5 aprel - Osmanlı dövlətinin hərbi
naziri Ənvər paşa tərəfindən təs-diqlənmiş
Qafqaz İslam Ordusunun təşkili və
vəzifələrinə aid Təlimnamədə Azərbaycan
milli
hissələrinin
təşkilinə
kömək
göstərmək üçün Nuru paşanın rəhbərliyi
ilə
hərbi
təlimatçılar
qrupunun
göndərilməsi əksini tapdı.
20 aprel - Bakıda Erməni Milli
Şurasına tabe olan hissələrin Qırmızı
ordunun hissələrinə qatılması barədə
razılaşma əldə edildi.
22 aprel - Tiflisdə Zaqafqaziya
Demokratik Federativ Respublikasının
yaradılması elan edildi.
25 aprel - Qırmızı Ordunun gücləndirilmiş hissələri Yelizavetpol is-tiqamətində yürüşə hazırlaşmağa
başladı.
Aprel - Bakıda Qırmızı Ordu üçün komanda heyətini hazırlamaq məqsədi ilə qırmızı təlimatçılar məktəbi
və digər təlim hissələri təşkil edildi.
Aprel - Nuru paşanın rəhbərlik etdiyi osmanlı heyəti Mosuldan Təbrizə, oradan da Naxçıvana gəldi.
Mayın 20-dən etibarən yerli hissələrin yaradılmasına başlamaq məqsədilə Naxçıvanda və Ordubadda bir neçə
zabit saxlanıldı.
24 may - Bakı Sovetinin İcraiyyə Komitəsi Bakı və ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və
ümumi" elan etdi. Bakı Sovetinin təşkil etdiyi Ali Hərbi Şura təlimatçı məktəbi və topçu kursunda təlim
21
prosesini tənzimləməli, texnikanı işlədə bilən kadrları toplamalı idi. Qırmızı Ordunun 1-ci korpusu tam təşkil
edildi. Yeni hərbi hissələr yaratmaq məqsədi ilə Bakı və ətraf rayonlarda hərbi səfərbərlik müddəti uzadıldı.
25 may - Nuru paşanın heyəti Gəncəyə çatdı.
28 may - Tiflisdə Azərbaycan Cümhuriyyətinin yaradılması bəyan edildi. İstiqlal bəyannaməsinin qəbulu
ilə Azərbaycanda yenidən dövlətçilik ənənələri bərpa olunmağa başladı.
2 iyun - Batum-Cəlaloğlu marşrutu ilə hərəkət edən Osmanlı qoşunlarının 2-ci mürəttəb süvari alayı
Gürcüstan-Azərbaycan sərhədinə çıxdı. Gürcüstanda olan almanlar türk hissələrinin hərəkətlərini yubadır, dəmir
yolu ilə hərəkət etməyə imkan vermirdilər.
4 iyun - Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilənin IV maddəsi
Azərbaycana hərbi kömək göstərilməsi üçün
birbaşa hərbi qüvvələrin göndərilməsinə imkan
yaratdı. Müqavilə imzalanandan dərhal sonra
Azərbaycan və Osmanlı hərbi hissələrindən ibarət
Qafqaz İslam Ordusu yaradılmağa başladı. Türk
qoşunlarının 2-ci süvari alayının bölmələri və
azərbaycanlı könüllülərdən ibarət süvarilər Qazax-
Gəncə dəmir yolunu mühafizəyə aldılar.
6
iyun
-
Qırmızı
Ordu
Hacıqabul
istiqamətində hücuma başladı;
8 iyun - türk ordusunun 5-ci Qafqaz piyada
firqəsinin əsas hissələri iki dəstə şəklində Batum-
Artvin-Ərdahan-Qarakilsə-Dilican-Ağstafa
marşrutu ilə hərəkətə başladı.
9 iyun - türk qoşunlarının 2-ci süvari alayı və 9-cu piyada alayı Gəncədə cəmləşdi.
10 iyun - Bakı Sovetinin qoşunları Gəncə istiqamətində həlledici yürüşə başladı. Fransanın Rusiyadakı
səfiri Nulens Fransa xarici işlər naziri Stefan Pişona məruzə edirdi ki, "regionda ermanilər müttəfiqlərə sadiq
qalan yeganə xalqdırlar. Ermənilər Bakı, Dərbənd və Petrovskun sahibləridir - onların burada qoşunları var.
10 iyun - Yelenendorfa gələn 9-cu türk piyada
alayı danışıqlar vasitəsi ilə yerli sakinlərin təşkil
etdiyi alman taborunun Qafqaz İslam Ordusu
tərəfinə keçməsinə nail oldu.
11 iyun - türk ordusunun 5-ci Qafqaz piyada
firqəsinin 1-ci dəstəsi Qazaxa çatdı və dəmir yolu ilə
Gəncəyə daşınmağa başladı. Gəncədə toplaşmış
erməni taborunun tərksilahı zamanı döyüş baş
vermiş, düşmənin müqaviməti qırıldı. 12-14 iyun
tarixlərində Gəncə ermənilərinin tərksilahı davam
edirdi.
11
iyun
-
Qırmızı Ordu Müsəlman
Korpusunun cüzi qüvvəsini (L.Maqalovun rəhbərliyi ilə 900 nəfərlik dəstə və könüllülər) geri ataraq Sığırlı
dəmir yolu stansiyasını ələ keçirdi.
11 iyun - Qırmızı Ordu Müsəlman Korpusunun cüzi qüvvəsini (L.Maqalovun rəhbərliyi ilə dəstə və
könüllülər) geri ataraq Kürdəmir dəmir yolu stansiyasını tutdu. Qırmızı Ordunun hissələri Gəncəyə həlledici
hücum təşkil etmək məqsədi ilə Müsüslü-Qaraməryəm xəttində mövqelər qurdular.
12 iyun - türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin 2-ci dəstəsi Qazaxa çatdı və dəmir yolu ilə
Gəncəyə daşınmağa başladı.
Ġyunun ortaları - komandir çatışmazlığı problemini həll etmək üçün Nuru paşa Gəncədə miralay Atif
bəyin rəhbərliyi ilə milli hərbiyyə məktəbi təşkil etdi.
15 iyun - türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin əsas hissələri Gəncə ətrafında cəmləşdi.
15 iyun - 10-cu türk piyada alayı Göyçay ətrafında toplaşmış erməni kəndlərinin dəstələrini qismən
tərksilah etdi;
16 iyun - Qırmızı Ordu Müsəlman Korpusunun cüzi qüvvəsini (L.Maqalovun rəhbərliyi ilə dəstə və
könüllülər) geri ataraq Qaraməryəm kəndini ələ keçirdi. Qırmızı Ordunun iri hərbi qüvvələri və Kür çayında
hərbiləşdirilmiş gəmilərin hərəkəti ilə bolşeviklər Kür üzərindəki körpü və bərələri nəzarət altına almağa
çalışırdılar.
Bunun qarşısını almaq üçün Cavad bölgəsində mayor N.Ramazanovun rəhbərliyi ilə qüvvə təşkil edildi
və Qırmızı Ordu hissələrinin irəliləməsinin qarşısı alındı.
22
17 iyun - Qırmızı Ordunun Müsüslü istiqamətində başladığı hücum Müsəlman Korpusu və azərbaycanlı
könüllülər tərəfindən dayandırıldı.
18 iyun - vəziyyəti dərhal dəyişmək məqsədi ilə 10-cu türk piyada alayı Qaraməryəm istiqamətində
hücuma keçdi, lakin məğlub edilərək itkilər verdi. Qırmızı Ordunun Müsüslü istiqamətində növbəti hücumunu
Müsəlman Korpusu və Azərbaycan könüllüləri dayandırdı. Göyçay Kürdəmir, Şamaxı ətrafında erməni
kəndlərinə bolşeviklər tərəfindən silah paylandı, dəstələr təşkil edildi.
18-22 iyun - QİO tərəfindən arxa cəbhədə erməni kəndlilərindən ibarət silahlı dəstələrin tərksilahı, sursat
və qüvvələrin toplanması, çoxsaylı Azərbaycan könüllü bölüklərinin təşkili həyata keçirildi.
21 iyun - 5-ci Qafqaz piyada firqəsinin komandanlığı döyüşən hissələrdə sursatın tükənməsi haqqında
raport verdi.
22 iyun - Bakıda Salyan qışlaları (kazarmaları) ərazisində alman təyyarəsi yerə endi. Pilot və Bakıda
saxlanılan alman əsirlərinin qiyamını hazırlamaq üçün göndərilən zabit əsir alındı.
24 iyun - Azərbaycanı ələ keçirmək üçün Almaniya Gürcüstanda yerləşdirdiyi qoşunları Azərbaycanın
Qazax və Zaqatala bölgələrinə yeritməyə hazırlaşırdı. Vehib paşa Azərbaycan ərazisinə yeridilən istənilən
qoşunun məhv edilməsi barəsində əmr verdi. Kiçik toqquşmalardan sonra almanlar öz planlarından əl çəkdilər.
26 iyun - Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Xüsusi
Azərbaycan Korpusu qoyuldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü hesab edilir.
27 iyun - 5-ci Qafqaz piyada firqəsi Xüsusi Azərbaycan Korpusuna tabe edildi. Müsüslü ətrafında
cəmləşdirilmiş türk və Azərbaycan hərbi hissələri Müsüslü dəstəsi adı altında birləşdirildi və komandanlıq
Həbib bəy Səlimova tapşırıldı.
27 iyun - Qırmızı Ordu hücuma başladı, 8 saatlıq döyüş nəticəsində hücumun qarşısı alındı. QİO hissələri
əks-hücuma başladı; Salyan bölgəsində Qırmızı Ordu Surra-Qarabucaq kəndləri istiqamətində hücuma keçdi.
28 iyun - Salyan bölgəsində N.Ramazanovun dəstəsinin səyləri nəticəsində Qırmızı Ordu hissələrinin
Surra-Qarabucaq kəndləri istiqamətində hücumunun qarşısı alınaraq əks-hücum təşkil edildi.
29 iyun - QİO hücuma keçərək Qaraməryəm kəndini azad etdi.
30 iyun - Qırmızı Ordu Göyçay istiqamətində əks-hücuma keçdi. Bakıda 1893-1897-ci il təvəllüdlü
kişilərin hərbi mükəlləfiyyəti və 1900-1917-ci illərdə hərbi xidmətdə olmuş dənizçilərin səfərbərliyi elan edildi
və onun əsasında dənizçi taboru yaradıldı.
1 iyul - Qırmızı Ordunun hücum cəhdlərinin qarşısı alındı.
2 iyul - Salyan bölgəsində Qırmızı Ordu hissələri məğlub olub geri çəkilməyə başladı. L.Biçeraxov öz
dəstəsi ilə Göyçay ətrafına gələrək Qırmızı Orduya qoşuldu.
Ġyulun əvvəlləri - cəbhədə vəziyyətin kəskinləşməsi nəticəsində bolşeviklərin əlavə hissələri və Bakı
qırmızı təlimatçılar məktəbinin şəxsi heyəti cəbhəyə göndərildi.
1-4 iyul - Qəbələ istiqamətində erməni kəndlərinin dəstələri dağıdıldı, əhali tərksilah edildi. Hakimiyyətə
gələn yeni Osmanlı sultanı IV Vahidəddin teleqram göndərərək Nuru paşa və onun tabeçiliyində olan qoşunların
səylərini dəstəklədiyini bildirdi.
5 iyul - Qafqaz İslam Ordusu Ağsu-Kürdəmir istiqamətində hücuma başladı.
6 iyul - L.Biçeraxov Bakı Soveti qoşunlarının komandanı təyin edildi. QİO Müsüslü istiqamətindən
hücuma başladı.
8 iyul - Kürdəmir uğrunda ağır döyüşlər başladı. Döyüşlər iyulun 13-də QİO-nun qələbəsi və Kürdəmirin
azad edilməsi ilə nəticələndi. Salyan istiqamətində də uğurlar əldə edildi.
14 iyul - QİO Kərrar d/yolu stansiyasını azad etdi.
16 iyul - QİO-nun qoşunları iki qrupa ayrıldı. Şimal qrupu Osman bəyin, Cənub qrupu H.Səlimovun
rəhbərliyi ilə Bakı istiqamətində hücum təşkil etməli idilər. Salyan istiqamətindəki uğurlar nəticəsində Kür
çayının mənsəbi tam azad edildi.
19 iyul - Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi. Q.Petrov Bakı
rayonunun hərbi komissarı təyin edildi. QİO-nun Şimal qrupu Şamaxı istiqamətində hücuma keçdi, Cənub
qrupu isə yayındırıcı döyüşlər apardı.
20
iyul - Şamaxı istiqamətində ağır döyüşlər baş verdi.
21iyul - QİO-nun Cənub qrupu Sığırlı və Padar d/yolu stansiyalarını azad etdi.
22 iyul - L.Biçeraxov Həbib bəy Səlimovun başçılıq etdiyi Cənub qrupundan ağır zərbələr alaraq geri
çəkilməyə başladı. O, Bakı Sovetinin ittihamları ilə üzləşdiyindən komandanlığı Avetisova təhvil verdi. QİO-
nun Şimal qrupu Mərəzəni azad etdi.
24-27 iyul - Azərbaycan, Gürcüstan və Osmanlı dövlətləri "Batum arasında petrol (neft) mübadiləsi
haqqında itilafnamə"ni imzaladı.
25 iyul - Sovet Rusiyası Almaniyaya nota verərək QİO-nun hücumunun qarşısını almağı tələb etdi.
Ġyulun sonları - Qırmızı Orduya əlavə mükəlləfiyyət elan olundu, bu dəfə 1883-1892-ci il təvəllüdlü
kişilər orduya çağırıldı.
23
26 iyul - QİO-nun qoşunları Hacıqabulu azad etdi. Bakı Soveti İcraiyyə Komitəsinin qərarı çap edildi:
L.Biçeraxovun dəstəsi Qırmızı Orduya tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunurdu.
27 iyul - QİO-nun Cənub qrupu Qarasu kəndini azad etməklə hücumu genişləndirdi. Qırmızı Ordu Pirsaat
d/yolu stansiyası ətrafında mövqelər tutmağa çalışırdı.
28 iyul - Cəngi yaxınlığındakı mövqelər uğrunda tərəflər hücuma keçdi. Qırmızı Ordu geri çəkilməyə
başladı. Döyüşlərdə böyük itkilər verən bolşevik-erməni qoşunlarına Bakı və ətraf rayonlarda 1885-1892-ci illər
təvəllüdlü kişilərin səfərbərliyi elan edildi. Onlar üçün hərbi xidmətin 6 ay olacağı bildirildi.
29 iyul - Almaniya nümayəndələri QİO-nun hücumunun qarşısının alınacağı barəsində Sovet Rusiyasına
vəd verdilər.
29-30 iyul - QİO-nun qoşunları Sumqayıt və Xırdalana çatdılar; Biçeraxov öz dəstəsi ilə cəbhəni tərk
etdi; Bakıda iyulun 30-dan 31-nə keçən gecə daşnak partiya liderləri və bolşevik dəstələrinin rəhbərləri
müşavirə keçirərək cəbhəyə 3000 erməni göndəriləcəyi barədə qərar qəbul etdilər.
31 iyul - ağır döyüşlər nəticəsində QİO-nun Şimal qrupu Corat və ətraf təpələri tutdu, Cənub qrupu isə
Nəvai və Ağbulaq d/yolu stansiyalarını azad etdi. QİO-nun komandanlığı Qırmızı Ordu komandanlığına yeni
24
25
itkilərin qarşısını almaq məqsədi ilə təslim olmağı təklif etdi, lakin cavab almadı. Bakıda Xalq
Komissarları Soveti hakimiyyəti itirdi. Bolşeviklərin şəhəri tərk edib qaçmaq cəhdinin qarşısı alındı.
1 avqust - Bakıda Sentrokaspi Diktaturası hakimiyyətə gəldi. QİO-nun Şimal qrupu Hacıhəsən kəndini
azad edərək Qurd qapısına yaxınlaşdı. QİO-nun Cənub qrupu isə Ələti azad etdi. Azərbaycan milli hissələri
Qusarı azad etdilər.
2 avqust - Güzdək və Sumqayıt bolşevik-erməni qoşunlarından azad edildi. Nuru paşa Qafqaz İslam
Ordusu tərkibində Azərbaycan hissələrinin yenidən tərtib edilməsi barədə əmr verdi. Azərbaycan milli hissələri
Qubanı azad etdilər. Avqustun 2-dən 8-dək Xaçmaz uğrunda gedən döyüşlərdə Azərbaycan milli hissələri
erməni-bolşevik qoşunlarını məğlub etdi. Biçeraxovun qoşunları geri, Şimali Qafqaza doğru çəkildilər.
Almaniyanın təzyiqi ilə üzləşən Ənvər paşa Nuru paşaya hücumu davam etdirmək barədə gizli əmrlər verməklə,
alman nümayəndələrinə osmanlı hissələrinin hərəkətsiz dayanması, hücumun yalnız Azərbaycan milli qüvvələri
tərəfindən həyata keçirildiyi barəsində məlumat verdl.
3 avqust - Qafqaz İslam Ordusunun komandanlığı Qırmızı Ordu komandanlığına əlavə itkilərin qarşısını
almaq məqsədi ilə yenidən təslim olmağı təklif etdi, lakin cavab almadı. Biçeraxovun qayıtması barədə
Sentrokaspi Diktaturasına göndərdiyi teleqram erməni və rus dillərində çap edilərək şəhərin hər yerində
yapışdırılmışdı, lakin Biçeraxov gəlmədi. S.Şaumyan və Теr-Qabrielyan Bakıdan qaçmaq istəyərkən
yaxalandılar.
4 avqust - polkovnik Stoksun rəhbərliyi ilə ilk ingilis hərbi hissələri Bakıya gəlməyə başladı. QİO-nun
Şimal qrupunu gücləndirmək üçün Cənub qrupu tərkibindəki bütün süvari, topçu hissələri, əksər piyada hissələri
ona verildi. Məqsəd Bakıya bir istiqamətdən (Qurd qapısı) həmlə etmək idi. Sentrokaspi Diktaturası bütün
qüvvələri Bayıl və Qurd qapısı istiqamətində topladı. Almaniya komandanlığının təzyiqi ilə üzləşən Ənvər paşa
Nuru paşaya hücumu dayandırmaq əmri verdi, lakin əslində Bakının tezliklə azad edilməsini tələb edirdi.
5 avqust - QİO-nun Bakıya bir tərəfdən zəif hazırlanmış hücumunun qarşısı alındı. Bakı Sovetinin
bolşevik hissələri və Sentrokaspi Diktaturasının qoşunları QİO-ya qarşı birlikdə vuruşurdular. İtkiləri bərpa
etmək üçün Bakıda 42 yaşınadək olan qeyri-müsəlmanların yeni səfərbərliyi keçirildi və yeni bir alay
formalaşdırıldı.
6-18 avqust - Qafqaz İslam Ordusu Bakı ətrafına qoşunlar toplayır, bütün tədbirlər gizli aparılır,
Almaniya və Sovet Rusiyasına hücumun dayandırıldığını bildirilirdi. Sentrokaspi Diktaturası və ingilis
qoşunları Bakı ətrafında getdikcə daralan halqanı yarmaq üçün mütəmadi olaraq müxtəlif istiqamətlərdə iri
qüvvələrlə hücumlar həyata keçirir, lakin geri atılırdılar.
12 avqust - Azərbaycan hökumətinin qərarı ilə 19-34 yaşlı hərbi xidmətə yararlı kişilər hərbi xidmətə
səfərbər olundu.
13 avqust - Nuru paşanın əmri ilə Əlahiddə Azərbaycan Korpusu ləğv edildi, lakin Azərbaycan hərbi
hissələri öz mövcudluğunu saxladı. Azərbaycanlı zabitlər yeni təyinatlar aldı. Bolşeviklərin Bakıdan silah və
sursatla gəmilər vasitəsi ilə qaçmaq cəhdinin qarşısı alınaraq tərk-silah olundu.
Avqustun ortaları - QİO-da kiçik komandir kadrlarının çatışmazlığı problemini aradan qaldırmaq üçün
Nuru paşanın əmri ilə Ehtiyat Zabit namizədləri təlimgahı açıldı.
17 avqust - Bakıya general Denstervil və onun bütün dəstəsi ("Densterfors”) gəldi.
18 avqust - Sovet Rusiyası türk qoşunlarının ciddi hücuma hazırlaşması barədə məlumat aldı, Moskvada
Rusiya və Osmanlı nümayəndələrinin danışıqları qarşılıqlı ittihamlara çevrildi.
19 avqust - Sovet Rusiyası Almaniyaya nota verərək QİO hücumunun qarşısını almağı tələb etdi.
26 avqust - Bakı Sovetinin Qırmızı Ordusu "Bakı və ətraf rayonların ordusu və donanması" adlandırıldı.
QİO hissələrinin həmlələri nəticəsində Bakı ətrafında bəzi hakim təpələr tutuldu.
27 avqust - Sovet Rusiyası ilə Almaniya arasında Bakı və Azərbaycan neftinin taleyi ilə bağlı saziş
imzalandı, saziş Osmanlı dövləti və Azərbaycan hökumətinin narazılığı ilə qarşılandı. İngilislər Sentrokaspi
Diktaturasının qoşunları ilə birgə irimiqyaslı əks-hücum planlaşdırdılar, lakin QİO-nun cəbhənin bütün
mövqelərində fəallığı qüvvələri toplayıb əks-hücuma keçməyə irnkan vermədi.
30 avqust - Bakıya hücum üçün türk-Azərbaycan hissələri üç qrupa bölündü: Şimal, Cənub, Qərb.
31 avqust - Binəqədi, Digah, Məhəmmədi kəndləri tutulmaqla Bakı şəhəri tam mühasirəyə alındı.
Avqustun 31-dən sentyabrın 1-nə keçən gecə keçirilən müşavirədə general Denstervil demişdi: "YER
ÜZÜNDƏ HEÇ BĠR QÜVVƏ BAKINI TÜRKLƏRDƏN QORUYA BĠLMƏZ". Denstervil ingilis
qoşunlarının evakuasiyasını hazırlamağı əmr etdi.
1 sentyabr - Osmanlı ordusunun 15-ci piyada firqəsi Batum-Qarakilsə-Dilican-Karvansara-Qazax-
Ağstafa yolu ilə Azərbaycana gəlmək əmri aldı;
2 sentyabr - M.Ə.Rəsulzadə Almaniyanın Osmanlı dövlətindəki səfirinə etiraz notası (Rusiya-Almaniya
sazişi ilə bağlı) təqdim etdi. Zabrat və Hövsan ətrafında başlayan döyüşlər sentyabrın 4-də kəndlərin azad
edilməsi ilə nəticələndi.
26
9 sentyabr - 15-ci piyada firqəsinin bütün hissələri Bakı ətrafına gətirildi. 9-dan 10-a keçən gecə QİO
qoşunları Bakı ətrafında hücum üçün müəyyən edilmiş mövqeləri tutmağa başladılar.
10 sentyabr – QİO-nun komandanlığı başda Nuru paşa və Ə.Şıxlinski olmaqla bütün cəbhə xəttini
dolaşmış, düşmənin müdafiə mövqeləri ilə tanış olmuş və şəhərin tutulmasının son planını tərtib etməyə
başlamışdılar.
13 sentyabr - ingilis zabiti Raulinson təxribat qrupu ilə Lənkərana yollanmalı, daha sonra Muğandan
QİO-nun arxasına keçməli və körpüləri dəmir yolları, anbarları partlatmalı idi. QİO-nun cəbhədəki fəallığı və
son hücuma hazırlaşması buna imkan vermədi. Komandanlıq Bakıya hücum əmrini imzaladı.
14 sentyabr - ayın 14-nə keçən gecə QİO-nun qoşunları hücuma başladı saat 3-də ilk müdafiə xətti
tutuldu, saat 3.30-da Qurd qapısı mövqeləri ələ keçirildi. Bütün gün ərzində gedən döyüşlərdə ingilis və
Sentrokaspi qoşunları sıxışdırıldılar. General Denstervil öz qoşunları haqqında yazırdı: "Bütün üstünlüklərə
malik olan qoşunlar elə döyüş başlayan kimi darmadağın edildilər". Saat 22.00-da ingilislər gəmilərlə
evakuasiya olundular.
15 sentyabr - 15-nə keçən gecə QİO-nun qoşunları hücuma başlayaraq şəhərin əksər hissələrini tutdu.
Saat 10.30-da Sentrokaspi Diktaturası kapitulyasiya təklifi ilə çıxış etdi. Bakı şəhəri azad edildi. Azərbaycan
hökumətinə qələbə barədə teleqram vuruldu.
16 sentyabr - Bakıda Qızıl Qışla adlanan yerdə QİO-nun hərbi paradı keçirildi, ondan sonra QİO
komandanlığı və Azərbaycan hökumətinin üzvləri şəhərə daxil oldular.
16-17 sentyabr - görülmüş tədbirlər nəticəsində şəhərdə talançılıq və özbaşınalığın qarşısı alındı.
18 sentyabr - Nuru paşa Bakı əhalisinə "Əmrnamə" ilə müraciət etdi. Azərbaycan hökuməti Bakının azad
edilməsi və onun cümhuriyyətin paytaxtı kimi fəaliyyət göstərəcəyi barədə bəyanat verdi.
20 sentyabr - Bakıda möhkəmlənmək üçün hərbi qüvvədən istifadə etmək qərarına gələn almanlar dəmir
yolu vasitəsi ilə Tiflisdən qoşun göndərdilər.
21 sentyabr - Azərbaycana gələn alman hərbi hissələrinin qarşısını almaq üçün Ənvər paşanın əmri ilə
Azərbaycan-Gürcüstan sərhədindəki korpü partladıldı, sərhəd boyunca türk-Azərbaycan hissələri yerləşdirildi.
Nəticədə alman qoşunları geri qayıtmağa məcbur oldular.
Sentyabrın sonları - Qarabağda Azərbaycan kəndləri və şəhərləri özünümüdafiə dəstələri yaradıb
düşmənin qarşısını aldılar, lakin onu tam məğlub etmək üçün zəif idilər; QİO-nun Azərbaycan hissələri
Qarabağda qayda-qanunu bərpa etmək, erməni quldur dəstələrinin təcavüzünün qarşısını almaq üçün yürüşə
hazırlaşmağa başladılar. QİO-nun türk hissələri Dərbənd və Port-Petrovsk (Mahaçqala) yürüşünə hazırlaşmağa
başladılar. Qoşunların bir qismi Bakının dənizdən təhlükəsizliyini təmin etmək üçün (ingilis qoşunları Xəzərin
cənubunda, Ənzəlidə möhkəmlənmişdi) şəhərdə qaldı.
25 sentyabr - QİO-nun 1-ci Azərbaycan firqəsi (türk və Azərbaycan hissələri) Qarabağa daxil oldu,
erməni dəstələri ilə döyüşlər başlandı.
8 oktyabr - əksər erməni dəstələri məğlub edildi, 1-ci Azərbaycan firqəsi Şuşaya daxil oldu.
8 oktyabr - Biçeraxovun rəhbərliyi ilə rus qoşunları məğlub edildi, Dərbənd şəhəri türk hissələri
tərəfindən tutuldu.
23 oktyabr - Osmanlı Ordusunun Baş Komandanlığının Ərkani hərb rəisi Əhmed İzzət paşa Qarabağda
əməliyyatları dayandırmağı əmr etdi.
30 oktyabr - Mudros müqaviləsinin şərtlərinə görə, I Dünya müharibəsində məğlub olmuş Osmanlı
dövləti Azərbaycandan öz qüvvələrini çıxartmağa başladı. Qafqaz İslam Ordusu ləğv olundu; sırf Azərbaycan
hissələrindən təşkil edilmiş 1-ci Azərbaycan firqəsi (komandir general-mayor İ.Usubov) Qarabağda
əməliyyatları davam etdirdi.
8 noyabr - Biçeraxovun rəhbərliyi ilə rus qoşunları məğlub edildi, Port-Petrovsk şəhəri türk hissələri
tərəfindən tutuldu.
10 noyabr - Azərbaycanı tərk etməyə başlayan Osmanlı qoşunlarının şərəfinə Azərbaycan hökuməti
rəsmi vida ziyafəti təşkil etdi.
15 yanvar 1919-cu il - sonuncu türk qoşun dəstəsi Azərbaycan ərazisini tərk etdi.
|