Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər IL olduğu kimi, Ulu Öndərin vəfatının onuncu ildönümü günü – dekabrın 12-də də pay- taxt sakinləri


M.ƏLƏKBƏRLI Türkiyəli alimlər ATU- da seminar keçirmişlər



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2378
1   ...   8   9   10   11   12   13   14   15   16
M.ƏLƏKBƏRLI

Türkiyəli alimlər ATU- da seminar keçirmişlər

Əsaslı kitabxanamız universitet 

rəhbərliyinin və şəxsən hörmətli 

rektorumuz akademik Əhliman 

Əmiraslanovun diqqət və qayğısını 

daim hiss edir. Məhz onun göstərişi 

ilə universitet kitabxanası müasir 

informasiya texnologiyaları ilə təchiz 

edilmiş, kitabxanamız müasir tələblərə 

cavab verən İRBİS-64 

avtomatlaşdırılmış 

kitabxana-informasiya 

sistemi (AKİS) ilə təmin 

edilmişdir. İRBİS-64 

AKİS-nin kitabxanamızda 

tətbiqinə 2010-cu ilin aprel 

ayından  başlanılmışdır. 

Bu sistem kitabxanamızın 

beynəlxalq informasiya 

məkanına daxil olmasınının, 

dünya standartlarına uyğun 

elektron kitabxananın 

və elektron kataloqunun 

yaradılmasınının, təhsil və 

elmi tədqiqatlar üçün əsas 

amil olan və bütövlükdə cəmiyyətin 

inkişafına birbaşa təsir edən elektron 

mənbələrindən sərbəst istifadə 

olunmasının təminatçısıdır. Bu sistem 

imkan verir ki, biz öz zəngin kitab 

fondumuzu, həmçinin alimlərimizin 

elmi fəaliyyətlərinin nəticəsi olan 

kitab və jurnalları, məqalələri dünya 

istifadəçilərinə təqdim edək və eyni 

zamanda dünya kitabxanalarının 

zəngin kitab fondundan müəllim və 

tələbələrimizin istifadə etməsinə də 

şərait yaradaq.

Hazırda  kitabxanamızda  IRBİS-64 

sisteminin  “Komplekləşdirmə”,  “Kata-

loqlaşdırma”,  “Oxucu”,  “Kitab  verilişi” 

və  “Administrator”  modulları  üzrə  fəal  iş 

gedir.  “Kataloqlaşdırma”  modulu  kitab-

xana  fondunun  elektron  versiyasının, 

yəni  elektron  kataloqunun  yaradılması-

nı  həyata  keçirir.  Artıq  tibbi  ədəbiyyatın 

çox böyük bir hissəsi: 13 500 addan çox 

azərbaycan,  türk,  rus,  ingilis  dillərində 

olan    kitablar  elektron  kataloquna  da-

xil  edilmışdır.  Həmçinin  6018  qəzet 

məqaləsi  və  9578  jurnal  məqaləsi  də 

elektron kataloqunda öz əksini tapmışdır. 

