Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
#16978
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 
 
 
5.7. Müsəlman Korpusu və Qafqaz Ġslam  
Ordusunun say tərkibi 
 
Müsəlman Korpusunun strukturu təsdiq ediləndə onun tərkibində 30-40 min döyüşçünün olacağı nəzərdə 
tutulmuşdu.  Hərbi  mükəlləfiyyət  görməyən,  əhalisinin  əksər  hissəsi  hərbi  xidmətdə  olmayan,  zabit  kadrları, 
silah və sursat sarıdan korluq çəkən ölkədə bu sayda qüvvəni təşkil etmək üçün azı 4-5 il vaxt tələb olunurdu. 
Əslində isə hərbi hissələrə ilk zabit və əsgərlər gələndə, az da olsa silahla təmin edilir və döyüşə göndərilirdi. 
Nəticədə  1918-ci  ilin  martında  Müsəlman  Korpusunun  Azərbaycan  ərazisinə  səpələnmiş  hərbi  hissələri 
tərkibində 3 minə yaxın döyüşçü ehtimal ki, bir о qədər də erməni-bolşevik təcavüzünə qarşı mübarizə aparan 
ayrı-ayrı  könüllü dəstələr olmuşdur. Bütün bu qüvvələr arasında  yeganə yaxşı təşkil edilmiş  hərbi hissə Tatar 
süvari alayı idi ki, onun da tərkibində 500-dən artıq döyüşçü var idi. 
1918-ci  ilin  aprelində  erməni-bolşevik  qoşunlarına  qarşı  Maqalovun  dəstəsində  təxminən  2  min  nəfər, 
İsmayıl  xan  Ziyadxanlının  dəstəsində  təxminən  3  min  nəfər,  Bakıdan  çıxan 
könüllülər, Quba, Xaçmaz, Dəvəçi könüllüləri cəmi 1-2 min nəfər təşkil edirdilər. 
N.Qosiskinin  göndərdiyi  qüvvələrə  polkovnik  Cəfərov  rəhbərlik  edirdi.
250
 
Azərbaycanın  qərb  sərhədlərində  -  Naxçıvan,  Zəngəzur  və  Qarabağda  ayrı-ayrı 
könüllü  dəstələr  olmuşdur.  Onlar  Dro,  Nzdex  və  Andranikin  erməni  dəstələrinə 
qarşı  vuruşduğundan  Bakı  istiqamətinə  cəlb  oluna  bilməzdilər.  Pərakəndə  halda, 
bir-birləri ilə əlaqəsi olmayan qüvvələr, əlbəttə ki, ordu sayıla bilməzdi. 
Azərbaycana  gələn  Nuru  paşa  yazırdı  ki,  Müsəlman  Korpusunun 
uğursuzluqlarına baxmayaraq könüllülər toplanır. Onların sayı 1000-ə yaxındır. Bir 
çox  yerlərdə  əhali  I  Dünya  müharibəsində  rus  ordusu  tərəfindən  əsir  götürülmüş 
türk  zabit  və  əsgərlərini  azad  etmiş  və  onlar  yerli  dəstələr  təşkil  etmişdilər.  Bəzi 
yerlərdə belə dəstələrin tərkibində 2 minə yaxın könüllü vardı. 
1918-ci ilin əvvəllərinə 3-cü ordunun tərkibində 45 min döyüşçü var idi.
251
 
Qafqaz  İslam  Ordusunun  say  tərkibini  müəyyənləşdirərkən  türk  və 
Azərbaycan  hissələrinin  ştatlarına  əsasən  döyüşçülərin  sayını  müəyyən  etmək 
doğru  olmazdı.  5-ci  Qafqaz  firqəsində  330  zabit,  7403  əsgər  (5277-si  döyüşən 
hissələrdə) var idi lakin firqə Azərbaycana hissə - hissə gələrək elə döyüşlərə də hissə-hissə qatılırdı. Eləcə də 
Azərbaycan  hissələrinin  sayı  döyüşlər  nəticəsində  azad  edilən  ərazilərin  əhalisinin  hesabına  artırdı.  Nəzərə 
almaq lazımdır ki, ilk döyüşlərdən sonra orduda sadə say artımını həyata keçirmək qarşıya qoyulan əsas məqsəd 
deyildi,  çünki  toplananları  silahlandırmaq,  təşkil  etmək,  təmin  etmək,  öyrətmək  lazım  idi.  Bütün  bunlar  isə 
tədricən həyata keçirilirdi. 
Sovet  tarixçisi  A.Kadişev  QİO  tərkibində  azərbaycanlıların  sayının  5  min  nəfər  olmasını  göstərir.
252
 
Bolşevik-erməni,  ingilis  kəşfiyyatının  məlumatlarını,  eyni  zamanda  Osmanlı  hərbi  sənədlərini  və  mövcud 
tədqiqat  materiallarını  təhlil  edərək  M.Süleymanov  sübut  etmişdir  ki,  iyul  ayında  QİO  tərkibində  azı  4-5  min 
azərbaycanlı  var  idi.
253
  Araşdırmalar  göstərmişdir  ki,  artıq  1918-ci  ilin  iyun-iyul  döyüşlərində  ümumi  sayı  10 
min  nəfər  olan  Qafqaz  İslam  Ordusunun  6  min  döyüşçüsü  osmanlı,  4  mini  isə  azəri  türkü  idi.
254
  Sentyabrın 
əvvəllərində bu rəqəm daha da artmışdı. Belə ki, Nuru paşanın avqustun əvvəllərində həyata keçirdiyi struktur 
dəyişikliyi azərbaycanlıların sayının artmasına dəlalət edir.  Ştata əsasən Azərbaycan piyada alayında 61 zabit, 
                                                           
249
Bu hissələrin quruluşu tərəfimizdən N.Yüceerin kitabında verilmiş tablo
 əsasında tərtib edilib (N.Yüceer. Birinci Dünya savaşında Osmanlı ordusunun 
Azerbaycan ve Dağıstan harekatı. Ankara, 2002 tablo «Kafkas İslam Ordusunun 10
 eylül 1918 kuruluşu». 
250
Дарабади П.Г. Военные вопросы, с.109. 
251
Enver Ziya Karal. Osmanlı tarihi. Cilt 5, s.527.
 
252
Кадишев А.Б. Интервенция, с.113. 
253
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.168. 
254
Allen V.E.D. ve P.Muratof. 1828-1921 Türk-Kafkas sınırındakı harplerin tarihi. Ankara, 1966, s.445. 
 

89 
 
2700 əsgər olmalı idi. Ştatların tam dolmamasını nəzərə alsaq belə təşkil edilmiş iki Azərbaycan diviziyası (ən 
aşağı rəqəmləri götürsək: hər biri 1000-1500 nəfərlik 7 piyada alay), iki süvari alay (hər birində 200-300 nəfər) 
və  topçu  hissələrində  avqustun  əvvəllərinə  azı  8-9  min  döyüşçü  olmalı  idi.  Düşmən  tərəfin  (ingilis  və  erməni 
mənbələri) Bakıya hücum ərəfəsində Qafqaz İslam Ordusu tərkibində 14-15 min döyüşçünün olması haqqında 
məlumatları  doğru  hesab  oluna  bilər.  Gəncədən  Bakıyadək  olan  ərazilərdə  yaradılmış  postlar,  hərbi  məktəb, 
yerli  dəstələr,  Muğan  qiyamçılarına  qarşı  dayanan  könüllü  dəstələrini  nəzərə  alsaq  bu  rəqəm  daha  da  böyük 
olmalıdır. Üstəlik, Azərbaycanın qərb ərazilərindəki, həmçinin Naxçıvan, Zəngəzur və Qarabağdakı dəstələrin 
say tərkibi bu statistikaya daxil edilməmişdi. 
 
 
 
5.8. Müsəlman Korpusu və Qafqaz Ġslam  
Ordusunun komandanhğı 
 
Müsəlman Korpusunun üzləşdiyi ən böyük problemlərdən biri zabit kadrlarının çatışmazlığı idi. Rusiya 
ordusu  tərkibində onsuz  da  sayı  az  olan  azərbaycanlı zabitlərin  bir  qismi  I  Dünya  müharibəsinin  cəbhələrində  
həlak    olmuş      (misal    üçün,    Nikolayev    Hərbi    Akademiyasını  bitirmiş  polkovnik  Teymur  Mirzə 
Məmmədəlibəyov kimi sərkərdə), bir qismi isə çar ordusunun zabitləri kimi bolşeviklər tərəfindən saxlanılmış 
və min bir əziyyətlə xidmət yerlərindən Azər-baycana qayıtmışdılar (misal üçün, məşhur sərkərdə tam artilleriya 
generalı Səməd bəy Mehmandarov kimi). Elələri də var idi ki, rus imperatoruna sədaqət andı içdiyini və bu anda 
sona  qədər  sadiq  qalacaqlarını  bildirərək  öz  imperatorlarından  ayrılmaq  istəməmiş  və  onun taleyi  ilə eyni tale 
yaşamışdılar  (misal  üçün,  tam  süvari  generalı  Hüseyn  Xan  Naxçıvanski  kimi).    Müsəlman  Korpusunun 
komandiri  Ə.Şıxlinski  zabit  kadrlarının  çatışmazlığını  hətta  "çıxılmaz  vəziyyət"  adlandırmışdır.      Belə   
vəziyyətdə   Korpusa   Azərbaycana   müsbət yanaşan və könüllü olaraq Müsəlman Korpusunda xidmət etməyə 
razı  olan      qeyri-müsəlman      zabitlər      xidmətə      qəbul      edilirdi.      Korpus  yaradılarkən  onun  qərargah  rəisi 
general-mayor  Mençukov  təyin  edilmişdi.  Rus  zabitləri  sayca  Korpus  zabitlərinin  65%-ni  təşkil  edirdi.  Bu 
zaman onların əsas problemi Azərbaycan dilini bilməməsi idi. Azərbaycanlı zabitlərin min bir əziyyətlə xidmət 
yerlərindən  vətənə  qayıtması  və  burada  xidmət  etmək  arzusu  sayəsində  tədricən 23  zabit  toplanmışdı.  Onların 
sırasında  general-leytenant  Əli  ağa  Şıxlinski,  general  -  mayorlar  X.Talışinski,  Əmənulla  Mirzə  Qacar  və 
Ağausubov,  polkovniklər  S.Əfəndiyev,  Əliiskəndərov,  Sədrəddin  Mirzə  Qacar,  C.  Şıxlinski,  podpolkovniklər 
H.Səlimov,  Xosrov  Mirzə  Qacar,  S.Rəfibəyli,  Ə.Qaytabaşı,  Hacıbəyli,  Məmmədov,  Həmid  xan,  Nuh  bəy, 
rotmistr  C.Naxçıvanski,  kapitan  İ.İsrafilov  və  digərləri  var  idi.  Əslən  çərkəz  olan  polkovnik  M.G.Tlexas  da 
Müsəlman  Korpusunda  xidmətə  qəbul  edilmiş  və  sonralar  Azərbaycan  Ordusunda  da  xidmət  etmişdir.  Əslən 
gürcü olan polkovnik L.Maqalov və polyak Dunin-Marsinkeviç də Müsəlman Korpusuna qəbul edilmiş, ən çətin 
döyüşlərdə azərbaycanlı zabitlərlə çiyin-çiyinə vuruşmuşdular. 
Qeyri-müsəlman  zabitləri  hərbi  xidmətə  cəlb  etməklə  zabit  çatışmazlığı  problemi  müvəqqəti  olaraq 
aradan  qaldırılsa  da,  unter  -  zabit  (yəni  zabitlə  əsgərlər  arasında  olan  kiçik  komanda  heyəti)  və  kiçik  zabit 
kadrlarının  çatrşmazlığını  aradan  qaldırmaq  mümkün  olmadı.  Belə  ki,  məhz  unter-  zabit  və  kiçik  zabitlər 
əsgərlərlə  bilavasitə  təmasda  olur,  onlara  hərbi  bilikləri  öyrədir,  hərbi  vərdişlər  yaradır,  onları  döyüşə  aparır. 
H.Z.Tağıyev  və  Ş.Əsədullayevin  oğulları,  tanınmış  Naxçıvanskilər,  Qacarlar  nəslinin  nümayəndələri  də 
Korpusda  zabit  kimi  xidmət  edərək,  öz  əsgərlərinin  tam  inamını  qazanmışdılar.  Komanda  heyətinin  aşağı 
təbəqəsi mütləq əsgərlərə eyni din, dil və etnik mənsubiyyətcə bir kökdən olmalıydı ki, əsgərlərin təlim-tərbiyə 
prosesi  sürətlə aparılsın və onlarda  öz komandirlərinə qarşı inam olsun. Sadə əhali sırasından toplanmış  və ya 
könüllü olaraq orduya gəlmiş gənclər (əksəriyyəti savadsız və ya mollaxana təhsili ilə) çətin dərk eləyə bilərdi 
ki, onlara rəhbərlik edən və bolşeviklərə işləyən xristian rus zabiti onların düşməni olan xristian, rus komandirə 
qarşı axıra qədər vuruşacaq. Bu dövrdə eyni hadisələrdə milli, etnik, siyasi mübarizələr elə qarışmışdı ki, hətta 
ali  savadlı,  zəngin  həyat  təcrübəsi  olan  insanlar  çaş-baş  qalırdılar.  Bunu  yaxşı  başa  düşən  Müsəlman 
Korpusunun rəhbərliyi qeyri-müsəlman millətlərdən kiçik komanda heyətini dəvət etməyin xeyirdən çox ziyan 
verəcəyini  anlamış  və  başqa  yol  seçmişdir.  Hərbi  hissələri  kiçik  komanda  heyəti  ilə  təmin  etmək  üçün  hərbi 
kurslar və məktəblər yaratmaq işi həyata keçirilirdi. 
Hələ  1917-ci  ilin  iyulunda  polkovnik  Süleyman  bəy  Əfəndiyev  Yelizavetpolda  hərbi  kurs  təşkil  etdi  və 
150 nəfər gəncə hərbi işin ilkin vərdişlərinin öyrədilməsinə başladı. 1918-ci ilin əvvəlində Bakıda kadet məktəbi 
yaradıb milli zabit kadrlarının hazırlanması layihəsi tərtib edildi. 1918-ci ilin fevralın 6-da layihə konkret şəkil 
aldı: 1-ci müsəlman diviziyası nəzdində Bakıda "Milli hərbiyyə məktəbi" (rus-dilli sənədlərdə "Мусульманская 
школа  подпрапорщиков")  adı  ilə  hərbi  məktəb  yaradılmalı,  bura  18-25  yaşlı  gənclər  qəbul  edilib  "yunker" 
kimi 3 aylıq kiçik komandir kursları keçməli idilər.
255
 İmkanlar nəzərə alınaraq bir dəfəyə kursa 100 nəfər qəbul 
                                                           
255
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.48-49. 

90 
 
edilməli  idi.  Təşkilati  işlər  Tiflisdə  həll  ediləndən  sonra  məktəb  Bakıya  köçməli  idi,  lakin  Bakıda  olan  hərbi-
siyasi  vəziyyətin  kəskinliyinə  görə  məktəb  Yelizavetpola  köçdü  və  burada  fəaliyyətə  başladı.  Martın  1-də 
poruçik  Nəsirbəyov  Milli  Hərbiyyə  məktəbinin  rəisi  təyin  edildi.  Yelizavetpolda  bu  məktəb  əvvəlcə  indiki 
Dəmir  yolu  məktəbinin,  sonra  isə  Sənət  məktəbinin  binasında  yerləşdirildi.  1918-ci  ilin  aprel  döyüşlərində 
komandirlərin  çatışmazlığına  görə  məktəb  bağlandı,  yunkerlər  öz  müəllimləri  ilə  L.Maqalovun  dəstəsi 
tərkibində Bakı Soveti qoşunlarına qarşı döyüşlərdə iştirak etməyə başladılar.
256
 
Osmanlı  qoşunları  Azərbaycana  gəldikdə  Müsəlman  Korpusunun  zabit  və  unter  -  zabit  çatışmazlığı 
problemi  həll  edilməmişdi.  Doğrudur,  eyni  din  və  dildən  olan  türk  zabit  və  çavuşları  azərbaycanlı  əsgərlərlə 
tezliklə  təmas  yaradaraq  onların  tam  etimadını  qazanmış,  onlara  tapşırılan  hərbi  bölmə  və  hissələri  döyüşə 
aparmışdılar. Lakin onlar az sayda idi, çünki Nuru paşanın özü ilə gətirdiyi sırf təlim məsələləri ilə məşğul olan, 
könüllülərdən,  sözün  tam  mənasında,  əsgər  hazırlayan  zabit  və  unter  -  zabitlərin  sayı  minlərlə  azərbaycanlı 
könüllüsünün təlimi üçün nəzərdə tutulmamış,  üstəlik onun tabeçiliyində olan komandir  heyətinin bir qismini 
Nuru  paşa  döyüşən  hissələrə  göndərib  itkiləri  bərpa  etməyə  məcbur  olmuşdur.  Nuru  paşa  qeyri-müsəlman 
zabitlərin Azərbaycan hərbi hissələrində çoxsaylı olmasına şübhə ilə yanaşır, müxtəlif vasitələrlə (ən çox Xüsusi 
Azərbaycan  Korpusu  yaradılarkən  və  digər  struktur  dəyişiklikləri  edilərkən)  onların  sayını  azaltmağa 
çalışmışdır. Doğrudur, hətta ingilis qoşunlarının komandanı general Denstervil yazırdı ki, Qafqaz İslam Ordusu 
tərkibində vuruşan rus    zabitlərinin   sayı   Sentrokaspi    Diktaturasında    vuruşan   rus zabitlərinin sayından 
çoxdur.
257
 
Komandir  çatışmazlığı  problemini  həll  etmək  üçün  Nuru  paşa  iyun  ayının  sonlarında  Gəncədə  miralay 
Atif  bəyin  rəhbərliyi  ilə  Milli  Нərbiyyə  məktəbi  təşkil  etmişdir.  Məktəbdə  6  aylıq  hazırlıqdan  son  taqım 
komandirləri  hazırlanmalı  idi  (məktəbin  ilk  buraxılışı  Bakının  azad  edilməsindən  sonra  oldu).  Əhaliyə 
bildirilmişdi  ki,  burada  oxumaq  istəyənlər  Azərbaycan  Hərbi  Nazirliyinin  Əxzi  -  Əsgər  şöbələrinə  müraciət 
etməlidirlər. İlk olaraq 100 nəfər müdavim toplamaq planlaşdırılmışdı, lakin arzu edənlərin sayı olduqca çox idi. 
Ona  görə də avqustda Ehtiyat  Zabit Namizədləri Təlimgahı yaradıldı.  Burada 4 ay ərzində çavuş  hazırlanmalı 
idi. Təlimgaha 400 nəfər qəbul edilmiş, onların buraxılışı 1918-ci ilin oktyabr ayında olmuşdur.
258
 
Beləliklə,  istər  Müsəlman  Korpusu  (sonra  Xüsusi  Azərbaycan  Korpusu),  istərsə  də  Osmanlı  hərbi 
hissələri I Dünya müharibəsi və ya ondan əvvəl hazırlanmış zabit və unter - zabit (çavuş) kadrlarla döyüşlərdə 
iştirak etməli olmuşdular. 
Azərbaycanlı  zabitlərin  aldığı  təhsil  və  keçdiyi  döyüş  yolu  çar  ordusunun  hərbi  təhsil  sisteminə 
əsaslanırdı. Onlar əksər hallarda Tiflis və ya Peterburqun hərbi məktəblərində təhsil alandan sonra Rusiya çar 
ordusunun tərkibində xidmət etmiş, imperiyanın apardığı müharibələrdə, əsasən 1900-1901-ci ildə Çinə yürüş, 
1904  -1905-ci  illər  Rus-Yapon  müharibəsi  və  I  Dünya  müharibəsində  döyüş  təcrübəsi  toplamışdılar.  Nadir 
hallarda  əvvəlcə  əsgər  və  ya  unter  -  zabit  kimi  xidmət  edən  şəxs  sonralar  hərbi  məktəbə  daxil  olaraq  zabit 
rütbəsinə layiq  görülmüşdü.  Аli  Qərargahın  Nikolayev  Hərbi  Akademiyasını  bu  dövrdə  baş  verən  hadisələrin 
iştirakçılarından təkcə bir nəfər - Həbib bəy Səlimov bitirmişdi. Akademiyada verilən biliklər irimiqyaslı hərbi 
hissələrin  döyüş  fəaliyyətini  təşkil  etməyə,  qoşun  birləşmələrini  idarə  etməyə  imkan  verirdi.  Hərbi  məktəbi 
bitirəndən sonra Ali Qərargahın Nikolayev Hərbi Akademiyasına qəbul olmaq istəyən zabit əvvəlcə qoşunlarda 
xidmət  etməli,  bilik  və  bacarığı  ilə  seçilməli,  təltif  edilməli  və  nəhayət  xüsusi  çətinliyi  ilə  seçilən  imtahanlar 
verməli idi. Beləliklə, akademiyanı bitirmiş şəxs həm təcrübəyə, həm də nəzəri biliklərə malik olurdu. 
Osmanlı zabitlərin aldığı təhsil və keçdiyi döyüş yolu standart idi. Belə ki, hərbçi olmaq istəyən şəxs orta 
hərbi  təhsilin  I  pilləsini təşkil  edən "rüşdiyə"  hərbi  məktəbini  bitirməli idi.  Osmanlı  dövlətinin  hər  bölgəsində 
yaradılan  belə  məktəblər  çoxsaylı  olsalar  da  burada  əsasən  ilkin  hərbi  biliklər  öyrədilir,  faktiki  olaraq  taqım 
komandirləri hazırlanırdı. Orta hərbi təhsilin II pilləsini hərbi lisey (Askeri İdadəsi) təşkil edirdi. Dövlətdə cəmi 
7 belə məktəb mövcud idi və buranı bitirən şəxs,   hərbi təhsilli hesab olunurdu. Hərbi təhsilin ali mərhələsinin 
İstanbul Harb Akademisi təşkil edirdi ki, burada təhsil iki pilləli idi. Birinci   pilləni   bitirən   şəxs   qoşunlara   
göndərilir,      sonralar      alay  komandirinədək  yüksələ  bilərdi.  Akademiyada  ikinci  pillə  Ərkani-Hərbin  (Baş 
Qərargahın)  sinifləri  hesab  edilirdi.
259
  Belə  ki,  birinci  pilləni  uğurla  bitirən  şəxs  siniflərə  qəbul  edilir,  oranı 
bitirərək birbaşa (qoşunlarda  xidmət etmədən) kapitan rütbəsini alaraq qərargah vəzifələrinə göndərilirdi. İstər 
osmanlı,  istərsə  də  xarici  müəlliflər  qeyd  edirdilər  ki  osmanlı  hərbi  təhsil  sisteminin  zəifliyi  nəzəriyyə  və 
təcrübənin  bir  -  birindən  ayrı  olması  idi.  Belə  ki,  qoşunlarda  xidmət  edən  zabitlərin  nəzəri  hazırlığı  zəif  idi, 
qərargahlarda xidmət edən zabitlərin əksəriyyətinin isə qoşunların döyüş xidmətinin təşkilindən xəbəri az idi. 
1912-ci  il  uğursuz  Balkan  müharibələrindən  sonra  ölkədə  hərbi  islahatlar  keçirən  Ənvər  paşa  və  onun 
silahdaşları zabit heyətinin "gəncləşməsinə" (yeni növ silahlar və müharibə üsulları ilə tanış olan gənc zabitlər 
                                                           
256
Yenə orada s.50.
 
257
Денстервиль, c.70, 92. 
258
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.259-260. 
 
259
Ушаков А. Феномен Ататюрка. Москва, 2002, с.16-17. 

91 
 
yaşı ötmüş zabitləri hərbi ierarxiyanın bütün pillələrində əvəz etmişdilər) nail olmuşdu.
260
 Qeyd etmək lazımdır 
ki,  1914-cü  ildən  I  Dünya  mübaribəsinin  müxtəlif  cəbhələrində  vuruşan  Osmanlı  ordusu  1917-ci  ilin  sonunda 
böyük itkilər vermiş (600 min əsgər və zabit həlak olmuş, 2 milyon nəfər yaralanmış, onlardan 900 min nəfər 
həmişəlik  əlil  qalmışdı),
261
  zabit  korpusunda  olan  itkiləri  keyfiyyət  baxımından  bərpa  etmək  mümkün 
olmamışdı.  İtkiləri  kəmiyyət  baxımından  bərpa  etmək  üçün  döyüşlərdə  fərqlənmiş  çavuşlar  asanlaşdırılmış 
imtahanlarla  hərbi  məktəblərə  qəbul  edilir,  qısa  hazırlıq  kursundan  sonra  döyüşən  hissələrə  göndərilirdi. 
N.Korsun  Osmanlı  ordusunun  zabit  heyətinin  hazırlıq  səviyyəsini  təhlil  edərkən  qeyd  edir  ki,  kiçik  ko-manda 
heyətinin  75  %-i  savadsız  idi,  orta  komandirlərin  40  %-i  xüsusi  hərbi  təhsili  olmayan  (hərbi  məktəb  nəzərdə 
tutulur) unter-zabitlərdən ibarət idi.
262
 Ali komanda heyəti iri qoşun birləşmələrinin idarəetmə təcrübəsinə malik 
deyildi.  I  Dünya  müharibəsinin  döyüşləri  başlayan  kimi  Osmanlı  qoşunlarının  digər  zəif  tərəfi  özünü  büruzə 
verdi:  xəritdçəkmə  işi  olduqca  aşağı  səviyyədə  idi.  Belə  ki,  1:200  000  miqyasında      köhnə      xəritələrlə  təmin   
edilmiş   zabitlər real   obyektlərin xəritələrdə əks olunmamasını görür, əksər hallarda yerli əhalidən bələdçilər 
götürməyə məcbur olurdu. Eyni problem özünü Azərbaycanda da göstərmişdir. Belə olduğu halda azərbaycanlı 
zabitlərin bilikləri əvəzsiz idi. Belə ki, onlar rus qoşunlarının rus dilində tərtib edilmiş 1:84 000 miqyasında olan 
xəritələrindən  istifadə  edir,  zabitlərin  bir  çoxu  Azərbaycanın  müxtəlif  bölgələrində  xidmətlərini  başladığında 
ərazini çox yaxşı tanıyırdılar. Azərbaycanlı könüllülərin QİO-nun komandanlığına göstərdiyi kömək əvəzsiz idi. 
Hətta ingilis generalı Denstervil qeyd etmişdir ki, osmanlı qoşunlarına bələdçilik edən azərbaycanlı könüllülər 
ərazini olduqca yaxşı bilirdilər. 
Qafqaz  İslam  Ordsunun  azərbaycanlı  və  türk  zabitlərinin  tərcümeyi-halı  istiqlal  mübarizəsi  uğrunda 
vuruşanların kimlərin arxasınca qələbəyə doğru getməsini göstərir. 
Azərbaycanlı  zabitlər.  Əli  ağa  Şıxlinski  1865-cı  ildə  zadəgan  ailəsində  anadan  olub.  1883-cü  ildə 
Tiflisdə  Mixaylov  artilleriya  məktəbinə  daxil  olan  Şıxlinski  oranı  fərqlənmə  ilə  bitirir.  O,  Qafqaz  hərbi 
dairəsində, 1900-cü ildən isə Zabaykal topçu divizionunda çalışmağa başlayır. Rus qoşunlarının Çinə yürüşündə 
iştirak edən Şıxlinski 1904-cü ildə topçu batareyanın komandiri vəzifəsində Port-Artura 
göndərilir.
263
  1904-1905-ci  illər  Rusiya-Yaponiya  müharibəsi  döyüşlərində  fəal  iştirak 
edərək  o,  ayağından  yaralanaraq  yaponlar  tərəfindən  əlil  hesab  olunur  və  əsir 
götürülmür.  Lakin  Peterburqda  müalicə  alan  Şıxlinski  çox  keçmir  ki,  yenidən  orduya 
qayıdır.  Şıxlinski  1907-ci ildə Ali  Zabit artilleriya  məktəbinə daxil olur, 1910-cu ildə 
təhsilini  başa  vurur  və  Qafqaz  hərbi  dairəsində  divizion  komandiri  vəzifəsində 
xidmətini  davam  etdirir.  1912-ci  ildə  onun  təklif  etdiyi  yeni  atəş  üsulu  Şıxlinski 
üçbucağı"  adı  altında  hərb  elminə  daxil  edilmişdir.  "Səhra  toplarının  cəbhədə 
işlədilməsi" kitabı isə artilleriya zabitlərinin stolüstü kitabına çevrilmişdir. 1912-ci ildə 
Ali  Zabit  artilleriya  məktəbinə  rəis  müavini,  1913-cü  ildə  məktəb  rəisi  təyin  edilən 
Şıxlinskiyə həmin ildə general-mayor rütbəsi verildi. 
1914-cü  ildə  Şıxlinski  yenidən  artilleriya  hissələrinə  qayıdır.  O,  Rusiya  paytaxtı  Petroqradın  müdafiə 
sisteminin  artilleriya  rəisi  təyin  edilir.  Bu  vəzifədə  olarkən  o,  şəhər  ətrafında  artilleriya  mövqelərinin 
qurulmasında, Baltik dənizi və Fin körfəzi sahillərində artilleriya batareyalarının yaradılmasında həmçinin yeni 
yaranan  zenit  artilleriya  hissələrinin  formalaşdırılmasında    yaxından    iştirak  edir.  1915-ci  ildə  Şıxlinski  Qərb 
cəbhəsinin ağır artilleriya rəisi və Ali Baş komandan yanında artilleriya üzrə general təyin edilir. Şıxlinski qısa 
müddət  ərzində  ağır  artilleriya  hissələrinin  təşkil  edilib  döyüşlərdə  iştirakını  təmin  edir.  Onun  təşkil  etdiyi 
artilleriya  hissələri    Brusilov  həmləsində  istifadə  edilərək  özünü  tamamilə  doğrultmuşdur.  1916-cı  ildə  Qərb 
cəbhəsinin artilleriya  inspektoru  təyin edilən  Şıxlinskiyə   xidmətlərinə   görə 1917-ci ilin əvvəlində general-
leytenant  rütbəsi  verildi  və  o,  10-cu  ordunun  komandanı  təyin  edildi.
264
  Rusiya  ordusunda  xidmət  zamanı 
Rusiya  ordenləri  sırasında  ən  yüksək  hərbi  təltif  nişanı  sayılan  Müqəddəs  Georgi  ordeninin  4-cü  dərəcəsi  ilə 
bərabər Şıxlinski Rusiya və Antantanın bir çox digər orden və medallarıyla da təltif edilmişdir. 
1917-ci  ildə  Qafqaza  qayıdan  Şıxlinski  Müsəlman  Korpusunun  ko-mandam  təyin  edildi.  Nuru  paşanm 
başçılığı ilə Azərbaycana gəlon türk horbi hissələri Müsəlman Korpusu ilə birləşdirilərək Qafqaz İslam Ordusu 
adı ilə azadlıq yürüşünə başladı. Şıxlinski də bu yürüşlərdə iştirak edirdi. Ə.Şıxlınskinin Qafqaz İslam Ordusuna 
qatılmasını  hadisələrin  iştirakçısı  olmuş  türk  ordusunun  zabiti  yüzbaşı  Səlahəddin  belə  xatırlayır:  "Gümrüdə 
olduğumuz günlərdə çarlıq ordusunda topçu komandanı olmuş general Əli Şıxlinski bizə xidmət etmək məqsədi 
ilə  gəlmişdi.  Əli  Şıxlinski  Şıxlı  kəndindən  idi.  Yeni  qurulan  Azərbaycan  İslam  Ordusunda  və  ya  dövlət  olan 
Şimali Qafqaz dövləti ordusunda xidmət istəyirdi. Xəlil paşa bu adama çox hörmət göstərdi. Bizə gəldiyi zaman 
                                                           
260
Yenə orada, s.93-94.
 
261
Yenə orada,s.126.
 
262
Kорсун. Кавказский фронт, с. 14. 
263
Azərbaycan  generalları.  Kataloq.  N.Vəlixanlının  redaktəsi  ilə.Bakı,  2005,s.59-1;Арапов  Д.Ю.  Мусульмане  в  вооруженных  силах  России  в  XIX  - 
начале XX ека // Военно- исторический журнал, 2006, № 9, с. 40. 
264
Исмаилов Э.Э. Георгиевские кавалеры, с. 144-149. 

92 
 
Şıxlinskinin əynində hələ də rus uniforması və çarın nişanları var idi. Xəlil paşa ona bir Türk nişanı bağışladı və 
rus ordusundakı rütbəsinə uyğun "Tümgeneral" rütbəsi və türk uniforması geyinmək icazəsini verdi. Atlarından 
birini ona hədiyyə etdi".
265
 
1918-ci  ilin  noyabr  ayında  türk  qoşunları  Azərbaycandan  çıxarıldı.  Azərbaycan  Ordusunda  Şıxlinski 
Hərbi nazir Mehmandarovun müavini təyin edildi. Müstəqil Azərbaycan ordusunun yaradılmasında onun böyük 
əməyi olmuşdur. 1919-cu ildə ona tam artilleriya generalı rütbəsi verilmişdir. 1920-ci ildə müstəqil dövlətimiz 
süquta uğrayanda Şıxlinski vətəndə qalmaq qərarına gəldi. Sovetlər tərəfindən həbs edilən general 2 aydan sonra 
N.Nərimanovun səyləri ilə azad edildi və Mehmandarovla bərabər Moskvaya göndərildi. Qızıl Ordunun Dai-mi 
Artilleriya  Komissiyasının  üzvü  seçilən  Şıxlinski,  həmçinin  Ali  Artilleriya  Məktəbində  sovet  artilleriya 
zabitlərinə dərs demiş, Artilleriya Nizamnaməsi hazırlayan komissiyanın işində yaxından iştirak etmişdir. 1921-
ci  ildə  N.Nərimanov  və  Ə.Qarayevin  xahişi  ilə  Bakıya  qaytarılan  Şıxlinski  Bakı  qarnizonu  Hərbi-Elmi 
cəmiyyətinin  sədr  müavini  olmuş,  Sovet  Azərbaycan  Ordusunun  Qərargahında  işləmiş,  Azərbaycan 
Komandirlər  məktəbində  dərs  demişdir.  1928-1929-cu  illərdə  o,  Azərbaycanda  ilk  hərbi  jurnal  olan  "Hərbi 
bilik"  jurnalını  nəşr  etdirmişdir.  Tərcümə  fəaliyyəti  ilə  məşğul  olan  Şıxlinski  hərbi  lüğət  tərtib  etmişdir. 
Ömrünün son illərində öz xatirələrini qələmə alan Şıxlinski "Mənim xatirələrim" kitabını yazmışdır. Bu kitab 
müəllifin vəfatından sonra, 1944-cü ildə işıq üzü gördü. Ə.Şıxlinski 1943-cü ildə Bakı şəhərində vəfat edib.
266
 
General-mayor  Xəlil  bəy  Talışxanov  (bəzi  sənədlərdə  Talışinski)
267
  barəsində  məlumat  olduqca  azdır. 
Məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya müharibəsində iştirak edib və müharibə dövründə 
general-mayor rütbəsinədək yüksəlib. 1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1-
ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilir. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq 
məqsədi  ilə  dərhal  Bakıya  yollanması  vətənpərvərliyi və  igidliyindən  xəbər  verir.  Bakı  Soveti  tərəfindən həbs 
edilib,  azərbaycanlı        əhalinin        narazılığı  nəticəsində        azad        edilən Talışxanov  alayın  təşkilinə  başlamış,   
pərakəndə  dəstələri  birləşdirmiş,  "Səadət"  məktəbinin  zirzəmisində  patron  sexi  yaratmışdır.  Onun  yaratmaqda 
olduğu alayın hissələri Bakıda mart   qırğınları zamanı  bolşevik-erməni   qüvvələrinə   qarşı inadlı müqavimət 
göstərmiş  və    müqavimət  sayəsində  dinc  əhalinin  bir  qisminin  Abşeron  kəndlərinə    çəkilməsini  təmin  etmək 
mümkün olmuşdur.  Onun Bakıdan çıxarılması məlum olsa da, sonrakı taleyi barəsində məlumat yoxdur. 
General-mayor  Ağausubovun  kimliyini  müəyyənləşdirmək  olduqca  çətindir. 
Belə  ki,  axtarışlar  zamanı  "Ağausubov"  soyadı ilə çar  ordusunda  I  Dünya  müharibəsi 
dövründə  general  rütbəsinədək  yüksəlmiş  şəxs  barəsində  hələlik  məlumat  əldə  edə 
bilməmişik.  Üstəlik  nə  Əlahiddə  Azərbaycan  Korpusu,  nə  də  Azərbaycan  Ordusu 
tərkibində  belə  generalın  adına  rast  gəlməmişik.  Lakin  istər  çar  ordusunun,  istərsə  də 
Azərbaycan Ordusunun sənədlərində general-mayor İbrahim ağa Usubovun adı çəkilir. 
Zənnimizcə, Müsəlman Korpusuna aid sənədlərdə 2-ci müsəlman nişançı diviziyasının 
komandiri kimi göstərilən general-mayor Ağausubov I Dünya müharibəsinin iştirakçısı 
general-mayor  İbrahim  ağa  Usubov  ola  bilərdi.  Hər  halda,  rusdilli  sənədlərdə  titul  ilə 
soydanın  birgə  göstərilməsi  о  dövr  üçün  xarakterik  idi  (misal  üçün,  Hüseyn  xan 
Naxçıvanski  bütün  sənədlərdə  "Xan  Naxçıvanski"    kimi  göstərilirdi).  General-mayor 
İbrahim ağa Usubov 1875-ci ildə anadan olub, Tiflis kadet korpusunda və 2-ci Konstantinov hərbi məktəbində 
təhsil  alıb.  Piyada  hissələrin  tərkibində  Rusiya-Yaponiya  müharibəsində  iştirak  edib.  I  Dünya  müharibəsi 
başlayanda  kapitan  Usubov  122-ci  Tambov  piyada  alayında  tabor  komandiri  idi.  1914-cü  ilin  dekabrında 
Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif еdilib.  1915-ci ildə polkovnik rütbəsinə layiq görülüb, 1916-
cı ildə alay komandiri təyin olunub. 1917-ci ilin iyul ayında general-mayor  rütbəsinə     layiq görülərək nişançı 
briqadanın  komandiri  təyin  edilib.
268
  Rusiya  Dövlət  Hərb-Tarixi  Arxivində  qorunan  onun  şəxsi  sənədlərində 
1917-ci  ilin  avqustdan  1918-ci  ilin  noyabrınadək  harada  olması  barəsində  məlumat 
yoxdur. Nuru paşanın 1918-ci il 20 avqust əmrində  "İbrahim  paşa  Usubov"un   Ordu 
tabeliyində  qalması  göstərilir,    lakin  konkret  tapşırıq  və  ya  vəzifəsi  bildirilmir.
269
 
