birgə təşkilatçılığı ilə keçirilən yubiley
mərasiminin iştirakçıları əvvəlcə Fəxri xi-
yabanda mərhum alimin xatirəsini anmış,
məzarı üzərinə gül dəstələri düzmüşlər.
Sonra tədbir iştirakçıları
Azərbaycan Milli Elmlər Aka-
demiyasının (AMEA) əsas
binasında görkəmli akademi-
kin həyat və yaradıcılığını əks
etdirən kitab, jurnal və digər
nəşrlərdən ibarət sərgiyə bax-
mışlar. Sərgidə təqdim olunan
“Akademik Mirəsədulla Mirqa-
sımov haqqında xatirələr kitabı”
və alimin şəxsi əşyaları maraqla
qarşılanmışdır.
Yubiley tədbirində çıxış
edən AMEA-nın prezidenti,
akademik Akif Əlizadə bil-
dirmişdir ki, M.Mirqasımov
elmi-təşkilati, pedaqoji və tibbi-
nəzəri istiqamətləri özündə
birləşdirən çoxşaxəli fəaliyyəti ilə XX əsrin birinci
yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin
təşəkkülündə və inkişafında müstəsna rol oynamış-
dır. 1945-ci ildə, İkinci Dünya müharibəsi bitməmiş
ölkədə elmi proseslərin daha mütəşəkkil təşkili, ta-
rix, mədəniyyət və təbiətin daha sistemli öyrənilməsi
məqsədilə Azərbaycan Elmlər Akademiyası (AEA)
təsis edilmişdir. Akademiklərin ilk yığıncağında tibb
sahəsində zəngin elmi təcrübəsi ilə fərqlənən akade-
mik M.Mirqasımov AEA-nın ilk prezidenti seçilmiş-
dir. O vaxtdan indiyədək böyük tarixi inkişaf yolu
keçmiş AMEA hazırda özünün 70 illik yubileyinə
hazırlaşır.
A.Əlizadə demişdir ki, M.Mirqasımovun
şəxsiyyətindəki sanballılıq öz tipoloji əsası etibarilə
XX əsrin əvvəllərindəki Azərbaycan milli ziyalı elita-
sına söykənir. Bu mənada onun da şəxsiyyəti Üzeyir
bəy Hacıbəyli, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi
milli epoxa ilə sovet epoxasını özündə birləşdirir.
Diqqətə çatdırılmışdır ki, M.Mirqasımovun
130 illik yubileyi Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyevin 2013-cü il 6 fevral tarixli
Sərəncamı əsasında keçirilir. Sərəncama əsasən,
yubileylə əlaqədar təbirlər planı hazırlanmış, aka-
demikin vaxtilə yaşadığı binadakı xatirə lövhəsi
yenilənmiş, alimin həyat və yaradıcılığı haqqında fil-
min çəkilməsi haqqında Nazirlər Kabineti qarşısında
vəsatət qaldırılmışdır.
Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev demişdir
ki, M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər
üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk mil-
li mütəxəssis kimi səhiyyə tariximizdə layiqli və
əbədi yer tutur. Hələ 30-cu illərdə görkəmli alim
tələbələri ilə birlikdə Azərbaycanda urolitiazın mey-
dana gəlməsi və yayılması, malyariya xəstəliyinin
fəsadları, cərrahi müalicəsi və tibb sahəsindəki digər
problemlərin həlli ilə ciddi məşğul olmuşdur.
Nazir bildirmişdir ki, Bakıdakı küçələrdən
birinə, eləcə də Respublika Klinik Xəstəxanasına
akademik M.Mirqasımovun adının verilməsi onun
şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabba-
rov M. Mirqasımovun elmi-pedaqoji fəaliyyətindən
danışmışdır. Qeyd etmişdir ki, akademik
M.Mirqasımov Bakı Dövlət Universitetində tibb
elminin tədrisinə cəlb olunmuş ilk milli kadrlardan
biridir. 1930-cu ildə yenicə təşkil olunmuş Tibb İns-
titutunda dərslərin rus dili ilə yanaşı, Azərbaycan
dilində də tədrisinin qərara alındığını söyləyən na-
zir o dövrdə milli dərsliklərə ciddi ehtiyac yarandı-
ğını xatırlatmışdır. Vurğulamışdır ki, bunu nəzərə
alan M.Mirqasımov 1931-ci ildə ilk dəfə Azərbaycan
dilində “Ümumi cərrahiyyə” adlı orijinal dərslik ha-
zırlamışdır.
Azərbaycan Tibb Universitetinin rektoru,
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin
akademik-katibi, akademik Əhliman Əmiraslanov
isə M.Mirqasımovun
tibb elmindəki digər
xidmətlərindən bəhs etmiş-
dir. Demişdir ki, görkəmli
akademik 1929-cu ildə tibb
fakültəsi nəzdində təşkil olun-
muş “Operativ urologiya” kur-
sunun rəhbəri təyin edilmiş,
ölkəmizdə urologiya elminin
milli inkişaf tarixinin özül
daşlarını qoymuşdur. İkinci
Dünya müharibəsi illərində
M.Mirqasımov həmkarları ilə
birlikdə Azərbaycanda hos-
pital xidmətinə, hərbi-səhra
cərrahlığının əsasının qoyul-
masına və inkişaf etdirilməsinə
mühüm töhfələr vermişdir.
O, 28 il fasiləsiz olaraq indiki Azərbaycan Tibb
Universitetinin hospital cərrahlığı kafedrasının
müdirİ vəzifəsində çalışmaqla yüksək ixtisas-
lı kadrların hazırlanmasında əvəzsiz xidmətlər
göstərmiş, institutun maddi-texniki bazasının
möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Qeyd edilmişdir ki, M.Mirqasımov Azərbaycan
Tibb Universitetində ilk dəfə patoloji anatomiya mu-
zeyini yaratmışdır. Həmin muzey bu gün də fəaliyyət
göstərir. Bundan əlavə, M.Mirqasımov 30-dan çox
elmlər doktoru yetişdirmişdir. Bu isə onun yaşadığı
dövr üçün o qədər də asan məsələ deyildi.
Ə.Əmiraslanov diqqətə çatdırmışdır ki, ilk
təhsilini mədrəsədə alan M.Mirqasımov 3 il Odessa-
nın müxtəlif klinikalarında cərrahiyyənin müxtəlif
sahələri üzrə təcrübə keçmişdir. Bu gün deyə bilərik
ki, Azərbaycanda cərrahiyyənin əsasını Mustafa
bəyTopçubaşov və Mirəsədulla Mirqasımov qoy-
muşlar.
Bildirilmişdir ki, M.Mirqasımov Azərbaycan Tibb
Universitetində çalışdığı dövrdə bu elm ocağının
nəzdində klinikalarının yaradılması barədə çox dü-
şünmüşdür. Buna nail ola bilməsə də, onun ideyala-
rı bu gün həyata keçmişdir. Artıq Azərbaycan Tibb
Universitetinin 4 klinikası fəaliyyət göstərir.
Yubiley mərasimində çıxış edən akademik İsma-
yıl İbrahimov M.Mirqasımovla bağlı xatirələrini
bölüşmüş və görkəmli alimin yüksək insani
keyfiyyətlərindən danışmışdır.
Akademik Vasim Məmmədəliyev isə
M.Mirqasımovun Şərq ədəbiyyatına dərindən bələd
olmasını və Quranı əzbərdən bilməsini diqqətə çat-
dırmışdır.
Akademik Böyükkişi Ağayev M.Mirqasımovun
cərrahiyyə sahəsində apardığı elmi-praktiki
işlərin əhəmiyyətindən bəhs etmişdir. Bildiril-
mişdir ki, onun “Qarın yatalağı” adlı ikicildlik
monoqrafiyası hazırda sanballı bir elmi əsər kimi
qiymətləndirilməkdədir.
Görkəmli akademikin oğlu Oqtay Mirqasımov
atasının xatirəsinə göstərilən yüksək ehtirama görə
dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadı-
ğı Xaqani, 19 ünvanındakı binada akademikin yeni
xatirə lövhəsinin açılışı olmuşdur.
Dostları ilə paylaş: |