Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə


 DöyüĢ əməliyyatlarının gediĢi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
#16978
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

7.  DöyüĢ əməliyyatlarının gediĢi 
 
7.1.   5-ci Qafqaz piyada firqəsinin Azərbaycana gəliĢi 
 
1918-ci ilin iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilənin 
IV  maddəsi  Azərbaycana  hərbi  kömək  göstərilməsi  üçün  birbaşa  hərbi  qüvvələrin  göndərilməsinə  imkan 
yaratdı. Osmanlı komandanlığı 5-ci Qafqaz piyada firqəsini istifadə etməyi planlaşdırırdı.   Batumda   cəmləşən 
firqənin    hissələri  Gürcüstan  dəmir  yolları  vasitəsilə  tezliklə 
Azərbaycana  göndərilə  bilərdi,  lakin  Bakı  neftində  gözü  olan 
Almaniyanın  ikili  siyasəti  nəticəsində  bu  yol  bağlanmışdı:  türk  hərbi 
hissələrinin  Gürcüstan  dəmir  yolları  vasitəsi  ilə  daşınmasına 
Gürcüstanda  yerləşən  alman  qoşunları  qadağa  qoymuşdular.
329
  Eyni 
zamanda  almanların  Azərbaycanın  Qazax-Ağstafa  bölgələrində  öz 
hakimiyyətlərini    yaratmaq  cəhdlərinin  qarşısı  türk  zabitlərinin 
rəhbərliyi ilə təşkil edilmiş könüllü dəstələr və 9-cu türk ordu hissələri 
tərəfindən alınmışdı. 
İyunun  2-də  Azərbaycana  gəlməsi  nəzərdə  tutulan  5-ci  Qafqaz 
piyada  firqəsinin  2-ci  mürəttəb  süvari  alayı  Cəlaloğluda,  Azərbaycan 
sərhəddi  yaxınlığında  mövqe  tutmuşdu.  O,  Azərbaycan  könüllü 
dəstələri  ilə  bərabər  QİO-nun  əsasını  təşkil  etdi.  Hissənin  birinci 
vəzifəsi  Ağstafadan  Gəncəyə  qədər  dəmir  yolunun  təhlükəsizliyinin 
təmin  edilməsi  idi.  Batumdan  Ağstafaya  qədər  piyada  halda  və  ya 
arabalarda        daşınan        türk        ordu  hissələri      Ağstafada      qatarlara 
mindirilməli  və  Gəncəyə  göndərilməli  idi.
330
  Türk  qoşunlarının  2-ci 
süvari  alayının  bölmələri  (komandir  Zehni  bəy)  və  azərbaycanlı 
könüllülərdən ibarət süvarilər  Qazax-Gəncə  dəmir yolunu mühafizəyə 
götürərək iyunun 5-də ilk qatarları qəbul etməyə hazır oldular. İyunun 
4-də  9-cu  piyada  alayı  (1336  nəfər,  10  pulemyot,  2  top)  Azərbaycan 
sərhəddini keçdi və iyunun 9-da türk  qoşunlarının  2-ci  süvari alayı və 9-cu piyada alayı tam heyətlə Gəncədə 
cəmləşdilər.  Bu  iki  alay    "Gəncə  müfrəzəsi  (dəstəsi)"  adı  ilə  taktiki  qrupda  birləşdirildi.
331
  Gəncədə  türk 
hərbçilərinin  necə  qarşılanmasını  Azərbaycanda  bir  müddət  xidmət  etmiş  Naki  Keykur  "Azerbaycan  İstiklal 
Mücadelesi Hatiraları" əsərində belə təsvir edir: "Türk birliyi Gəncədə böyük bir mərasimlə qarşılandı. Gəncə 
xalqı şəhər meydanını doldurmuşdu. Dövlət idarələri və məktəblər bağlanmış, şagirdlər toplu halında meydanda 
düzülmüşdülər.  Müharibə  illərində  rusların  işğal  etdikləri  Türkiyənin  şərq  vilayətlərindən  toplanarak,
332
 
                                                           
329
1918-ci  il  iyunun  8-də  imzalan  müqaviləyə  əsasən  Gürcüstana  alman  qoşunları  yeridilmişdi.  Əvvəlcə  3000  nəfərlik  qüvvə  tədricən  artırıldı.  Bundan 
istifadə edən alman hərbi komandanlığı Gürscüstanın daxili və xarici işlərinə qarışırdı. Gürcüstanda almanların 6400 nəfərlik qüvvəsi var idi. Rıhtım M. 
İngilislərin Bakı və Xəzər dənizinə, s.513. 
330
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.109. 
331
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.113.  
332
Müharibə dövründə Türkiyənin Diyarbəkr və Anadolu bölgələrinin bir hissəsi çar ordusu tərəfindən işğal ediləndə erməni dəstələri fürsətdən istifadə edərək 
minlərlə  türk-müsəlmanı  qətlə  yetirmişdilər.  Onların  vəhşilikləri  hətta  rus  zabitlərini  də  dəhşətə  gətirmişdir.  Bir  çox  yerlərdə  ailələri  ermənilər  tərəfindən 
məhv edilən uşaqlar rus zabitləri tərəfindən toplanmış, Azərbaycana gətirilmiş yerli xeyriyyə təşkilatları onları öz himayəsinə götürmüş, uşaq evlərinə və ya 
ayrı-ayrı ailələrə paylamışdılar. Türk uşaqlarını öz uşaqları kimi qəbul edən azərbaycanlıların mərhəməti hətta rus məmurlarını da heyrətləndirmişdi. 

109 
 
Xeyriyyə  Cəmiyyəti  tərəfindən  Azərbaycanın  hər  şəhərində  yerləşdirilən  kimsəsiz  uşaqların  dörd  yaşından 
yuxarı  olanları  da  toplu  halında  meydanda  idilər.  Meydanın  ətrafını  saran  qadınlı-kişili  xalq  hey  əsgərlərə 
baxırdı. Sevincdən hər kəsin gözləri yaşarmışdı. Uşaqlar əsgərlərə yaxınlaşır, əllərinə sarılır, hardan olmalarını 
bildirirdilər.  Əsgərlər  də  hər  bir  uşağa  nəvaziş  göstərib  onları  oxşayırdılar.  Bu  əsnada  bir  çığırtı  eşidildi,  9 
yaşındakı bir uşaq atasını tanımış, onlar bir-birlərinə sarılmışdılar, ətrafdakı minlərlə insan bu mənzərəni görüb 
ağlayırdılar. Bu, sevinc göz yaşları idi".
333
 
İyunun 6-da Qırmızı Ordunun hissələri Hacıqabul istiqamətində hücuma başladılar.
334
 Onların qarşısında 
yalnız  knyaz  L.Maqalovun  rəhbərliyi  ilə    müsəlman  Korpusunun  dəstəsi  (minə  yaxın  döyüşçü)  dayanmışdı. 
Düşməndən qat-qat zəif olan bu dəstənin hərəkətləri hər halda Qırmızı Ordunun hücumunu az da olsa ləngidirdi. 
İyunun  7-də  3-cü  Ordu  komandanı  5-ci  Qafqaz  piyada  firqəsinin  əsas  hissələrinin  iki  kalon  şəklində 
Gəncəyə  doğru  hərəkət  etməsi  barəsində  əmr  verdi.  Əmrdə  göstərilirdi 
ki, türk hərbi hissələrinin Ağstafada qəbul edilib qatarlara mindirilməsini 
azərbaycanlı  hərbçi  Nazım  bəy  İbrahimzadə  və  onun  adamları  təşkil 
etməlidirlər.
335
  Əmrə  əsasən hərəkətə  başlayan  1-ci  kalonda (qədəmədə) 
firqənin  qərargahı,  19-cu  piyada  Qafqaz  alayı,  9-cu  alayın  26-cı  taboru, 
Şnayder  dağ  topçu  taboru,  istehkam  bölüyü,  teleqraf  taqımı,  orkestr 
bölüyü  (cəmi  147  zabit,  2812  əsgər  və  698  heyvan),    2-ci  kalonda 
(qədəmədə) 13-cü   piyada Qafqaz alayı, güclü dağ topçu taboru, səhiyyə 
bölüyü,  24-cü  səyyar  xəstəxana,  mətbəx  taqımı  (cəmi  110  zabit,  2763 
əsgər və 668 heyvan) hərəkət etməli idi.
336
 Göründüyü kimi, dəstələr təşkil edilərkən qəfil döyüş ehtimalı nəzərə 
alınmışdı, bu səbəbdən dəstələrdə üç qoşun növünün hər biri bərabər şəkildə qeyd edilmişdir: gürcü və alman 
qoşunları  ilə  toqquşma  istisna  edilmirdi.  Hərbi-siyasi  vəziyyətin  kəskinləşməsi  qoşunların  Batum-Artvin-
Ərdahan-Qarakilsə-Dilican-Ağstafa  marşrutu  ilə  hərəkətə  başlayıb  sürətlə  irəliləməsini  tələb  edirdi.  Qazaxda 
firqəyə Səbri əfəndinin rəhbərliyi ilə yerli könüllü dəstəsi qoşuldu. 
 
 
 
 
                                                           
333
Yuceer N. Birinci Dünya savaşında, s.80.
 
334
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.84. 
335
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.113. 
336
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.116. 

110 
 
7.2. Qafqaz Ġslam Ordusunun üzləĢdiyi ilk rəqiblər və 
bu döyüĢlərin nəticələri 
 
Qırmızı Ordunun hissələri həm Şamaxı yolu ilə, həm də dəmir yolu xətti boyunca irəliləyirdilər. Hərəkət 
boyu bolşevik-erməni hissələri müsəlman kəndlərini məhv edir, əhalini qırır, erməni əhalisini silahlandırırdılar. 
Azərbaycan  hökumətinin  QİO-nun  komandanlığından  əsas  tələbi  bu 
qırğınların qarşısını almaq idi. Ona görə də bütün hissələrin  toplanmasını  
gözləmədən,  mövcud  hissələrlə  düşmən üzərinə getmək, onu Gəncədən 
mümkün  qədər  uzaqda  qarşılamaq  qərarı  qəbul  edildi.  Lakin  I  Dünya 
müharibəsi  zamanı  Diyarbəkr  və  Anadoluda,  1918-ci  ilin  yayında 
Azərbaycanda 
baş  verən  hadisələr  sübut  edirdi  ki,  erməni 
təcavüzkarlığının  bir  xüsusiyyəti  var:  hər  zaman  dinc  əhali  kimi  qəbul 
edilən  ermənilər  birdən-birə  silahlanıb  ətraf  türk-müsəlman  kəndlərinin 
əhalisinə  divan  tuturlar.  Gəncədə  erməni  qəsəbəsinin  əhalisi  inqilab 
dövründə  silah yığmış və hətta 600 nəfərdən ibarət tam təşkil olunmuş,  tüfənglər və pulemyotlarla silahlanmış 
tabora malik idi.
337
 Taborun Gəncəçay üzərindəki körpüyə nəzarətçilər qoyması, şəhərin erməni hissəsinə keçən 
azərbaycanlılara  atəş  açması  Gəncə  ermənilərinin  xislətindən  xəbər 
verirdi.  Gözləmək  olardı  ki,  türk  və  Azərbaycan  hərbi  hissələri  Qırmızı 
Orduya qarşı hərəkət edən zaman erməni taboru müsəlman məhəllələrinə 
hücum  edəcək,  sonra  isə  Qırmızı  Ordu  ilə  vuruşan  QİO-nun  arxasında 
təxribatlar  törədəcək.  Bu  səbəbdən  şərqə  doğru  hərəkət  etməzdən  əvvəl 
erməni  taboru  tərksilah  edilməli  idi.  Tərksilahı  Gəncə  müfrəzəsi  həyata 
keçirməli  idi.  Digər  problem  Yelenendorf  almanlarının
338
  təşkil  etdikləri 
taborun  mövcudluğu  ilə  bağlı  idi.  Tabor  dörd  piyada  və  bir  pulemyot 
bölüyündən ibarət olmuşdu. Ona Rusiya ordusunda xidmət keçmiş zabitlər 
rəhbərlik edirdilər.
339
 Taborun odlu silahlara, о cümlədən 4 pulemyota malik olması sonralar problem təşkil edə 
bilərdi.  Dəstənin  komandanlığı  birinci  növbədə  bu  problemin  həllinə  nail  oldu. Qəsəbənin  rəhbərliyi  ilə  əlaqə 
saxlanılmış, onlara ya əməkdaşlıq, ya da tərksilah təklifi verilmişdi. Türkiyənin Almaniya ilə müttəfiq olaraq, 
bolşevik  hakimiyyətinə  qarşı  mübarizə  aparmasını  bilən  alman  icmasının  rəhbərləri  türk  qoşunları  ilə  birgə 
əməliyyatlarda iştirak etməyə razılıq verdilər.
340
 
Alman taboruna türk zabiti komandir təyin edilmişdi. Tabor Zurnabad-Hacıkənd xəttində yerləşdirildi və 
bununla Gəncə ermənilərinin ətraf erməni kəndləri ilə əlaqəsi kəsildi. Dəstənin hissələri iyunun 10-da gecə saat 
23.30-da şəhərdən çıxmış, Yelenendorf istiqamətində hərəkət etmiş, ermənilərin nəzarət  etdikləri  körpülərdən 
aralı çayı keçdikdən sonra sürətlə Gəncəyə doğru irəliləmiş və iyunun 11-nə səhər 
tezdən şəhərin erməni məhəlləsini mühasirəyə almışdı. Süvari alayın döyüşçüləri 
4  erməni  müşahidəçisi  və  keşikçini  əsir  götürdülər.  Dəs-tə  məhəllələrə  qəfil 
hücum  edə  bilərdi, lakin  komandanlıq  itkilərin  qarşısını  almaq  üçün  ermənilərlə 
silahı yerə qoymaq barədə danışıqlar aparmağa üstünlük verdi. Danışıqlar üçün 2 
zabit göndərildi (türk zabiti Səbahəttin Əfəndi və azərbaycanlı zabit Səməd bəy), 
lakin  ermənilər  parlamentyorlara  atəş  açdılar.
341
  Bundan  sonra  erməni  taboru 
hücuma keçərək, mühasirəni yarmağa çalışdı. Lakin bu onlara nəsib olmadı, hər 
iki  tərəf  itkilər  verdi.  Türk  qoşunundan  13  nəfər  həlak  olmuş,  7  nəfər 
yaralanmışdı.  Türklərdə  bu  qədər  itkinin  olması  əsgərlərin  evlərin  arasındakı 
ağaclıq  və  bağlara  səpələnməsi  və  qəfildən  orda  gizlənmiş  ermənilər  tərəfindən 
atəşə  tutulması  ilə  bağlı  idi.  Ermənilərin  əlinə  keçmiş  bir  neçə  türk  əsgərinin 
cəsədi doğranaraq tanınmaz hala salınmışdı.
342
 
Dəstə komandanlığı bir Yelenendorf almanını erməni hissəsinə göndərərək 
tərksilah  olunmayacaqları  təqdirdə  top  atəşinə  tutulаcaqlarını  bildirdi. 
Ermənilərdən  bir  keşiş,  bir  zabit  və  bir  komissar  ağ  bayraqla  dəstə  komandiri  Cəmil  Cahid  bəyin  yanına 
gəldilər,  tərksilah  olunmağa  razılıq  əldə  edildi.  Lakin  ermənilər  silahları  təhvil  vermədilər  və  dəstə 
komandanlığı  ultimatumu  yenidən  təkrarlamalı  oldu.  Ehtimal  ki,  ermənilər  ətraf  kəndlərdə  gizlənmiş  erməni 
                                                           
337
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.183. 
338
Hələ XIX əsrin əvvəllərində Rusiya hökuməti Azərbaycan ərazisinə Almaniyanın Vyurtemberq vilayətindən kəndli əhalini köçürmüş, onların bir çoxu 
Azərbaycanı özlərinə ikinci vətən sayaraq burada yaşayırdılar.
 
339
Yuceer N. Birinci Dünya savaşında, s.80. 
 
340
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.82. 
341
Yuceer N. Birinci Dünya savaşında, s.81. 
 
342
 Yenə orada, s.81. 

111 
 
dəstələrinin köməyini gözləyir, sonra isə Qırmızı Ordunun onlara yetişəcəyinə əmin idilər. İyunun 12-də səhər 
ermənilər  silahlarını  təhvil  vermədikləri  üçün  şəhərin  erməni  məhəlləsinə  bir  neçə  top  mərmisi  atıldı.  Тор 
atəşinin davam edəcəyindən qorxan ermənilər tərksilaha razı olduqlarını bildirdilər. Lakin könüllü olaraq cəmi 
150  silah  təhvil  verildiyindən  türk  döyüşçüləri erməni  məhəllərində  axtarışlara  başladılar,  iyunun  13  və  14-də 
erməni məhəlləsi mühasirədə saxlanılaraq silah toplanması davam etdirildi.
343
 
Yelenendorfun  alman  taboru  ilə  davranışı  göstərdi  ki,  türk  hərbi 
hissələrinin komandanlığı qan tökülməsinin qarşısını almaq üçün danışıqlar 
aparmaq və ortaq məxrəcə gəlmək fikrindədir və bunu uğurla həyata keçirir. 
Gəncə erməni taboru ilə baş verən hadisələr isə sübut etdi ki, hər rəqib bunu 
başa  düşmür.  Erməni  taborunun  komandanlığı  türk  komandanlığının 
danışıqlar  təklifini  zəiflik  kimi  qəbul  etmiş,  tərk-silah  tələblərinə  məhəl 
qoymamış,  köməyin  gələcəyinə  arxayın  olaraq  silahsız  parlamentyorlara 
atəş açmış,
344
 top atəşi təhlükəsi yaranan kimi iradələrini itirərək tərksilaha razılıq vermiş, lakin öz xislətlərinə 
uyğun olaraq silahları gizlətməyə çalışmışdılar. 
 
 
7.3. Qaraməryəm döyüĢü (1918-ci il 18 iyun) 
 
İyunun 11-də Gəncə müfrəzəsi erməni taborunun tərksilahı ilə məşğul olanda türk ordusunun 5-ci Qafqaz 
piyada  firqəsinin  1-ci  kalon  Qazaxa  çatdı  və  dəmir  yolu  ilə  Gəncəyə  daşınmağa  başladı.  Həmin  gün  Qırmızı 
Ordunun  10  mindən  artıq  qüvvəsi  güclü  hücuma  keçərək  polkovnik  L.Maqalovun  2  mindən  az  olan  dəstəsini 
geriyə  sıxışdırırdı.
345
  Maqalovun  döyüşçülərinin,  ilk  növbədə  Tatar  süvari  alayının  döyüşçülərinin  təcrübəsi, 
onlara qoşulmuş könüllülərin  əzmkarlığı dəstənin mühasirəyə düşməsinin qarşısını aldı. Tədricən geri çəkilən 
Maqalovun  qərargahı  Ucarda  təşkil  edildi.  Müdafiə  mövqeləri  hazırlanana  qədər 
irəliyə  polkovnik  Qlebovun  rəhbərliyi  ilə  bir  dəstə  göndərildi.  Sığırlı  dəmir  yolu 
stansiyasını qorumağa çalışan dəstə düşmənin üstün qüvvələrinə iyunun 11-də bütün 
gün  ərzində  müqavimət  göstərmiş,  lakin  saat  21-ə  yaxın  geri  çəkilməyə  məcbur 
olmuşdu.  Qələbəyə  böyük  əhəmiyyət  verən  S.Şaumyan  V.Leninə  teleqram 
göndərmişdi.
346
  Bolşevik-erməni  hissələri  Ağsu  istiqamətində  azərbaycanlıların  
könüllü dəstələrini  geri ataraq Göyçay istiqamətində irəliləyirdi.
347
 Ucar stansiyasına 
gəlmiş  H.Səlimov  əldə  etdiyi  kəşfiyyat  məlumatlarına  əsasən,  QİO-nun  Ərkani-hərb 
rəisi Nazim bəyə və MK-nın komandanına göndərdiyi raportlarda düşmənin 3 piyada 
taboru,  bir  qaubitsa  və  bir  mortir  batareyası,  dəmir  yol  bölüyü,  süvari  bölməsi  ilə   
hücum   etdiyini,   daim   bu   qüvvələrin   artmasını   bildirmiş, Maqalovun onların 
qarşısını ala bilməyəcəyini proqnozlaşdırmışdı. 
348
Sovet tarixşünaslığında göstərilir ki, 
iyun-iyul  aylarında  tərəflər  arasında  döyüşlər  üç  istiqamətdə  aparılırdı:  şimal-şərq 
Şamaxı-Göyçay istiqaməti, mərkəzi dəmir yolu boyunca Hacıqabul-Kürdəmir-Ucar istiqaməti, cənub-şərq Kür 
çayı sahili.
349
 
İyunun 12-də əlavə qüvvələri də döyüşə yönəldən bolşevik-erməni komandanlığı L.Maqalovun dəstəsini 
geri atdı və Kürdəmir d/yolu stansiyasını ələ keçirdi.
350
 Hücum edən korpusun qərargahı, 2-ci briqadanın  əsas 
hissələri,  təminat  bazaları  dərhal  Kürdəmirə  köçürüldü.  Q.Korqanov  sağ  və  sol    cinahlardan  bataqlıqlarla 
qorunan  (Qafqaz  Hərbi  Dairəsinin  1903-cü  il  hərbi-topoqrafik  xəritəsində  bu  bataqlıqlar  aydın  görünür)  və 
yalnız  mərkəzdən  çox  dar  sahədə  hücuma  məruz  qala  bilən  Kürdəmiri  gələcək  əməliyyatların  əsas  bazasına 
çevirirdi.  4-cü  briqada  şimaldan  irəliləyərək  İsmayıllı  kəndlərini  dağıdır,  insanları  qırır,  Dağıstandan  gələ 
biləcək köməyin qarşısını almağa çalışırdı.
351
 
Maqalovun itkilər verən dəstəsində 900 yaxın döyüşçü qalmış və artıq Yevlaxa real təhlükə yaranmışdı. 
Buna baxmayaraq, Nuru paşa tabeçiliyində olan yeganə real qüvvə-10-cu Qafqaz piyada alayını
352 
dəmir  yolu 
                                                           
343
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.287. 
344
XIII  əsr  sərkərdəsi  Çingiz  xanın  dövründən  başlayaraq  Monqol  dövlətinin  hərb  qanunlarından  biri  parlamentyorlara  atəş  açan  yaşayış  məntəqəsinin 
dağıdılmasını,  əhalisinin  məhv  edilməsini  tələb  edirdi;  insanpərvər  türklər  bu  qanunu  heç  vaxt  icra  etmir,  yalnız  günahkarların  cəzalandırılması  ilə 
kifayətlənirdilər, halbuki ermənilərin bütün tarixləri, о cümlədən XX əsrdə Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər onlara qarşı məhz Çingiz xanın 
adı çəkilən qanunun tətbiq edilməsinin ədalətli addım olmasını labüd edir. 
345
Кязымзаде Ф. Борьба за Закавказье, с.68. 
346
Большевики в борьбе за победу, с.507. 
347
Yuceer N. Birinci Dünya savaşında, s.83.
 
348
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.191. 
349
Гражданская война. Энциклопедия, с. 145. 
350
 Большевики в борьбе за победу, с.507 
351
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.85. 
352
9-cu piyada alay Gəncədə ermənilərin tərksilahını bitirməmiş, digər hissələrsə hələ Ağstafada qatarlara minərək Gəncəyə təzəcə daşınmağa hazırlaşırdı.
 

112 
 
xəttindən aralı yerləşən Göyçay-Qaraməryəm şosse yolu istiqamətində cəmləşdirdi. Tədqiqatçı M.Süleymanov 
qeyd  edir  ki,  hadisələrin  sonrakı  inkişafı  göstərdi  ki,  qərar  çox  incəliklə  düşünülmüş  bir  qərar  idi  və  Nuru 
paşanın  döyüşlərin  gedişində  qəbul  etdiyi  strateji  əhəmiyyətli  qərarlardan  biri  idi".
353
  Doğrudan  da,  xəritəyə 
baxdığda  aydın  olur  ki,  Qaraməryəm  və  Göyçay  arasında  möhkəmlənə  bilən  qoşunlar  Kürdəmir-Ucar  dəmir 
yolu  boyunca  irəliləyən  düşmənə  sağ  cinahdan  təhlükə  yaradaraq,  hətta  arxadan  zərbə  vuraraq  bu  qüvvəni 
Kürdəmirdə olan əsas bazadan ayıra bilərdi. Nəticədə, ayrılmış dəstəni mühasirəyə salmaq olardı. 10-cu Qafqaz 
piyada  alayının  hissələri  Ağstafadan  qatarlarla  birbaşa  Ucara  çatdırıldı  və  oradan  Qaraməryəmə  yollandı. 
Müsüslü-Kürdəmir  istiqamətində  düşmənin  irəliləməsini  ləngitmək  üçün  kapitan  İ.İsrafilovun  rəhbərliyi  ilə 
MK-nın  zirehli  qatarı,  Müəmmər  əfəndinin  Ağdaş  könüllülərindən  təşkil  edilmiş  bölüyü  göndərildi.  Onlar 
Maqalovun dəstəsi ilə birləşdi və vahid qüvvəyə QİO-nun Ərkani hərb rəisi Nazim bəy komandan təyin edildi. 
Nazim bəy yenidən qruplaşma apardı, bu isə MK-nın rus və gürcü zabitlərinin narazılığına səbəb oldu.
354
 İyunun 
14-də zabitlərin bəziləri cəbhəni tərk etdi. Teleqraf xəttində işləyən rus zabit və məmurları da öz postlarını tərk 
etdilər ki, buda Nazim bəyin qüvvəsinin QİO-nun  komandanlığı ilə rabitə əlaqəsinin qurulmasında problemlər 
yaratdı. Döyüş gedən şəraitdə onsuz da az olan azərbaycanlı mütəxəssislərin tapılıb gətirilməsi, rabitənin bərpa 
edilməsi  düşmənin  genişlənən  hücumuna  qarşı  döyüş  şəraitində  həyata  keçirilirdi.
355
  Baş  verənlərə  Rüşdü  bəy 
maraqlı qiymət vermişdir: "Vətən və irqinə mərbut olan azərbaycanlı türk ancaq 
qanını  sevgili  milləti  və  məmləkəti  üçün  axıda  bilər.  Yoxsa  gürcülər  və  ruslar 
vəziyyətin ciddiyyətini və təhlükəsini görüncə dərhal sivişmək yolunu ararlar".
356
 
Belə 
şəraitdə  Azərbaycan  zirehli  qatarının  irəli  keçərək  düşmən  qüvvələrinə  atəş 
açması,  öz  azsaylı  qüvvələrinə  atəşlə  dəstək  olması  vəziyyəti  sabitləşdirirdi 
(təsadüfi  deyil  ki,  türk  komandanlığı  tərəfindən  orden  və  medallara  təqdim 
edilənlərin  siyahısında  zirehli  qatarın  komandiri  İ.  İsrafilovun  adı  birincilər 
sırasında idi).
357
 
Qaraməryəm  kəndi  Qaraməryəm  tirəsi  üzərində  yerləşir  ki,  bu  möv-
qelərdə  möhkəmlənən  tərəf  düzən  əraziləri  nəzarət  altında  saxlaya  bilər. 
Qaraməryəm ətrafında türk qoşun hissələrinin cəmləşməsinin təhlükəli olmasını 
anlayan  bolşevik-erməni  komandanlığı  qüvvələrin  bir  hissəsini  (1-ci  və  3-cü 
briqadalar)  10-cu  piyada  Qafqaz  alayına  qarşı  yönəltdi.
358
  Döyüşlərin  ağır  keçəcəyini  əvvəlcədən  görən  Nuru 
paşa  3-cü  Ordu  komandanı  Vehib  paşaya  göndərdiyi  raportda  5-ci  Qafqaz  piyada  firqəsinin  hələ  tam 
cəmləşmədiyini qeyd edir, imkan olarsa əlavə qüvvələr istəyir və ən əsası, döyüş sursatının olduqca az olmasını 
bildirirdi. Döyüşən hissələrin hər döyüşçüsünün 200 patronu var idi, topların mərmi ehtiyatı da cüzi idi.
359
 
Nazim  bəyin  hissələrini  gücləndirmək  üçün  Gəncədən  bir  süvari  bölüyü  ona  göndərildi.  Cavad 
məntəqəsində  dayanan  mayor  Nazim  Ramazanovun  dəstəsi  ona  tabe  edildi.  İstehkam  bölüyü  Gəncəyə  gələn 
kimi onun sərəncamına göndəriləcəyi bildirildi. Süvari və istehkamçı hissələrin Müsüslü-Kürdəmir istiqamətinə 
göndərməkdə  məqsəd  bu  hissələrlə  düşmənin  arxasına  keçmək,  gözlənilmədən  zərbə  endirmək,  onun  zirehli 
qatarlarının arxasında dəmir yollarını sıradan çıxarmaq idi. Ağdaş və Göyçay milli bölükləri Qaraməryəm tərəfə 
göndərildi.  Nazim  bəy  iyunun  15-də  Nuru  paşaya  raport  göndərərək  Qaraməryəm      və      Müsüslüdən      eyni   
vaxtda      başlayan      hücumla  Kürdəmirə  tərəf  hərəkət  edib,  oranı  sürətli  həmlə  ilə  azad  etməyi  təklif  etdi. 
Bolşeviklərə  arxadan  zərbəni  N.Ramazanov  vurmalı  idi.  Lakin  belə  əməliyyat  üçün  kifayət  qədər  qüvvə 
olmadığından,  düşmən  mövqeləri  kəşfiyyat  baxımından  öyrənilmədiyindən  Nuru  paşa  razılaşmadı.
360
  İyunun 
15-də türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin əsas hissələri Gəncə ətrafında cəmləşdilər. Həmin gün 10-cu 
Qafqaz  piyada  alayı  Göyçay  ətrafında  toplaşmış  erməni  kəndlərinin  dəstələrini  qismən  tərksilah  etdi.  Bu 
dəstələr  Qırmızı  Ordu  hissələri  ilə  əlaqə  saxlayırdı.  Qaraməryəm  döyüşü  başlayanda  onların  QİO-na  arxadan 
zərbə vuracağı ehtimalı böyük idi. 
İyunun 16-da saat 9.00-da Qırmızı Ordunun 3-cü briqadası Qaraməryəm istiqamətində MK -nın dəstəsinə 
hücum  etdi  (dəstədə  L.Maqalovun  azərbaycanlı,  gürcü  və  dağıstanlı  döyüşçüləri  var  idi),  qüvvələr  nisbətinin 
düşmənin xeyrinə  olmasına baxmayaraq МК-nın dəstəsi 7 saat ərzində öz mövqelərindən çəkilmədi. Sursatın 
tükənməsi və düşmənin döyüşə 3-cü briqadanın əlavə hissələrini yeritməsi ilə dəstə Qaraməryəm kəndini tərk 
etdi.
361
  Kür  üzərində  Yevlax  körpüsünün  əhəmiyyəti  strateji  xarakter  almışdı:  körpünün  partladılması 
Qaraməryəm-Müsüslü  istiqamətində  vuruşan  QİO-ya  əlavə  hissələrin  və  sursatın  gətirilməsi  işini  yubada 
                                                           
353
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.192. 
354
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.192. 
355
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.193. 
356
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.193. 
357
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 110. 
358
Süleymanov M.S. Azərbaycan Ordusu, s.95. 
359
Süleymanov M. Qafqaz islam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.294.  
360
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.194. 
361
 Токаржевский Е.А. Из истории иностранной интервенции, с.111. 

113 
 
bilərdi. Bu səbəbdən bolşeviklər silahlı gəmilərlə Kür    çayı ilə irəliləyərək, xüsusi dəstə göndərməklə körpünü 
partlatmağı  planlaşdırdılar.
362
  Bunun  qarşısını  almaq  N.Ramazanova  tapşırıldı.  O,  Kür  çayı  sahili  ilə  hərəkət 
etməli, düşmən gəmiləri və quru qüvvələrinə rast gəldikdə onların hərəkətinin qarşısını almalı idi. İyunun 16-da 
Cavad  bölgəsində  mövqe  tutmuş  dəstədə  Azərbaycan  könüllülərindən  başqa,  bir  türk  piyada  bölüyü,  bir  türk 
pulemyot  taqımı  (hər  ikisi  10-cu  Qafqaz  piyada  alayından),  iki  rus  topu,  140  azərbaycan  süvarisi  var  idi.
363
 
Müsüslü  istiqamətində  həmin  gün  əhəmiyyətli  hadisələr  baş  vermədi,  yalnız  10-cu  alayın  30-cu  taboru  ətraf 
erməni kəndlərinin dəstələrini itki vermədən darmadağın etdi. 
İyunun 17-də Qırmızı Ordunun Müsüslü istiqamətində başladığı hücum MK və Azərbaycan könüllüləri 
tərəfindən  dayandırıldı.  Uğuru  davam  etdirmək  məqsədi  ilə  10-cu  türk  piyada  alayının  komandirı  Osman  bəy 
QİO-nun Ərkani Hərb rəisi Nazim bəyə Qaraməryəm istiqamətində gözlənilmədən hücuma keçməyi təklif etdi. 
Lakin  hücuma  keçmək  üçün  nə  kifayət  qədər  sursat  ehtiyatı  toplanmış,  nə  də  düşmənin  qüvvə  və  mövqeləri 
barəsində məlumat var idi. Üstəlik, Nazim bəy və Osman bəy nə Nuru paşaya, nə də Ə.Şıxlinskiyə öz planları 
barədə  məlumat  verməmişdilər.
364
  10-cu  piyada  alayı  piyada  halda  Qazaxa  gəlmiş,  dəmir  yolu  ilə  Göyçaya 
iyunun 15-də gətirilmiş, istirahət etmədən rus və erməni kəndlərinin dəstələrini tərksilah etməklə məşğul olmuş 
və  döyüşçülər  fiziki  baxımdan  çox  zəifləmişdilər.
365
  10-piyada  alay  bölüklərinin  böyük  ərazidə  səpələnməsi, 
hücumu  dəstəkləmək  üçün  alayın  ehtiyat  qüvvəsinin  olmaması  və  cinahları  qorumaq  üçün  heç  bir  tədbirin 
görülməməsi  hücumu  avantüra  səviyyəsinə  endirdi.  Üstəlik  Göyçay,  Ağdaş  və  Yevlax,  həmçinin  ətraf  yollar 
Azərbaycanın şərq bölgələrindən bolşevik-erməni qətllərindən canlarını qurtarmış qaçqınlarla (təxmini sayı 400 
minə çatırdı) dolu idi.
366 
Yolların boşaldılması, qaçqınlardan könüllü dəstələrin toplanması işi təzəcə başlamışdı. 
Nazim bəy Müsüslüdə, Osman bəy isə Qaraməryəm istiqamətində idi. İyunun 18-
də  səhər  tezdən  10-cu  alayın  29-cu  taboru  Müsüslü,  28-ci  və  30-cu  taborları 
Qaraməryəm  istiqamətində  artilleriya  hazırlığı  olmadan  hücuma  başladılar. 
Taborların  Qaraməryəmə  yürüşü  cəmi  iki  dağ  topu  ilə  müşayiət  olunurdu  ki,  bu 
topların  da  mərmi  ehtiyatı  az  idi.
367
  Azərbaycan  süvari  hissələri  hücuma  cəlb 
edilməmişdi.  Günorta  saat  12-yə  yaxın  buraxılmış  səhvlər  özünü  göstərdi. 
Türklərin  28-ci  taboru  Qırmızı  Ordunun  16-cı  və  17-ci  taborlarının  cəbhədən  və 
cinahlardan  açdığı  atəş  nəticəsində  böyük  itkilər  verdi.  Qızmar  günəş  altında  bir 
çatışmamazlıq da özünün biruzə verdi: türk hissələrində içməli su ehtiyatı yox idi.  
Qırmızı  Ordunun  18-ci  taborunun  döyüşə  qoşulması  28-ci  türk  taborunu  geri 
çəkilməyə  vadar etdi. Taborda yaranan çaşqınlıq panika səviyyəsinə çatırdı, lakin 
30-cu türk taborunun nəhayət ki, döyüş yerinə çatması və 28-ci taboru dəstəkləməsi 
vəziyəti sabitləşdirməyə imkan verdi.
368
 Baş verənlər barəsində xəbər tutan  Nazim  
bəy      günəşin    altında  29-cu      taboru    Müsüslüdən  Qaraməryəmə  göndərdi.  Tabor  bolşevik  hissələrinin  sol 
cinahına zərbə vurmaqla onları 20 verst sıxışdırdı və beləliklə 28-ci tabora olan təhlükə tam aradan qaldırıldı. 
Lakin bolşeviklərin bütün qüvvələrinin 29-cu tabora qarşı yönəldilməsi onun Veysəlli kəndi istiqamətində geri 
çəkilməsinə  səbəb  oldu.  Qırmızı  Ordunun  21-ci  taboru  türklərin  29-cu  taborunun  döyüşdən  çıxmasını  və 
Müsüslü  istiqamətinin  boşalmasını  düşünərək  hücuma  keçdi  və  Azərbaycan  milli  hissələri  ilə  üzləşdi 
Azərbaycan  döyüşçüləri  nəinki  öz  mövqelərindən  çəkilmədilər,  hətta  hücum  təşkil  edərək  düşmənin  iki 
bölüyünü  qaçmağa  vadar  etdilər  Həmin  bölüklərin  şəxsi  heyəti  bolşeviklər  tərəfindən  tribunala  verildi.
369
 
Qırmızı  Ordunun  7-ci  taborunun  bir  bölüyü  döyüşə  getməkdən  imtina  etdi  və  tərksilah  olunaraq  Bakıya 
göndərildi.
370
 
İyunun  18-i  axşam  müəyyən  olundu  ki,  QİO-nun  qoşunları  Qaraməryəm  döyüşünü  uduzublar.  Belə  ki, 
düşmən öz mövqelərini qoruyub saxlaya bilmiş, türk hissələri böyük itkilər vermişdi.
371
 Təkcə bir gün ərzində 
122 nəfər şəhid olmuş və itkin düşmüş, 121 nəfər yaralanmışdır (yaralıların az olması erməni vəhşiliyi ilə izah 
edilir:  döyüşdə  yaralanan  türk  əsgərlərini  ermənilər  əsir  götürməyərək  işkəncə  ilə,  süngü  və  qılınclarla 
doğrayaraq öldürürdülər).
372
  Bundan  başqa 13  türk  əsiri  də  işkəncə ilə  öldürülmüşdü:  döyüşlərdə iştirak  etmiş 
Sivaslı  Mehmet  oğlu  Turanın  söylədiklərindən  aydın  olur  ki,  türklər  rus  və  erməni  əsirlərinə  insanpərvər 
                                                           
362
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.212. 
363
Yuceer N. Birinci Dünya savaşında, s.89.
 
364
Yuceer N. Birinci Dünya savaşında, s.83.
 
365
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.86.  
366
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.87. 
367
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.195. 
368
Большевики  в борьбе  за победу, с.514;  Токаржевский  Е.А. Из истории иностранной  интервенции, с.111;  Yuceer  N. Birinci  Dünya  savaşında, 
s.84; Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.296-297.
 
369
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с.114. 
370
Большевики в борьбе за победу, с.524. 
371
Дарабади П.Г. Военные проблемы, с.117. 
372
Yuceer N. Birinci Dünya savaşında, s.84.
 

114 
 
münasibət göstərmiş, öz  əsirlərini dəyişdirdikdə isə onların arabalara doldurulmuş və doğram-doğram edilmiş 
cəsədlərini  götürə  bilmişdilər.
373
  Həlak  olanlar  Qara-məryəmdən  Göyçaya  gedən  yolla  Bığır  və  Mollaisaqlı 
kəndlərinə ayrılan yolun kəsişməsində, yoldan sağda dəfn edilmişdilər (hal-hazırda bura Göyçay şəhidliyi kimi 
tanınır).
374
  Döyüşdə  2  dağ  topu,  2  pulemyot  və  120-ə  yaxın  tüfəng  sıradan  çıxmış  və  ya  düşmən  tərəfindən 
qənimət kimi  götürülmüşdü. Ən  əsası isə, ilk ciddi toqquşmada məğlubiyyət qoşunların mənəvi durumuna pis 
təsir etdi. Bəzi türk tədqiqatçıları hesab edirlər ki, mənəvi baxımdan 10-cu alayın döyüşçüləri elə böyük sarsıntı 
keçirmişdilər  ki,  sovet  qoşunları  həmla  etsə  daha  böyük  itkilər  verə  bilərdilər.  Qaraməryəm  döyüşü  türk 
komandanlığına  azərbaycanlı  döyüşçülərin müharibə  aparmaq  qabiliyyətini nümayiş etdirdi. Bu döyüşədək 
onlardan  əsasən  d/yolları  strateji  məntəqələrin  qorunmasında  istifadə  etməyi,  ara-sıra  hallarda  döyüşə 
göndərməyi planlaşdıran türk komandanlığı azərbaycanlı zabitlərin bilik və təcrübəsini, döyüşçülərin vuruşmaq 
əzmini gördülər. Baş verənlərdən narahat olan və Nuru paşanın qüvvələrinin о qədər də çox olmadığını görən 
Azərbaycan  hökuməti  İstanbulda  olan  M.  Ə.Rəsulzadəyə  Osmanlı  dövlət  rəsmiləri  ilə  görüşüb  Azərbaycana 
əlavə bir diviziyanın göndərilməsini xahiş etməyi tövsiyyə etdi.
375
 
İyunun 18-22-də hər iki tərəf döyüşlərə hazırlaşırdı. Sovet qoşunlarının komandanlığı Kürdəmir, Ağsu, 
Şamaxı ətrafında erməni kəndlərinə silah paylayır, dəstələr təşkil edirdi, azərbaycanlı kəndlərinə isə hücumlar 
edilir, silah yığılır, əhali talanırdı. QİO Göyçay ətrafında yerləşən erməni kəndlərindən silahları yığır, sursat və 
əlavə  qüvvələr  toplayırdı.  Eyni  zamanda  çoxsaylı  azərbaycanlı  könüllülər  ayrı-ayrı  dəstələr  şəklində  təşkil 
olunurdu. Ağdaşdan 2 minlik dəstə, Bərdədən 500 süvari, digər ərazilərdən də dəstələr təşkil edilirdi. 
İyunun 19-da səhər Müsüslü istiqamətinə gələn QİO komandanı Nuru paşa, MK-nın komandanı Əliağa 
Şıxlinski, 5-ci Qafqaz firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy 10-cu alayın komandir heyətinin döyüş barəsində 
məlumatlarını dinlədilər. Göyçay əhalisinə müraciətində "bu şiddətli istidə müharibə edən zabit və əsgərlərdən 
bir  çoxları  susuzluqdan  ölmüşdür"  deyən  Nuru  paşa  qoşunlara  yemək  və  su  ilə  təminatında    köməklik  
göstərilməsini    istəmişdi.
376
    18    iyun    döyüşündə  məğlubiyyətə  səbəb  olan,  yuxarıda  sadalanan  qüsurlardan 
başqa Nuru paşa bir qüsuru da qeyd etmişdir: 5-ci Qafqaz firqəsinin komandanı Mürsəl bəyin öz qərargahı ilə 
Göyçayda  deyil,  Gəncədə  yerləşməsi  və  beləliklə  ən  vacib  istiqamətdə  baş  verən  hadisələrdən  uzaq  düşməsi. 
Azərbaycan  könüllü  hissələri  və  Gəncədən  bir  türk  süvari  bölüyü,  iki  türk  piyada  bölüyü  dərhal  Müsüslü 
istiqamətinə göndərilməli idi. Nuru paşa İstanbulla əlaqə saxlayaraq əlavə qüvvə göndərilməsini xahiş etmişdir. 
Sultan dəftərxanasından cavab gəlməsə də, Ənvər paşadan cavab alınmışdı. Ənvər paşa dövlətin ağır durumunu 
izah  edərək  hələlik  qoşun  göndərmək  iqtidarında  olmamasını,  5-ci  Qafqaz  firqəsini  döyüşə  hissə-hissə  deyil, 
cəm şəklində yönəltməyi tövsiyyə etmişdir.
377
 
İyunun 20-də 5-ci Qafqaz firqəsinin komandanı Mürsəl bəy öz qərargahı ilə Göyçaya gəldi və vəziyyəti 
öyrəndikdən sonra sovet qoşunlarının yenə həmin istiqamətdə hücum edəcəyi fikrini bildirdi. Gəncəyə qayıtmış 
Nuru  paşadan  əlavə  qüvvələrin,  həmçinin  patron  və  mərmilərin 
göndərilməsini xahiş etdi. Nuru paşa hücumun eyni istiqamətdə olacağı   ilə   
razılaşmış      və  Göyçay  istiqamətinə      türk  hissələrindən  iki  piyada  tabor, 
İstehkam  bölüyü,  Şnayder  və  dağ  topları,  bir  pulemyot  bölüyü,  həmçinin 
azərbaycanlı  könüllülər  (Qazax  və  Gəncə  ətrafında  toplanan  süvarilər, 
Xaldana  göndərilmiş  könüllülər)  göndərəcəyini  vəd  etdi  və  bundan  başqa 
artıq  qüvvənin  olmamasını  bildirdi.  Bütün  göndərilən  qüvvələr  və  silah-
sursat  Göyçaya  yalnız  iyunun  26-da  çatacaqdı.  Nuru  paşa  iyunun  27-də 
hücum  əməliyyatının  planlaşdırılmasını  tapşırdı.
378
  İyunun  21-də  5-ci 
Qafqaz  piyada  firqəsinin  komandanlığı  döyüşən  hissələrdə  döyüş  sursatının  tükənməsi  haqqında  QİO 
komandanlığına raport verdi. 
Cəbhədə  mövcud  olan  ağır  hərbi  vəziyyət  Azərbaycanla  bağlı  hərbi-siyasi  motivlərlə  daha  da 
kəskinləşirdi.
379
 İyunun 22-də Bakıda Salyan kazarması ərazisində alman təyyarəsi yerə endi. Pilot və onunla 1 
zabit əsir götürüldü. Dindirilmə nəticəsində müəyyən olundu ki, zabit Bakıda saxlanılan alman əsirləri ilə əlaqə 
yaratmalı  və  onların  qiyamını  hazırlamalı  idi.  Almaniya  osmanlı  qoşunlarından  tez  Bakıya  yiyələnməyə    can  
atırdı.
380
    N.Yüceer   belə    fərziyyə    irəli   sürür    ki,  almanların  Bakıya  uçuşu  və ələ  keçirilməsi  təsadüfi  deyil. 
Onlar  alman  komandanlığı  ilə  Bakı  Soveti  arasında  danışıqlar  aparmaq  üçün  göndərilmişdilər,  çünki  elə  bu 
dövrdə  Moskvada  almanlarla  Sovet  Rusiyasının  rəhbərliyi  arasında  Bakı  neftinin  aqibəti  barəsində  danışıqlar 
                                                           
373
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.98. 
374
Şəhidliyin  nar  ağaclarının  bol  yerində  yerləşməsi,  ümumiyyətlə  Göyçayın  о  narları  ilə  məhşur  olması  burada  bitən  narların  1918-ci  il  şəhidlərinin 
qanından rəng alması barədə rəvayət bu gün də mövcuddur (Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.97) 
375
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.201. 
376
Yuceer N. Birinci Dünya savaşında, s.85.
 
377
Yenə orada, s.85.
 
378
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.301. 
379
 Enver Ziya Karal. Osmanlı tarihi, s.529. 
380
Кязымзаде Ф. Борьба за Закавказье, с.71. 

115 
 
gedirdi.
381
 Təyyarədəki zabitin əsir almanları qiyama qaldırmaq üçün göndərilməsi cəfəngiyat idi. İyunun 24-də 
Almaniya  Gürcüstanda  yerləşdirdiyi  qoşunları  Azərbaycanın  Qazax  və  Zaqatala  bölgələrinin  sərhədlərinə 
gətirdi.
382
  3-cü  ordu  komandanı  Vehib  paşa  Azərbaycan  ərazisinə  yeridilən  istənilən  qoşunun  (  alman 
hissələrinin  belə)  məhv  edilməsi  barəsində  əmr  verdi.  Azərbaycanın  şimal-qərb  sərhədlərinin  qorunması  türk 
zabitlərinin komandanlıq etdiyi yerli Azərbaycan dəstələrinə tapşırıldı. İyulun 27-də almanlər tərəfindən təhrik 
edilən  gürcü  qoşunu  Qazaxın  Sıraq  körpü  adlanan  məntəqəsinə  hücum  etdi.  Türk  zabitlərinin  rəhbərlik  etdiyi 
azərbaycanlı  könüllülər  onları  geri  oturtdu.  26  gürcü  öldürüldü,  20-si  əsir  düşdü,  2  pulemyot  ələ  keçirildi.
383 
Sərhəddə  olan  kiçik  toqquşmalardan  sonra  almanlar  Azərbaycana  hərbi  yolla  müdaxilə  etmək  planından  əl 
çəkdilər. 
Bakı  Soveti  Gürcüstan  hökuməti  ilə  əlaqə  saxlayaraq  dəmir  yolunun  türk  qoşunları  üçün  bağlanmasını 
xahiş  etmişdi.  Xahiş  Gürcüstanda  olan  alman  komandanlığının  (başda  komandan  Kres  fon  Kressenşteyn 
olmaqla) tələbləri ilə üst-üstə düşdüyündən Gürcüstan hökuməti razılığını bildirmişdi.
384
 Nəticədə türk qoşunları 
üçün sursat Batuma deyil, Qarsa, Qarakilsəyə, Dilicana və Qazaxa göndərilməyə başladı. 
Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin