5.4. Qafqaz Ġslam Ordusunun iyun-iyul aylarında quruluĢu
Ənvər paşanın Azərbaycanla bağlı planı burada yerli qüvvələr hesabına türk zabitlərinin köməyi ilə
tərkibində 3 piyada diviziya (hər) birində 3 piyada alay) olan 1 korpus yaratmaq idi. Nuru paşa Mosulda 6-cı
Ordu komandanlığından 149 zabit və məmur, 488 gizir və əsgər seçərək onlardan təlimatçılar kimi istifadəni
planlaşdırırdı. Aprelin 5-də Ənvər paşa tərəfindən təsdiqlənmiş Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə
aid Təlimnamə də bunu təsdiqləyir. Nuru paşa Mosul-Təbriz-Naxçıvan marşrutu ilə hərəkət edərkən
Naxçıvanda, Or-dubadda, daha sonra Cəbrayıl, Ağdam, Tərtər və Yevlaxda bir neçə osmanlı zabitini
yerləşdirərək onlara yerli konüllülərdən ibarət dəstələr yaratmağı tapşırırdı.
225
Bir çox yerlərdə əhali I Dünya
müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmiş və onlar yerli dəstələr
təşkil etmişdilər. Nuxada Bədri və Sidqi əfəndilər, Zaqatalada Həqqi əfəndi və Ələddin əfəndi belə dəstələrin
komandirləri idi. Lakin Nuru paşanın üzləşdiyi reallıq planları pozdu. Bakı Soveti qoşunları sürətlə irəliləyir,
Müsəlman Korpusunun kiçik hərbi qüvvələri onun hərəkət sürətini nisbətən ləngitsə də, qarşısını ala bilmirdi.
Könüllülərdən yaradılan hərbi hissələr silah və sursatla təmin edilməmiş, təlim keçməmiş, zabit heyəti demək
olar ki, yox idi. Belə şəraitdə təlimatçılar vasitəsi ilə hərbi hissələrin yaradılması prosesi çox vaxt tələb edərdi.
Nuru paşa teleqramlarının birində xəbər verirdi ki, Müsəlman Korpusunda 1000-ə yaxın döyüşçü var, bu isə
göstərir ki, toplanan könüllü dəstələri о real qüvvə kimi heç nəzərə almırdı.
226
Belə vəziyyətdə məhz nizami
osmanlı qoşunlarının göndərilməsi ehtiyacı açıq-aydın görünürdü. Bu qüvvələr komandanı Vehib paşa olan 3-
cü Ordu tərkibindən götürülməli idi.
İyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında hərbi kömək göstərilməsi barədə imzalanan müqavilə
birbaşa hərbi qüvvələrin göndərilməsinə imkan yaratdı. İyunun əvvəllərindən Azərbaycana 3-сü Osmanlı
ordusunun hissələri gəlməyə başladı. Maqalovun dəstəsi Kürdəmir-Ucar istiqamətində olub 900 nəfərdən ibarət
idi. Dəstə QİO-nun avanqardı rolunu oynayırdı.
Qafqaz İslam Ordusu tərkibində
Osmanlı qoşunları 5-ci Qafqaz firqəsi
(diviziya) ilə təmsil olunmuşdular. Əvvəllər
3-cü Ordunun (komandan Vehib paşa)
tərkibində olan firqə aşağıdakı quruluşa
malik idi: üç piyada alay (9-cu, 10-cu, 13-cü
alaylar), bir süvari alayı (mürəttəb 2-ci
süvari alayı), bir topçu alayı (5-ci Qafqaz
səhra topçu alayı) və əlavə hissələr.
227
Hər piyada alayında üç piyada tabor,
bir pulemyot (makinalı tüfəng) bölüyü var
idi. 9-cu piyada alayı (komandir minbaşı Cəmil Cahid bəy sonra qaimməqam Həmdi bəy) 25-ci, 26-cı və 27-ci
piyada taborlarından ibarət idi. 10-cu piyada alayı (komandir qayməqam Osman bəy, sonra Dəmirəli bəy) 28-ci,
29-cu və 30-cu piyada taborlarından ibarət olmuşdur. Üç tabordan (4-cü, 46-cı, 60-cı piyada taborları) ibarət 13-
cü piyada alayının komandiri qayməqam Əhməd Riza bəy idi.
19-cu və 42-ci süvari bölüklərdən ibarət olan mürəttəb 2-ci süvari alayının komandiri minbaşi Zehni bəy
idi.
5-ci Qafqaz səhra topçu alayı (komandir minbaşı Abdulla bəy) iki topçu taborundan ibarət olmuşdur
(Şnayder topçu taboru və Dağ topçu taboru). Şnayder topçu taboru 1-ci və 2-ci batareyalar, Dağ topçu taboru 4-
cü və 5-ci batareyalardan təşkil edilmişdi.
225
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.230-231.
226
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.107-108.
227
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.119-120.
83
Əlavə hissələrə istehkam bölüyü, səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr
və iaşə taqımı aid idi.
Qeyd etmək lazımdır ki, hələ müharibə başlamazdan əvvəl Osmanlı ordusunun ən zəif cəhətlərindən biri
təminat məsələsi ilə bağlı idi. Belə ki, döyüşən ordunun tərkibində təminat məsələləri ilə bağlı ayrıca strukturun
olmaması əməliyyatların keçirilməsinə maneçilik törədirdi. Təminat əsasən qoşunların yerləşdiyi ərazilər
hesabına həyata keçirilir, ölkənin mərkəzi bölgələrindən daşınmalar isə olduqca pis təşkil edilmişdi. Yaradılan
anbarlarla döyüşən hissələr arasında daşınmalar da ləng aparılırdı. Buna səbəb bir tərəfdən texnika sarıdan
geridə qalma idisə (avtomobillərin azlığı, arabaların əksər hallarda döyüş gedən bölgənin əhalisindən yığılması),
digər səbəb xüsusi nəqliyyat hissələrinin olmaması idi. Nəticədə hətta alman zabitləri qeyd edirdilər ki, Osmanlı
qoşunları irəliyə bilirlər, lakin sürətli
hücumlar etmək iqtidarında deyillər. Döyüş
zamanı ilkin uğur qazanan qoşunlar azacıq
irəlilədikdən sonra ərzaq və sursat ehtiyatını
bərpa etmək üçün hərəkəti dayandırır, ərzaq
və
sursatın gətirilməsini gözləyirdilər.
Nəticədə dərin irimiqyaslı hücumlar həyata
keçirmək olmur, düşmən geri çəkilib yeni
mövqelər qurmaq üçün imkan qazanırdı.
Osmanlı
qoşunlarının
hücumları
bir
mövqedən
digərinə
doğru
hərəkəti
xatırladırdı.
Vuruşan hissələrin su və ərzaqla
təminatını Azərbaycan Cümhuriyyəti Ərzaq
Nazirliyi öz boynuna götürdü. Əhalidə olan məhsulun 1/10 yığılır, eyni miqdarda ərzaq anbarlardan
götürülürdü. Azərbaycanı tərk etmiş ermənilərə məxsus olan topraqların məhsulunu ətraf azərbaycanlı əhali
toplamalı və toplanmış məhsulun 50 %-i dövlətə, vuruşan hissələrə keçirməli idi. Əvəzi ödənilməklə əhalidən
minik heyvanları götürülürdü. Sentyabr döyüşləri ərəfəsində zəkat da yığılaraq orduya keçirilmişdi. Cənub və
Şimal hücum xətti boyunca ərzaq anbarları yaradılmışdı. Təkcə 5-ci Qafqaz piyada firqəsinə bir gündə 10.774
kq ərzaq tələb olunurdu.
228
Ərzaq Nazirliyindən ərzağın götürülüb hissələrə paylanması üçün 5-ci firqənin
tərkibində əlavə struktur vahidi - Mənzil Müfəttişliyi yaradılmışdı ki, bu qurum ərzağın daşınması, təminat və
digər məsələlərlə məşğul olurdu. Onun səmərəli işi nəticəsində Mənzil Müfəttişi idarəsi yaradıldı.
5-ci Qafqaz fiqəsində 330 zabit, 7403 əsgər (5277-si döyüşən hissələrdə) və 1939 heyvan var idi.
229
Firqənin 3-cü Ordu ilə bağlılığı Qafqaz İslam Ordusunun komandanı Nuru paşa vasitəsi ilə həyata
keçirilməli idi. İdarəetməni asanlaşdırmaq üçün Qafqazda yerləşən 3-cü və 9-cu Ordular Şərq Ordular qrupu
tərkibində birləşdirildi (komandan Vehib paşa, iyunun 29-dan Xəlil paşa). Bu zaman 3-cü Ordunun komandanı
Esat paşa təyin edilmişdi. Maraqlıdır ki, iyun ayında 5-ci piyada firqəsinin (komandir Mürsəl paşa, sonralar
Mürsəl Bakı adını götürmüşdür; Ərkani-Hərb (qərargah) rəisi- minbaşı Rüşdübəy) adı dəyişdirildi və o,
Azərbaycan qolordusunun 3-cü atıcı diviziyası adını aldı.
230
QİO-nun komandanı Nuru paşa və Ərkani - Hərb rəisi Nazim bəy qərargaha arxalanaraq fəaliyyət
göstərirdilər. Qərargah aşağıdakı şöbələrdən ibarət idi: 1-ci şöbə - hərəkət şöbəsi (əməliyyat-planlaşdırma); 2-ci
şöbə - heyət şöbəsi (zabitlərin siyahıları, təltif edilmələr); 3-cü şöbə-hərbi divan və məhkəmə; 4-cü şöbə -
təminat şöbəsi - ərzaq və paltarla təminat; 5-ci şöbə - tibbi; 6-cı şöbə - baytarlıq; 7-ci şöbə - pulemyotların
inspeksiyası; 8-ci şöbə - qərargahın rəhbərliyi.
İyun-iyul döyüşləri nəticəsində osmanlı hərbi hissələrinin quruluşunda dəyişikliklər baş verdi. Bu bir
təfərdən osmanlı hissələrinin verdiyi itkilər və bu itkilərin azərbaycanlı döyüşçülərlə əvəzlənməsi, digər tərəfdən
azərbaycanlı könüllülərin sayının artması nəticəsində yeni-yeni Azərbaycan hissələrinin yaradılması ilə bağlı
olmuşdur.
Könüllü dəstələr və çağırıĢ iĢi. Azərbaycana gəldikdə Nuru paşa şahidi olmuşdur ki, əhali vuruşmaq
əzmindədir və könüllü dəstələr artıq mövcuddur. Bir çox yerlərdə əhali I Dünya müharibəsində rus ordusu
tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmiş və onlar yerli dəstələr təşkil etmişdilər. Nuxada
Bədri və Sidqi əfəndilər, Zaqatalada Həqqi əfəndi və Ələddin əfəndi belə dəstələrin komandirləri idi. Lakin
könüllüləri nizami hissələrə qarşı döyüşə göndərməkdən çəkinən Nuru paşa onları nizami osmanlı qoşunlarının
gələcəyi yolları, ilk növbədə dəmir yolları və körpülərin qorunmasında istifadə etdi. Qazax və Sadaxlıda
könüllülərdən postlar yaradılmış və özlərini doğrultmuşdular. Dərhal "Gəncə, Qazax və Sadaxlı məntəqələrində
228
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.256.
229
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.241.
230
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.127
84
cəm ediləcək milis ətrafı haqqında təlimat" adlı bir sənəd tərtib edilmiş, burada könüllü dəstələrin postlarının
yaradılması və fəaliyyəti ilə bağlı məqamlar öz əksini tapmışdır. Təlimata əsasən Poyludan Gəncəyə qədər
ərazidə dəmir yolu boyunca yerli əhalidən milis dəstələri yaradılmalı idi. Bu dəstələrin yaradılmasında Qafqaz
İslam Хеуriyyə Cəmiyyəti köməklik göstərirdi.
231
Osmanlı hərbi hissələri Azərbaycana daxil olarkən əhaliyə müraciət qəbul edilmişdi. Müraciətdə QİO-nun
məqsədləri göstərilmişdi: ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək, Bakıda
müsəlmanlar və bolşeviklər arasındakı müharibəyə müdaxilə etmək, Bakı ilə bağlı "almanların ehtiraslarına
mane olmaq", Qafqaz müsəlmanlarını təcavüzdən qurtarmaq. Bu müraciətin könüllülərin sayının artmasına çox
təsiri olmuşdur.
Qafqaz İslam Ordusu yaradılandan sonra könüllülərdən ibarət dəstələr iki məqsədlə istifadə edilirdi:
1.Arxa cəbhəni təşkil edən şəhərlərdə sabitliyin qorunması, yolların mühafizəsi; 2. Azərbaycan və Osmanlı
hərbi hissələrinə ehtiyat qüvvə hazırlanması. Misal üçün, iyunun 22-də 389 nəfərlik Ağdaş konüllülər dəstəsi
Osmanlı hərbi hissələrinin 9-cu, 10-cu və 13-cü alayları arasında bölüşdürüldü. 150 nəfərlik Göyçay milis
dəstəsi Müsüslü dəstəsinin Azərbaycan bölmələrinə verildi. Nəticədə həm Azərbaycan, həm də türk
hissələrinin itkiləri məhz azərbaycanlı könüllülər hesabına doldurulurdu, çünki komplektləşdirilmə üçün
Türkiyədən sıravi heyət göndərilmirdi. M.Süleymanov osmanlı sənədləri əsasında 5-ci Qafqaz firqəsində nə
qədər yeni qüvvənin olmasını müəyyənləşdirmişdir. Belə ki, 30 iyun tarixində 8229 sıravisi olan firqə 1-15 iyul
tarixlərində müxtəlif səbəblərdən (həlak olanlar, itkin düşənlər, yaralılar, xəstələr) 1200 nəfər itirmiş, həmin
dövrdə firqəyə 1992 nəfər azərbaycanlı gəlmiş və iyulun 15-də firqənin sıravi heyətinin sayı 9021 nəfərə
çatmışdır.
232
Türkiyədən əlavə nizami qüvvələrin göndərilməsini istəyən Nuru paşa Ənvər paşanı buna sövq
etmək üçün məktublarında döyüşçülərin çatışmadığını, könüllülərin əvvəlki kimi 1000 nəfər olmasını göstərirdi.
QİO rəhbərliyi və Azərbaycan hökuməti səfərbərlik işini daim nəzarətdə saxlayırdı. Belə ki, 1894-1899-
cu illər təvəllüdlü müsəlman gənclər hərbi xidmətə çağırılırdı. İlk dəfə olaraq Yelizavetpolda Əxzi-Əsgər idarəsi
yaradıldı və toplanma işinə vəsait ayrıldı. Hərbi xidmətə çağırılmırdılar: xəstələr, dəlilər, həbs olunanlar,
nazirlər, nazir müavinləri, valilər, ziraət idarələri müdirləri, dövlət xəzinədarı, məhkəmə rəisləri prokurorlar,
prokuror müaviləri, polislər, ruhanilər, 60 yaşına çatmiş və ya dul qalmış ananın tək oğlu, atadan, anadan yetim
olub himayəsində kiçik qardaş - bacısı olanlar, baba və ya nənənin himayəsində olan tək nəvə, bir nеçə uşağı
olanlar. Çağırışdan azad olanlara xüsusi sənəd verilirdi.
233
Toplanma işi aşağıdakı mərhələlərlə həyata keçirilirdi. Yaradılmış Milli Müdafiə Cəmiyyətləri əhali
arasında təbliğat aparır və orduya səfərbər olunmanın vacibliyini vurğulayırdılar. Eyni zamanda bildirilirdi ki,
öz silahları olan gənclər bu silahlarla xidmətə gəlsələr daha yaxşı olardı. Daha sonra xidmət yaşı çatmış gənclər
qəza mərkəzlərinə göndərilir və burada Əxzi-Əsgər komissiyasında həkimlər tərəfindən müayinə olunurdu.
Yararlı bilinən gənc Əxzi-Əsgər idarəsi tərəfindən iaşə və təchizatla təmin edilir. Yerləşdirmə Komissiyası
tərəfindən xüsusi ayrılmış binalarda müvəqqəti olaraq yerləşdirilirdi. Əsgər paltarı geyinən gənclərə Milli
Müdafiə Cəmiyyətləri əhalidən topladıqları əlavə köynək, corab və s. verir və yola salırdılar.
234
5.5. Xüsusi Azərbaycan Korpusunun təĢkili və strukturu
235
1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək
Xüsusi Azərbaycan Korpusu qoyulmuşdur.
236
Xüsusi Azərbaycan Korpusunda (komandan Əlağa Şıxlinski)
əvvəlki Müsəlman Korpusuna daxil olan hissələr yenidən düzənlənərək qərargah və iki Azərbaycan diviziyası
yaradıldı. Dəyişiklik zamanı azərbaycan hissələrinin komandirləri türk zabitlərindən təyin edildi. 1-ci
Azərbaycan diviziyası (komandir miralay Cəmil Cahilbəy, Ərkani-Hərb rəisi minbaşı Tahir bəy) üç piyada alayı
(1-ci, 2-ci və 3-cü) və bir Sərhəd alayından ibarət olmuşdur. 1-ci piyada alayına qaimməqam Məhyyəddin bəy,
2-ci piyada alayına əvvəlcə İsmayıl Həqqi bəy, sonra Əhməd Həmdi bəy, 3-cü piyada alayına qaim-məqam
Xalis bəy rəhbərlik edirdilər. Sərhəd alayının komandiri İsmayıl Həqqi bəy təyin edilmişdi. 2-ci Azərbaycan
diviziyası (komandir qaimməqam Nazim bəy, Ərkani - Hərb rəisi minbaşı Cəmil bəy) üç piyada (4-cü, 5-ci və
6-cı) alayından ibarət olmuşdur. 4-ci piyada alayına Həlim Pərtöv bəy, 5-ci piyada alayına Yusif Ziyabəy, 6-cı
piyada alayına miralay Dəmirəli bəy rəhbərlik edirdilər.
237
Döyüşlərdə rus topları ilə silahlanmış Azərbaycan
topçu taqımlarının və Azərbaycan süvari hissələrinin fəallıqla iştirak etməsi dəfələrlə göstərilir (əsasən Tatar və
Ləzgi alayları), lakin onların hansı di-viziyanın tərkibində olmasını söyləmək çətindir. Ştata əsasən üç piyada
tabordan ibarət olan Azərbaycan piyada alayında 61 zabit, 2700 əsgər, 48 minik və 236 yük heyvanı, üç
231
Süleymanov M. Qafqaz islam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.232.
232
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.164-165.
233
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.169.
234
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.279-280.
235
Azərbaycan Respublikasının Prezidenti H.ƏIiyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələr günü
elan edilmişdir.
236
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.233.
237
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.160.
85
bölükdən ibarət taborda isə 19 zabit, 772 əsgər, 12 minik və 76 yük heyvanı olmalı idi.
238
Əli ağa Şıxlinskinin
27 iyun tarixli 189 saylı əmri göstərir ki, Korpusun tərkibində 115 saylı sanitar qatarı, Yelizavetpol
stansiyasındakı 200 nəfərlik lazaret mövcud olmuş, həmçinin döyüşlərdə bir Azərbaycan zirehli qatarı da iştirak
etmişdir.
239
Toplanmış əsgərlər iki hissəyə bölünürdü: türk hissələrinə göndərilən əsgərlər və Azərbaycan hissələrinə
göndərilən gənclər. Belə ki, əsgərlərin paylanması zamanı müəyyən fərqlər var idi. Türk hissələrinə göndərilən
gənclər doğulduqları yerdən asılı olmayaraq hərbi hissələr arasında bölüşdürülürdülər: Gəncədən çağırılmış
əsgər Şəkidən və Qazaxdan olan əsgərlə bərabər türk hərbi hissəsinə göndərilir və türk əsgərləri ilə çiyin-çiyinə
vuruşurdu.
Toplanmış könüllülərin Azərbaycan hissələrinə bölüşdürülməsi isə ərazi prinsipi əsasında aparılırdı:
Qazax qəzasından toplanmış gənclər 1-ci piyada alayı, Şuşa və Qarabağ qəzasından -
2-ci piyada alayı, Ağdaş qəzasından - 4-cü piyada alayının 1 və 2-ci taborlarına və 1-
ci və 2-ci süvari bölüklərinə, Cavanşir qəzasından - 4-cü piyada alayının 3-cü
taborunun formalaşdırılmasına göndərilirdi.
Toplanma işi sürətlə gedirdi: misal üçün, iyulun 2-dən 29-dək Ağdamda 462
nəfər toplanıb. 3-cü piyada alayında 560-dan artıq nəfər, 4-cü piyada alayında 2028
nəfər, 2-ci piyada alayında 1018 nəfər, Şəki dəstəsində 285 nəfər, Bərdə dəstəsində
472 piyada və 245 süvari, Tərtər dəstəsində 245 süvari var idi. Təkcə Cəbrayılda
könüllülər yığmaq olmurdu. Raportlarda bunun səbəbi belə açıqlanırdı: "hər bir kənd
digəri ilə ədavətdədir və qan davası aparır".
240
Ənvər paşa Əlimərdan bəy Topçubaşovla görüşündə könüllülərin
toplanmasından xəbəri olmasını göstərmişdir: "Mənə məlumdur ki, çağırışda böyük
çətinlik olmayıb, adamlar həvəslə gəlirlər. Belə də olmalıdır. Qafqaz müsəlmanları
əsgəri mükəlləfiyyətə cəlb olunmamışdılar. Onlar əsgəri tələbkarlıqla tanış deyillər.
Ancaq görünür ki, əsgəri ruh hələ də qalmaqdadır. Bu isə zəruri şərtdir".
241
Ərazilər azad edildikcə gənclərin əsgərliyə çağırışı təşkil edilirdi. Belə ki, QİO
hissələri Bakıya yaxınlaşanda artıq Göyçay və Şamaxıda çağırış işi təşkil edilmişdi.
Erməni təhlükəsi olan kəndlərdə Akıncı dəstələri təşkil edilməli idi: 150 nəfərlik bölüklərə bölünmüş
dəstəyə nüfuzlu şəxs rəhbərlik edir, döyüşçülər öz evlərində yaşasalar da mütəmadi təlim keçir və siqnal olan
döyüşə çağırılırdılar.
Heyvanların da səfərbərliyi həyata keçirilirdi. İyunda QİO-da 2374 heyvan olub, onlardan 297 tələf olub,
lakin əhali tərəfindən 340 yeni heyvan gətirilib. Araba və dəvələr, həmçinin arabaçı və dəvəçilər də orduya cəlb
edilirdi.
242
Avqustda qoşunların strukturunda növbəti dəyişikliklər aparıldı. Ətrafında olan bəzi ilhaqçılar sonradan
Azərbaycanın Türkiyəyə qatılacağını bildirərək Azərbaycan milli hissələrinin yaradılmasının zərərli olmasını
gənc və siyasi cəhətdən təcrübəsiz olan Nuru paşaya təlqin etmək istəyirdilər. Digər tərəfdən Azərbaycan
Korpusunda zabit heyəti sıralarında rusların çox olması, bütün hərbi yazışmanın və sənədləşmənin hətta
azərbaycanlı zabitlər tərəfindən də rus dilində aparılması (azərbaycanlı zabitlər rus ordusu sıralarında xidmət
etmiş və bu dildə hərbi təhsil almışdılar) Nuru paşanın narazılığına səbəb olan məqamlar idi.
Nəticədə 1918-ci il avqustun 2-də Nuru paşa Qafqaz İslam Ordusu tərkibində Azərbaycan hissələrinin
yaradılması barəsində əmr verdi. Əmrə əsasən iki diviziyadan (firqə) ibarət korpus yaradılmalı idi və korpus
Osmanlı komandanlığı altında xidmət etməli idi. Əmrə əsasən mövcud hissələrdən 1-ci Qazax, 2-ci Qarabağ, 3-
cü Zaqatala, 4-cü Ağdaş piyada alayları və dörd süvari alayı düzənləndi. Hər piyada alayda üç tabor, pulemyot
bölüyü, depo bölüyü, istehkam bölüyü yaradıldı. Süvari alayda iki bölük olmalı idi.
243
1918-ci il avqustun 13-də Azərbaycan Korpusunun ləğvi barəsində əmr imzalandı, 1918-ci il avqustun
20-də Nuru paşanın əmri ilə 124 azərbaycanlı zabit yeni təyinatlar aldı. Nuru paşanın avqustun 2-20-də verdiyi
əmrlər əsasən Azərbaycan Korpusunun qərargahı təşkil edən qurumların ləğvi, lakin döyüşən xətt hissələrinin
saxlanılmasına yönəlmişdi. Qərargahlar ləğv ediləndən sonra etibarlığı şübhə doğuran qeyri- müsəlman
zabitlər uzaqlaşdırılmış, azərbaycanlı zabitlər isə Azərbaycan və Osmanlı hərbi hissələrinə təyinat almışdılar.
İsrafil bəy İsrafilov xatirələrində göstərir ki, "bizim piyada hissələr türk piyada hissələri tərkibində idi, mən isə
zirehli qatara komandanlıq edirdim".
238
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.173-174.
239
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.127.
240
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.174-175.
241
Топчубашев А. Дипломатические беседы в Стамбуле (1918-1919). Баку,1994, с. 17.
242
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.175.
243
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.129-130.
86
5.6. Bakıya son hücum ərəfəsində Qafqaz Ġslam
Ordusunun quruluĢu
Müasir tarixşünaslıqda Qafqaz İslam Ordusunun quruluşu və say tərkibi göstərilərkən Bakıya hücum
zamanı mövcud olan maksimum sayda hərbi hissələr göstərilir və döyüşlərin elə birinci günündən bütün bu
hissələrin vuruşması bildirilir. Halbuki bu, belə deyil. İyun -avqust döyüşlərində Osmanlı qoşunlarından yalnız
5-ci Qafqaz piyada firqəsi iştirak etmişdir, üstəlik onun tərkibində olan qüvvələr Azərbaycana hissə-hissə gəlir
və elə hissə-hissə də döyüşə qatılırdılar. Sovet tarixşünaslığı Bakıya qədər olan döyüşlərdə iki, Bakıya hücum
zamanı isə əlavə olaraq üç diviziyanın iştirak etməsini göstərirdi. Halbuki tarixi sənədlər sübut edir ki,
Azərbaycanda cəmi iki Osmanlı piyada diviziyası (firqəsi) olmuş, onlardan 5-ci Qafqaz piyada firqəsi ilk
günlərdən vuruşmuş, 15-ci piyada firqə isə yalnız sentyabrın 9-10-da Bakı ətrafına gəlmiş və təkcə Bakı
uğrunda döyüşdə iştirak etmişdir. Sovet tarixçisi E.Ludşuveyt yazırdı ki, son həmlədə 5-ci, 15-ci və 36-cı piyada
firqələri iştirak etmişdilər, lakin onun 36-cı diviziya ilə bağlı mənbə göstərməməsi bu məlumatı şübhə altına
alır.
244
Ümumiyyətlə, sovet tarixşünaslığında türk diviziyalarının sayı olduğundan dəfələrlə çox göstərilir. Misal
üçün, "Гражданская война и военная интервенция в СССР" enklopediyasında Bakıya hücum ərəfəsində
türklərin 2 piyada diviziyası, iyulun sonlarında daha iki diviziyası, və nəhayət, avqustun əvvəllərində daha üç
diviziyanın gəlməsi və beləliklə Bakıya hücumda 7 (!) türk diviziyasının iştirakı bildirilir.
245
5-ci Qafqaz piyada firqəsi ilə eyni quruluşa malik 15-ci piyada firqə döyüşlərin Bakı ətrafında getdiyi
vaxt QİO-nun tərkibinə qatılmışdı.
246
Firqənin komandiri miralay Süleyman İzzət bəy, Ərkani-Hərb rəisi
minbaşı İhsan bəy idi. Azərbaycan sərhəddini keçəndə firqənin tərkibində olan 38-ci piyada alayına miralay
Səlim bəy, 56-cı alaya qaimməqam Fəzli bəy, 107-ci alaya qaimməqam Fəhmi bəy rəhbərlik edirdilər. Bununla
belə, toplanmış döyüş təcrübəsi, yeni gəlmiş hərbi hissələr arasında döyüşlərdə iştirak etmiş hərbi hissələr
yerləşdirmək istəyi, çoxsaylı azərbaycanlı könüllülərdən maksimum yararlanmaq zərurəti 15-ci piyada
firqəsinin tərkibində dəyişikliyə səbəb oldu.
1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu aşağıdakı quruluşa malik idi: 5-ci Qafqaz piyada firqəsi,
15-ci piyada firqəsi, Cənub qrupu (Azərbaycan diviziyası), 106-cı Qafqaz piyada alayı (əlahiddə göstərilib).
5-ci Qafqaz piyada firqəsi (komandan mirliva Mürsəl paşa, qərargah rəisi Rüştü bəy), 4 piyada alayı
(onlardan üçü əvvəllər 5-ci firqənin tərkibində olanlar idi, biri isə 106-cı Qafqaz piyada alayından
götürülmüşdür), 1 topçu alayı və əlavə hissələrdən ibarət idi. Piyada və süvari alayların strukturunda dəyişklik
baş verməmiş, topçu alayı gücləndirilmişdi. Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra
topçu, rus səhra topçu, rus dağ topçu tağımları (cəmi 33 top) var idi. Əlavə hissələrə 5-ci istehkam bölüyü, 5-ci
səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr, iaşə taqımı, 20-ci və 25-ci ərzaq qolları
aid idi.
15-ci piyada firqəsi
247
(komandan Suleyman İzzət bəy, qərargah rəisi İhsan bəy), 2 piyada alayı (38-ci və
107-ci piyada alayları), Zehni bəy müfrəzəsi, Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər milisi), 15-ci topçu
alayından və əlavə hissələrdən ibarət olmuşdur. Firqə Rumıniyada yerləşərək Konstansadan dəniz yolu ilə
Batuma, sonra Gümrüyə gətirilmişdi.
248
Piyada alayların quruluşu 5-ci firqənin alayları ilə eyni idi (üç piyada
taboru). Zehni bəy müfrəzəsi bir Osmanlı süvari alayı (iki bölükdən ibarət mürəttəb 2-ci süvari alayı), iki
Azərbaycan süvari alayı (üç bölükdən ibarət Tatar süvari alayı və üç bölükdən ibarət Ləzgi süvari alayı) və
heyətləri azərbaycanlılardan olan iki dağ topundan ibarət olmuşdur. Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər
milisi) üç alay şəklində toplanmış
244
Лудшувейт Е.Ф. Турция в годы первой мировой войны 1914-1918 г. Москва, 1966, с.236.
245
Гражданская война. Энциклопедия, с.145.
246
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.276.
247
15-ci firqə «Çanaqqala firqəsi» adı ilə aşağıdakı əsərdə göstərilir: Лудшувейт
Е.Ф. Турция, c.238.
248
Görüryılmaz M. Türk Kafkaz, s.79.
87
88
azərbaycanlı könüllülərdən düzənlənmişdi.
249
15-ci topçu alayı iki Dağ topçu batareyası, bir səhra topçu
taqımından (cəmi 12 top) ibarət olmuşdur. Əlavə hissələrə istehkam bölüyü, səhiyyə bölüyü, telsiz teleqraf
taqımı, səyyar xəstəxana, orkestr, iaşə taqımı, iki ərzaq qolu aid idi.
Cənub qrupu (Azərbaycan diviziyası komandan Cəmil Cahit bəy) iki tabordan ibarət olan 4-cü piyada
alayı, üç süvari könüllülər alayı, bir səhra və bir dağ topu alaylarından ibarət olmuşdur.
106-cı Qafqaz piyada alayı digər hərbi hissələrə birləşdirildiyindən tərkibində bir piyada taboru qalmışdı.
QİO bu tərkibdə Bakı uğrunda son döyüşə başlamışdır.
Dostları ilə paylaş: |