3.7. Sentrokaspi Diktaturası qoĢunlarının
komandanlığı
Bolşeviklərin hakimiyyəti devrilib Sentrokaspi Diktaturası qurulanda qoşunların etnik tərkibində elə də
böyük dəyişiklik baş vermədi. Əvvəlki kimi qoşunlarda erməni hissələri üstünlük təşkil edir, qatı bolşeviklər
istisna olunmaqla komandirlər öz vəzifələrində qalırdılar. Sadəcə onların hər birinə çar ordusunun rütbələrinə
uyğun rütbə verildi. Misal üçün, "yoldaş A.Baqratuni" "general-mayor A.Baqratuni", "yoldaş Avetisov"
"polkovnik Avetisov" kimi göstərilməyə başlandı. Qoşunların texniki hissələrinə (zirehli qatarlar, zirehli
avtomobillər, donanma, aviasiya, artilleriya) keçmiş çar ordusunun zabitləri cəlb edildi.
Sentrokaspi Diktaturası qoşunlarının komandanlığı haqqında ingilis generalı Denstervil yazırdı: "O
dövrdə Bakı qoşunları tərəfindən buraxılmış digər kobud səhv bu idi ki, hərbi əməliyyatlar döyüş haqda
təsəvvürü belə olmayan adamlara tapşırılmışdı".
131
Sentrokaspi diktaturası qoşunlarının komandanı general-mayor Dokuçayev qərargah rəisi Avetisov,
Sentrokaspi Diktaturasının hərbi naziri general-mayor Baqratuni təyin edilmişdi. General Dokuçayevi “xoş və
incə centlmen" kimi təsvir edən Denstervil yazırdı ki, o, "inqilabi qoşunlara komandanlıq etmək üçün lazım olan
keyfiyyətlərə malik deyildi". Dolayısı ilə komandanın öz qoşunlarına komandanlıq edə bilmədiyini vurğulayan
Denstervil "xəstə Avetisovu"da hərbçi kimi deyil, boşboğaz kimi xatırlayır. Denstervil Avetisovun yavəri
polkovnik fon der Flessi, "öz işini bilən azsaylı Bakı hərbçilərindən olan peşəkar gənc rus zabiti" kimi təsvir
edir. General Baqratunini təsvir edən ingilis generalı belə yazır: "O, xoş təəssürat bağışlayırdı". Döyüşən
ordunun hərbi nazirinə "xoş təəssürat bağışlayan" birisi kimi qiymət verilməsi onun hərbçi kimi özünü göstərə
bilməməsinə dəlalət edir. "Xoş təəssürat bağışlayan" sərkərdələrin və onların tabeçiliyində olanların avqust
döyüşlərində necə iştirak etdiyini görən Denstervil tədricən münasibətini dəyişir: "mən Direktoriyaya bildirdim
ki, onların hərbi hakimiyyətindən heç kimi (fon der Fless istisna olunmaqla) indiyədək cəbhədə görməmişəm.
Onlar öz kabinetlərində xəritələri öyrənir və raportlara, özü də çox vaxt yanlış raportlara əsaslanan əmrlər
verirlər; bir dəfə də olsun raportları cəbhədəki real vəziyyətlə tutuşdurmağa cəhd etməyiblər".
132
Sentrokaspi Diktaturasının 5 üzvünü təsvir edən General Denstervil onlardan ikisinin - Lyamlin və
Yermakovun dənizçi zabit olduqlarını qeyd edir. Maraqlıdır ki, Denstervil erməni və qismən rus
komandirlərinin gücsüzlüyünü görərək ingilis zabitlərinin rəhbərliyi ilə vahid hissələr yaratmaq təklifi vermişdi.
Təklif qəbul edilsə də, "diktatorlar təkid edirdilər ki, briqada komandirləri rus və ya erməni zabitlərindən
olmalıdır". Buna etiraz etməyən Denstervil bildirmişdi ki, onun istəyi komandir vəzifələrində real döyüş
təcrübəsi olan şəxsləri görməkdir. Beləliklə, Denstervilin təklifi həyata keçirilmədi və o, ümumi rəbbər kimi
general Dokuçayevi qəbul etsə də, ingilis hissələrinin komandanlığını nə ona, nə də onun zabitlərinə həvalə etdi.
Sentrokaspi Diktaturasının ordu rəhbərliyinin zəifliyini dəfələrlə vurğulayan Denstervil xüsusi olaraq göstərir
ki, general Dokuçayev əmrlər verirdisə də, bu əmrlərə hərbi hissələr tam laqeyd münasibət bəsləyir, onları icra
etmirdilər. Bakı uğrunda son döyüşləri təsvir edən Denstervilin yazdıqları Diktaturanın necə hərbi rəhbərliyi
olduğunu göstərir: "Mən səhər saat 11-də qərargaha gələndə oradakıların hamısını təlaş içində gördüm.
Buna görə mən son ümidimi də itirdim".
133
3.8. Bakı Sovet və Sentrokaspi Diktaturası
qoĢunlarının silahları
131
Денстервиль, c.82.
132
Денстервиль, c.109.
133
Денстервиль, с. 121.
51
Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və
matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox
hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq
istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz
sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü.
Hələ müharibə getdiyi dövrdə çar hökuməti tərəfindən
yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı
vuruşmaq üçün ən müasir silahlarla təmin olunmuşdur. 1917-ci
ilin sonlarında Qafqazda cəmləşdirilən bu hissələrin zabit və
əsgərlərinə müraciətlərində "Daşnaksutyun" partiyası və
Erməni Milli Şurası silahları təhvil verməməyi tələb edirdi.
Nəticədə istər bolşevik hərbi hissələri, istərsə də onlarla əlbir olan er-məni-daşnak bölmələri kifayət qədər
müasir silah və sursatla təmin edilmişdilər. Misal üçün, cəbhədən tərxis olunan hissələrdən bir zirehli qatar,
xeyli zirehli avtomobil ya top götürülmüşdü. Üstəlik, Rusiyadan əhəmiyyətli kömək gəlirdi. RSFSR XKS Bakı
Soveti ordusunun yaradılması üçün 30 milyon 800 min rubl pul və hərbi təlimatçılar göndərmişdi, şərait imkan
verən kimi isə ağır silahlar, ilk növbədə zirehli texnika və top da yollayırdı.
1917-ci ilin əvvəllərinə bütün hissələr atıcı silahlarla təmin edilmişdi. Toplanan süah ehtiyatları Bakıda
erməni və rus əhalini silahlandırmağa imkan verirdi. Dəniz aviasiyası məktəbi və Xəzər dəniz donanmasının
dəstəyi, iki zirehli qatarın və bir zirehli avtomobilin olması həlledici üstünlüyü ələ keçirməyə imkan verirdi.
Mənbələr təsdiq edir ki, Bakıda martın 30-da türk-müsəlman əhalini qırmağa başlayan bolşevik-erməni hissələri
azsaylı silahlı azərbaycanlıların müqaviməti ilə üzləşmişsə də, topların, donanmanın işə salınması və
hidrotəyyarələr vasitəsi ilə
manevr keçirilməsi sayəsində müqaviməti qıra bilmişdilər. S.Şaumyan ağır
texnikanın şəhərdə tətbiqinə bəraət qazandırmağa çalışaraq Moskvadakı havadarlarına yazırdı: "İnqilabi
Müdafiə Komitəsi qarşısında belə bir sual dayanırdı - biz ya əlimizdə bomba hər bir ev uğrunda mübarizə
aparmalı, ya da hərəkəti başqa vasitələrlə dayandırmalı idik".
134
Aprelin əvvəllərində Azərbaycan milli qüvvələri və imam N.Qosinskinin Bakı istiqamətində yürüşünün
qarşısını almaq üçün aviasiya çatışmırdı, çünki
Bakıda mövcud olan hidrotəyyarələr yalnız
sahilyanı ərazidən havaya qalxa bilir, onların
məhdud fəaliyyət radiusu cəbhə xəttinə çatıb geri
qayıtmağa imkan vermirdi. Bu səbəbdən Rusiyaya
müraciət edən Bakı Soveti dərhal istədiklərini
almışdı: Saritsın şəhərindən göndərilən döyüş
aeroplanları döyüşlərdə iştirak etmişdir. Eyni
zamanda Həştərxandan Bakıya böyük silah
partiyası çatdırılmışdı.
135
Lakin Bakı Soveti tərəfindən yeridilən
siyasət (zabit və mühəndis kadrlarına həqarətli münasibət və hətta repressiv xarakterli tədbirlər; Azərbaycan
milli qüvvələrin əlinə keçməsin deyə anbarlarda olan sursatın hərbi hissələrə paylanması və bu hissələrdə
mənasız yerə israf edilməsi; təmir zavod və emalatxanalarının normal iş rejimini təmin edə bilməməsi), hərbi
hissələrdə intizamın zəifliyindən silahların itirilməsi ya vaxtından əvvəl sıradan çıxması, üstəlik, təminat -
təhcizat məsələlərinin həll olunmaması (misal üçün, silahların sıradan çıxmış hissələrini əvəz edəcək qurumların
yoxluğu) texnika və silahlardan səmərəli istifadəyə imkan vermirdi.
1918-ci ilin mayında Bakı Sovetinin
Moskvaya ezam edilən nümayəndə heyəti (başda
Bakı XKS Fövqəladə Komissiyasının sədri
S.M.Ter-Qabrielyan olmaqla) şikayət edirdi ki,
topçu və mühəndis vasitələri çatışmır, pulemyot və
sursat azdır. Halbuki bu dövrdə Qırmızı Ordunun
əsas qüvvəsi sayılan 1-ci korpusda 3 zirehli qatar,
3 pulemyot komandası, 10-dan artıq təyyarə, 12
səhra və 3 dağ topu, 4 mortir var idi. Texnikanı
işlədə bilən kadrları toplamaq üçün mayın 24-də
134
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.60.
135
Дарабади П.Г. Военная помощь Советской России, с. 111.
52
yaradılan Ali Hərbi Şura müxtəlif tədbirlər həyata keçirsə də əhəmiyyətli dönüş yarada bilmirdi. Bakının
itirilməsindən qorxan Sovet Rusiyası Bakı kommunasına əlindən gələn köməyi göstərirdi. Bakıya kömək Rusiya
Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və şəxsən
V.İ.Leninin nəzarətində idi. İyun-iyul aylarında Rusiyadan əlavə olaraq göndərilən böyük sayda silah və sursat
tezliklə Bakıya çatdırıldı.
İyunun əvvəllərində Tula zavodlarından pulemyot, tüfəng və patron alındı. B.Şeboldayev Sovet Rusiyası
hərbi dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə
qüvvəsi olan korpusda 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları, о cümlədən digər silah və texnika
vardı. İyunda Rusiyadan 12 ədəd dörddüymlük top, üç keşikçi gəmisi və üç minadaşıyan gəmi gətirildi.
Həmçinin Bakıya yeni "Nyupor" təyyarələri ilə silahlanmış aviadəstə göndərildi. Bu təyyarələri də gətirən üç
eşelon həmçinin Ter-Qabrielyanın Saratovdan aldığı zirehli avtomobillər, silah - sursat Həştərxanda gəmilərə
yükləndi və iyunun 23-də Bakıya çatdı. Həmin gün Moskvaya teleqram vuran Şaumyan yazırdı: “Əziz Vladimir
İliç! Bu gün, nəhayət, Ter-Qabrielyan gəldi və bizə 4 zirehli avtomobil, 13 aeroplan və tələb olunan çoxlu, çoxlu
sayda sursat çatdırdı. Bütün bunlara görə böyük, çox böyük minnətdarlığımızı bildiririk. Çatışmayan nə var
idisə, aldıq, bütün bunlar bizə xeyir gətirəcək".
Qafqaz İslam Ordusu ilə döyüşlərdə əhəmiyyətli itkilər verən Bakı Soveti qoşunları texniki vasitələrini də
itirirdilər. Misal üçün, iyulun 3-də İvanovka kəndi (indiki İsmayıllı rayonu) yaxınlığında baş vermiş döyüşdə 1
top, iyulun 6-da Gürcüvan kəndi (indiki Ağsu rayonu) yaxınlığındakı döyüşdə 1 top, 1 cəbbəxana arabası, 5
pulemyot, 30 tüfəng, müsəlman əhalinin talanmış əmlakı ilə doldurulmuş 10-15 araba qənimət kimi türk-
azərbaycan döyüşçüləri tərəfindən ələ keçirilmişdi.
İyulun 13-də S.Şaumyan V.Leninə teleqram göndərərək yenə kömək və silah istədi.
136
İyulun
əvvəllərində Həştərxandan Bakı Soveti qoşunlarının avtonəqliyyat dəstəsi üçün 100 pud karbid, həmçinin
Saratovdan böyük silah və sursat partiyası göndərildi. Başda Sovet Rusiyası Dəniz işləri üzrə Xalq
Komissarlığının tapşırıqlar üzrə komissarı V.F.Poluxin olmaqla 170 nəfərdən ibarət dənizçi dəstəsi gəmilərlə
Bakıya gəldi. Dəstə Baltik donanmasından dəniz topları olan üç eşelon və onlar üçün sursat gətirmişdi. İyulun
ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23- 24-də Rusiyadan
Bakıya yeni silah - sursat partiyası çatdırıldı. İyulun 24-də Həştərxandan dördtoplu atlı batareya, daha sonra
silah - sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat,
dərman və sarğı materiallarından ibarət böyük karvan göndərildi. İyulun axırlarında Petrovun başçılığı ilə
Bakının müdafiəsi üçün göndərilmiş yaxşı silahlanmış dəstə şəhərə bir altıtoplu batareya gətirmişdi.
137
Rusiyadan daim silah və sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə döyüşlərdə məğlub
olan Bakı Soveti qoşunlarında ruh düşkünlüyü elə həddə çatmışdı ki, texniki vasitələrlə vəziyyətdən çıxmaq
mümkün deyildi.
Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da əldə olan böyük silah və sursatdan
yararlanmağa çalışırdı. Bolşeviklərdən fərqli
olaraq keçmiş çar ordusunun zabitlərinə
arxalanan bundan da çox ingilis qoşunlarının
köməyinə
bel
bağlayan
Sentrokaspi
Diktaturasının hərbi liderləri aviasiyadan,
hərbi
donanmadan,
zirehli
qatar
və
avtomobillərdən,
eləcə
də
artilleriya
sistemlərindən daha bacarıqla istifadə edir,
texnikanın
bütün
imkanlarından
yararlanmağa
çalışırdılar.
İngilis
təlimatçılarının köməyi, bir çox hallarda isə
birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan
işlərə öz təsirini göstərirdı. Bununla belə,
vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı.
Aviasiya. Hələ 1915-ci il noyabrın 22-də təntənəli şəraitdə Bakı dəniz aviasiyası zabit məktəbinin açılışı
oldu. Belə ki, I Dünya müharibəsinin erkən mərhələsində dənizçi aviator kadrlarına ehtiyacı ödəmək üçün
Petroqrad dəniz aviasiyası məktəbinin Bakı filialını yaratmaq planlaşdırılmışdı. Müasir avadanlığın gətirilməsi,
yerli icra strukturlarının köməyi ilə yaşayış və təlim binalarının, təsərrüfat tikililərinin inşası nəticəsində filial
tədricən öz anqarları, apparelləri, emalatxanaları, qaraj və meteostansiyası olan müstəqil məktəbə çevrildi. 1916-
cı ilin aprelinədək məktəbdə 40 zabit və 20-dən artıq aşağı çinli təyyarəçi hazırlanmışdı. Müəllim və
təlimatçıların yüksək peşəkarlığı sayəsində məktəbin yetirmələri imperiyanın bütün donanmalarında yaxşı
136
Дарабади. П.Г. Военная помощь Советской России, с.110-113.
137
Yenə orada, с.112.
53
qarşılanırdılar, təlim prosesində isə cəmi üç qəza hadisəsi baş vermişdi (bir ədəd M-10 təyyarəsi uçuş üçün
yararsız olmuş, iki M-5 təyyarəsi isa tam dağılmışdı).
138
Məktəbin 20-yədək hidrotəyyarəsi var idi. Əsas təyyarə parkı səkkiz ədəd M-5 tipli təyyarədən, iki M-9
və bir ədəd M-30 təyyarəsindən təşkil olunmuşdu. Onlardan başqa burada sınaq təyyarələri də vardı. Bakı
məktəbində yüksək ixtisaslı kadrların olması burada təlimlərlə bərabər yeni təyyarələrin sınaq uçuşlarını da
keçirməyə imkan verirdi. Məktəbdə D.Qriqoroviçin M-9 hidrotəyyarəsi sınaqdan keçirilmiş və bu təyyarə
tədricən M-5-ləri əvəz etməyə başlamışdı. D.Qriqoroviçin M-12 qırıcı və M-15 kəşfiyyatçı hidrotəyyarələri də
Bakıda sınaqdan keçirilmiş, silahlı qüvvələrə qəbul ediləndən sonra hər təyyarədən iki ədədi burada
saxlanmışdı. Bakı aviasiya məktəbinin emalatxana müdiri E.K.Engels bir neçə yeni təyyarə növü icad edərək
yığmış, lakin 1916-cı il dekabrın 5-də növbəti sınaq zamanı həlak olmuşdu. Bundan başqa A.Y.Villişin VM-2
və VM-4 hidrotəyyarələri də Bakıda sınaqdan keçirilmişdi. İstər Engelsin, istərsə də Villişin təyyarələrinin
aqibəti, onların 1918-ci il döyüşlərində iştirak edib-etməməsi barədə məlumat yoxdur.
139
Məktəbin hidrotəyyarə parkını ixtiraçı mühəndis D.P.Qriqoroviçin M-5 hidrotəyyarələri təşkil edirdi (M-
5 təyyarələri Petroqradda S. Şetininin zavodunda istehsal edildiyindən Azərbaycan Mərkəzi Dövlət Tarix
Arxivində qorunan bir çox sənədlərdə "Şetinin təyyarələri" adlandırılır). Bir mühərrikli, iki yerli bu təyyarələr
havada olduqca dayanıqlı və təhlükəsiz idi, bu isə təlim uçuşlarının əsas şərti sayılırdı. "M-5" hidrotəyyarəsində
mühərrikin gücü, təyyarənin ağırlığı, qanad-ların sahəsi elə münasib seçilmişdi ki, "uçan qayıq" həm havada,
həm də dənizdə çox sadə idarə olunurdu. Gövdənin forması təyyarəyə hündürlüyü 0,5 m olan dalğalardan da
havaya qalxmağa imkan verirdi. 100 at gücündə olan mühərrik zəif olduğundan təyyarə bir pulemyot və bir neçə
yüngül bomba götürür və kəşfiyyat təyyarəsi kimi istifadə edilirdi. 3300 m hündürlüyə qalxan, 3,5- 4 saat
havada qala bilən təyyarə əsasən dənizyanı ərazilərdə istifadə edilirdi. Bakı Soveti qoşunları, sonra isə
Sentrokaspi Diktaturası tərəfindən fəal istifadə edilən M-5 təyyarələrindən biri hal-hazırda İstanbulda hava
muzeyində nümayiş etdirilir.
140
D.P.Qriqoroviçin M-9 hidrotəyyarəsi M-5-in növbəti inkişaf mərhələsi idi. 3300 m hündürlüyə qalxa
bilən, 5 saat havada qalan təyyarə etibarlılığı ilə seçilirdi. 150 at gücündə olan mühərrik 3 nəfər heyət, bir
pulemyot və bir neçə yüngül bomba (1610 kq yük) götürməyə imkan verirdi. Bakıda olan iki M-9-dan biri
Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə istifadə edilib. Məhz bu təyyarə ilə hidroplanlar sırasında ilk dəfə
havada dairə cızma ("myortvaya petlya") əməliyyatı həyata keçirilmişdi. "M-5" və "M-9" hidroplanlarının zəif
tərəfi az sürətə (100-110 km/s) malik olması idi. M-12 və M-15 təyyarələrindən Qafqaz İslam Ordusuna qarşı
döyüşlərdə istifadə edilməsi barədə məlumat yoxdur, ehtimal ki, müasir tipli bu təyyarələr 1917-ci ilin
əvvəlində Petroqrada aparılıb, çünki məktəbdə 1917-ci ilin aprel ayından hissə-hissə Petroqrada köçürülməyə
başlandı.
141
Martın 31-də erməni-bolşevik qüvvələrinin 1-ci beynəlmiləl alayı və 36-cı Türküstan alayının
hücumunu dəstəkləmək üçün havaya 1 hidroplan qaldırılmışdı. Bununla belə, sənədlərdə Qafqaz İslam
Ordusuna qarşı döyüşlərdə məktəbin texnikasından istifadə edilməsi barədə məlumatlar var. Bu qurum bolşevik
sənədlərində "təyyarəçilər məktəbi", Sentrokaspi Diktaturasının sənədlərində isə "hidroaviasiya divizionu"
adlandırılır.
Hidroaviasiya havaya dənizdən qalxdığı üçün əsasən sahilyanı əraziləri nəzarət altında saxlaya bilirdi.
Aprelin 2-də imam Qosinskinin dəstələri Bakıya yaxınlaşdıqda S.Şaumyan Saritsından doyüş aeroplanları istədi.
Döyüş başlayanadək aeroplanlar gəlib çatdı. Tezliklə
Rusiyadan Bakı Sovetinin qırmızı ordusunun Gəncə
üzərinə yürüşünü dəstəkləmək üçün adi
aerodromdan qalxa bilən aeroplanlar göndərildi.
1918-ci
ilin mayına Qırmızı Ordunun 1-ci
korpusunda 10-dan artıq təyyarə var idi. İyunda
Bakıya yeni "Nyupor" təyyarələri ilə silahlanan
aviadəstə göndərildi. Bu təyyarələri gətirən üç eşelon
Bakıya iyunun 23-də çatdı. Həmin gün
S.Şaumyanın V.Leninə göndərdiyi teleqramdan
aydın olur ki, eşelonla 13 aeroplan gətirilibmiş.
İyulun ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat, ehtiyat hissələri və silah göndərildi.
"Nyupor-17" qırıcı təyyarələri Antanta ölkələri silahlı qüvvələrində ən çox istifadə olunan təyyarə olmaqla
bərabər, I Dünya müharibəsinin ən uğurlu qırıcısı hesab olunurdu. Q.Delyaj tərəfindən yaradılan "Nyupor-17"
biplanı optimal aerodinamik forma, az çəki hesabına maksimal çeviklik və böyük sürətə malik idi. Aşağı
138
Маслов М. Русские самолеты. 1914-1917 г. Москва, 2006, с. 26.
139
Маслов М. Русские самолеты, s.79-81.
140
Yenə orada, s.25-26.
141
Маслов М. Русские самолеты., с.27-31.
54
qanadın ensiz olması pilot kabinəsindən görünüşü daha aydın edirdi. "Nyupor-17" pulemyotlardan başqa bir
neçə yüngül bomba da götürmək iqtidarında idi.
142
Qafqaz İslam Ordusunun sərəncamında təyyarələrin olmaması bolşevik aviasiyasını təhlükəli qüvvəyə
çevirirdi, lakin Bakı Sovetinin hərbi rəhbərliyi bundan kifayət qədər yararlana bilmədi. Belə ki, hidrotəyyarə və
aeroplanların sayı uçmağı bacaran təyyarəçilərin sayından çox idi (Bakı Sovetinin apardığı siyasət nəticəsində
çar ordusunun zabitləri kimi pilotlar da "sinfi düşmən" qismində təqib olunmuş, bu isə 1918-ci ilin yay
döyüşlərində özünü büruzə vermişdi). Üstəlik, I Dünya müharibəsinin cəbhələrində ingilis təyyarələrinə qarşı
döyüş aparmaq təcrübəsi olan türk hərbi hissələri havadan hücum zamanı vahiməyə düşmür, əksinə, atıcı
silahlardan açılan atəşlə düşməni uzaqlaşdırırdılar. Nəticədə erməni-bolşevik aviasiyası qarşısına qoyulan
tapşırıqları yerinə yetirə bilmirdi. Təyyarələr ardıcıl olaraq təkcə iyulda uçuşlar etmişdi; bu zaman Hacıqabuldan
qalxan 2 təyyarə, demək olar ki, hər gün Salyan istiqamətində vuruşan türk-Azərbaycan döyüşçülərini
bombalayır vo ya kəşfiyyat aparırdı.
143
Sentrokaspi Diktaturasının hərbi rəhbərliyi aviasiyaya xüsusi önəm verirdi. Çar ordusunun aviasiyasında
xidmət etmiş pilotlar orduya çağırılmış, ingilislərin köməyi ilə hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsi
aviadivizionu təşkil edilmişdi.
Artıq avqustun 1-də Sentrokaspi Diktaturası döyüşlərdə 3 təyyarə istifadə etmişdi. Getdikcə aviasiyanın
tətbiqi genişlənirdi. Təyyarələr kəşfiyyat uçuşları aparır, bombalar atır, imkan olduqda pulemyot atəşi ilə
qoşunların əməliyyatlarını dəstəkləməyə çalışırdı. Qafqaz İslam Ordusunun 1918-ci il avqustun 5-də Bakıya
hücumunun qarşısını almaq üçün hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsinin, demək olar ki, bütün
təyyarələri havaya qaldırılmışdı. Avqustun 7-si və 8-də Gəncə istiqamətindən Bakı ətrafına yeridilən türk-
Azərbaycan qoşunlarının cəmləşməsinin qarşısını almaq üçün təyyarələr Ələt stansiyası və dəmir yollarını
bombalayırdı.
144
Hər dəfə atəşlə qarşılanan təyyarələr istədiklərinə nail ola bilmirdi. Döyüşdə zədələnmiş
aeroplanlar tezliklə təmir edilirdi, çünki Kuban təyyarə dəstəsinin "Nyupor"ları ingilislərin özləri ilə gətirdikləri
"Nyupor"lardan az fərqlənirdi. Lakin hidroaviasiya divizionunun təyyarələrini bərpa etmək olmurdu, çünki
onların ehtiyat hissələri yalnız Petroqradda istehsal edilirdi. Döyüşə yararlı təyyarələrin sayı tədricən azalırdı.
Uçuş meydançası Bakının Ermənikənd adlanan hissəsində salınmışdı.
Avqustun 10-da Ələt - Puta arasında türk-Azərbaycan hissələrinin sərrast atəşi ilə bir təyyarə vurularaq
məhv edildi.
145
Sentrokaspi Diktaturası və ingilis komandanlığının avqustun 27-nə planlaşdırdığı, lakin həyata keçirə
bilmədiyi birgə irimiqyaslı əks-hücum əməliyyatında hidroaviasiya divizionu və Кuban aviadivizionu fəal
iştirak etməli idi.
Avqustun sonlarında Sentrokaspi Diktaturasının cəmi iki hava maşını, ingilislərin də elə bu qədər
təyyarəsi döyüşdə iştirak edə bilərdi. Ordunun digər təyyarələri təmirə qoyulmuşdu. General Denstervilin
qeydləri göstərir ki, avqust-sentyabr döyüşlərində ingilis və Sentrokaspi qoşunlarının əməliyatlarını "iki rus
hidroplanı və iki bizim (ingilis) təyyarə" dəstəkləyirdi. ''Düşmənin hava qüvvələrinin olmaması bizim böyük
üstünlüyümüz idi. Lakin sentyabr ayında Bakıda güclü isti küləklər və şimal küləyi əsdiyindən hava
kəşfiyyatının istifadə edə biləcəyimiz üstünlükləri meteoroloji şəraitə görə heçə endirildi".
146
Sentyabrın 1-də Balaxanı yaxınlığında türk-Azərbaycan hissələrini bombardman etmək istəyən bir
təyyarə vuruldu və Salyan qışlaları (kazarmaları) yaxınlığında yerə çırpıldı.
147
Bu hadisədən sonra təyyarələrin
tətbiqi əhəmiyyətli dərəcədə azaldı, onlardan əsasən kəşfiyyat uçuşları üçün istifadə edildi. Yalnız sentyabrın
12-də bir ingilis təyyarəsi Binəqədi istiqamətində türk-Azərbaycan qoşunlarını bombalamağa cəhd göstərdi.
Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilislərin hərbi hissələrini iki aeroplan dəstəkləyirdi.
14 sentyabr döyüşlərinin gedişinə toxunan general Denstervil yazır ki, "iki aeroplan hücum edən türkləri
pulemyotlardan atəşə tutur və bombalar atırdı". Daha sonra ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğunu
bildirən general etiraf edir: "türk güllələrinin deşik-deşik elədiyi iki aeroplanı, sıradan çıxardıq". Başqa sözlə
desək, əvvəlki uçuşlar zamanı türk-Azərbaycan qoşunlarının atəşləri ilə qarşılanan ingilis təyyarələri
vurulmasalar da, elə zədələr almışdılar ki, ingilislərin və ya onların tərəfkeşlərinin (misal üçün, Muğan
qiyamçılarının) nəzarəti altında olan əraziyə uçub çata bilməzdilər. Bu səbəbdən ingilislər onları yararsız hala
gətirib Bakıda qoymağa məcbur oldular.
Nəhayət, türk-Azərbaycan qoşunları tərəfindən Ermənikənddəki uçuş meydançasının ələ keçirilməsi
Sentrokaspi Diktaturası aviasiyasının varlığına son qoydu. Burada uçuşa yararsız vəziyyətdə olan 2 təyyarə
qalmışdı.
142
Корсун. Кавказский фронт, с.561.
143
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250-251.
144
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.303
145
Yenə orada, s.304.
146
Денстервиль, с. 117.
147
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.317-318.
|