"Azərbaycan  Xalq  Cümhuriyyəti"  ensiklopediyasının  II  cildində    Usubovun    Əlahiddə 
Azərbaycan  Korpusu  tərkibində  xidmət  etməsi  bildirilsə  də,  tutduğu  vəzifə 
göstərilməyib.  1918-ci  ilin  noyabrında  Usubov  Azərbaycan  ordusunun  hərbi  təhsil 
müəssisələrinin rəisi və qoşunlarda atıcılıq işinin  təlimatçısı təyin edilib. 1919-cu ilin 
yanvarında  tapşırıqlar  üzrə  general,  iyulunda  isə  2-ci  piyada  diviziyasının  komandiri 
                                                           
265
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, qeyd 2. 
266
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s. 378-379; Şıxlı S. Tam artilleriya generalı Əli ağa Şıxlinski// "Xalq qəzeti", 25.05.2001.
 
267
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.391. Talışxanov (Talışinski) barəsində əlavə məlumatı bizə göndərdiyinə görə Eldar İsmayılova 
öz dərın təşəkkürümüzü bildiririk. 
 
268
Исмаилов Э.Э. Георгиевские кавалеры, с. 197-199.  
269
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.154. 

93 
 
təyin  olunub.  1919-cu  ilin  dekabrında  İtaliyaya  ezam  edilərək  Azərbaycan  Ordusu  üçün  lazım  olan  sursat  və 
hərbi  geyimin  alınması  barəsində  müqavilələr  imzalayan  general  1920-ci  ilin  əvvəlində  Bakı 
möhkəmləndirilmiş  rayonunun  rəisi  təyin  olunur.  Bolşeviklərin  gəlişi  ilə  həbs  edilərək  o,  Nargin  adasında 
güllələnib.
270
 
General-mayor Əmənulla Mirzə Qacar 1862-ci ildə Şuşa şəhərində anadan olmuş, Peterburq hərbi kadet 
korpusunu  bitirmiş,  piyada  hissələrdə  xidmət  etmişdir.  Rusiya-Yaponiya  müharibəsində  tabor  komandiri  kimi 
iştirak edən Əmənulla Mirzə  I Dünya  müharibəsində iştirak etmiş, 1917-ci ildə general-mayor rütbəsinə layiq 
görülmüşdür. Tiflisə, oradan isə Şuşaya qayıdan general Müsəlman Korpusunun 1-ci müsəlman nişançı alayının 
komandiri  təyin  edilir.  Nuru  paşanın  1918-ci  il  avqust  islahatı  nəticəsində  təqaüdə  göndərilən  general  türklər 
Azərbaycanı  tərk  edəndən  sonra  yenidən  Azərbaycan  Ordusuna  cəlb  edilmiş  və  1-ci  süvari  diviziyasının 
komandir  müavini  vəzifəsində  Qarabağ  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  1920-ci  ildə  bolşeviklər 
Azərbaycanı  zəbt  edəndə  mühacirətə  gedən  general  İrana  keçmiş,  burada  hərbi  məktəbdə  dərs  demiş,  ordu 
quruculuğunda iştirak etmişdir.
271
 
Müsəlman  Korpusunun  təşkilində  böyük  rol  oynayan  şəxslərdən  biri  də  polkovnik  Süleymanbəy 
Əfəndiyev  olmuşdur.  1864-cü  ildə  anadan  olan  Süleyman  bəy  Yelizavetqrad  süvari  məktəbini  bitirmiş, 
Kutaisidə mühafizə hissələrində və polis keşikçi dəstəsində xidmət etmişdir. 1917-ci ilin iyulunda Yelizavetpola 
ezamiyyətə  göndərilən  polkovnik  Süleyman  bəy  şəhərdə  hərbi  kurs  təşkil  etdi  və  150  nəfər  Gəncə  hərbi  işin 
ilkin vərdişlərinin öyrədilməsinə başladı. Daha sonra o, Müsəlman Korpusunun burada təşkil edilən 5-ci piyada 
alayına  komandir  təyin  olundu,  alayın  yeni  yaradılan  hissələri  ilə  rus  qoşunlarının  tərksilah  edilməsində,  о 
cümlədən Şəmkir hadisələrində iştirak etdi. 1-ci piyada alayının komandiri vəzifəsində Müsəlman Korpusunun 
döyüşlərində  iştirak  edən  Süleyman  bəy  Nuru  paşa  tərəfindən  Azərbaycan  hissələrinin  strukturu  dəyişilərkən 
mənzil  müfəttişi  təyin  edildi.  Azərbaycan  Ordusu  1918-ci  ilin  sonlarından  tərtib  edilməyə  baş-layanda 
Süleyman  bəy  2-ci  Qarabağ  süvari  alayının  komandiri  təyin  olundu.  Daha  sonra  Azərbaycan  Ordusunda  1-ci 
piyada diviziyasının komandiri təyin edilən Süleyman bəy 1918-ci il dekabrın 29-da   general-mayor rütbəsinə 
layiq  görüldü,  1919-cu  ilin  fevral  ayında  səpmə  yatalağından  vəfat  etdi.
272
  Təntənə  ilə  dəfn  edilən  general 
barəsində  Hərbi  nazir  S.Mehmandarov  demişdir:  "General  Süleyman  bəy  Əfəndiyev 
təmizlikdə, namusda, qeyrət və fədakarlıqda təht idarəmdəki cümlə zabitan arasında ən 
birinci mövqe tutanlardan idi!" 
Polkovnik  Sədrəddin  Mirzə  Qacar  1866-cı  ildə  anadan  olub,  Orenburq  hərbi 
məktəbini  bitirdikdən  sonra  Vladivostokda  xidmət  edib.  1917-ci  ilin  Fevral 
inqilabından  sonra  Tiflisə,  oradan  isə  Gəncəyə  gələn  Sədrəddin  Mirzə  Müsəlman 
Korpusunda  xidmətə  başlayıb.  QİO-da  hansı      vəzifədə    olması    məlum  deyil.  
Azərbaycan    Ordusunda  1919-cu  ildə  Bakı  qəzasının  hərbi  rəisi,  daha  sonra  Hərbi 
nazirliyin dəftərxana   rəisi   vəzifələrində xidmət edən Sədrəddin Mirzə 1920-ci ildə 
bolşeviklər  tərəfindən  həbs  olunaraq  Arxangelskyə  göndərilib,  1921-ci  ildə  Ryazana 
köçürülərək burada güllələnib.
273
 
Polkovnik  Cavad  bəy  Şıxlinski  1875-ci  ildə  anadan  olub,  Tiflis  kadet  korpusu 
və  Mixaylov  artilleriya  məktəbini  bitirib.  Çar  ordusunun  topçu    hissələrində  xidmət  edərkən  o,  1918-ci  ilin 
yayında Azərbaycana gəlib və Əlahiddə Azərbaycan Korpusunda  
2-ci  piyada  alayının  komandiri  təyin 
olunub. Polkovnik Cavad bəy Azərbaycan Ordusunun qərargahında Topçu şöbəsinin rəis müavini, 1919-cu ilin 
fevralından  isə  1-ci  piyada  diviziyasının  komandiri  təyin  edilib.  1919-cu  ilin 
iyunundan  Gəncə  qarnizonunun  rəisi  vəzifəsində  işləyən  Cavad  bəyə  general-mayor 
rütbəsi  verildi.  1919-cu  ilin  noyabr  ayında  Zəngəzur  ekspedisiyasına  rəhbərlik  edib. 
1920-ci  ilin  mayında  Gəncə  üsyanın  təşkilatçılarından  olan  Cavad  bəy  İrana 
mühacirətə gedir.
274
 
Azərbaycanlı  zabitlərlə  bərabər  vuruşmuş  polkovniklər  L.L.Maqalov  və 
M.G.Tlexas xüsusi qeyd edilməlidirlər. 
Polkovnik  Levan  Luarsaboviç  Maqalov  (Maqalişvili gürcü  knyaz  nəslindəndir) 
1879-cu  ildə  Tiflis  şəhərində  anadan  olub,  Peterburqda  Paj  korpusu  və  Nikolayev 
süvari  məktəbini  bitirib.
275
    Tersk  kazak  qoşunlarının  tərkibində  xidmətə  başlayıb, 
1900-1901-ci  illərdə  Çinə  yürüşdə  və  1904-1905-ci  illərdə  Rus  –  Yapon 
                                                           
270
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.415.
 
271
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.93. 
 
272
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.324-325.
 
273
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.94.
 
274
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.377; Süleymanov M.S.Azərbaycan Ordusu, s.444.
 
275
Грузинский  генералитет  (1699-1921).  Биографический  справочник.  Составил  М.  Гогитидзе.  Киев  2001//  Kitabın  surətini  aşkar  edib  bizə 
göndərdiyinə görə Eldar İsmaylova öz dərin təşəkkürümüzü bildiririk.  

94 
 
müharibəsində  iştirak  edib.  I  Dünya  müharibəsinə  kazak  qoşunlarında  fəaliyyətə  başlayan  L.Maqalov  Tatar 
süvari  alayına  keçirilib,  burada  xidmət  edib,  alay  komandiri  vəzifəsində  polkovnik  rütbəsinə  layiq  görülüb. 
1917-ci  ilin  sonunda  Maqalov  alayla  birlikdə  Azərbaycana  gəlib,  ZK-nın  və  Müsəlman  Korpusu 
komandanlığının  əmrini  yerinə yetirərək rus  hərbi hissələrinin tərksilah  edilməsin-də iştirak edib. 1918-ci ilin 
aprel-iyun  aylarında Müsəlman Korpusunun hissələri və Zaqafqaziya Seymi tərəfindən göndərilmiş qüvvələrə 
başçılıq  edərək  bolşevik-erməni  qoşunlarına  qarşı  döyüşlərdə  iştirak  etmişdir.  Sonra  o,  Gürcüstana  keçmiş, 
gürcü ordusunda general-leytenant rütbəsinədək yüksəlmişdir. Gürcüstana təcavüz etmiş sovet qoşunlarına qarşı 
mübarizə  aparmış  L.Maqalov,  ölkəsi  işğal  ediləndən  sonra  mühacirətə  getmiş  və  1926-cı  ildə  Almaniyanın 
Münhen şəhərində vəfat etmişdir. 
Polkovnik Murad Gəray Tlexas əslən çərkəz idi, 1874-cü ildə anadan olub. Mixaylov artilleriya məktəbini 
bitirdikdən  sonra  müxtəlif  hərbi  hissələrdə  xidmət  etmiş  Tlexas  Müsəlman  Korpusu  təşkil  olunanda  onun 
tərkibinə yazılmışdır. 2-ci topçu briqadanın komandiri kimi o, Korpusun artilleriya hissələrinin yaradılmasında 
boyük rol oynamışdır. QİO tərkibində o, topçu hissələrin müfəttişi işləmişdir. l918-ci ilin sonunda Azərbaycan 
Ordusunun  qərargahında  topçu  şöbəsinin  rəisi  işlədiyi  dövrdə  o,  general-mayor  rütbəsinə  layiq  görülüb. 
Müxtəlif  komissiyaların  üzvü  (o  cümlədən  Gürcüstandan  silah  və  sursat  gətirilməsi  üzrə  komissiyanın  üzvü) 
Tlexas Denikin təhlükəsinə  qarşı istehkamlar yaradılmasında iştirak edib, Bakının general – qubernatoru təyin 
olunub. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilərək güllələnib.
276
 
Podpolkovnik  Həbib  bəy  Səlimov
277
  1881-ci  ildə  İrəvan  quberniyasında            məmur    ailəsində  anadan 
olmuşdur.  İrəvan  müəllimlər  seminariyasında  bir  sinif  oxuyandan  sonra  156-cı  Yelizavetpol  piyada  alayına 
yazılaraq  sıravi  və  unter  -  zabit  kimi  xidmət  etmişdir.  1902-ci  ildə  Tiflis  piyada      məktəbinə      daxil      olan 
Səlimov  oranı  bitirdikdən  sonra  3-cü  Qafqaz  piyada  taborunda    xidmətə  başlayıb.  Təlim  komandasının   
komandiri,   tabor   komandının    adyutantı,    bölük komandiri vəzifələrində 3-cü, 5-ci və 6-cı Qafqaz piyada 
taborlarında xidmət etmiş Həbib bəy 1906-cı ildə Şuşa şəhərinə ezam olunur və burada təxribat törədən erməni 
quldurlarına qarşı mübarizədə göstərdiyi səylərə görə dinc dövrdə az verilən Müqəddəs Vladimir ordeninin 4-cü 
dərəcəsi  ilə  təltif  edilir. Xidmətləri  ilə  komandanlığın  diqqətini  cəlb  edən  Səlimov  1909-cu  ilin  aprelində 2-ci 
Qafqaz atıcı briqadasının idarə heyətinin zabiti, daha sonra isə İrana göndərilmiş Qəzvin dəstəsinin zabiti, 1910-
cu ilin yanvar - iyun aylarında isə Qəzvin rəisinin qərargah rəisi vəzifəsini icra edən təyin olunur. Rusiya Dövlət 
Hərbi  -  Tarix  Arxivində  qorunan  xidmət  siyahısında  göstərilir  ki,  o,  "xaricdə 
ezamiyyətdə  olmuş"  (hansı  ölkədə  -  göstərilmir),  sonra  Culfa  dərəsində,  sərhəd 
mühafizə  məntəqəsinin  komandiri  kimi  çalışmış,  Tehranda  xidmət  etmişdir 
(sənədlərdə  göstərildiyi  kimi-  "gizli  kəşfiyyat  aparmaq  məqsədi  ilə").
278
  I  Dünya 
müharibəsini  123-cü  piyada  Kozlov  alayının  tərkibində  qarşılayan  Səlimovun 
müharibədəki xidmətləri barəsində hələ ətraflı məlumat yoxdur.
279
 Məlumdur ki, o, 
bilik və bacarıqlarına görə podpolkovnik rütbəsində Rusiya Ordusu Ali Qərargahın 
Nikolayev Akade-miyasına oxumağa göndərilmiş və 1917-ci ildə oranı bitirmişdir. 
1918-ci il martın 14-də Müsəlman Korpusuna qəbul edilib və hərbi nizamnamələrin    
təkmilləşməsi  komissiyasının  üzvü  təyin  olunub.  Müsəlman  Korpusu  tərkibində 
süvari  briqadanın  qərargah  rəisi  vəzifəsində  ilk  döyüşlərdəcə  fərqlənən  Səlimov 
Azərbaycana gələn Nuru paşanın diqqətini cəlb etmişdi. Nuru paşa sərkərdəni QİO-
nun  Azərbaycan  hissələrinin  qərargah  rəisi  təyin  etmişdi.  Bakı  istiqamətində 
Azərbaycan-türk  qoşunlarının  azadlıq  yürüşündə  Səlimov  Cənub  qrupunun 
коmandanı təyin edilmiş və ən ağır istiqamətdə - Gəncə-Bakı dəmiryolu boyunca 
irəliləmək əmrini almışdı.
280
 Türk hərbçilərinin xatirələrində Səlimov "cəsur, təcrübəli, döyüş texnikasını yaxşı 
bilən,  igid  sərkərdə"  kimi  xatırlanır.  Səlimov  daim  ön  cəbhədə  olmuş  və  Azərbaycanı  bolşevik-daşnak  hərbi 
qüvvələrindən xilas etmək üçün mərdliklə vuruşmuşdur. 
Milli  Ordunun  Baş  Qərargah  və  Dəftərxana  rəisi  Həbib  bəyə  təşkilatçılıq 
qabiliyyəti və Milli Ordunun yaradılmasında səylərinə görə 1919-cu ilin fevralında 
general-mayor  rütbəsi  verilib.  O,  həmçinin  hərbi  məktəblərdə  taktikadan  dərs 
deyirdi.  1919-cu  il  iyul  ayında  Muğanda  və  Lənkəranda  Azərbaycan  milli 
hakimiyyətini  tanımaq  istəməyən  rus  silahlı  qüvvələri  bolşeviklərin  təhriki  ilə 
silahlı  qiyam  qaldırmış  və cənub  bölgəsini  Rusiyaya  birləşdirmək  barədə bəyanat 
vermişdilər.  Dərhal  təşkil  edilən  briqadaya  komandan  təyin  olunan  Səlimov  düş-
                                                           
276
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.399.
 
277
Həbib bəy Səlimovun xidmət siyahısının surətlərini bizim üçün RDHTA-dən
 aşkar edib göndərdiyinə görə Eldar İsmayılova öz dərin təşəkkürümüzü 
bildiririk.
 
278
РГВИА, ф. 409, oп. 1, д. 37290, л. 1-6об. 
279
РГВИА, ф. 2737, оп. 1, д. 128, л. 26об. -27. 
280
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.336.
 

95 
 
məni darmadağın etmiş, qənimət kimi 1 təyyarə, 24 top, 60 pulemyot, çoxlu sayda atıcı silahlar ələ keçirmişdir. 
Denikin  təhlükəsinə qarşı Bakı  ətrafında yaradılan istehkamların  inşasına Səlimov da  cəlb olunmuşdu. 1920 il 
martın 22-də, Novruz bayramı axşamı Ermənistan silahlı qüvvələri və qiyamçı ermənilər Şuşa, Laçın, Xankəndi, 
Xocalı  və Əsgərana hücum etdilər. Qarabağa göndərilən Səlimov teleqramda    yazırdı:     "Təkrar    edirəm, 
məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda    müharibə    gedir". Hərbi  nazirinin  
əmri ilə tərkibində 20 minə yaxın əsgər və zabiti olan Qarabağ Ərazi Qoşunları təşkil edilmiş, H.Səlimov isə ora 
komandan  təyin  edilmişdir.  Təpədən  dırnağadək  silahlanmış  düşmən  hücumunun  qarşısı  alındı,  müdafiə 
döyüşlərində qarşı tərəf ağır itkilər verdi. Azərbayhuriyyəti generalı paltarında. Azərbaycan hissələri aprelin 3-
də əks hücuma keçdi. 12 günlük ölüm-dirim döyüşlərində erməni qüvvələri darmadağın edildi. Qarabağın bütün 
məntəqələri  üzərində  yenidən  üçrəngli  bayrağımız  dalğalanırdı.
281
  1918-20-ci  illərdə  Milli  Azərbaycan 
Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Səlimovun şöhrəti Qarabağ döyüşlərindən sonra bütün 
Azərbaycanda yayıldı. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası qoşunları tərəfindən işğal edildi. Bolşeviklər ilk 
növbədə Milli Ordumuzun zabitlərini məhv etməyə başladılar. Təqib olunan minlərlə ziyalımız Türkiyə, Fransa 
və  Almaniyaya  mühacirətə  getdilər.  Səlimov  isə  Azərbaycanda  qaldı.  1920-ci  il  sentyabrın  1-də  həbs  olunan 
Həbib bəy Səlimov 1920-ci il dekabrın 30-da güllələndi.
282
 
Podpolkovnik Xosrov Mirzə Qacar I Dünya müharibəsində Şimal draqun alayının komandiri vəzifəsində 
iştirak etmiş, Müsəlman Korpusu yaradılanda süvari hissələrin təşkili ilə məşğul olmuş, Əlahiddə Azərbaycan 
Korpusunda  3-cü  Şəki  süvari  alayının  komandiri  olmuşdur.  1919-cu  ilin  aprelində  polkovnik  rütbəsinə  layiq 
görülən Xosrov Mirzə Lənkəran əməliyyatında və Qarabağda gedən döyüşlərdə iştirak etmiş, süvari diviziyanın 
komandir müavini vəzifəsinə təyin olunmuşdur. 1920-ci ilin mayında Gəncə üsyanının rəhbərlərindən biri olan 
Xosrov Mirzə üsyan yatırılandan sonra Türkiyəyə mühacirət etmişdir.
283
 
Podpolkovnik  Səməd  bəy  Rəfibəyli  1892-ci  ildə  anadan  olmuş,  Tiflis      kadet      korpusunu      bitirdikdən 
sonra  Qafqaz  sərhəd  alayında  xidmət  etmiş,  bölük  komandiri  vəzifəsinədək  yüksəlmişdi.   Müsəlman  Korpusu 
yaradılanda  1-ci  Bakı  alayında  bölük  komandiri  kimi  xidmətə  başlayan  Rəfibəyli  Azərbaycan  dəmir  yolu 
müvəqqəti  hərbi  komissarı  təyin  edilir.  Qoşunların  və  sursatın  çatdırılmasında  dəmir  yolunun  əvəzsiz  rolunu 
nəzərə alaraq onun mühafizəsinə və normal iş rejiminin təmin edilməsinə böyük diqqət yetirirdi. Sonra QİO-da 
süvari  bölüyün  komandiri  vəzifəsində  xidmət  edən  Rəfibəyli  bir  sıra  döyüşlərdə  iştirak  etmişdir.  Türklər 
Azərbaycanı  tərk  edəndən  sonra  1-ci  piyada  di-viziyasında  tabor  komandiri,  Qarabağ  döyüşlərində  Şirvan 
piyada  alayının  komandiri  vəzifəsində  çalışan  podpolkovnik  Səməd  bəy  1920-ci  ilin  əvvəlinə  süvari  alayın 
komandiri  təyin  edilir.  Bolşeviklərin  hakimiyyəti  ilə  razılaşmayaraq  o,  Türkiyəyə  keçir,  burada  İstiqlal 
savaşında  fəal  iştirak  edir,  süvari  alayın  komandiri  vəzifəsinə  yüksəlir.  Türkiyə  Cümhuriyyətinin  orden  və 
medalları  ilə  təltif  edilən  Səməd  bəy  Əbdülsəməd  Sayğın  adını  götürür.  Hərbi  xidmətini  davam  etdirərək  o, 
1948-ci ildə general rütbəsinə layiq görülüb. 1980-ci ildə İstanbulda vəfat edib.
284
 
Podpolkovnik Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı 1888-ci ildə anadan olmuş, hərbi təhsil almış və 
I  Dünya  müharibəsində  iştirak  etmişdir.  Azərbaycana  podpolkovnik  rütbəsində 
gələn Əbdülhəmid bəy Müsəlman Korpusunda xidməti zamanı polkovnik rütbəsinə 
layiq  görülmüşdür.  1918-ci  il  avqustun  20-də  Nuru  paşanın  əmri  ilə  QİO-
 
nun 
qərargahına  təyin  edilən  Qaytabaşı  (əmrdə  o,  Həmid  bəy  Qaytabaşı  kimi 
göstərilib)
285
  təşkilatçılıq  qabiliyyətini  nümayiş  etdirmişdir.
 
Sonralar  Azərbaycan 
Ordusunda  növbətçi  general  vəzifəsini  icra  edən  Əbdülhəmid  bəy  1919-cu  ilin 
iyununda  general-mayor  rütbəsinə  layiq  görülmüşdür.  Azərbaycan  Ordusunun 
təşkili  və  fəaliyyətində  böyük  əməyi  olan  Qaytabaşı  1920-ci  ildə  bolşeviklər 
tərəfindən güllələnmişdir.
286
 
Podpolkovniklər  Hacıbəyli,  Məmmədov,  Həmid  xan,  Nuh  bəy  barəsində 
ətraflı  məlumat  toplamaq  mümkün  olmayıb.  Məlumdur  ki,  onlar  Qafqaz  İslam 
Ordusu tərkibində vuruşduqları zaman 1918-ci il sentyabrın 3-də imzalanmış əmrə 
əsasən Osmanlı dövlətinin müxtəlif orden və medalları ilə təltif edilmişdilər.
287
 
Rotmistr Cəmşid xan Naxçıvanski
288
 1895-ci ildə anadan olub, Tiflis  kadet korpusunu  və Yelizavetqrad 
süvari məktəbini bitirib. 1915-ci ilin martından Tatar süvari  alayında xidmətə başlayan  gənc zabit döyüşlərdə 
fərqlənmiş, "Qızıl silah" və "əsgər" Georgi nişanı ilə təltif edilmişdir.
289
 1917-ci ilin sonunda Tatar süvari alayı 
                                                           
281
 Süleymanov M.S. Azərbaycan Ordusu, s.408-412. 
282
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.336.
 
283
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.93.
 
284
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.299.
 
285
Süleymanov M. Qafqaz İslam Ordusu, s.154. 
286
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, cild 2, s.143.
 
287
ATASE, k.3821,d.15, f.57.
 
288
Cəmşid Naxçıvanskinin xidmət siyahısı ilə tanış olmaq imkanı yaratdığı üçün Faiq Qocayevə öz dərin təşəkkürümüzü bildiririk.
 
289
Нагдалиев Ф.Ф. Ханы Нахичеванские в Российской империи. Москва, 2006, с. 271-272. 314- 319; Иванов Р.Н. Именем Союза, с.91-101. 

96 
 
ilə  Azərbaycana  rotmistr  rütbəsində  qayıdaraq  Müsəlman  Korpusunda  xidmət  etmiş,  1918-ci  il  iyulun  30-da 
podpolkovnik rütbəsinə layiq görülmüşdür. Qafqaz İslam Ordusu tərkibində fəaliyyəti barəsində (ümumiyyətlə 
türklərlə  bərabər  xidmət  edib  -  etməməsi  barəsində)  konkret  məlumat  yoxdur.  Azərbaycan  Ordusunda  2-ci 
Qarabağ  süvari  alayının  komandiri  vəzifəsində  xidmət  etmiş,  Qarabağda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  
1920-ci  ilin  aprelinden      sonra    Azərbaycan  komandirlər  məktəbində  rəis  müavini,  1921-1931-ci  illərdə 
Azərbaycan  dağ  –  atıcı  diviziyasının  komandiri  olmuşdur.  1931-1933-cü  illərdə  Moskvada  M.Frunze  adına 
Hərbi  Akademiyada  təhsil  almış,  1934-cü  ildə  həmin  akademiyada  ümumi  taktika  kafedrasının  rəisi  təyin 
olunmuşdur.  1935-ci  ildə  kombriq  (XX  əsrin  20-30-cu  illərində  Sovet  Ordusunda  general-mayor  rütbəsi) 
rütbəsinə layiq görülmüş, 1938-ci ildə həbs olunaraq güllələnmişdir. 
Kapitan  İsrafil  bəy  İsrafilovun  bioqrafiyası  müstəqillik  uğrunda  vuruşan  gənc  azərbaycanlı  zabitlərin 
bioqrafiyasının  nümunəsidir.  Belə  ki,  hərbi  məktəbi  bitirdikdən  sonra  çar  ordusunda  xidmət  etməyə  başlayan 
zabit  I  Dünya  müharibəsində    iştirak  etmiş,    Rumıniya  cəbhəsində  kapitan  rütbəsi  və  tabor  komandiri 
vəzifəsinədək yüksəlmişdi. QİO  tərkibində əvvəlcə könüllülərdən tərtib        edilmiş  dəstələrə, daha sonra isə 
Azərbaycan  zirehli  qatarına  komandirlik  etmiş  İsrafilov  bütün  döyüşlərdə,  о  cümlədən  Bakının  azad 
edilməsində iştirak etmiş, Osmanlı ordeni ilə təltif edilmişdir. Azərbaycan Ordusunda xidmət edən zabit 1920-ci 
ildə      sovet      hakimiyyətinə    qarşı  Azərbaycandakı  üsyanlarda  iştirak  etmiş,  onlar  yatırıldıqdan  sonra  İrana, 
Ərəbistana, Hindistana, Misirə, Türkiyəyə, oradan isə Polşaya keçmişdir. Polşa ordusuna qəbul edilərək Silahlı 
Qüvvələr  Akademiyasını  bitirmiş  İsrafilov  Polşa  Silahlı  Qüvvələri  Baş  Qərargahda  hərbi  xidmətdə  olmuşdur. 
XX əsrin 30-cu illərində Avropada çap edilən mühacir jurnallarında onun xatirələri dərc edilmişdir. 1932-ci ildə 
Parisdə "Qafqaz dağlıları" ("Горцы Кавказа") jurnalında Qafqaz İslam Ordusu ilə bağlı xatirələri çap edilib (№ 
31-34).  Girişdə  о  göstərmişdir  ki,  hələ  1923-cü  ildə Məhəmməd  Əmin  Rəsulzadə  QİO  və  Azərbaycan  ordusu 
barəsində  xatirələrini  yazmağı  ondan  xahiş  etmişdir.  1939-cu  ildə  almanlara  qarşı  döyüşlərdə  iştirak  etmiş  və 
Polşa  ordusunun  məğlubiyyətindən sonra əsir düşmüş  İsrafil  bəy Azərbaycan siyasi  mühacirlərinin köməy ilə 
alman  əsirliyindən  buraxılmışdır.  Azərbaycan  legionunun  formalaşmasını  bolşeviklərlə  vuruşmaq  şansı  kimi 
qəbul  edən  İsrafil  bəy  özü  şəxsən  Sovet  Ordusuna  qarşı  döyüşlərdə  iştirak  etmişdir.  Müharibədən  sonra  Qərb 
işğal  zonasında  olsa  da,  SSRİ-nin  müvafiq  orqanlarının  tələbi  ilə  İngiltərə-ABŞ-Fransa  hərbi  rəhbərliyi 
tərəfindən  təhfil  verilmiş  və  dərhal  güllələnmişdir.
290
  Azərbaycan  hərbi  hissələrinə  aidiyyatı  olmasa  da,  hesab 
edirik ki, hadisələrdə dəfələrlə adı çəkilmiş N.Qosinskinin bioqrafiyasına da diqqət yetirmək lazımdır. Qafqazda 
sovetlərə  qarşı  vuruşanlar sırasında     Nəcməddin      Qosinski  (Qosalı) (1859-1925)  xüsusi  yer  tutur.  Doğrudur, 
Xırdalan  istiqamətində  1918-ci  il  aprel  döyüşlərində  о  özü  iştirak  edə  bilməmiş  və  kiçik  dəstə  göndərmişdi. 
Lakin  onun  Azərbaycan  milli  qüvvələrinin  tərəfini  saxlaması  hərbi-siyasi  hadisələrə  təsir  göstərə  bilmişdi. Bu 
səbəbdən  dövrün  nüfuzlu  şəxsiyyətlərindən  olan  Qosinski  barəsində  ətraflı  məlumat  verməyi  lazım  bilirik. 
Nəcməddin  Qosinski  Dağıstan  vilayətinin  Avar  dairəsinin  Qoso  kəndində  torpaq  sahibkarı  və  vaxtilə  Şamilin 
naiblərindən  birinin  ailəsində  anadan  olmuşdur.  Mədrəsəni  bitirdikdən  sonra  o,  Dağıstan  vilayəti 
qubernatorunun  mühafizə  dəstəsinə  qəbul  edilərək  orada  xidmət  edib.  Daha  sonra  Qosinski  Avar  dairəsi,  14 
kənddən  ibarət  olan  Koysubulin  sahəsinin  naibi  təyin  edilmişdir.  1903-cü  ildə  Türkiyədə  olduqdan  sonra 
mədrəsədə  dərs  deməyə  başlayan  N.Qosinski  şərqşünaslıqla  məşğul  olmuş  və  şeirlər  yazmışdır.  Onun  yazdığı 
şeirlər  Suriya,  Türkiyə  və  Qafqazda  populyar  idi.  Tədricən  böyük  nüfuz  qazanan  Qosinski  bir  neçə  tayfa 
münaqişəsinin, həmçinin Avar və Andı camaatıyla Çeçenistan sakinləri arasında yaranan münaqişənin qarşısını 
alıb.  1917-ci  il  Fevral  inqilabını  sevinclə  qarşılayan  Nəcməddin  Qosinski    bunu    yenidən    şəriət    qayda-
qanunlarına  qayıdış  şansı  kimi qiymətləndirirdi. 1917-ci il martın 9-da Dağıstanın mərkəzi Temur Xan Şura 
şəhərində  yaradılmış  Vilayət  Şurasının  Müvəqqəti  İcraiyyə  Komitəsinin  üzvü  seçilən  Qosinski,  may  ayında 
Vladiqafqazda  keçirilmiş  Dağlı  xalqların  1-ci  Qurultayında  Dağıstan  və  Çeçenistanın  müftisi  seçilmişdir.  
Oktyabr  inqilabından  sonra  İcraiyyə  Komitəsində  bolşeviklər  çoxluq  təşkil  edərək,  Dağıstanda  Qosinskinin 
"şəriət  əleyhinə  addım"  kimi  qiymətləndirdiyi  bir  sıra  tədbirlər  həyata  keçirməyə  başladılar.  1917-ci  ilin 
dekabrında Qosinski Dağıstan və Çeçenistanın imamı seçildi, bu zaman qurultayda Şimali Qafqaz, Azərbaycan, 
Gürcüstan və   Ukraynadan gəlmiş   nümayəndələr,   kazakların   nümayəndələri də iştirak edirdi. Yeni seçilən 
imamın Qafqaz xalqlarına ünvanladığı müraciətində deyilirdi: "Allah tərəfindən qadağan edilmiş cinayətlərdən, 
qətllərdən,  oğurluqdan,  banditizmdən,  talançılıqdan  uzaq  olun.  Öz  alimlərinizə  tabe  olun,  azadlıq  və  şəriəti 
qoruya  bilən  qoşunlar  toplayın.  Bütün  xristianlara  və  digər  dinlərdən  olanlara  din  azadlığı  verin  və  rus 
qoşunlarına  zərər  yetirməyin".  Birləşmiş  Qafqaz  Dağlıları  İttifaqının  Mərkəzi Komitəsi (daha  çox "Dağlıların 
hökuməti"  kimi  tanınıb)  fəaliyyətə  başlayanda  Qosinski  müfti  vəzifəsində  çalışıb.  Təkhakimiyyətliyə  nail 
olmağa çalışan bolşeviklər bu quruma qarşı çıxdıqda 1918-ci ilin yanvarında Qosinskin 10 min nəfəlik qoşun 
toplayaraq Temir Xan Şuranı tutdu. Mart ayında o, bolşeviklərin hakimiyyətini devirdi və Petrovsk şəhərini ələ 
keçirdi, lakin Rusiyadan şəhərə gələn əlavə qüvvələr onu dağlara çəkilməyə məcbur etdi. Bu səbəbdən o, Bakını 
                                                           
290
Исрафилов И. Воспоминания об Азербайджанской армии// Зеркало, 12.10.2007, 20.10.2007, 27.10.2007. 
 

97 
 
azad  etməyə çalışan Müsəlman  Korpusunun köməyinə kiçik  hərbi hissə göndərə bildi.  Bolşeviklərlə mübarizə 
aparan  Qosinski  Dağıstanın  rus  əhalisinə  zərər  yetirməyi  qadağan  etmişdi.  Ruslara  və  rus  qoşunlarına  rəğbəti 
ona 1919-cu ildə Denikin ordusunun dağlılara necə təhlükə törədəcəyini görməyə imkan vermədi. 1919-cu ildə 
Denikinlə danışıqlara yollanan Qosinski heç nəyə nail ola bilmir, Dağlılar Respublikası denikinçilər tərəfindən 
dağıdılandan  sonra  o,  müxalifətə  keçir.  Həm  Denikin,  həm  də  bolşeviklərə  qarşı  vuruşan  Qosinski  bütün 
məbrumiyyətlərə sinə gərmişdir. Dağıstanda, sonra isə Azərbaycanda Sovet hakimiyyəti qurulanda o, qaldırdığı 
antisovet  qiyamının  rəhbəri  olmuşdu.  1921-ci  ilin  mayında  qiyam  yatırılandan  sonra  Çeçenistana  keçmiş  və 
1925-ci  ilədək  gizli  fəaliyyətlə  məşğul  olmuşdu.
291
  1925-ci  ildə  Qosinski  sovet  orqanları  tərəfindən  aşkar 
edilərək öldürülmüşdür. Həmçinin onun 16 yaşlı oğlu və iki qızı, digər qohumları da güllənmişdilər. 
Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin