7.7. ġamaxı əməliyyatı (19-22 iyul 1918-ci il)
Ağsu-Kürdəmir döyüşlərində özünü büruzə vermiş qüsurları aradan qaldırmaq məqsədilə QİO
komandanlığı yeni əməliyyatı planlaşdırarkən qoşunlarda struktur dəyişikliyi apardı. Döyüş şəraitində
qoşunların struktur dəyişikliyinin həyata keçirilməsi olduqca çətin proses idi, lakin komandanlıq bu riskə getdi.
Artıq Ağsu-Kürdəmir döyüşlərində müəyyən edilmişdi ki, qoşunların Ağsu istiqamətindən Kürdəmirə,
Kürdəmir istiqamətindən Ağsuya göndərilməsi vaxt itkisinə səbəb olur və döyüşçüləri yorur. Bir mövqedə olan
komandanlıq digər bölgədə baş verənlər barəsində bixəbər olur, həmin bölgədə
vuruşan qoşunların rəhbərləri isə müstəqil fəaliyyət göstərmək səlahiyyətinə
malik olmadığına görə "yuxarıdan" əmr və göstərişlər gözləməli olurdu.
Ağsu uğrunda gedən döyüşlər zamanı bu cəbhədə olan Nuru paşa və onun
qərargahı Kürdəmir cəbhəsində baş verənlər barəsində gec xəbər tuturdu və
yalnız H.Səlimovun təşəbbüskarlığı və məsuliyyəti öz üzərinə götürməsi
vaxtında tədbirlər həyata keçirməyə imkan verirdi. Karrar stansiyası uğrunda
gedən döyüşlər zamanı bolşeviklər üstün qüvvələrlə Salyana hücum etmişdi.
N.Ramazanov və S. Hüseynzadənin dəstələri düşmən hücumlarını dəf etsələr də
əkshücuma keçə bilmədilər, çünki Salyandan aralı (Ağsuda) olan komandanlıq
hadisə barəsində gec xəbər tutmuş və onlara gec reaksiya vermişdi. İrəlidə
459
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.217.
460
Yenə orada, s.232.
129
gözlənilən əməliyyatlar iki bir-birindən aralı istiqamətdə: Göyçay-Şamaxı şosse yolu və Kürdəmir-Bakı dəmir
yolu boyunca aparılmalı idi. Qoşunlar bir-birindən aralanmalı olduğundan, komandanlıq hər iki istiqamətə eyni
vaxtda eyni diqqəti ayıra bilməzdi. Nəticədə QİO-nu təşkil edən 5-ci Qafqaz piyada firqəsi, 15-ci firqənin 38-ci
alayı və azərbaycanlı hissələr iki taktiki qrupa bölündü.
Şimal (quzey) qrupu adını almış qrup Ağsu-Şamaxı-Bakı istiqamətində irəliləməli idi. Qrupun tərkibinə
13-cü Qafqaz piyada alayı (komandir yarbay Əhməd Rza bəy), 10-cu Qafqaz piyada alayı (komandir yarbay
Səlim bəy), Zehni bəy dəstəsi (komandir süvari minbaşısı Zehni bəy), 25-ci, 26-cı və 28-ci taborlar daxil idi.
Qrupun komandiri yarbay Osman bəy təyin edildi.
Cənub (güney) qrupu adını almış qrup Kürdəmir-Bakı dəmir yolu boyunca irəliləməli idi. Qrupun
tərkibinə Müsüslü dəstəsi, bir türk piyada taboru (38-ci alay tərkibindən 2-ci tabor), 1 türk piyada bölüyü (26-cı
tabor tərkibindən), istehkam bölüyü, 2 top, 1 zirehli qatar daxil idi. Qrupun komandiri H.Səlimov təyin
olundu.
461
38-ci alayın 1-ci taboru ehtiyat qüvvəsi kimi arxa
cəbhədə 3-cü taboru isə Gəncədə saxlanılmışdı. Qruplar arasında
əlaqələndirmə itməsin deyə onlar Şərq Cəbhəsi komandanlığı (və
ya Bakı cəbhəsi komandanlığı) çərçivəsində birləşmiş, Cəbhə
komandanı Mürsəl bəy təyin edilmişdi.
462
Yeni qruplaşmaya əsasən qoşunlar iyunun 16-18-də təşkil
olundu, istiqamətlərə bölündü. İyulun 19-da planlaşdırılan hücumda
qoşunlar qruplar şəklində hərəkət etməli idi. Komandanlıq hesab
edirdi ki, Cənub qrupu qarşısında 200 süvari, 700 piyada, 1 zirehli
qatar, bir neçə zirehli avtomobil olan qüvvə dayanıb. Ehtimallara görə, Şimal qrupu qarşısında 2-3-tabor piyada,
zirehli avtomobillər, bir neçə top və pulemytoları olan düşmən dəstəsi var idi.
463
Döyüş əmrinə əsasən 13-cü
alay Ağsu yaxınlığındakı mövqeyindən Göylər kəndinə, oradan Şamaxıdan şərqə hərəkət edərək Şamaxı-Bakı
yolunu kəsməli idi. 10-cu alay Gürcüvan kəndi ətrafından hücuma keçərək birbaşa Şamaxı üzərinə hərəkət
etməli idi. 38-ci piyada alayın l-ci taboru, mürəttəb süvari alayı və milli azərbaycanlı dəstələr, rus dağ topları
taqımı Şərq cəbbəsinin ehtiyat qüvvəsi olaraq Ağsuda toplandı. Şimal qrupunun hücumu zamanı Cənub qrupu
hücuma keçməsə də fəal hərəkətləri ilə düşməni özünə cəlb etməli və şimala qüvvə göndərilməsinə imkan
verməməli idi.
464
Mürsəl bəy, tərtib etdiyi planla razılaşan Nuru paşadan döyüş əmrini dəstəkləyən teleqram
almışdı. Teleqram "Hədəfiniz Bakı olacaqdır" sözləri ilə bitirdi.
465
Beləliklə, ən çətin vəzifə 13-cü alay qarşısında qoyulmuşdu. O, çox da hündür olmayan (831-936 m),
lakin sıldırımlı Göylər dağ silsiləsini aşmalı, daha sonra Pirsaat çayını keçməli, Şamaxını cənubdan mühasirəyə
alaraq Şamaxı-Bakı yoluna çıxmalı idi. Əməliyyat plan üzrə həyata keçirilsəydi, düşmənin qüvvələri
Şamaxıdan çıxa bilməyəcəkdi.
İyulun 19-a keçən gecə Şamaxı ətrafına şiddətli yağış yağdı, bu isə qoşunların hərəkətini ləngitdi. Hücum
zamanı yağışın davam etməsi, bir tərəfdən də gilli-palçıqlı ərazilər 13-cü alayın hərəkətini daha da
çətinləşdirirdi. Tədricən alay hücum istiqamətini dəyişdi və müəyyən olunmuş vaxtda Göylər kəndi (Şamaxıdan
cənub-şərqdə) əvəzinə Mədrəsə kəndinə (Şamaxıdan cənub-qərbdə) yaxınlaşdı. Nəticədə 10-cu alayın
hücumunu sol cinahdan dəstəkləyən 13-cü alay Şamaxıya birbaşa zərbəni gücləndirdi. Lakin sovetlərin
Şamaxıdan çıxmaq yolu qapanmamışdı. Şamaxıya gözlədiklərindən də güclü zərbə vurulduğundan bolşeviklər
səhər saat 11:00-da geri çəkilməyə başladılar və saat 16:35-də kütləvi şəkildə Şamaxını tərk edirdilər. Nuru paşa
əməliyyatın gedişindən, ilk növbədə 13-cü alayın istiqamət dəyişməsindən narazı idi və sovet qoşunlaranın
buralardan sağ-salamat çıxmasını Bakı ətrafında döyüşlərin daha da şiddətli olacağı kimi qiymətləndirirdi.
466
Döyüşdə Şimal qrupundan 1 zabit, 4 əsgər həlak olmuş, 20 əsgər yaralanmışdı.
467
Havanın yağışlı olmasına
baxmayaraq iyunun 20-də hücum davam etməli idi. Yeni plana əsasən 13-cü alay hərəkət istiqamətini dəyişməli
və Çuxanlı-Məlik Çoban kəndlərini tutmalı idi (kəndlər Şamaxıdan cənub-şərqdə yerləşirdi).
İyulun 20-də Şimal qrupu hücuma keçdi və döyüşdən sonra Çuxanlı və Məlik Çoban kəndlərini tutdu.
Döyüşdə 1 top, 2 pulemyot, 1 zirehli və 2 yük avtomobili, ləvazimat və döyüş sursatı olan arabalar qənimət kimi
ələ keçirildi. Avtomobilləri ələ keçirmək üçün süvari bölmə Şamaxı ilə Mərəzə arasında xüsusi pusqu qurmuş
və texnikanı tuta bilmişdi. Texnika ilə birlikdə 1 ingilis zabiti və 4 ingilis əsgəri də əsir götürüldü.
468
QİO-nun
qoşunları bir az da irəliləyə bilərdi, lakin Azərbaycan ərazisində ilk döyüşlərdən fərqli olaraq indi komandanlıq
tam sığortalanmış şərait yaradır, cinahları möhkəmlədir, ehtiyat qüvvəsini cəbhəyə yaxınlaşdırır, döyüş sursatı,
461
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.322.
462
Yuceer N. Birinci Dünya savaşında, s.91.
463
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.324.
464
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.236.
465
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.112.
466
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.238.
467
Yuceer N. Birinci Dünya savaşında, s.92.
468
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.333.
130
su və ərzağı çatdırır, yaralıları daşıyır və sonra hücumu davam etdirirdi. Belə hərəkət ləng olsa da, düşmənə
əkshücum təşkil etmək, qəfil zərbələr vurmaq üçün ümid belə vermirdi. Döyüş Mədrəsə istiqamətində davam
etməli idi.
469
Cənub qrupu əvvəlki kimi qarşısında dayanan düşməni narahat etməli, şimala qoşun
göndərilməsinə imkan verməməli idi.
470
İyulun 21-də başlayan hücum Mədrəsə kəndinin tutulması ilə
nəticələndi. Türk-azərbaycanlı qoşunlarının "vəhşilikləri" haqqında bolşevik-ermənilərin şayiələrinə inanmış,
Şamaxı qırğınlarında iştirak edən Mədrəsənin xristian əhalisi kəndi sovet qoşunları ilə birgə tərk etdi.
Mədrəsənin alınması Şamaxı da daxil olmaqla böyük ərazinin nəzarət altına alınması demək idi.
471
Mərəzə
kəndi yaxınlığında 28-ci taborun komandiri yüzbaşı İzzət bəy həlak oldu.
472
3-cü sovet briqadasının komissarı
A.Mikoyan hesab edirdi ki, türk-Azərbaycan qoşunlarına qarşı müqavimət təşkil etməli olan Amazasp geriyə
çəkilmək əmrini verməməli idi. Mikoyan öz fikrini S.Şaumyana raport vasitəsi ilə çatdırmışdı. S.Şaumyan
da öz növbəsində V.Leninə göndərdiyi teleqramda Şamaxı və Mədrəsənin Amazaspın ucbatından itirildiyini
bildirdi və günahkarları tribunala verəcəyinə söz verdi,
473
lakin bunu icra etmədi və Amazaspı heç vəzifədən də
çıxarmadı. 21 iyul döyüşündə qənimət kimi 2 top, 1 zirehli, 6 yük və 1 minik avtomobili, 30 araba, 6 səhra
mətbəxti, sursat ələ keçirildi.
474
İyulun 22-də sovet komandirlərinin geri çəkilən qoşunları toplayıb müqavimət təşkil etmək cəhdləri boşa
çıxdı. Bundan istifadə edən Cənub qrupu hücuma keçdi. Səhər başlayan hücumla düşmənin müdafiə xətti
yarıldı, azərbaycanlı süvarilər irəli atılaraq cəbhəni yardılar, saat 13:30-da onlar Sığırlı stansiyasını ələ
keçirdilər, hücumu davam etdirərək düşməni təqib etdilər və Padar stansiyasını tutdular. İyulun 22-nin axşamına
olan vəziyyət: Şimal qrupu qarşısında olan düşmən Cəngi kəndindən 6 verst şərqdə, Cənub qrupu qarşısında
dayanan düşmən Padar stansiyasından şərqdə möhkəmləndi.
475
Şamaxı ətrafında 60-dan artıq azərbaycanlı, 6 rus
və 6 erməni kəndi var idi. Azərbaycanlı kəndlərinin 1918-ci ilin aprel-iyun aylarında talanıb dağıdılmasında
təkcə Qırmızı Ordu deyil , ətraf rus və erməni kəndlərinin əhalisi də iştirak etmişdir. Şamaxı əməliyyatı zamanı
onların bir qismi Biçeraxovun və erməni dəstələrinin tərkibinə qatılmışdı. Sovet qoşunları məğlub ediləndən
sonra rus və erməni əhalisi Bakıya doğru qaçdı.
476
Beləliklə, Şamaxı əməliyyatı türk-Azərbaycan qoşunlarının növbəti uğuru ilə nəticələndi. Əvvəlki
döyüşlərdə üzə çıxmış qüsurların aradan qaldırılması itkilərin az olması, əməliyyatların əsasən plandan kənara
çıxmaması ilə səciyyələnirdi. Şamaxı əməliyyatı sona çatana yaxın bu ehtiyatlar tükənmişdi. Bakı istiqamətində
sürətli hücum təşkil etmək üçün qüvvə çatışmırdı. Türk-azərbaycanlı hissələrinin hərəkətinin qarşısını almaq
üçün düşmən öz texnikasını keçirdikdən sonra körpü və keçidləri məhv edir, mümkün olan yerlərdə yolları
korlayır, dəmir yolunu və teleqraf xətlərini sökürdü.
477
Nəticədə QİO-nun ərzaq, su və döyüş sursatı gətirən
arabaları qoşunlardan aralı düşmüş, səhra hospitalları geridə qalmışdı. Körpü və yolları təmir etmək üçün
istehkam hissələri çatışmır, dəmir yolu parovoz və vaqonlarının, həmçinin arabaların çatışmaması sursat və
ərzağı çatdırmaqla bağlı problemləri həll etməyə imkan vermirdi.
Mürsəl bəy Şimal və Cənub qruplarını dayandırıb təminat məsələlərini həll edəndən sonra hücumu davam
etdirməyi planlaşdırır, Nuru paşa isə düşmən vahimədə olduğundan
sürəti artırıb onu təqib etməyi tələb edirdi. O, 23 iyulda yazdığı
məktubunda bildirirdi ki, cəbhədə olan düşmən qüvvələri pərişandır,
arxada Biçeraxovun "ingilis parası" (ingilis pulları) ilə hakimiyyəti ələ
keçirəcəyi barəsində söz-söhbətlər gəzir, lakin ingilislərin Ənzəlidən
çıxacağı ehtimal edilmir. Nuru paşanın fikrincə, xüsusi təyinatlı dəstə
yaradılıb düşmən arxasına keçməli, Hacıqabul-Bakı dəmir yol xəttini
partlatmalı, Cənub qrupu Hacıqabula hücum etməli idi. О təklif edirdi
ki, süvari, topçu və piyadalardan ibarət təqib dəstəsi yaradılsın və
düşmən arxasınca göndərilsin, ərzaq və lazım olan kömək isə müsəlman kəndlərindən alınsın.
478
Mürsəl bəy
qoşunların və bölgənin vəziyyətini öz gözləri ilə görürdü. Azərbaycan kəndləri düşmən tərəfindən viran edilmiş,
dağı-dılmış, orada qoşunların hərəkətinə kömək edə biləcək əhali qalmamışdı. Mərəzədən Bakıya qədər ərazidə
469
Большевики в борьбе за победу, с.578.
470
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с.119.
471
Дарабади П.Г. Военные проблемы, с.119.
472
Yuceer N. Birinci Dunya savaşında, s.93 İzzət bəy Acıdərədə erməni – bolşevik qüvvələrinin böyük dəstəsini məğlub edəndən sonra düşmənin əsir və
yaralılarına yaxşı davranmağı tələb etmişdi. Hər zaman yaxşılığa vəhşiliklə cavab verən erməni xisləti burada da özünü göstərdi. İzzət bəy düşmən
əsirlərindən aralandıqda yaralı erməni əsgərlərindən biri gizlətdiyi tapança ilə atəş açmış və İzzət bəyi belindən vurmuşdu. Yaxınlıqdakı azərbaycan
kəndinə çatdırılsa da İzzət bəyi xilas etmək mümkün olmadı. O, vurulduğu yerdə dəfn edilməsini vəsiyyət edildi. Sovet illərində yerli əhali tərəfindən
qorunmuş qəbir itməmişdir. Hal – hazırda magistral yolun qırağında Təklə kəndi yaxınlığında İzzət bəyin qəbri qorunmaqdadır. Görüryılmaz M. Türk
Kafkaz İslam Ordusu, s.118.
473
Большевики в борьбе за победу, с.582, Токаржевски странной интервенции, с.125.
474
Yuceer N Birinci Dünya savaşında, s.93.
475
Süleymanov M.S. Azərbaycan Ordusu, 8.112.
476
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.114.
477
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.240.
478
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.240-241.
131
heç kimin yaşamamasını və su ehtiyatlarının olmamasını vurğulayan Mürsəl paşa ərzaq və su təminatında,
döyüş sursatının çatdırılmasında problemlər olmasını bildirmişdi. Erməni- rus kəndləri ətrafında taxıl ehtiyatları
vardı (bolşevik-erməni qoşunları onlara toxunmur, yalnız müsəlman kəndlərini məhv edirdilər), lakin bu taxılı
üyütmək xeyli vaxt və əlavə səylər tələb edirdi. Əsas anbarların Kürdəmirdə yerləşməsini, bu anbarların
döyüşən hissələrə yaxın olan, Şamaxıya köçürülməsi üçün vaxt və nəqliyyat tələb olunmasını bildirən Mürsəl
bəyin göstərdiyi səbəblərlə razılaşan Nuru paşa iyulun 26-dək təminat-təchizat məsələləri ilə məşğul olmağa
icazə verdi.
479
7.8.Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il)
Əvvəlki döyüşlərdə güclü zərbələr almış bolşevik-erməni qoşunları törətdikləri əməllərə görə cavab
verməli olacaqlarını dərk edərək geri çəkilirdilər.
480
Sovet Rusiyasından göndərilən silah və sursatın həcmi
artmışdı. İyulun 19-da Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi.
481
Q.Petrov
Bakı rayonunun hərbi komissarı təyin edildi. Q.Petrovun dəstəsi Sovet hakimiyyətinə sadiq olan kazaklar və
matroslardan təşkil edilmişdi və cəbhədə sabitliyin yaradılmasında əsas rol oynamalı idi.
482
İyulun 22-də
Biçeraxov komandanlıqdan imtina etdi, vuruşan qoşunların komandanı erməni Avetisov təyin edildi.
483
Biçeraxov cəbhədə qalaraq Bakının müdafiəsində iştirak edəcəyini bildirdi. Müxtəlif vasitələrlə ordunu
döyüşkən vəziyyətə gətirməyə çalışan bolşeviklər iyulun 24 -də fəhlələrə və qırmızı qvardiyaçılara müraciət
edərək onları "vəhşi Türkiyəyə", "nifrətamiz türk zülmünə" qarşı vuruşmağa çağırdılar.
484
Həmin gün
Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə
içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən də Petrov erməni komandirləri Amazasp, Vartanov
və Əmirovun cəbhəni tərk etmək istəmələrindən gileylənirdi.
485
Bakı bolşevikləri ilə birgə olan qüvvələr də
törədilmiş cinayətlərə görə cavab verəcəklərini dərk edərək onlardan aralanmağa başladılar. General
Denstervilin yazıları göstərir ki, eserlər və daşnaklar Ənzəlidə ingilis komandanlığı ilə görüşə öz
nümayəndələrini göndərir, bolşevikləri devirib hakimiyyətə gələcək yeni hökumətlə türk-Azərbaycan qoşun-
larına qarşı vuruşmağı təklif edirlər.
486
İyulun 25-də Fəhlə, Qırmızı əsgər, Matros və Kəndli deputatları Bakı
Sovetinin fövqəladə iclasında sağ eserlər, daşnaklar və menşeviklərin Bakıya ingilis qoşunlarının dəvət edilməsi
barədə təklifini qəbul etdilər.
487
Sovet Rusiyası iyulun 25-də Almaniyaya nota verərək Qafqaz İslam Ordusunun
hücumunun qarşısını almağı tələb etdi. Ağır vəziyyətdə olan Sovet Rusiyası Bakıya qüvvə göndərmək
iqtidarında deyildi. Hakimiyyəti vermək istəməyən S.Şaumyan iyulun 26-da V.Leninə teleqram vuraraq
ingilislərin gəlişinə qədər Bakıya nizami qqşunların göndərilməsini xahiş etdi. Həmin gün keçirilən Bakı Soveti
İcraiyyə Komitəsinin iclasında polkovnik L.Biçeraxovun dəstəsinin cəbhəyə göndərilməsi, şəhərdə hərbi
vəziyyətin tətbiq edilməsi, bolşeviklərin öz vəzifələrini icra etməsi, cəbhəyə əlavə qüvvələr göndərilməsi qərarı
qəbul edildi.
488
Bolşeviklər ehtiyat edirdilər ki, ingilislərin tərəfdaşları Bakıda çevrilişə cəhd edəcək və real
qüvvə kimi zərbəni Biçeraxov endirəcək. Nəticədə məğlubiyyətin Biçeraxovun ucbatından baş verməsi barədə
şaiyələr yayılmağa başladı. Şaiyələrin birinə əsasən Biçeraxov guya Bakıya gələrək burada saxlanılan 1000-ə
yaxın alman əsirini azad edib silahlandıracaq, sonra isə onların köməyi ilə bolşevik və erməniləri şəhərdən
qovacaq.
489
Bütün bu şayiələr Biçeraxovu vaxtilə dəstəkləyənlərin gözündən salınmağa, və siyasi bir fiqur kimi
aradan götürməyə yönəldilmişdi.
Bakıdan QİO tərəfə qaçmağa nail olan azərbaycanlıların və kəşfiyyatın məlumatlarına əsaslanan Nuru
paşa iyulun 24-də Mürsəl bəyə teleqram göndərərək əməliyyatm iyulun 26-na planlaşdırılmasını tələb etdi.
490
Körpü və yolların dağıdılması Cənub qrupunun, ərzaq və su çatışmazlığı,
döyüş
sursatının
Kürdəmirdəki
anbarlardan
Şimal
qrupuna
çatdırılmaması isə bu qrupun irəliləməsinə imkan vermirdi. Mürsəl bəy
bunları Nuru paşaya bildirdi. Bununla belə, irimiqyaslı hücum əməliyyatı
keçirmək imkanı olmasa da, tədricən qoşunlar irəliləməyə başladı. İyulun
479
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.327.
480
Большевики в борьбе за победу, с.582.
481
Yenə orada, s.569,573,582.
482
Yenə orada, s.566.
483
Yenə orada, s.579.
484
Большевики в борьбе за победу, с.569.
485
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246.
486
Денстервиль, s.159. Bakıdan göndərilən emissarlara işarə edən Denstervil bu günlər barəsində yazırdı: «mənim hər gün Bakı ilə əlaqəm var idi.»
487
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246.
488
Большевики в борьбе за победу, с.300.
489
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94.
490
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249.
132
26-da Cənub qrupu irəliləyərək 3 kəndi və Qarasu stansiyasını azad etdi. İyulun 27-də qrupun qərargahı bura
köçürüldü. Qrup həmçinin Kür çayı boyunca mövqe tutmuş Əhməd Həmdi bəyin qüvvələri ilə əlaqə yaratdı.
Cənub qrupu və Əhməd Həmdi bəyin dəstələri üzbəüz irəliləməyə başladıqda gözlənilmədən Hacıqabulda
cəmləşmiş sovet qoşunları mühasirə təhlükəsi ilə üzləşdi. Hücumun qarşısını almaq üçün kifayət qədər
qüvvələri olmayan sovet komandanlığı bundan ehtiyat edərək Hacıqabulu tərk etməyi əmr etdi.
491
V.İ.Leninə
göndərdiyi teleqramda S.Şaumyan göstərirdi ki, Q.Korqanov məcburiyyət qarşısında Hacıqabulu tərk etmək
əmrini verdi, çünki Kür çayı istiqamətindən irəliləyən süvarilər az qala sovetləri mühasirəyə salacaqdırlar.
Məktubda qeyd edilirdi ki, infrastruktur dağıdılıb, yollar və körpülər partladılıb.
492
İrəliləyən Cənub qrupu
Müsüslüdən Bakıya qədər 22 körpünün partladılmasını qeyd etmişdi.
493
Hacıqabulun özündə stansiya tikililəri,
neft, benzin, ağ neft çənləri partladılmış və ətraf ərazi viran qoyulmuşdu.
Cənub qrupu qarşısında olan düşmən Pirsaat stansiyası ətrafında, Şimal qrupu qarşısında olan düşmən isə
Cəngi ətrafında mövqe tutmuşdu. Cənub qrupunun irəliləməsi üçün ona istehkam bölüyü verildi və bölük
körpüləri yararlı vəziyyətə gətirməyə başladı. Əks tərəfdə düşmən qüvvələrinin çox olması nəzərə alınaraq
Cənub qrupundan bir tabor (38-ci alayın 2-ci taboru) və Gəncədə
yerləşən bir tabor (38-ci alayın 3-cü taboru) Şimal qrupuna tabe edildi.
İyulun 28-də verilmiş əmrə əsasən Cənub qrupu yayındırıcı döyüşlər
apararkən Şimal qrupu hücuma keçməli və düşmənin Cəngi ətrafındakı
mövqelərini tutmalı idi.
494
Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb
sərhədlərindən həyəcanlı xəbərlər gəldi. Azərbaycana müdaxilə etmək
üçün imkan axtaran Almaniya hökuməti hərbi yola əl atmaq fikrinə
düşmüşdü. Onun təhriki ilə Gürcüstan qoşunlarının bir neçə dəstəsi
Azərbaycanın Qazax bölgəsində Sınıq körpü adlanan sərhəd məntəqəsinə hücum etdi. Orada gürcü və alman
bayraqları qaldırdılar. Türk zabitlərinin rəhbərliyi ilə Azərbaycan könüllülərindən ibarət dəs-tələr əks-zərbə
endirərək gürcü dəstələrini qovdular. Döyüş nəticəsində gürcü tərəfdən 26 nəfər həlak oldu, 20 nəfər əsir
götürüldü, 2 pulemyot ələ keçirildi. Zaqatala və Şəki istiqamətində də sərhəddi pozmaq cəhdlərinin qarşısı
qətiyyətlə alındı.
495
İyulun 28-də gecə saat 3-də başlayan hücum bolşevik - erməni qoşunları üçün gözlənilməz oldu. Saat
11:30-da güclə özünə gələn sovet komandanlığı Şimal qrupunun hücumunun önündə gedən 2-ci mürəttəb süvari
alayına qarşı 150 süvari, 2 top, 1 zirehli avtomobil, sonra isə 200
piyada və 50 süvari atdı; lakin süvari alayı 10-cu Qafqaz piyada alayı
ilə birgə düşməni əzdi və Cəngi ətrafındakı mövqeləri tutdu. Cənub
qrupu yayındırıcı hücum təşkil etməsinə baxmayaraq irəliləməyə və
Pirsaat stansiyasının qərb tərəfinə çıxmağa nail oldu. Axşam düşəndə
qrupların hərəkəti dayandırıldı. Cəngi uğrunda döyüşdə düşmənin 2
topu və 1 zirehli avtomobili ələ keçirildi.
496
İyulun 28-də Bakı Soveti İcraiyyə Komitəsi bəyannamə yayaraq
hakimiyyəti ələ keçirmək istəyənlərin qarşısının alınması üçün, əsas
diqqəti QİO-ya qarşı yönəltməyin vacibliyini bildirirdi.
497
Bolşevik
aviasiyası daim kəşfiyyat uçuşları keçirir, QİO hərbi hissələrinin yerdəyişmələrini müəyyən etməyə çalışırdı.
İyulun 29-da türk-Azərbaycan hissələrinin hücumu davam etdirildi. Qruplar qarşılarında dayanan
qüvvələri məğlub edərək geri çəkilməyə məcbur etdi. Cəngi və Pirsaat stansiyası azad edildi. Həmin gün
Almaniya nümayəndələri QİO-nun hücumunun qarşısının alınması məqsədi ilə Osmanlı dövlətinə təzyiqi
artıracaqları haqqında Sovet Rusiyasına vəd verdilər.
İyulun 30-da hücumu davam etdirən qruplar Bakıya doğru hərəkət edirdilər. Şimal qrupu Atbatandan
cənuba doğru hücuma keçdi. Onun qarşısında bir piyada taboru, 200 süvari, 2 top və 3 zirehli avtomobili olan
düşmən dayanmışdı. Buna baxmayaraq saat 12:30-da düşmənin cəbhəsi yarılmış və o, Xırdalan istiqamətində
geriyə çəkilməyə başlamışdı. Bakının sovetlər tərəfindən yaradılan birinci müdafiə xətti məhz Xırdalandan
keçirdi. Düşmən Qobu ətrafında əvvəlcədən qazdığı səngərlərdə də möhkəmlənə bilmədi və geri çəkildi.
498
Başıpozuq bir bölüyün Sumqayıt tərəfə qaçdığı nəzərə alınaraq onu məhv etmək üçün dəstə ayrıldı. Dəstənin
491
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249.
492
Большевики в борьбе за победу, с.610.
493
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114.
494
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250.
495
Budak M. Nuru paşanın raportu, s.460.
496
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.334.
497
Большевики в борьбе за победу, с.608.
498
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114.
133
tərkibində bir piyada taboru (38-ci alaydan), 1 süvari bölüyü, 1 topçu tağımı var idi. Şərq cəbhəsi komandanlığı
döyüşü idarəetməni yaxşılaşdırmaq üçün qərargahı Qobuya köçürdü.
499
Cənub qrupu düşməni Heybət stansiyasınadək qovdu, burada sovetləri bir zirehli qatar dəstəkləyirdi.
Vəziyyətin kəskinləşməsini, bolşeviklərin öz məğlubiyyətlərini onun üzərinə yıxmasını görən, şəhərin müdafiə
olunacağına inamını itirən Biçeraxov öz dəstəsi və bir zirehli qatarla cəbhəni tərk edib Biləcəri stansiyası ilə
dəniz arasında mövqe tutdu.
500
Biçeraxovun özü ilə İrandan gətirdiyi qüvvələrdən cəmi 300 nəfər sağ qalmışdı,
onun dəstəsinin əksər yeni döyüşçüləri Bakı və ətrafların rus kəndlərindən toplananlar idi.
501
Dəstədə həmçinin
4 ingilis zabiti və 50 əsgəri, yük avtomobilləri, bir zirehli avtomobil var idi.
502
O, şimala doğru hərəkət etdi.
Bakıda iyulun 30-dan 31-ə keçən gecə daşnak partiya liderləri və bolşevik dəstələrinin rəhbərləri
müşavirə
keçirərək
cəbhəyə
3000
erməni
göndəriləcəyi barəsində qərar qəbul etmişdilər. Həmin
gecə QİO-nun Şərq cəbhəsi komandanlığı Şimal və
Cənub qruplarına iyulun 31-də hücumu davam
etdirmək əmrini verdi. Düşmən düşərgəsində olan
çaşqınlıqdan istifadə etməklə mümkün qədər
irəliləməyə çalışan komandanlıq Cənub qrupuna
Heybət stansiyasınadək irəliləmək və Bakıya iki
istiqamətdən yaxınlaşmaq əmrini verdi. Şimal qrupu
qarşısında dayanan düşmən qüvvələrini əzməli və
Bakıya girməli idi. Şəhərdə düşmən qüvvələri məhv
ediləndən sonra burada yalnız 13-cü alay qalmalı,
qalan hissələr isə şəhərdən çıxarılmalı idi.
503
Avantüra
qoxusu gələn bu əmr əslində düşmənin nə qədər
qüvvəyə malik olduğunu, onun hansı mövqelərdə
dayandığını, şəhərin müdafiəsinin necə təşkil
olunduğunu, müdafiəyə cəlb ediləcək düşmən
hidroaviasiyası və hərbi gəmiləri ilə necə və hansı
qüvvələrlə mübarizə aparılacağını nəzərə almadan
verilmişdi. Düşmən qoşunlarının sıxılaraq Bakıya
doğru geriləməsi cəbhənin müdafiə xəttini daraldırdı. Buna görə müqavimət qüvvəsini artırmalı idi. Üstəlik
komandirlər sursatın tükənməsindən xəbər verir, içməli suyun olmaması isə fəlakət həddinə çatmışdı. Qızmar
günəş altında sürətli hücumun təşkili üçün avtomobillər ayrılmamışdı, halbuki Bakı ətrafında keyfiyyətli yollar,
türk-Azərbaycan hissələrində qənimət kimi ələ keçirilmiş avtomobillər var idi. Qatarların lokomotivlərində
texniki su istifadə olunduğundan bu suyun tükənməsi nəticəsində zirehli qatar döyüşdə iştirak edə bilmir yük
qatarlarının dayanması isə cəbhəyə ərzaq, su və döyüş sursatını çatdırılmasını ləngidirdi. Nuru paşanın əmri ilə
Yevlaxdan göndərilən 18 çən su iyulun 31-də axşam yola düşmüş və döyüş başlayanadək qoşunlara çatmamışdı.
Bir sözlə, iyulun 31-nə planlaşdırılan hücum yalnız cəbhədəki psixoloji duruma hesablanmışdı. Ehtimal
olunurdu ki, türk-Azərbaycan qoşunları sürətlə hücuma keçərsə, düşməni müdafiə olunmaq üçün hazırladığı
mövqelərdə möhkəmlənə bilməyəcək, çaşqınlıq içərisində geri çəkiləcək. Belə tələsikdə Bakıya hücum təşkil
etməyi QİO rəhbərliyindən Ənvər paşa tələb edirdi. Almaniyanın təzyiqi ilə üzləşən və ingilislərin Bakıya qoşun
çıxarmaq ehtimalını nəzərdən qaçırmayan Ənvər paşa tezliklə Bakının tutulmasını tələb edirdi.
504
İyulun 31-də
qruplar hücuma başladılar. Gecə saat 3:30-da başlayan hücum səhər saat 8:00-da düşmənin Xırdalan ətrafında
yaratdığı müdafiə mövqelərinin (səngərlər, tikanlı məftillər) yarılması ilə nəti-cələndi.
505
Sumqayıt istiqamətinə
göndərilmiş dəstə buradakı düşmən hissələrini məğlub etmişdi. Dəstə şimala gedən bütün yolları kəsməklə
sovetlərin Abşeron yarımadası çərçivəsində mühasirəyə alınmasını tamamladı və Şollar su xəttinə nəzarəti ələ
keçirmək Şimal qrupunu içməli su ilə təmin etdi.
506
Şimal qrupu Heybət stansiyasından 2 km şərqdə yerləşən
905 №-li yüksəkliyi tutdu, sonra Xırdalanı azad etdi. Lakin geri sıxılan düşmən dəstələri birləşərək sahil xəttinə
yaxınlaşmış hərbi gəmilərinin açdığı atəşlə, həmçinin havadan türk - Azərbaycan qoşunlarını bombalayan 2
aeroplanın dəstəyi ilə əkshücuma keçdilər və 905 №-li hündürlüyü geri aldılar. Yeni qüvvə göndərməklə Şimal
qrupu rəhbərliyi vəziyyəti düzəltdi və yenidən 905 №-li hündürlüyü tutdu. Şimal qrupu hücumu genişləndirərək
əvvəlcə Coratı, sonra Hacı Həsən kəndi ətrafındakı təpələri ələ keçirdi. Cənub qrupu Nəvai və Ağbulaq
499
Yuceer N. Birinci Dünya savaşında, s.100-101
500
Дарабади П.Г. Военные проблемы, с.120.
501
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.95.
502
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.133.
503
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.251.
504
Yuceer N. Birinci Dünya savaşında, s.97.
505
Süleymanov M.S. Azərbaycan Ordusu, s.115.
506
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, 335.
134
stansiyalarını tutmağa müvəffəq oldu.
507
Mövqelər tutulduqdan sonra Bakıya nümayəndə heyəti göndərilərək
şəhər rəhbərliyinə məktub təqdim edildi. Məktubda QİO rəhbərliyi adından şəhərin döyüşsüz təslim edildiyi
halda ermənilərə istədikləri yerə çıxıb getmələrinə əngəl törədilməyəcəyi barəsində vəd verilirdi.
508
Məktub
barəsində məlumat alan Ənvər paşa teleqram göndərərək komandanlığın doğru hərəkət etdiyini, ermənilərin
təhlükəsizliyinə zəmanət veriləcəyini bildirdi. Eyni zamanda o, rədd cavabı alınarsa, hücumun davam
etdirilməsini tələb edirdi. Bakı uğrunda döyüşlərin ağır keçəcəyini anlayan Şərq cəbhəsi komandanlığı Güzdək
kəndi ətrafında ehtiyat qüvvə topladı: 38-ci alayın 2-ci piyada taboru, azərbaycanlı süvarilərdən ibarət Ləzgi
süvari alayı, 2 dağ topu.
509
Döyüşlərdə düşmən böyük itkilər vermişdi. Ordunun ən etibarlı
hissəsi sayılan Q.Petrovun dəstəsində 780 nəfərdən 200 nəfəri sağ
qalmışdı.
510
3000 erməni döyüşçüsü şəhərə qaçıb gizləndiyindən
Qırmızı ordu komandanı Avetisov təslim olmağı təklif etdi. Bakı
bolşevikləri tərəfdaşlarını Rusiyadan bu gün-sabah kömək gələcəyinə
inandırmaqla qüvvələri səfərbər edib müqavimət göstərməyə üstünlük
verir, daşnak, sağ eser və menşeviklər isə yalnız ingilislərə ümid
bəsləyirdilər. Bolşeviklərin sonuncu dayağı olan Petrovun dəstəsi
müxalif qüvvələri itaətə gətirmək gücündə deyildi, ona görə də iyulun
31-də Bakı komissarları hakimiyyətdən getmələrini bəyan etdilər.
511
Verilən bəyanatda məğlu-biyyətin səbəblərini avetisovlar və amazaspların qorxaqlığı ilə bağlayan bolşeviklər
elə həmin avetisovlar və amazplarla əlbir olub nə özlərinin törətdikləri cinayətlər, nə də rəqibin (QİO-nun)
mənəvi baxımdan üstün olması və bu üstünlüyü döyüş cəbhələrində nümayiş etdirməsini boyunlarına almadılar.
Avqustun 1-də Bakıda daşnaklar, sağ eserlər və menşeviklər "Sentrokaspi və sovetlərin Müvəqqəti
İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası" adlı hökumət təşkil etdilər. Bolşeviklərə sadiq qalan qüvvələr
(təxminən 3 min nəfər, bir neçə top və zirehli avtomobillər) şəhərin Petrovski meydanında düşərgə saldılar.
Komissarlar "inqilab üçün öz həyatlarını xilas etmək məqsədi" ilə gəmi vasitəsi ilə şəhəri tərk etmək istədikdə
Sentrokaspi diktaturasına tabe olan hərbi gəmilər bunun qarşısını aldılar. Komissarlar həbs edildi, lakin
Petrovski mey-danında düzülmüş dəstələrin silah işlətmək hədəsi Setrokaspi Diktaturasını onları azadlığa
buraxmağa vadar etdi.
512
Dostları ilə paylaş: |