Silah növləri. QİO tərkibində olan zirehli qatar ("B tipli"), rus topları (76,2 mm-lik səhra və dağ topları),
rus pulemyotları ("Maksim"dəzgahlı pulemyotları), rus tüfəngləri ("üç xətli Mosin tüfəngləri" və onların
növləri) Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunlarında olan müvafiq tipli silahlarla eyni göstəricilərə
malik idilər. Azərbaycan hissələrinin soyuq silahları 1913-cü il süvari qılıncı, 1913-cü il zabit şaşkası (Qafqaz
növü), 1913-cü il zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il
nümunəli topçu hissələrinin əsgər xəncəri, 1909-cu il zabit palaşı, 1910-cu il kazak növlü zabit şaşkası,
həmçinin milli xəncər və şaşkalardan ibarət olmuşdur.
QİO-ya aid sənədlərdə aşağıdakı Osmanlı artilleriya sistemlərinin adları göstərilir: "Şnayder topları",
"105 mm-lik səhra qaubitsası", "105 mm-lik Şkoda dağ qaubitsası", "Krupp dağ topu", "Qüdrətli toplar".
Osmanlı qoşunlarının artilleriya silahları sırasında “Şnayder topları” nın adlarına bir neçə yerdə rast
gəlinir. Fransanın Şnayder şirkətinin istehsalı olan bu toplar sırasında ən geniş yayılanı və hələ müharibədən
əvvəl istehsal olunmağa başlayan "105 mm-lik (4,13 düymluq)
Şnayder topu" idi. Bir sıra yenilikləri sırasında lülənin çıxararaq
lafetdən ayrı daşına bilməsi onu adi arabada uzaq məsafələrə
aparmaq imkanı verirdi. Ehtimal ki, bu toplar Osmanlı ordusu
tərəfindən qənimət kimi Mesopotamiya və Fələstində ələ keçirilmiş və ya Almaniyanın Fransada ələ keçirdiyi
qənimətlər sırasında Osmanlı dövlətinə verilmişdi.
Qafqaz İslam Ordusunun Osmanlı hissələrinin artilleriya silahları sırasında "105 mm-lik səhra
qaubitsası"na rast gəlinir. Almaniyanın istehsalı olan 1898/99 il nümunəli 105 mm-lik səhra qaubitsası о dövr
üçün tipik quruluşa malik olmuşdur. Digər qaubitsalara nisbətən yüngül və çevik olan bu qaubitsa döyüş zamanı
asanlıqla mövqeyini dəyişdirir, təkcə açıq ərazidə deyil, təbii və süni maneələr arxasında gizlənən düşməni
məhv etməyə imkan verirdi.
"105 mm-lik Şkoda dağ qaubitsası" adından göründüyü kimi Çexiyanın Şkoda zavodlarında istehsal
olunan silahlara aid olmalıdır. Bu zavodların Avstriya-Macar
ordusu üçün silah istehsal etdiyindən belə qənaətə gəlmək olar ki,
belə qaubitsanı məhz Avstriya-Macar artilleriya sistemləri
sırasında axtarmaq lazımdır. Doğrudan da, potensial hərbi
əməliyyatlar teatrının böyük hissəsini dağlıq ərazilər təşkil edən
Avstriya-Macar dövləti dağ topları və qaubitsalarının istehsalına
böyük diqqət yetirirdi. Osmanlı dövlətinin silahlarının Osmanlı
ordusunda istifadə edilməsi normal hal idi. Lakin axtarışlarımız göstərdi ki, I Dünya müharibəsi dövründə
Avstriya – Macar ordusunda “105 mm-lik Şkoda dağ qaubitsası” deyil (belə artilleriya sistemi heç vaxt mövcud
olmamışdır), "75 mm-lik Şkoda dağ qaubitsası" istifadə edilmişdir. Hesab edirik ki, sənədlərdə Osmanlı
artilleriya sistemləri 105 mm-lik Şnayder, 105 mm-lik səhra qaubitsası (Almaniya) göstərilərkən Şkoda
qaubitsasının çapı mexaniki olaraq 75 mm əvəzinə 105 mm yazılmışdır. Azərbaycan Tarixi Muzeyinin Osmanlı
silahları kolleksiyasında osmanlı topuna aid iki 75 mm-lik qaubitsa üçün nəzərdə tutulmuş mərminin qorunması
da məhz 75 mm-lik qaubitsaların olmasını dolayısı ilə təsdiqləyir.
75 mm-lik Şkoda dağ qaubitsası sökülüb-yığılan ayrı-ayrı modullardan ibarət olmuş, bu isə onun atlar və
ya qatırlar vasitəsi ilə dağlarda daşınmasını asanlaşdırmışdır. Digər dağ top və qaubitsalarından fərqli olaraq
320
АТАСЕ, К.3821, д.15, ф.57.
104
Şkoda dağ qaubitsasının lüləsinin qaldırılıb endirilmə bucağı olduqca böyük idi - 56°, bu isə onu sıldırımlı
dağlar və küçə döyüşlərində (evlərin yuxarı mərtəbələrinə atəş açmaq lazım gəldikdə) əvəzsiz edirdi.
QİO-nun Osmanlı komandanlığının əmrlərində "Krupp dağ topu" ifadəsinə rast gəlinir. Sənədlərdə
"Qüdrətli toplar"adı ilə hansı topların nəzərdə tutulması bizim üçün qaranlıq qalmışdır.
М1903 növlü osmanlı tüfəngi QİO-nun piyada hissələrinin əsas silahı idi. Bu növ tüfənglərin əsası
Belçikanın Mauzer sistemli sandıqlı tüfəngi olmuşdur, lakin Osmanlı ordusunda tətbiq edilən tüfəng Almaniya
ordusunun "Mauzer 98" tipli tüfəngi əsasında düzəldilirdi. Dövrün ən mükəmməl atıcı silahlarından olmuş bu
tüfəngin çapı 7,65 mm, uzunluğu 1240 sm (süngü ilə birlikdə 1750 mm), çəkisi 3,9 kq (süngü ilə birlikdə 4,4
kq) idi, sandığa 5 patron qoyulurdu. Bu tüfənglərə М1903 növlü süngü (tiyənin uzunluğu 527 mm) taxılırdı.
321
Süvari qılıncının tiyəsinin üzərində müharibə rəmzləri (dəfnə çələngi arasında qılınclar, yay-oxlar) həkk
olunmuş, həmçinin istehsal olunma yeri (Almaniyanın Zolingen hərbi zavodu) qeyd edilmişdi.
MATM-ın kolleksiyasında qurunan və osmanlı zabitlərinin silahlarından olan “Parabellum, model 08"
növlü tapança 1914-1917-ci illərdə Almaniya istehsalı modifikasiyasına aiddir. Tapançanın çapı 9 mm,
uzunluğu 217 mm, çəkisi 890 qram idi, sandığa 8 patron qoyulurdu. Digər zabit silahı, "Mauzer, model 1896"
növlü tapança rəsmən heç bir dövlət tərəfindən qəbul olunmasa da, I Dünya müharibəsində iştirak etmiş bir çox
dövlətlərin zabitləri tərəfindən istifadə edilirdi. Almaniya istehsalı olan bu tapançanın çapı 7,63 mm, uzunluğu
276 mm, çəkisi 1,1 kq idi, sandığa 10 patron qoyulurdu.
322
Xayrem S.Maksimin pulemyotları sırasında Almaniyada istehsal edilən növlər xüsusi yer tutur. Türkiyəyə
bu pulemyotun MG.09 növü satılırdı (kalibr 7,65 mm).
323
Xüsusi xizəkli dəzgahı olan bu pulemyot Rusiya
istehsalı olan pulemyotdan cüzi fərqlənirdi. Bu dəzgahlı pulemyot əsasında MG 08\15 əl pulemyotu istehsal
edilirdi. Eyni quruluşa malik olan bu pulemyotun ayrı-ayrı detallarının çəkisi azaldılmış və bunun hesabına
pulemyotun ümumi çəkisi azaldılmışdır. Pulemyot Antanta ölkələrinin əl pulemyotlarından ağır idi.
324
Osmanlı qoşunlarının "Alman növlü" əl qumbaraları əsasən canlı qüvvəyə qarşı istifadə edilir, 0,820 kq
çəkiyə malik idilər. Ehtimal ki, döyüşlərdə rus əl qumbaralarından da istifadə edilirdi.
321
Жук А.Б. Стрелковое оружие. Москва, 1992, с. 500, 507, 670
322
Жук А.Б. Стрелковое оружие, с. 233, 235, 291, 295.
323
Федосеев С. «Максимы» - германская линия //Оружие, № 12, 2007, с.8-10.
324
Федосеев С. «Максимы» - германская линия //Оружие, № 1, 2008, с.11-12.
105
6. Tərəflərin məqsəd və planları
6.1.Qırmızı Ordu komandanlığının
məqsəd və planları
1918-ci ilin iyununda hücuma başlayan Qırmızı Ordu qarşısında konkret məqsədlər qoymuşdu. Bu,
mövcud şəraiti nəzərə almaqla Bakı Soveti rəhbərliyinin siyasi iradəsini həyata keçirməkdən ibarət idi. Qırmızı
Ordu Bakı-Yelizavetpol (Gəncə) istiqaməti ilə irəliləməli, hücum əsasən dəmir yolu boyunca təşkil edilməli idi.
Qeyd etmək lazımdır ki, dəmir yolu boyunca hücum təsadüfi element olmamışdır. Rusiyada genişlənməkdə olan
vətəndaş müharibəsinin ilkin mərhələsinin əsas döyüş əməliyyatları forması kimi qiymətləndirilən "eşelon
müharibəsi" tərəflər arasında bütöv cəbhə xəttinin olmaması şəraitində meydana çıxmışdı. Vuruşan tərəflərin
vahid ön və arxa cəbhələri yox idi, qoşunların say tərkibi geniş ərazilərdə döyüş aparmağa imkan vermirdi.
Əməliyyatların dəmir yolu boyunca aparılması aşağıdakı üstunlükləri təmin edirdi:
arxa cəbhədən döyüşən hissələrə ehtiyat qüvvələri və təminat vasitələrinin tez
çatdırılması, dəmir yolu xətləri boyunca çəkilmiş teleqraf (bəzi yerlərdə telefon)
xətləri vasitəsi ilə qoşunların idarə olunması. Bu səbədən döyüşlər əsasən dəmir
yolu xətləri, boyunca yerləşən yaşayış məntəqələri uğrunda aparılır, əsasən zirehli
qatarlardan istifadə edilirdi. Döyüşlərin gedişində taktiki məqsədlər bu və ya digər
dəmir yolu stansiyası, bəzən isə dəmir yolu qovşağının ələ keçirilməsi, dəmir yolu
körpülərinə nəzarətin təşkil edilməsi ilə şərtlənirdi.
325
Döyüş əməliyyatlarının
gedişində qoşunlarının sayının artması, onların araba və avtomobillərlə təmin
edilməsi, süvari hissələrin piyada hissələrə nisbətən saylarının artırılması, təminat
məsələlərinin yaxşılaşdırılması döyüş əməliyyatları aparılan ərazilərin genişlənməsi
və onların tədricən dəmir yolu xətlərindən uzaqlaşmasına səbəb olurdu
Bolşeviklərin vətəndaş müharibəsində "eşelon müharibəsi"nə üstünlük verməsinin
bir səbəbi də dəmir yolu qovşaqları olan şəhərlərdə fəhlələrin çoxsaylı olması və bu
fəhlələrin bolşeviklərin dayağı olmasından irəli gəlirdi. 1918-ci ilin yayında
başlanan hüсumun əsas istiqamətinin dəmir yolu boyunca həyata keçirilməsi təsadüfi seçim olmamışdır.
Plana əsasən, eşalonlar L.Bİçeraxovun dəstəsilə birləşəndən sonra Kürdəmir-Yevlax-Gəncə, Şamaxı-Göyçay-
Kaxetiya-Tiflis istiqamətlərində yürüş təşkil edilməli idi. Yelizavetpol quberniyası və Gürcüstanda yaşayan
ermənilər Qırmızı Ordu yürüşə başlayan kimi üsyan qaldırmalı və rəqib arxasında ikinci cəbhə açmalı idilər.
Əməliyyatların uğurlu gedişi və Qırmız Ordunun Gəncəyə yaxınlaşması ilə erməni dəstələrinə başçılıq edən,
müsəlman kəndlərinə hücumlar təşkil edən Andronik öz qüvvələri ilə Zəngəzurdan Qarabağa, oradan isə
Yevlaxa yürüş həyata keçirməli idi.
Tərtib edilmiş plan Bakı Sovetinin bolşevik rəhbərləri, eləcə də Bakı Soveti, "Daşnaksutyun" partiyası və
Erməni Milli Şurasının rəhbərlərinin məqsədlərinə tam cavab verirdi. Azərbaycan
xalqının öz müqəddəratını həll etmək istəyini inqilabi Rusiyaya qarşı xəyanət kimi
qarşılayan, "Müsavat”ın sosial bazasının məhv edilməsinə can atan bolşeviklər bu
yolda ermənilərin timsalında müttəfiq tapmışdılar. 1918-ci ilin mart-may aylarında
Bakı quberniyasında azərbaycanlıların məhv edilməsini nəzərdə tutan planın
həyata keçirilməsində qazanılmış uğurlar bolşevik-erməni cütlüyünün Gəncə,
sonra isə Tiflis istiqamətində yürüşünün uğurla həyata keçiriləcəyinə ümid
bəsləməyə əsas verirdi. Azərbaycan milli hərbi qüvvələrinin zəifliyi və tam
formalaşmaması, ZK və Seyminin azərbaycanlıların problemlərinə biganə
münasibəti ciddi müqavimətin olmayacağı təsəvvürünü yaradırdı.
Bakı neftinə sahib olmaq üçün istənilən qüvvə ilə birləşməyə hazır olan
Rusiyanın bolşevik hökumətinin Bakı Sovetinin bütün plan və tədbirlərini
dəstəkləməsi mümkün itkilərin sürətlə bərpa edilməsinə ümid doğururdu. Bakı
neftinə olan ehtiyac Sovet Rusiyasının siyasi rəhbərliyini S.Şaumyan və onun əlaltılarının Bakı quberniyasında
törətdiyi cinayətlərə göz yummağa vadar etmişdi. Ehtimal etmək olardı ki, Rusiya kifayət qədər neftlə təmin
olunduqda növbəti cinayətlərə də göz yumulacaqdı.
Beləliklə, bolşeviklər tərəfindən 1918-ci ilin yayında hazırlanmış plan istər hərbi, istər hərbi-siyasi, istərsə
də siyasi baxımdan düşünulmüş olduğundan, mövcud qüvvələr onu həyata keçirməyə qadir idi.
325
Гражданская война. Энциклопедия, с.675.
106
6.2. Sentrokaspi Diktaturası komandanlığının
məqsəd və planları
Sentrokaspi Diktaturasına gəldikdə, ehtimal ki, onun xüsusi hərb planları olmamışdı. Belə ki, avqustun 1-
də fəaliyyətə başlayan qurum ağır reallıqla üzləşmişdi: Qafqaz İslam Ordusu Bakının həndəvərində idi, onun
qarşısını almaq üçün Diktaturanın öz qoşunları yoxdu. Bakı Sovetindən "miras" qalmış qoşunlarda ermənilərin
sayı artmışdı (Biçeraxov öz qoşunları ilə cəbhə xəttindən çəkilmiş, 3 min nəfər bolşeviк döyüşçüsü Bakıda
meydanlarının birində düşərgə quraraq Diktaturanın əmrlərinə tabe olmurdu). Diktaturanı təşkil edən qüvvələr
keçmiş imperiyanı əvvəlki sərhədlərində saxlamaq uğrunda mübarizə aparır, bu səbəbdən azərbaycanlıların
fəaliyyəti separatçılıq kimi qəbul edilərək rədd olunurdu. Uzunmüddətli hərbi manevrlər üçün qüvvələri və
bacarıqları olmayan Diktatura ingilislərin köməyi ilə Bakını QİO-dan qorumağı planlaşdırır, sonra isə, ehtimal
ki, “Vahid və bölünməz Rusiya uğrunda" mübarizə aparan Denikinlə əlaqə saxlayacaq və onu Bakıya dəvət
edəcəkdirlər (hər halda, Biçeraxovla aparılan danışıqlar və 1919-cu ildə keçmiş Diktatura üzvlərinin fəaliyyəti
belə etimalı irəli sürməyə əsas verir). Qeyd etmək lazımdır ki, bolşeviklərin hakimiyyəti devrilib Sentrokaspi
Diktaturası qurulanda qoşunların etnik tərkibində elə də böyük dəyişikliklər baş vermədi. Əvvəlki kimi,
qoşunlarda erməni hissələri üstünlük təşkil edirdi. Qatı bolşeviklər istisna olmaqla digər komandirlər öz
vəzifələrində qaldılar.
6.3. Ġngilis komandanlığının məqsəd və planları
Bakını elə keçirmək Böyük Britaniya siyasi rəhbərliyinin çoxdankı arzusu idi. İstər bu dövrdə, istərsə də
sonrakı dövrlərdə hazırlanmış planlar sübut edir ki, İngiltərənin aşağıdakı məqsədləri olmuşdur: Bakı
neftinə və
onun Avropaya nəqli marşrutlarına nəzarət etmək; Bakı limanına sahib olmaqla bütün Xəzər dənizinə nəzarət
edən donanma yaratmaq; düşmən Osmanlı dövləti ilə əlaqələr qurmuş və müttəfiq olmuş qurumları (o
cümlədən Azərbaycan Xalq Cümhuriyyətini) ləğv edib əvəzində Cənubi Qafqaz və Orta Asiyada ingilismeylli
xırda dövlət qurumlarından antirus və antibolşevik zolaq təşkil etmək. Bu qlobal məqsədlərin həyata keçirilməsi
1917-ci ildə hazırlanmış və icrası general Denstervilə
tapşırılmış planın reallaşdırlmasından asılı idi. Generalın
yazılarından aydın olur ki, hadisələrə müdaxilə etmək üçün
kifayət qədər qüvvəsi olmayan ingilis hərbi komandanlığı
Gürcüstana təlimatçılar göndərərək rus, gürcü və erməni hərbi
hissələrini yenidən təşkil etməklə "türk-alman təhlükəsinə
qarşı'' mübarizə aparmaq niyyətində idi. Təlimatçıların rəhbəri
Denstervil olmalı idi. Generalın qeydləri göstərir ki, onlar
"Osmanlı ordusunun yorğunluğu və az ehtiyatlara malik
olması", gürcü və ermənilərin isə "öz torpaqlarını
qoruduqlarına görə böyük ruh yüksəkliyi ilə vuruşacağına" və
bütün əməliyyatları təmin edəcək "ingilis qızılına" ümid edirdilər. Lakin real vəziyyəti öz gözləri ilə görən
general Denstervil Gürcüstana keçməyə imkan tapmadı və planları dəyişdi. O, mövcud qarışıqlıqdan,
bolşeviklərin nüfuzunun düşməsindən istifadə edərək Bakıda möhkəmlənmək, əsasən ermənilərdən təşkil edilən
qoşunları silah və təlimatçılarla təmin edərək QİO-nu geri oturtmaq fikrinə düşdü. Təbii ki, onun bu planı
komandanlıq tərəfindən dəstəklənmişdi, çünki Mesopotamiya və Hindistandan Denstervilin tabeçiliyinə əlavə
qüvvələr, zirehli avtomobillər, top hissələri, aviasiya göndərilmişdi. Avantüra xarakterlı plan QİO-nun
tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azər-baycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə,
erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə
gücünə arxalanırdı. Lakin elə ilk döyüşlər göstərdi ki, torpaqlarının azadlığı uğrunda vuruşan və mart
soyqırımının qurbanlarının qanını yerdə qoymamağa can atan azərbaycanlılar, onlara dəstək olan və qardaş
xalqın azadlığı yolunda canlarını qurban verən türklər qəhrəmanlıqla vuruşurlar. Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti olmazın çətinliklərlə, iqtisadiyyatın tənəzzülə uğradığı şəraitdə QİO-nu canlı qüvvə,
nəqliyyat vasitələri və ərzaqla təmin edir, müttəfiq Almaniyanın ikiüzlü siyasətindən hiddətlənən Ənvər paşa
tam qələbə çalanadək vuruşmaq əzmini nümayiş etdirirdi. İngilislərin müttəfiq düşərgəsində isə, general
Denstervilin sözləri ilə desəк "erməni koloniyası və bolşeviklər QİO-nun hücumuna qarşı vuruşurdular.
Ermənilərə nifrət bəsləyən gürcülər onlara kömək etmirdilər... Biz onlara nə ilə kömək edə bilərik? Mənim
107
fikrimcə, bu mümkün deyil. Təkcə qoşunlar qayda-qanunu bərpa edə bilər, bizim isə qoşunlarımız yoxdur...".
Nəticədə Denstervil yeni plan tərtib edir. Bu planı öz qeydlərində aşağıdakı şəkildə göstərmişdir: "Onlar tam
əldən düşənədək bir-birilərini öldürməkdə davam etməlidirlər, bəlkə onda biz orada qayda-qanun yarada bildik".
Başqa sözlə desək, ingilis qoşunları evakuasiya edilir, lakin QİO-ya qarşı vuruşan qüvvələri dəstəkləyir ki,
döyüşlər davam etsin və tərəflər bir-birlərini elə zəiflətsinlər ki, ingilislər yenidən Bakıya qayıda bilsinlər.
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin
sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını
nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan
(1917-ci ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir):
Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının
qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin
avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir):
ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat,
təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.
6.4.Qafqaz Ġslam Ordusu komandanlığının
məqsəd və planları
Qafqaz İslam Ordusunun komandanlığının hərbi planları siyasi məqsədlərlə şərtlənirdi. Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin aşağıdakı məqsədi var idi: düşmənin kimliyindən asılı olmayaraq bolşevik-erməni
və ya ingilis-erməni) işğal edilmiş əraziləri azad etmək, Bakının azad
edilməsindən sonra paytaxt şəhəri olduğundan ölkəni idarə edəcək
qurumları orada təşkil etmək, Azərbaycanın ərazi bütövlüyü və
müstəqilliyini təmin etmək üçün milli ordunu təşkil etmək. Osmanlı
dövlətinin siyasi planları müxtəlif təsirlərlə üzləşsə də
326
əsasən
dəyişilməz qalmışdır: Azərbaycan hökumətinin dövlət və ordu
quruculuğu, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün təmin
edilməsi sahəsindəki fəaliyyətini dəstəkləmək, 1918-ci il 4 iyun
müqaviləsinin bütün şərtlərini tam həyata keçirmək). Azərbaycan,
Gürcüstan və Osmanlı dövlətləri arasında 24-27 iyul 1918-ci il
tarixlərində imzalanmış "Batum arasında petrol (neft) mübadiləsi
haqqında itilafnamə" (Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Əlavə 2, s.584) və Bakı
azad edilən kimi dərhal anbarlarda neft ehtiyatlarının hesablanması (Budak M.Nuru paşanın Qafqaz İslam
Ordusu haqqında raportu // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.466)
göstərir ki, Osmanlı dövləti Bakının neft resurslarını müharibənin davamı üçün istifadə etmək fikrində idi.
QİO təşkil edilərkən onun jaradılmasının məqsədləri əhaliyə müracəitdə açıqlanmışdı: ermənilərin
ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək; Bakıda müsəlmanlar və bolşeviklər
arasındakı müharibəyə müdaxilə etmək; Bakı ilə bağlı "almanların ehtiraslarına mane olmaq"; Qafqaz
müsəlmanlarını təcavüzdən qurtarmaq" .
327
Ənvər paşanın tərtib etdiyi ilkin fəaliyyət planı reallıqdan uzaq olsa da
(təlimatçılar göndərərək yerli qüvvələrdən ordu təşkil etmək),
328
Nuru paşanın
Azərbaycana gəlişi və QİO-nu təşkil etməyə başlamasından sonra hazırladığı planda
real hərbi-siyasi vəziyyət nəzərə alınmışdı. Azərbaycanlı zabitlərin iştirakı ilə tərtib
edilmiş plan düşmənin qüvvələrini, öz imkanları, təminat və təchizat məsələlərini,
isti iqlim və relyefi nəzərə alaraq hazırlanmışdı. Düşmən tərəfindən təklif edilmiş
"eşelon müharibəsi" döyüş əməliyyatlarının aparılması üsulu faktiki olaraq qəbul
olunmuş,
əsas
hücum
istiqaməti
Gəncə-Bakı
dəmir
yolu
boyunca
müəyyənləşdirilmişdi. Lakin əlavə türk hissələrinin göndərilməsi, azərbaycanlı
könüllülərdən ibarət yeni hərbi hissələrin təşkil edilməsi iyulun sonlarında döyüş
326
İlhaqçılar Azərbaycan ərazilərini, daha sonra isə Şimali Qafqazı azad edib Osmanlı dövlətinə əyalət şəklində daxil etmək, yerli hökumətləri ləğv etmək
təklifi ilə istər sultan və onun ətrafı, istərsə də Nuru paşaya təsir göstərməyə çalışırdılar, lakin son nəticədə Ənvər paşanın Azərbaycanın müstəqilliyini
dəstəkləmək ideyası qalib gəldi.
327
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.234
328
Maraqlıdır ki, istər İngiltərə, istərsə də Osmanlı dövləti I Dünya müharibəsi cəbhələrində elə böyük itkilər vermişdilər ki, 1917-ci ilin sonlarında tərtib
etdikləri planlarda müttəfiqləri qar-qar ya qoyma nəzərdə tuturdular; lakin onların siyasi məqsədlərinin genişliyi son nəticədə ingilis və osmanlı
əsgərlərinin yenidən döyüş meydanında üz-üzə gəlməsi ilə nəticələnmişdir.
108
əməliyyatları gedən ərazilərin genişləndirilməsi üçün imkan yaratdı. Yürüş tədricən bir-birindən aralanan iki
istiqamətdə aparılmağa başladı: qoşunların bir qrupu (əsas qüvvələr) Ağsu-Şamaxı-Mərəzə-Abşeron-Bakı, digər
qrupu isə Kürdəmir-Hacıqabul-Ələt-Sanqaçal-Bakı istiqaməti ilə irəliləyirdi. Eyni zamanda yerli könüllü
dəstələr təşkil edilərək ermənilərin Azərbaycanın qərb sərhədlərində, Zəngəzur, Naxçıvan və Qarabağda
qarşısını almalı idi. Kür çayının aşağı axarı boyunca (Cavad-Salyan istiqaməti) azərbaycanlı kəndlərindən
toplanan könüllülərdən ibarət hərbi hissələr təşkil edilərək Kür çayının şimal sahilində sipər yaradılmışdı ki,
(Muğanda antiazərbaycan hərbi qüvvələrin QİO-ya arxadan endirilə biləcək zərbənin qarşısını almaq üçün)
həmin qüvvələr Salyan və Lənkərandan bolşeviklərin qovulmasına nail olmuşdular.
Dostları ilə paylaş: |