən azı 40 min
nəfəri Qaf-qazda yerləşdirməyi planlaşdırdı.
Sonralar general-mayor Kulebyakin yazırdı ki, erməni korpusunu yaratmaq üçün Baqratuni və onu
dəstəkləyənlər Petroqradın ən yüksək hərbi dairələrinə təsir edirdilər. 1917-ci il oktyabrın 23-də Baqratuni
Petroqrad hərbi dairəsinin komandanı təyin edildi.
81
Rusiyada inqilabın qarşısını almaqdan çox erməni
məsələlərinin həlli barəsində düşünən Baqratuni ona tabe edilmiş qoşunları idarə edə və Müvəqqəti hökuməti
qoruya bilmədi. Bolşeviklər Müvəqqəti
hökuməti devirəndə Qış sarayından qaçmağa
cəhd göstərən Baqratuni həbs edildi. Çar
ordusunun
generallarına
divan
tutan
bolşeviklər nədənsə erməni generalına rəhmli
oldular.
Petroqrad
hərbi
dairəsinin
bolşeviklər tərəfindən təyin edilmiş yeni
komandanı Antonov Baqratunini həbsdən
buraxdı, vəzifəsindən azad etdi və "Baş
qərargahın sərəncamına" göndərdi.
82
77
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы, Л. 1957, с.405.
78
Аветисян Г. Генерал Акоп Багратуни (1879-1943)// «Армянское воинство» İNTERNET səhifəsində bu və digər erməni hərbiçiləri barəsində verilən
materiallarda bəşəriyyətin ən möhtəşəm sərkərdələrinin erməni olması fikri yeridilir. Sən demə, nəinki türk dünyasının Çingiz xan, Teymur kimi
sərkərdələri, heç Avropanın Makedoniyalı İskəndər, Sezar kimi sərkərdələri də erməni «sərkərdələri» qədər möhtəşəm olmamışdılar.
79
Аветисян Г. Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNETsəhifəsi.
80
Аветисян Г Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNET səhifəsi.
81
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы. Ленинград, 1957, с.405.
82
Рябинский К. Революция 1917 года. Москва, 1976. Хроника событий. Т. 5, с.151-152, 160, 175.
37
Əksinqilabçılara qarşı qüvvələrini toplayan, az qala hər tüfəngi, tapançanı siyahıya alan bolşeviklərin
gözü qarşısında Petroqradın hərbi anbarlarından erməni korpusu üçün silah və sursat seçilməyə başlandı.
1917-ci il noyabrın 8-də II Ümumrusiya Sovetlər qurultayı Sülh haqqında Dekret qəbul etdi və çar
hökumətinin Antanta ölkələri ilə imzaladığı gizli müqavilələr dərc edildi. Sənədləri tamamlayan xəritələrin çapı
sensasiyalara səbəb oldu, ermənilər çox böyük təəccüblə gördülər ki, müharibədən sonrakı vəziyyəti nəzərdə
tutan xəritələrdə nə "ermənilər", nə də "Ermənistan" sözü yoxdur. Çar hökuməti ermənilərdən müharibədə
istifadə edir, vədlər verir, lakin erməni dövləti yaratmağa tələsmirdi. Təbii ki, çar hökumətinin etdiyi yaxşılıqları
unudan ermənilər siyasi istiqaməti dəyişərək bolşevik qüvvələri ilə birləşməyə meylli oldular.
1917-ci ilin sonlarında general Donskoy Rusiya-Osmanlı sərhədinin mühafizəsi üçün erməni və gürcü
korpuslarından istifadə etmək planını tərtib edəndə, 30 min erməni və 12 min gürcü döyüşçüsünün olduğunu
nəzərə almışdı.
83
Baqratuni və onun zabitlərinin anbarlardan seçdikləri silahlar, о cümlədən bir neçə zirehli qatar, bir
sanitar qatarı və avtomobillər dekabrın 15-dən başlayaraq Qafqaza, erməni korpusunun ünvanına göndərildi.
Əvvəllər korpus hissələrinin Tiflisdə yaradılması planlaşdırılsa da, tədricən dislokasiya yeri kimi Bakıya
üstünlük verilməyə başlandı. Bakının strateji mövqeyi, limanı, dəmiryol stansiyası, neft mədənləri ələ
keçirilərdisə, bütün regionda hərbi-siyasi vəziyyətə nəzarət imkanı yaradılmış olardı. Fevralın 6-da Bakıya
general-mayor T S Baqramyan, martın 7-də isə general-mayor A.Baqratuni gəldilər. Nədənsə hər yerdə
əksinqilabla mübarizə aparacağını bəyan edən, Bakıya gəlmiş azərbaycanlı general-mayor Talışinskini çar
generalı adı ilə həbs edən Bakı Sovetinin rəhbərləri erməni generallarının Bakıya gəlişinə, qoşun hissələri
toplamasına barmaqarası baxırdılar. Bu məsələyə sonralar general-mayor Denstervil cavab vermişdir: "Unutmaq
lazım deyil ki, Bakı bolşeviklərinin lideri Şaumyan özü erməni idi".
84
Bakıda azərbaycanlıların soyqırımda
iştirak etmiş erməni korpusunun rəhbərliyi Bakı-Gəncə (Yelizavetpol) və Gəncə-Tiflis dəmir yolunu
təmizləmək və erməni korpusunu ehtiyat qüvvə ilə təmin etmək üçün bir neçə zirehli qatardan ibarət dəmiryol
dəstəsi yaratdı. Lakin qərbə doğru yollar Müsəlman Korpusunun qüvvələri tərəfindən bağlanmışdı. Belə şəraitdə
erməni korpusunun generalları bolşeviklərin hakimiyyətini tanıdılar və öz qüvvələrini onların sərəncamına
verdilər.
Erməni-bolşevik "mənəbbətinin" yuxarıda göstərilən səbəblərdən başqa bir səbəbi də var idi. 1918-ci il
yanvarın 13-də Lenin və Stalinin imzası ilə
gələcəkdə Ermənistan dövlətinin yaradılması
və erməni hökumətinin formalaşdırılması
barədə vədlər nə qədər uzaq olsa da, konkret
vəd idi və bolşeviklərə ermənilərin dəstəyini
təmin etdi. 1918-ci ilin yanvarında RSFSR
Millətlərlə İş üzrə Xalq Komissarlığında
erməni komitəsi təşkil edildi (nə gürcü, nə də
Azərbaycan komitəsi yaradılmamışdı).
Klemanso və Fransanın Londondakı
səfiri Pol Kambona ünvanladığı 31 yanvar
1918-ci il tarixli məktublarında Fransanın
xarici işlər naziri Stefan Pişon qeyd edirdi ki, ermənilər öz qoşunları üçün çoxlu pul yığıblar və "ermənilərin
Rusiyadakı rəhbəri Andranik Tiflisdə onların korpusuna başçılıq edir".
85
Erməni hərbi hissələri Qərbi Azərbaycanda cəmləşməklə bərabər Bakıda da təşkil edilməyə başlandı.
1918-ci ilin yaz-yay aylarında erməni hərbi dəstələrinin Azərbaycan ərazisində törətdikləri qırğınlar göstərdi ki,
onları bolşeviklərlə birləşməyə sövq edən səbəb azərbaycanlıları fiziki cəhətdən məhv etməkdir. Onların
rəhbərləri də bunu inkar etmirdilər. Misal üçün, Qubaya bolşevik cəza dəstəsinin başında gələn Amazasp
demişdi: "Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm... Mən qayda-qanun yaratmaq,
və ya sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mənə əmr ediblər Xəzər dənizi sahillərindən Şahdağa
qədər ərazidə bütün müsəlmanları məhv eləyim".
86
Sonralar erməni vəhşiliklərini araşdırmaq üçün yaradılan
fövqəladə istintaq komissiyasının sədri A.Novaski yazırdı: "Müəyyən edilib ki, Amazaspın dəstəsi Quba
qəzasında 122 müsəlman kəndini yandırıb məhv edib... Amazaspın dəstəsi Quba şəhərinə komissar Şaumyanın
istəyilə cəza məqsədi ilə göndərilib..., bu dəstədə iki minə yaxın adam var idi ki, onlar da "Daşnaksutyun"
partiyasına aid olan ermənilər idi".
87
83
Qasımlı M.Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, s.99.
84
Денстервиль, c.50.
85
Файгл Эрих, с.51.
86
Насиров Т. Борьба за власть, с. 28.
87
Доклад Члена Чрезвычайной Следственной Комиссии Новацкого. ARMDTA,f.1061, siyahı 1, iş 95, v.5-8.
38
Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının mənəvi durumu barəsində ətraflı qeydlər general
Denstervilin xatirələrində öz əksini tapmışdır". Erməni qoşunları və onların liderlərinə simpatiyasını nümayiş
etdirən general Denstervil onların nə dərəcədə qorxaq olmasını gizlədə bilməmişdir. Mart-aprel aylarında
Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırıma görə gec-tez cavab verəcəklərini başa düşən ermənilər vahimə
içində gah Sovet Rusiyasının, gah da ingilislərin ətəyindən yapışır, çoxlu silah və texnikaları olmasına
baxmayaraq uduzurdular.
Qeydlərinin əvvəlində general yazırdı ki, "ingilislərdən 200 nəfər zabit və elə о qədər də əsgər yeni təşkil
edilmiş hissələrdə təlimatçı olmalı idi".
88
Başqa sözlə desək, 10-15 minlik yerli qoşunun yenidən təşkil edilməsi
və təcrübəli ingilis zabitləri ilə təlim keçib döyüşə göndərilməsi, generalın fikrincə, kifayət etməli idi. Lakin o,
"yerli qoşunların" necə qorxu içində olmasından bixəbər idi. Avqustun 7-də Erməni Milli Şurasının
nümayəndəsi doktor Araratyansa ünvanladığı mək-tubunda general yazırdı: "Ermənilər müdafiəçilərin
əksəriyyətini təşkil edirlər. Müdafiədə olanların qoşunları qüvvələrin düzgün təşkil olunmamasından əziyyət
çəkirlər və onların qəhrəmanlıqları nahaq yerə sərf edilir. Bu qüsuru aradan qaldırmaq üçün mənim tezliklə
kifayət qədər zabitim olacaq".
89
Göründüyü kimi, avqustun əvvəllərində Ənzəlidə olan və Bakıdakı mövcud
vəziyyətdən xəbəri olmayan general zənn edirdi ki, erməni dəstələrini yenidən təşkil etməklə qələbə qazanmaq
olar.
Avqustun 15-də polkovnik Keyvortun göndərdiyi raportda maraqlı məqam var: "Ruslar ermənilərlə
işləmək istəmirlər. Deyirlər ki, rus zabitləri türklərin cərgələrində bizə qarşı vuruşurlar, ona görə də yerli rus
zabitləri cəbhəyə getməkdən imtina edirlər. Ermənilər isə ruslarla bərabər işləmək istəyirlər, əgər ruslar buna
icazə versələr". Artıq mart-aprel qırğınlarından sonra Qırmızı Ordu tərkibində olan ruslar (söhbət qatı
bolşeviklər və ya monarxistlərdən deyil, şovinist şüarlar ("azərbaycanlılar bütün xristianları qıracaqlar" və s.) ilə
qoşunlara al-dadılaraq cəlb edilən ruslardan gedir) Qafqaz İslam Ordusun sıralarında xidmət etməyə razı idilər,
nəinki erməni qoşunlarının tərkibində vuruşmağa.
Keyvortun raportunda daha bir maraqlı məqama rast gəlirik: "Yerli qoşunlar, əksər hallarda ermənilər
səngər qazmaqla az məşğul olurlar onları buna məcbur edəndə isə deyirlər: "Nəyə görə biz səngər qazmalıyıq?
Biz səngər qazmaq istəmirik: bu, qorxaqların işidir, biz döyüşmək istəyirik". Onlar qayalar arxasında uzanır,
oradan havaya
güllə atırlar. Onlar bu manevri türklər heç hücuma keçməyəndə belə edirlər.. ."
90
Beləliklə,
ermənilər arasında olan ingilis polkovniki onların əsl mahiyyətini anlamağa başlayır: döyüşmək fikrində
olmayan ermənilər özlərini döyüş həvəskarı kimi göstərir, döyüş xəttinə gətiriləndə isə sursatı havaya
boşaldırdılar ki, sursat çatışmazlığından onları geri çağırsınlar.
Öz zabitlərindən fərqli olaraq ermənilərə bel bağlayan general Denstervil müxtəlif xülyalarla yaşayırdı;
gah hesab edirdi ki, erməni dəstələrinə yeni struktur vermək lazımdır, gah da düşünürdü ki, onları ingilis
hissələri arasında yerləşdirməklə vəziyyəti kökündən dəyişmək olar.
Lakin çox keçmir ki, о əsil vəziyyəti anlamağa başlayır. General yazırdı: "Hərbi sursatın qənaətlə
istifadəsi barədə ciddi əmrə baxmayaraq həm top, həm də tüfəng sursatı hədər yerə sərf olunurdu. Mən
mövqelərin sağ cinahına rəhbərlik edən bir polkovnikin diqqətini onun mənasız yerə atəş açan artilleriyasına
cəlb etdim. Polkovnik cavab verdi: "Bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərdə olanlar bizim toplar atəş
açanda çox xoşlanırlar və əgər mən ara-sıra topdan atəş açmasam, onlar səngərlərdə qalmazlar".
91
Bu fakt
göstərir ki, erməni silahlılarını hətta döyüş olmayanda belə səngərdə saxlamaq müşkül məsələdir, о ki qaldı
döyüş olanda.
Öz qeydlərinin bir çox yerində general “ Bakı qoşunlarının ağciyərliyi", "əsil əsgərlər olmaması", "kağız
üzərində qoşun" olması barəsində yazır.
General-mayor Denstervil daha sonra yazırdı: "Əgər biz yerli qoşunlara qəhrəmanlıq ruhu aşılaya
bilsəydik, kənardan kömək gəlmədən vəziyyətdən çıxmaq olardı, lakin kütləvi qorxaqlıq və əmrlərə tabe
olmamaq məhvedici təsir göstərirdi. Mən bütün erməniləri qorxaqlıqda günahlandırmaqdan uzağam; mənim
qeydlərim yalnız Bakı ermənilərinə aiddir, çünki onlar qəhrəmanlıqları ilə tanınan İrəvan və Kiçik Asiyanın
dağlı ermənilərinə bənzəmirlər". Generalın bu xatirələri göstərir ki, o, məğlubiyyətlərin əsil səbəbini silah və
sursat çatışmazlığı, struktur səhvləri ilə deyil, məhz əksəriyyətini ermənilər təşkil edən qoşunların qorxaqlığı ilə
bağlı olmasını, nəhayət ki, dərk etmişdir.
Bununla belə o, qorxaqlıqda yalnız Bakı ermənilərini günahlandırır, digər erməniləri isə qəhrəman kimi
göstərməyə çalışır. Unudur ki, bu ermənilər öz "qəhrəmanlıqlarını" İrəvanın və Kiçik Asiyanın dinc müsəlman
əhalisinə qarşı göstərmiş və qəddarlıqları ilə ad çıxarmışdılar.
Bakı ermənilərinin qorxaqlığını görən ingilis qoşunlarının komandanı nicatın İrəvan ermənilərindən
gələcəyini gözləyirdi: "Erivan erməniləri tərəfindən çoxdan bəri hazırlanan türklərə arxadan zərbə, nəhayət, real
88
Денстервиль, c.11.
89
Денстервиль, c.88.
90
Денстервиль, c.95.
91
Денстервиль, с. 104.
39
şəkil alacaq. Belə təhlükə barədə sadəcə bir işarə kifayət idi ki, Qafqaz İslam Ordusunda vahimə başlasın".
1915-1916-cı illərdə ermənilərin vuruşan türk ordusunun arxasında qiyamlar qaldırıb, dinc əhaliyə qarşı qətllər
törətməsi, Diyarbəkirdə rus və Kilikiyada fransız ordusunun hücumlarına arxadan kömək etməsini xatırlayan
general həmin hadisənin indi də, yəni 1918-ci ilin yayında təkrarlanacağına bel bağlayırdı. Tam əminliklə
söyləmək olar ki, erməni milli komitə və şuraları ingilislərə bu barədə müxtəlif vədlər vermişdilər. Lakin
general - mayor L.Denstervil unudur ki, 1915-1916-cı illərdə erməni qiyamçıları dinc müsəlman əhalini qırır,
nizami türk hissələri yaxınlaşanda isə rus və fransız ordularına qısılırdılar. General Denstervilin bu ümidlərinin
də puça çıxması erməni xislətinə görə labüd idi.
Qorxaqlığın səbəbini araşdırmağa çalışan general Denstervil yazırdı: "Kişilərdə döyüş ruhunun
olmamasını qorxaqlıqla deyil, hərbi xidmətin əsaslarının başa düşülməzliyi və intizamın olmaması ilə izah
etmək lazımdır".
92
Çoxsaylı ingilis təlimatçıların təsiri, erməni hissələrinin ingilis hissələri arasında
yerləşdirilməsi və s. tədbirlərlə general erməni qoşunlarında intizamı qaldırmışdı. Qoşunlara baxış keçirən
general yazırdı ki, "polkovnik Arutyunovla bizim mövqeləri gəzərkən mən yerli qoşunların intizam sahəsində
qazandığı uğurlara təəccüblənmişdim". Lakin çox keçmədi ki, döyüş əməliyyatları başlandı və "intizamlı"
erməni qoşunları yenə də qaçmağa üz qoydular. General yazırdı: "Yerli erməni zabitləri bütün gücləriylə
çalışırdılar ki, onların adamları döyüşə getsin. Əgər erməni əsgərləri döyüşməkdən imtina edirdilərsə, bu,
onların rəhbərlərinin günahı deyil". Beləliklə, general oxucuda "qəhrəman rəhbərlər, qorxaq qoşunlar"
təəssüratını yaratmağa çalışır, lakin çox keçmir ki, başqa nəticəyə gəlir. "İki dəfə Bakı qoşunları əks-hücuma
keçdi, lakin bacarıq olmadan qəhrəmanlıq az nəticə verir: rəhbərlik heç nəyə qadir deyildi və hər iki əks-hücum
məğlubiyyətlə nəticələndi".
Beləliklə, general nəhayət ki, ermənilərin necə döyüşçü olduğunu anlamağa başlayır. Onun göstərdiyi
növbəti fakt çox şeydən xəbər verir: "Bir dəfə türklər öz mövqelərindən çıxdılar və günün günortasında
dəmiryol xətti olan açıq vahə ilə irəliləməyə başladılar ki, bizim cəbhənin bir hissəsinə hücum etsinlər. Mənim
erməni taboruna rəhbərlik edən zabitlərimdən biri öz adamlarına səngərlərdən çıxıb əks hücuma keçməyi əmr
etdi. Qoşunlar irəli getməkdən imtina etdilər, onların nümayəndəsi bağırdı: "Necə yəni ora getmək lazımdı? Axı
orda türklər var!"
93
Bütün bunlardan sonra ön xətdə ingilis qoşunlarını yerləşdirən general Denstervil erməniləri arxada
ehtiyat qüvvə kimi saxlayır, lakin yenə də istədiyinə nail ola bilmir. Təsadüfi deyil ki, Bakı uğrunda son
döyüşlərdən xəbər verən general erməni hissələrinin birdən-birə yoxa çıxması barədə danışır: "Biləcəridə olması
əmr edilən yerli taborlar hücum başlayanda heç Bakıdan çıxmamışdılar... general Dokuçayev məni əmin edirdi
ki, bu, son belə hadisədir, belə hal bir daha təkrarlanmayacaq". Həmişəki həyasızlıqla fəaliyyət göstərən
ermənilər növbəti döyüşlərdə də yoxa çıxır, sonra isə ingilislərə and-aman edib bildirirdilər ki, təsadüfən belə
olub: "Erməni ehtiyat qüvvəsi ona tapşırılan yerdə yox idi, halbuki cəbhənin bu hissəsinin rəisi polkovnik
Qazarov məni əmin edirdi ki, onun bütün adamları yerindədir, Təkcə bir gün, onlara ehtiyac duyulduğu gün
yerlərində olmadılar".
94
Sentyabrın əvvəllərində baş vermiş döyüşlər generalın gözlərini tam açdı. O, Sentrokaspi Diktaturasına
yazdığı məktubunda qeyd edirdi ki, yaxşı silahlanmış və öz şəhərini xilas etmək əzmində olan 15000 döyüşçü 2-
3 min nizami qoşun və toplarla gücləndirilsə, müdafiə üçün çox şey edə bilər. Lakin "bu gün səhər türklər
hücum edəndə mən Binəqədi təpələrində idim. Mövqe xəttinə yaxınlaşanda şəhərə tərəf gedən çoxlu əsgər
gördüm. Bu zaman 70 nəfərdən ibarət kiçik ingilis dəstəsi onlara tapşırılmış mövqeni fədakarcasına qoruyurdu.
Onlar Binəqədidə yerləşmiş Bakı qoşunları ehtiyat hissəsinin köməyə göndərilməsini istəmişdilər. Bizim
qoşunlar səhrada çığıran adam kimi cavab almadı və geri çəkilib öz mövqelərini düşmənə təhvil verməyə
məcbur oldu".
Növbəti məktubunda general Denstervil açıq-aydın yazırdı: "Biz hələ şəhər və limanı xilas edə bilərik, bir
şərtlə ki, Bakı qoşunları onlarda olmayan bir hissə, qətiyyətlə vuruşmaq və təslim olmamaq hissinə sahib olsun.
Bir dəfə də görmədim ki, sizin qoşunlara hücum əmri veriləndə arxalarını çevirib qaçmaqdan başqa bir şey
etsinlər və sizə açıq bildirirəm ki, belə publika ilə çiyin-çiyinə vuruşmaq mənasızdır".
95
Maraqlıdır ki, istər Erməni Milli Şurası, istərsə də Sentrokaspi Dik-taturası generalın bütün tələblərinə bir
cavab verirdi: "Gərək biz Leninin təklifini qəbul edib, Bakıya daha çox bolşevik çağıraydıq" və ya "tələb edirik
ki, Bakıya İrandan, ya Bağdaddan kifayət qədər qoşun gətirəsiniz. Bu kömək gələnədək biz Petrovskdan
Biçeraxovdan kömək gözləyəcəyik”. Beləliklə, erməni liderləri özləri də bilirdilər ki, qoşunlarının
"qəhrəmanlıqları" nədən ibarətdir və dinc əhaliyə divan tutmaqdan başqa əllərindən bir şey gəlmir.
92
Денстервиль, с. 105.
93
Денстервиль, с. 106.
94
Денстервиль, с.107.
95
Денстервиль, с.117.
40
Əgər Bakıya təzə gəldiyində Denstervil ermənilərin qəhrəmanlığından yazır, lakin bir dənə də olsun
qəhrəmanlıq nümunəsi göstərə bilmirdisə, sonralar o, növbəti döyüşləri belə təsvir edirdi: "Ön mövqelərə
göndərilən qoşunlar çox vaxt heç ora gedib çatmırdı"; ''yerli qoşunlar tamamilə etibarsızdır"; "bütün əks -
hücumlar onunla nəticələnirdi ki, hücuma keçmək əmrini alan hissələr yavaş-yavaş toplaşır və möcüzəli şəkildə
harasa yoxa çıxırdılar".
Şəhərin erməni əhalisinin mənəvi keyfiyyətləri də elə erməni qoşunlarının keyfiyyətindən üstün deyildi.
General yazırdı: "Güclü top atəşinə məruz qalan, lakin bundan az ziyan görən Bakıda əhali deyirdi: "her şey
məhv oldu". Türklər atəşi qoşunlara keçirəndə və doğrudan da hər şeyin məhv edilməsi təhlükəsi yarananda isə
əhali deyirdi: "biz xilas olduq".
96
Və nəhayət, sentyabrm 14-də baş vermiş döyüş barəsində general acı-acı yazırdı: "Bütün üstünlüklərə
malik olan qoşunlar elə döyüş başlanan kimi darmadağın edildilər".
Qoşunların döyüş ruhu barədə general Denstervilin son nəticəsi belə olmuşdu: "Yaxşı döyüşçü olmaq
üçün mətin inam və dəyişməz ideallar olmalıdır. Döyüş stimullarından ən güclüsü - vətənə məhəbbətdir".
Xatirələrində о qeyd edirdi: "Uğursuzluqların səbəbi eynidir: inqilabçı öldürə bilər, lakin vuruşa bilməz".
Generalın sözləri erməni xislətini aydın göstərir: "onlar (zənnimizcə, general erməni "inqilabçılarını" onların
əsil adı ilə - terrorçu adlandırsaydı, daha səmimi olardı - A.Y, Ə.S.) qətllər törədə bilərlər, lakin açıq döyüşdə
üz-üzə vu-ruşa bilməzlər".
97
Dostları ilə paylaş: |