Qeyd edə bilərik ki, latın qrafikalı və kiril 

qrafikalı  Azərbaycan  dilində  olan    bütün 

ədəbiyyat, həmçinin Heydər Əliyev fondu 

tərəfindən  kitabxanamıza  hədiyyə  edil-

miş çoxlu sayda yeni tibbi ədəbiyyat, ulu 

öndərimiz  Heydər  Əliyevə  və  Prezident 

İlham  Əliyevə  həsr  edilmiş  kitablar  artıq 

elektron  kataloqunda  öz  əksini  tapmış-

dır.  Eyni  zamanda  hörmətli  rektorumu-

zun elmi fəaliyyətini əks etdirən kitablar, 

dərsliklər də artıq elektron kataloqa daxil 

edilmişdir.  Bu  kataloqda  ən  qədim  kitab 

XIX  əsrin  əvvəllərində  çap  olunmuş  ki-

tabdır. Əməkdaşlarımız üzərlərinə düşən 

vəzifənin  məsuliyyətini  dərk  edərək 

yüksək səviyyəli, elmin tələblərinə cavab 

verə  biləcək  və  digər  yaradılmış  elekt-

ron kataloqlarına bir nümunə ola biləcək 

səviyyəyə malik elektron kataloqunun ya-

radılmasına çalışırlar. Çox böyük zəhmət, 

hərtərəfli  bilik  və  diqqət  tələb  edən  bu 

işin həyata keçirilməsi eyni zamanda pa-

ralel  olaraq  digər  işlərin  də  görülməsini 

(məsələn, kitab fondunun yoxlanılmasını, 

onun inventar kitabı və ənənəvi kataloq ilə 

uyğunluğunun yoxlanılması, çatışmazlıq-

ların üzə çıxarılaraq həll edilməsini) tələb 

edir. Bu isə işin daha yüksək səviyyədə, 

düzgün  və  dolğun  görülməsinə  təminat 

verir. 


Elektron  kataloq  kitabxana  fondunun 

“güzgüsüdür” desək səhv etmərik.  Elekt-

ron kataloq vasitəsilə istifadəçilərə uzaq 

məsafədən  operativ  informasiya  xidməti 

göstərmək,  həmçinin  fondun  idarə  olun-

masını  həyata  keçirmək  mümkündür. 

Elektron  kataloq  biblioqrafik  informasi-

ya  bazasının  daha  etibarlı  qorunmasına 

şərait  yaradır  və  istifadəçinin  ona  zərər 

yetirməsini praktiki olaraq qeyri mümkün 

edir. 

Kitabxananın  İnternetdə  yerləşdirilmiş 



elektron  kataloqu  dünyanın  istənilən 

nöqtəsindən  istifadəçiyə  kitabxanamızın 

fondu ilə tanış olmağa, lazımi ədəbiyyat 

axtarışını aparmağa və tapılmış ədəbiyyatı 

sifariş etməyə, ədəbiyyatın elektron vari-

antı olduqda isə onu əldə etməyə imkan 

verir.    Universitet  əməkdaşlarının  elmi 

əsərlərinin, dərsliklərin, dərs vəsaitlərinin 

tammətnli  elektron  versiyalarını  yara-

daraq  daha  səmərəli  elektron  xidməti 

həyata  keçirmək,  kitabxanamızı  ən  qa-

baqcıl  elmi  informasiya  mərkəzinə 

çevirmək də qarşımızda duran vacib 

işlərdəndir. Biz bütün fəaliyyətimizi və 

gücümüzü  bu  istiqamətə  yönəldərək 

mühüm işlər görməyə çalışırıq.

Elektron  kataloq  kitabxanalararası 

biblioqrafik  informasiya  mübadiləsini 

təmin edir. Elektron kataloq həmçinin 

hər bir kitabxananın «imicini» forma-

laşdırır.

Kitabxananın  yüksək  nüfuza  və 

reytinqə  malik  olması  üçün  elektron 

kataloq zəngin, dolğun  məlumat ba-

zasına  və  mükəmməl  axtarış  apara-

tına  malik  olmalıdır.  Məhz  bununla 

kitabxana  coğrafi  uzaqlıqdan,  yerləşdiyi 

məkandan    asılı  olmayaraq  özünə  dün-

yanın  istənilən  yerindən  istifadəçi  cəlb 

edərək xidmət göstərə bilər.

  Bu  xidmət  istifadəçi  sifarişini  uzaq 

məsafədən  yerinə  yetirməklə  kitabxana-

lararası  elektron  sənəd  mübadiləsini  də 

təmin edir. 

Elektron  kitabxanalar  müasir  dövrün 

əsas  tələbi  olub,  cəmiyyətin  informa-

siyalaşdırılmasında, 

elmi-ədəbiyyatın 

təbliğində  və  əldə  edilməsində  mühüm 

rol oynayırlar. Elektron kitabxanalar infor-

masiya  mübadiləsi  sistemlərinin,  virtual 

informasiya mühitinin yaradılmasına, dis-

tan təhsilin inkişafına, cəmiyyətin peşə və 

ümumi mədəniyyət səviyyəsinin artması-

na  xidmət  göstərir.  Onun  vasitəsilə  oxu-

cular  dünyanın  istənilən  nöqtəsindən  24 

saat müddətində kitabxananın informasi-

ya bazasından istifadə edə bilirlər.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin