1.3. Azərbaycan I Dünya müharibəsi dövründə
1914-cü ildə başlamış I Dünya müharibəsi (dövrün mətbuatında ona Böyük müharibə deyilirdi) hərbi
əməliyyatların əhatə dairəsi və müharibə qurbanlarının
sayına görə əvvəlki müharibələri üstələmiş və bütün
dünyanı dəhşətə gətirmişdi. Müharibədə iştirak edən hər
ölkənin öz planları var idi. Bu planlarda Azərbaycan
xüsusi yer tuturdu. Şimali Azərbaycanın ehtiyatları
Rusiya, eləcə də onun müttəfiqləri İngiltərə və Fransaya
xidmət edirdi. Bu ölkələrin əsas rəqibi -Almaniya
Azərbaycanın Rusiyadan ayrılmasında maraqlı idi.
Alman monopoliyaları hələ XX əsrin əvvəllərindən
Bakı neftinə xüsusi maraq göstərirdilər. Öz müttəfiqi
Osmanlı dövlətinin iştirakı ilə Almaniya Qafqaz və Ön
Asiyanı öz təsir dairəsinə daxil etməyə türk ordusunun
köməyi ilə Hindistan və Əfqanıstana yol açmağa can
atırdı. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi və Bakı
nefti müharibənin strateji məqsədlərinə çevrilirdi.
Tərkibində Cənubi Azərbaycan olan İran Qacarlar
dövləti bitərəf qalmağa üstünlük verirdi. Ancaq bu
ölkədə də vəziyyət sabit deyildi. Cənubi Azərbaycanın
qərb vilayətlərində azərbaycanlılar, kürdlər, aysorlar və
ermənilər arasında milli zəmində toqquşmalar təşkil
edilmişdi.
Müharibə başlanandan dərhal sonra, 1914-cü ilin
sonunda Cənubi Azərbaycanın böyük hissəsi türk
qoşunları tərəfindən zəbt edildi. Bunun nəticəsində millətlərarası toqquşmalar dayandırıldı. Lakin Sarıqamış
17
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.72.
11
əməliyyatındakı uğursuzluqdan sonra türk qoşunları Cənubi Azərbaycanı tərk etdilər, erməni və aysorlar
yenidən Türkiyə ilə həmsərhəd rayonlarda yaşayan azərbaycanlıları öldürməyə başladılar. Rus ordusu Təbrizi
tutdu, bundan sonra müharibənin sonunadək Qafqaz cəbhəsində ciddi dəyişikliklər baş vermədi. 1918-ci ilin
yazında Cənubi Azərbaycana İngiltərə qoşunları daxil oldu, millətlərarası toqquşmaların qarşısını isə başda
Şeyx Məhəmməd Xiyabani olmaqla Azərbaycan Demokratik Partiyası aldı.
Azərbaycan ərazisində bilavasitə döyüşlər getməsə də, müharibə ölkəyə böyük ziyan vurdu. İqtisadiyyatı
hərbi istiqamətə yönəltmək üçün hərbi-sənaye komitələri yaradılmışdı. Cənubi Qafqazda müəssisələrin
hərbiləşdirilməsi Rusiyanın daxili quberniyalarında olan hərbiləşdirmə səviyyəsindən artıq idi. Müharibə daim
artan miqdarda neft tələb etməsinə baxmayaraq neft kəşfiyyatı,
avadanlığın modernləşdirilməsi, quyuların qazılması üzrə işlərin
azaldılması Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft
sənayesində durğunluğa səbəb oldu. Dəmir yolu və dəniz nəqliyyatı
hərbi
yükləri daşıyır, bu isə mülki əhalinin nəqliyyat vasitələri ilə təmin
edilməsində çətinliklər yaradırdı. Kənd təsərrüfatında da durğunluq
başladı, çünki əvvəlcə cəbhə ehtiyacları üçün at və öküzlər müsadirə
olunmuş, 1916-cı ildən isə arxa cəbhə işlərini yerinə yetirmək üçün
qeyri
rus millətlərindən olan 18-23 yaşlarında gənclərin mobilizasiyası
başlanmışdı. Cəbhəyanı rayonlardan Azərbaycanın şəhər və qəzalarına
yaralılar gətirilib hospital, klinika, xəstəxanalarda yerləşdirilirdi.
Bakıda iri hərbi hissələrin yer-ləşdirilməsi hesabına şəhər əhalisinin
sayı
70 min nəfər artmışdı. Müharibə görünməyən ərzaq çatışmazlığı və
bahalaşmaya səbəb olmuş, əhalinin vəziyyəti olduqca pisləşmişdi.
Tərəqqipərvər azərbaycan ziyalılarının müharibənin törədəcəyi
fəsadlarla bağlı ümidlərini Fətəli xan Xoyski belə ifadə etmişdir: "Bu
müharibənin qalibi kim olursa-olsun, müharibədən zəifləmiş şəkildə
çıxacaq. Zəifləməmiş bizlər isə xahiş yox, tələb edə biləcəyik.
Müstəqillik! Bizim üçün lazım olan, bax, budur. Azadlıq buradan,
bizim yığılmış qüvvəmizdən, bizim pullarımızdan və bizim
neftimizdən doğacaq".
XIX əsrin II yarısında müsəlmanların Rusiya ordusuna çağırışına son qoyuldu. Hərbi xidmət əvəzinə
imperiyanın müsəlman əhalisi xüsusi vergi ödəməli idi. Bımunla belə, azərbaycanlılar müxtəlif cəbhələrdə
gedən döyüşlərdə iştirak edirdilər. Ali silkin nümayəndələri hərbi təhsil ocaqlarında oxuyub zabit ola bilərdilər.
Müharibənin əvvəlində imperiyanın siyasəti ilə razı olmayan azərbaycanlılar kiçik qruplar şəklində sərhədi
keçərək Osmanlı ordusuna yazılır və onun düşmənlərinə qarşı savaşda, о cümlədən 1915-1916-cı illərdə
boğazlar uğrunda gedən məşhur döyüşlərdə iştirak edirdilər.
Müharibə müxtəlif döyüş vəzifələrini həll etmək qabiliyyətində olan sürətli süvari hissələrinə olan
ehtiyacı qabartdı. İmperiyanın müsəlman əhalisinin könüllülərindən süvari hissələr yaratmaq qərarı qəbul edildi.
1914-cü ilin avqustunda Qafqaz yerli süvari diviziyasının ("Dikaya diviziya") tərkibinə daxil olmuş "Tatar
süvari alayı"nın formalaşdırılmasına başlandı. Alay Cənub-Qərb və Rumıniya cəbhələrində vuruşmuş, о
cümlədən məşhur "Brusilov əməliyyatı"nda iştirak etmişdi. I Dünya müharibəsi illərində rus ordusunda 200-dən
çox azərbaycanlı zabit fərqlənmişdi. Onlardan 10 nəfər Rusiyanın ali hərbi ordeni - Müq. Georgi ordeni ilə (2
nəfər-3-cü dərəcəli, 8 nəfər- 4-cü dərəcəli) təltif edilmişdi.
18
Səməd bəy Mehmandarov "Brilliant silah", 15
azərbaycanlı isə "Qızıl silah"la təltif edilmişdi ki, bu təltif də Müq. Georgi ordeninə bərabər tutulurdu. Süvari
generalı, general - adyutant Hüseyn xan Naxçıvanski qvardiya süvari korpusunun komandiri), artilleriya
generalı Səməd bəy Mehmandarov (2-ci Qafqaz ordu korpusunun komandiri), general-leytenant Əli ağa
Şıxlinski (10-cu ordunun komandanı) Rusiya ordusunda ali məqamlara çatmışdılar.
19
1.4.1917-ci ildə Azərbaycanda hərbi - siyasi vəziyyət
1917-ci ilin fevral ayında çarın istefası ictimai-siyasi şəraiti kəskin surətdə dəyişdi. Martın əvvəllərində iri
şəhərlərdə demokratik islahatları dəstəkləyən nümayiş və mitinqlər keçirildi. Paytaxtda yaradılmış Müvəqqəti
hökumət, yerlərdə öz hakimiyyət orqanlarını təşkil etməyə başladı. Martın 9-da Müvəqqəti hökumətin göstərişi
ilə Xüsusi İdarə Komitəsi (sədr - V. Xarlamov, üzvlər A. Çxenkeli, K. Abaşidze, M. Cəfərov, M. Papacanov)
18
Исмаилов Э. Георгиевские кавалеры - азербайджанцы. Москва, 2005. с.52- 63.
19
Исмаилов Э. Георгиевские кавалеры, с.143, 158, 169.
12
yaradıldı.
20
Martın 17-də Bakıda Müvəqqəti hökumətin yerli hakimiyyət orqanı - İctimai təşkilatların İcra
komitəsi təşkil edildi. Martın əvvəlində Bakı sovetinə deputat seçkiləri başladı. Çarın devrilməsi barədə
Məhəmməd Əmin Rəsulzadə 1917-ci il martın 3-də "Kaspi" qəzetində çap etdirdiyi məqaləsində yazmışdı:
"Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə, nəhayət ki, çatdılar. Əliqanlı jandarm, bütün xalqın
düşməni olan istibdad yıxılmışdı". Azərbaycanda ictimai-siyasi hərəkatın üç istiqamətdə inkişaf etməsi aydın
oldu:
1. Dövləti əvvəlki sərhədlərində saxlamağa çalışan Müvəqqəti hökumət əyalətlərdə çarizmin siyasətini
davam etdirirdi. Milli siyasi partiyaların bütün təklifləri separatçılıq kimi qəbul edilərək rədd olunurdu.
2. Fəhlə və əsgər sovetlərinə inqilabçı demokratlar keçdilər, onlar həm Müvəqqəti hökuməti, həm də
partiyaları rədd edirdilər. Onlar da Azərbaycanı Rusiyanın tərkibində görürdülər, lakin bu, sovet Rusiyası olmalı
idi. Sovetlərdə tədricən inqilabçı əsgər və matroslara arxalanan bolşeviklərin mövqeyi güclənməyə başladı.
3.İnqilaba qədər gizli fəaliyyət göstərən milli siyasi partiyalar leqal işə keçdilər. Əsasən "Müsavat" və
onunla birləşmiş "Müstəqil türk federalist partiyası" seçilirdi.
Martın 27-də Müsəlman Milli Şurasmm Müvəqqəti İcraiyyə Komi-təsi seçildi. Paralel olaraq digər milli
şuralar da yaradıldı ki, onlar sırasında erməni şurası öz təcavüzkarlığı ilə seçilirdi. 1917-ci ilin payızına aydın
oldu ki, "Müsavat türk federealist partiyası" azərbaycanlılar arasında böyük nüfuza malikdir və sivil üsullarla
hakimiyyət uğrunda mübarizə aparmağa hazırdır.
1917-ci il oktyabrın 26-da partiyanın I qurultayını açan Məhəmməd Əmin Rəsulzadə qeyd etdi ki,
"müstəqil Azərbaycan dövləti yaradılacaq və bu yeni dövlət müstəqil dövlətlərin ittifaqına daxil olacaq".
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə, noyabrda isə Müəssislər Məclisinə keçirilən seçkilərdə
"Müsavat" partiyasının qalib gəlməsi onların siyasi rəqiblərini qorxutdu.
21
1917-ci il dekabrın 5-də Zaqafqaziya
Komissarlığı ilə Osmanlı dövləti arasında
imzalanan müqaviləyə əsasən, cəbhədə döyüş
əməliyyatları dayandırılmalı, rus əsgərləri
silahlarını milli hərbi hissələrə - müsəlman
(Azərbaycan), Gürcü və Erməni Korpuslarına
təhvil verərək Rusiyaya qayıtmalı idilər.
22
"Müsavat”a
hakimiyyəti
vermək
istəməyən
bolşeviklər siyasi mübarizə
metodlarından imtina etdilər. Oktyabrın 25-də
Petroqradda çevriliş və Müvəqqəti hökumətin
devrilməsi əyalətlərdə də onların əl-qolunu
açdı. "Müsavat”la mübarizə platforması
əsasında bolşeviklər Erməni Milli Şurası və
"Daşnaksutyun" partiyası ilə birləşməyə
başladılar. "Müsavat”ın sosial bazasının
məhv edilməsi onların əsas məqsədi oldu.
Noyabrda Xüsusi Komitənin işi dayandırıldı. 8-11 noyabr tarixlərində Tiflisdə Zaqafqaziyada olan idarə
komissiyaları, milli və məhəlli qurumlar, bələdiyyələr, fəhlə və həmkarlar ittifaqları, kəndli birlikləri, siyasi
partiyalar, ordu nümayəndələri, baş komandan və Xüsusi Komitə üzvlərinin iştirakı ilə müşavirə keçirildi.
Müşavirə Oktyabr hadisələrini çevriliş adlandıraraq onun qanuniliyini qəbul etmədi və Müəssislər Məclisi
çağırılanadək Zaqafqaziya Komissarlığı adlı qurum
yaradacaqlarını bildirdi. Qurumun sədri E.P.Gegeçkori,
komissarlar A. Çxenkeli, D.Donskoy, Ş.Alekseyev-
Mesxiyev, M.Cəfərov, X.Məlikaslanov, A.Ter-Qazarov,
A.Ohanyan, X.Xasməmmədov seçildilər.
Noyabrın 21-də Qafqaz Cəbhəsinin komandanı
general Prijevalski Türk qoşunları Qafqaz Cəbhəsinin
komandanı Feriq Vehib paşanın sülh bağlamaq təklifi
haqqında ZK iclasında məlumat verdi və dekabrın 5-də
Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında
20
Балаев А Азербайджанское национально-демократическое движение. 1917-1920. Баку, 1990, с. 3; Насиров Т. Борьба за власть в Азербайджане
(1917-1920). Баку, 1993, с.10.
21
Балаев А. Азербайджанское национальное движение? с.11.
22
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 1999, s.15.
13
müqavilə bağlandı. 1917-ci il dekabrın 6-da Zaqafqaziya Komissarlığının növbəti iclasında qəbul edilən qərar
Qafqaz Ordusunun Milli hərbi hissələr əsasında təşkil edilməsi üçün əsas oldu.
23
Qafqaz cəbhəsinin komissarı
Donskoyun əmrinə əsasən "Ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli", ermənilərdən, gürcülərdən,
azərbaycanlılardan və ruslardan ibarət milli korpuslar yaradılmalıydı. Qafqaz cəbhəsinin komandanı general
Prijevalski Bakıda olan hərbi hissələrin ləğvi, lakin milli tərkibli hissələrin saxlanılması barədə əmr imzaladı.
Keçmiş imperiya ordusunun tərksilah edilməsi bolşeviklərin əsas dayaqlarından birinin zəiflədilməsi demək idi.
Çünki onların təsiri altında olan bu qüvvə siyasi mübarizədə əsas vasitə idi. Bolşeviklər bu hərbi hissələri silahı
təhvil vermədən Bakıda toplamağa çalışırdılar. 1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı Müsəlman
Korpusunun yaradılması barədə dekret qəbul etdi.
24
Korpusun əsasını yenicə Qafqaza gəlmiş Tatar süvari
alayının bir hissəsi təşkil etməli, komandiri general-leytenant Əliağa Şıxlinski olmalıydı. Lakin silah və sursatın
olmaması korpusun yaradılmasını çətinləşdirirdi. Zaqafqaziya Komissarlığının qərarına əsasən, keçmiş imperiya
ordusunun 5-ci və 7-ci piyada diviziyalarının silahları korpusa verilməli idi. Lakin bu hərbi hissələr ya bolşevik
təbliğatının təsiri altında bütünlüklə Qırmızı Qvardiyaya qoşulur, ya da silahlarını erməni və bolşevik hərbi
hissələrinə təhvil verirdilər. Üstəlik, bolşevik-daşnak təbliğatına uymuş çoxsaylı silahlı eşelonların Şamxordan
Bakı istiqamətinə hərəkət etməsi dəmir yolu üzərində yerləşən istənilən Azərbaycan şəhərinin tutulması ilə
nəticələnə bilərdi.
1.5. 1918-ci ilin yanvar-mart aylarında Azərbaycanda
hərbi - siyasi vəziyyət
Belə şəraitdə milli qüvvələr hərbi hissələri tərksilah etməyə başladılar. Bu, xalqın fiziki mövcudluğunun
qorunması, milli mənafelərin qan içində boğulmasına yol verilməməsi üçün məcburiyyət üzündən həyata
keçirilən bir tədbir idi. Kiçik hərbi hissələrin
tərksilah edilməsini görən bolşeviklər bir neçə
iri eşelon toplayaraq Bakı istiqamətində
hərəkət etdirməyi planlaşdırmışdılar. 1918-ci il
yanvarın əvvəllərində Şamxor dəmir yolu
stansiyasında 10-dan artıq hərbi eşelon
toplaşmış-dı.
Onlar
müxtəlif
silahlarla
silahlanmışdılar. Yanvarın 6-8-də aparılan
danışıqlarda öz gücünə arxalanan rus
bərbçiləri
Zaqafqaziya
Komissarlığının
imzaladığı müqaviləyə məhəl qoymadıqlarını
və
güc hesabına yolu açıb Bakıya
keçəcəklərini bildirmişdilər. Yanvarın 8-də,
nəhayət, silahların təhvil verilməsi barəsində
razılıq əldə edildi, yanvarın 9-da rus hərbçiləri
nəinki Şamxor stansiyasına, həmçinin ətrafdakı müsəlman kəndlərinə atəş açdılar. Nəticədə döyüş baş verdi, hər
iki tərəfdən böyük itkilər oldu. F.Xoyski, X.Xasməmmədov, X.Məlikaslanovun səyləri ilə toqquşmalar
dayandırıldı. Yaradılan komissiya eşelonların
silahları təhvil verib keçməsinə nail oldu.
25
Milli
azərbaycanlı
qoşun
hissələrinin
formalaşmasından təlaşlanan bolşevik-erməni
qüvvələri hakimiyyəti ələ almaq üçün
hazırlıqlarını sürətləndirdilər.
Tiflisdə
ınöhkəmlənə
bilməyən
bolşeviklər öz qurumlarını Bakıya köçürməyə
başladılar.
Dekabrın
21-də
Qırmızı
Qvardiyanın yaradılması barədə qərar qəbul
edildi.
26
1918-ci ilin yanvar ayının əvvəllərində
23
Qasımlı M. Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.94-98.
24
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36.
25
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.45-47; Победа Советской власти в Закавказье. Тифлис, 1971, с. 223; История Азербайджана, т.3, ч.1,
с.93.
26
Дарабади П.Г.Военные вопросы, с.99.
14
Qırmızı Qvardiya Bakıdan keçən rus hərbçilərinin tərksilah edilməsinə başladı. Əgər əsgərlər sovet hissələrində
xidmət etməyə razı deyildilərsə silah alınmalı idi. Dekabrın 16-da Bakı Sovetinin sədri S.Şaumyanın Qafqazın
Fövqəladə Komissarı təyin edilməsi barəsində RSFSR Xalq Komissarları sovetinin qərarı elan edildi.
27
Yanvarın 13-də erməni hökumətinin təşkil edilməsi ideyasının dəstəklənəcəyini bildirən bolşeviklər Azərbaycan
xalqının öz müqəddəratını həll etmək istəyini inqilabi Rusiyaya qarşı xəyanət kimi qarşıladılar. Halbuki
noyabrın 17-də Lenin və Stalinin imzaladığı müraciətdə Şərqin və Rusiyanın müsəlman zəhmətkeşlərinə öz
müqəddəratını təyin etmək hüququnun veriləcəyi vəd edilmişdi.
28
Lakin Bakı əhalisinin böyük əksəriyyəti bolşeviklərin qərarlarına məhəl qoymur, Bakı bələdiyyəsini
hakim orqan kimi tanıyırdı. Dekabrın 15-də bələdiyyənin fövqəladə iclasında Hərbi İnqilabi Komitənin
tədbirlərinə qarşı etiraz edildi. Hadisələrin iştirakçısı Anastas Mikoyan 1923-cü il martın 14-də "Bakinskiy
raboçiy" qəzetində çap olunmuş məqaləsində qeyd edirdi ki, Bakıda şəhər bələdiyyəsinin fəaliyyəti Bakı
Sovetinə möhkəmlənmək imkanı vermirdi.
29
Yanvarın 5-də Petroqradda bolşeviklər Müəssislər Məclisini
buraxdılar, bu isə Azərbaycanda da vəziyyəti kəskinləşdirdi. Yerli bolşeviklər siyasi deyil, hərbi yolla
hakimiyyətə gəlib onu əldə saxlamağın nümunəsini əyani surətdə gördülər. Yanvarın 15-də Qırmızı Ordunun
yaradılması barədə dekret imzalandı.
30
Qırmızı Ordu beynəlmiləl adlandırılsa da, ora təkcə rus və ermənilər
yazılır, nəticədə antiazərbaycanlı qüvvələr vahid
cəbhədə birləşmiş olurdular. Fevralın 10-da
Zaqafqaziyadan Müəssislər Məclisinə seçilmiş
deputatlar
Tiflisdə
toplaşaraq
Zaqafqaziya
Seymini çağırdılar, bu isə bolşeviklər tərəfindən
real təhlükə kimi qiymətləndirildi.
31
Seym
bolşeviklərin Cənubi Qafqazı ələ keçirməsinə
maneçilik törədən gücə çevrilərdisə, Sovet
Rusiyası regionu tamamilə itirmiş olardı. Buna
imkan
verməmək
üçün hadisələrin axarı
kəskinləşdirildi, Bakı bolşevikləri Həştərxandan
dəniz yolu ilə hərbi texnika alaraq, rəqibləri
birdəfəlik məğlub etmək üçün hərbi münaqişəyə
hazırlıq gördülər.
Fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor
X.Talışinski və qərargah zabitləri vağzalda həbs edildilər. Bu, müsəlman əhalinin böyük narazılığına səbəb
oldu. Buna görə bolşeviklər onları azad etdilər. X.Talışinski və onun zabitləri Müsəlman Xeyriyyə
Cəmiyyətinin yerləşdiyi"İsmailiyyə" binasında toplaşıb fəaliyyətə başladılar.
32
Erməni Milli Şurası silahlı dəstələrin təşkil edilməsində çox fəal idi.
33
"Daşnaksutyun" liderləri də qeyd
edirdilər ki, partiya Bakıda azərbaycanlıların hakimiyyətə gələcəyindən qorxaraq yerli bolşeviklərlə sıx əlaqə
qurmuşdur. Əslində isə yerli bolşeviklər elə bolşevik pərdəsi ilə maskalanan Bakı Sovetinin erməni liderləri idi.
Beləliklə, cütlüyün vahid platforması Azərbaycan xalqının fiziki varlığına son qoymaq idi. Bakı neftinə sahib
olmaq üçün istənilən qüvvə ilə birləşməyə hazır olan Rusiya bolşevik hökuməti onları dəstəkləyirdi.
Martın əvvəllərinə artıq kifayət qədər qüvvə toplanmışdı. Bakı Sovetinin şimalla və Muğanla əlaqələrinin
itməsi, Azərbaycan milli hərbi hissələrinin hələ tam formalaşmaması bolşevik-erməni qüvvələrinin məhz mart
ayını hücum üçün münasib vaxt kimi seçməsinə təsir göstərdi.
1.6. 1918-ci ilin mart soyqırımı
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş verən 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra
yaranmış vəziyyəti öz məqsədləri üçün istifadə edən ermənilər Qafqazın ən böyük iqtisadi və inzibati mərkəzi
olan Bakı şəhərini ələ keçirməyə çalışırdılar. Bakıda erməni mövqelərinin sürətlə güclənməsi şəhər başçısı
S.İ.Despot-Zenoviçin istefası və erməni X.S.Antonovun bu vəzifəyə təyin edilməsindən sonra baş verdi.
Quberniya jandarm idarəsi (rəisi polkovnik N.F.Fon-Frank) dəfələrlə raportlar verərək məruzə edirdi ki, "Bakı
27
Бланк Чрезвычайного Комиссара. // Великий Октябрь и Советский Азербайджан (экспонаты рассказывают). Баку, 1977.
28
Документы внешней политики СССР, т.1. Москва, 1957, с.34-35; Балаев А. Азербайджанское, с. 15.
29
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921). // «Литературный Азербайджан, 1993, № 3-4, с.66.
30
Токаржевский Е.А. Из истории иностранной интервенции и гражданской войны в Закавказье. Баку, 1957, с.28.
31
Насиров Т. Борьба за власть, с.35.
32
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.56.
33
Дарабади П.Г. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку, 1991, с. 103.
15
limanında üzərində xaç təsviri olan qədim Ermənistan bayrağı peyda olub", Bakı İctimai İclasının zalında
"ermənilər qədim Ermənistanın xəritəsini satırdılar". Qubernator raportları bilərəkdən diqqətsiz qoyurdu. Qafqaz
komandanı dəftərxanasının vitse-müdiri isə "Bakı ermənilərinin birləşmək arzuları" barəsində məxfi raport
göndərmişdi.
"Daşnaksutyun" partiyası və erməni Milli Şurası bolşeviklərlə öz səylərini birləşdirməyə başladı.
Bolşeviklər Bakı və Azərbaycanı Sovet Rusiyasının, daşnaklar isə mifik "Böyük Ermənistan"nın tərkib hissəsi
kimi görürdülər. Onların son məqsədləri fərqlənsə də, bu mərhələdə yalnız bir rəqibləri var idi - öz milli
partiyalarını, ilk növbədə "Müsavat"ı dəstəkləyən yerli azərbaycanlı əhali. Siyasi rəqibin məhv edilməsi üçün
şüurlu surətdə etnik təmizləmə kursu seçildi. Bakı Soveti Bakı quberniyasında azərbaycanlıların məhv
edilməsini nəzərdə tutan cinayətkar planın həyata keçirilməsinə başladı. Onun tabeçiliyində əsasən ermənilərdən
təşkil edilən "Qırmızı qvardiya" adlı qoşun var idi. Milli qırğına rəhbərlik məqsədilə martın 30-da Bakı Soveti
nəzdində İnqilabi Müdafiə Komitəsi adlı qurum yaradıldı.
34
1918-ci il martın 30-da erməni-bolşevik "Qırmızı qvardiya"sı Bakının azərbaycanlılar yaşayan
məhəllələrinə hücum etdi.
35
Martın 31-də hücum siyasi mənsubiyyətindən asılı olmayaraq bütün türk-müsəlman
əhalisinin qırğını xarakterini aldı. Ermənilər evləri yandırır, insanları oda atırdılar. Onlar milli memarlıq
incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və digər binaları dağıtmışdı, Bakının böyük hissəsini məhv
etmişdilər. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 min nəfər qətlə yetirilmişdi.
36
Bolşevik-daşnak
birləşmələri azərbaycanlıları Quba, Salyan, Lənkəran qəzalarında da məhv edirdilər. Aprelin 3-dən 16-dək
daşnak qrupları Şamaxının dinc əhalisinə qarşı qanlı qırğınlar törət-dilər. Burada 7 min dinc müsəlman
öldürüldü, 72 kənd məhv edildi. Quba qəzasında daşnak dəstələri 162 kənd yandırmış, 16 min müsəlman
qırmışdılar. Azərbaycanlıların soyqırımı 1918-ci ilin ortalarınadək davam etmiş, bu müddətdə 50 MĠNDƏN
Dostları ilə paylaş: |