Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər IL olduğu kimi, Ulu Öndərin vəfatının onuncu ildönümü günü – dekabrın 12-də də pay- taxt sakinləri



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2378
1   ...   8   9   10   11   12   13   14   15   16
Günel ASLANOVA,

ATU-nun mətbuat katibi

Bakı Dövlət Universitetində bir fakültə kimi 



fə aliy yətə başlayan Tibb İnstitutu 1930-cu ildə ali 

müstəqil tədris müəssisəsi kimi işini davam etdir-

mişdir.  Yeni  yaradılmış  bu  tibbi  təhsil  ocağı    bir 

sıra çətinliklərə baxmayaraq qısa vaxt ərzində in-

kişaf mərhələsinə qədəm qoya bilmişdir. O dövrdə 

3  fakültənin  və  10-dan  artıq  kafedranın  açılması, 

Azərbaycan  dilində  dərsliklərin  nəşri,  milli  dildə 

dərslərin təşkili yeni açılmış bu ali tibb məktəbinin 

işıqlı gələcəyindən, geniş inkişaf perspektivindən 

xəbər verirdi. 

İnstitutun sürətlə hərtərəfli inkişafına böyük əmək 

sərf etmiş görkəmli ictimai-siyasi dövlət xadimi Əziz 

Əliyev (1932-1938) instituta rəhbərlik etdiyi dövrdə 

Tibb İnstitutu şəhərciyinin əsasını qoymuş və bu gün 

80  yaşını  qeyd  etdiyimiz  “Təbib”  qəzeti  də  böyük  

alimin  şəxsi  təşəbbüsü  və  qayğısı  sayəsində  həyata 

vəsiqə almışdır. 

Əvvəllər institutda divar qəzeti şəklində buraxılan 

mətbu orqan 1933-cü ilin 16 dekabrında “Tibbi qad-

ro uğrunda” adı altında rəsmi qaydada çap olunmağa 

başladı.


Görkəmli  alim,  böyük  şəxsiyyət  Əziz  Əliyevin 

mətbuat  sahəsindəki  bu  danılmaz  xidməti  insti-

tut  əməkdaşları,  eləcə  də    respublikanın  bütün  tibb 

işçiləri tərəfindən böyük rəğbətlə qarşılandı.

Onu da qeyd etmək lazımdır ki, qəzetin ilk sayla-

rında dərc olunan yazıların müəllifləri əsasən qeyri 

millətlərin nümayəndələri idi.

Məhz bunlar da Əziz Əliyevin diqqətindən yayın-

madı. Professor və müəllim heyətinin tərkibində mil-

li kadrların azlığı narahatçılıq doğurmaya bilməzdi. 

İnstitut  rəhbərliyi  bildirir  ki,  belə  bir  vəziyyətin 

dəyişməsi üçün qəzetin də üzərinə mühüm vəzifələr 

düşür.  Nəşrə  başlayan  “Tibbi  qadro  uğrunda” 

qəzetinin adından da göründüyü kimi kadr məsələsi 

sahəsində qəzetin görəcəyi işlər çoxdur.

Bu  dövrdə    qəzetin  səhifələrində  institutun  pro-

fessorlarından  Əziz  Əliyevin,  İ.Şirokoqovun, 

M.A.Topçubaşovun, Trubinin, Luqovun və başqala-

rının imzaları ilə tez-tez rastlaşırıq. 

Qəzet 1937-ci ilin 20 noyabrından etibarən “Medi-

sina  qadırları  uğurunda”  adı  altında  öz  fəaliyyətini 

davam etdirir. “Medisina qadırları uğurunda” qəzeti 

1940-cı ilin mart ayından kiril əlifbası ilə nəşrə baş-

layır.  1941-ci  ilin  may  ayına  qədər  12-ci  sayı  işıq 

üzü  görən  qəzetin  nəşri  iyun  ayında  ikinci  dünya 

müharibəsinin  başlanması  ilə  əlaqədar  dayandırı-

lır. Bundan sonra müxtəlif fasilələrlə işıq üzü görən 

“Medisina  qadrları  uğrunda”  qəzeti  1969-cu  ildə 

“Tibb kadrları uğurunda” başlığı altında fəaliyyətini 

davam  etdirir.  Azərbaycan  Tibb  İnstitutunun  bu 

qəzeti  1990-cı  ilin  sentyabr  ayından  “Təbib”  adı 

ilə  işıq  üzü  görməyə  başlayır.  1995-1996-cı  illərdə 

qəzetin  fəaliyyəti  zəifləyir,  müvəqqəti  olaraq  nəşri 

dayandırılır.

Bu məsələyə diqqətlə yanaşan və böyük önəm verən 

Tibb  Universitetinin  rektoru  akademik  Əhliman 

Əmiraslanov qəzetin fəaliyyətini bərpa etmək üçün 

böyük təşəbbüs göstərdi. “Təbib” qəzeti 1997-ci ilin 

iyun  ayından  yeni  redaksiyada  nəşrə  başladı.  De-

mokratik yolla inkişaf edən Azərbaycanımızın mətbu 

orqanları sırasında “Təbib” qəzeti də fəaliyyətini da-

vam  etdirdi.  Ayda  iki  dəfə  işıq  üzü  görən  “Təbib” 

qəzeti çox qısa zaman kəsiyində Tibb Universitetinin 

güzgüsü rolunu oynadı.

İldən-ilə sürətlə inkişaf etməkdə olan Azərbaycan 

Tibb  Universitetinin  ictimai  həyatını  işıqlan-

dırmaqda,  elmi  yenilikləri,  görkəmli  alimlərin 

yubileylərini,  dünya  tibb  elmində  baş  verən  son 

məlumatları  oxucularına  çatdırmaqda  qəzet  ardıcıl 

iş  aparmaqdadır.  “Təbib”in  səhifələrində  görkəmli 

tibb  alimlərinin  həyat  və  fəaliyyəti,  tibb  təhsili  və 

elminin nailiyyətləri, universitetimizin professor və 

müəllimlərinin  iş  təcrübəsi,  respublikada  səhiyyə 

sahəsində həyata keçirilən islahatlar mütəmadi işıq-

landırılır.

Bu  illər  ərzində  qəzet  öz  səhifələrində  Böyük 

Elmi  Şuranın  iclaslarına,  həkim  məsləhətlərinə, 

xalq təbabətindən ibarət  nümunələrə, tanınmış tibb 

alimlərinin  müxtəlif  xəstəliklərlə  bağlı  çıxışlarına 

xüsusi yer vermişdir. “Təbib” fəaliyyətini təkcə Tibb 

Universiteti  ilə  məhdudlaşdırmamış,  Azərbaycan 

səhiyyəsi ilə bağlı aktual yazılara da daim yer ayır-

mışdır.

Biz  “Təbib”in  bu  illərdə  çapdan  çıxmış  bir  neçə 

sayını vərəqləyirik. Bura da inkişaf edib böyüməkdə 

olan  universitet  şəhərciyində  aparılan  tikinti-abad-

lıq  işlərinin  səviyyəsinə,  yataqxanalarda  tələbələrə 

göstərilən xidmətə qədər bilgilər əldə edirik.

Azərbaycan  Tibb  Universiteti  respublikamızda 

əhalinin cansağlığının qorunmasında və səhiyyənin 

inkişafında böyük işlər görür. Universitetimizdə ça-

lışan  alimlərin  səsi  xarici  ölkələrdə  keçirilən  konf-

ranslardan,  simpoziumlardan  eşidilir.  Bütün  bunla-

rın  əks-sədası  “Təbib”  qəzetində  vaxtaşırı  işıq  üzü 

görür.

Qəzet  müəllim  və  tələbələrlə  mütəmadi  əlaqə 



saxlamaqdadır.  Demək  olar  ki,  Həmkarlar  İttifaqı 

Komitəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, 

TEC-in  bütün  tədbirləri  “Təbib”  qəzetində  öz 

əksini  tapmışdır.  Eyni  zamanda  Respublikamızın 

tibb  ictimaiyyətinin  qabaqcıl  nailiyyətləri,  uni-

versitet  əməkdaşlarının,  eləcə  də  tələbə  gənclərin 

fəaliyyətindən bəhs edən tədbirlər işıqlandırılmışdır.

Son zamanlarda Stomato-

loji,  Onkoloji,  Tədris  Tera-

pevtik və Tədris Cərrahiyyə 

klinikalarının 

tikilib 


istifadəyə  verilməsi  yalnız 

Tibb  Universitetinin  deyil, 

bütövlükdə  səhiyyəmizin 

böyük  nailiyyətləridir.  Bu 

möhtəşəm  səhiyyə  ocaqla-

rı  haqqında  ətraflı  bilgiləri 

biz “Təbib”in səhifələrindən 

alırıq.


Azərbaycan  Tibb  Uni-

versitetinin 

beynəlxalq 

əlaqələri getdikcə inkişaf edir, sürətlə artır. Ayrı-ay-

rı ölkələrin tibb universitetlərindən universitetimizə 

işgüzar səfərə gələn mötəbər qonaqlar haqda zəngin 

məlumatlar  verilir.  Tibb  Universitetinin  rektoru, 

millət  vəkili,  akademik  Əhliman  Əmiraslanovun 

qəbul etdiyi qonaqlarla oxucular yaxından tanış olur. 

Rektorun xarici universitetlərin nümayəndə heyətləri 

ilə yanaşı, Türkiyənin ölkəmizdəki səfiri Alper Coş-

kun,  İranın  ölkəmizdəki  səfiri  Möhsün  Pak  Ayin, 

İordaniyanın  ölkəmizdəki  səfiri  Adel  Mohammad 

Adileh və İraqın ölkəmizdəki səfiri Heydər Əlbarak 

ilə  görüşlərinin  təfərruatları  da  oxuculara  çatdırıl-

mışdır. 


Demək  olar  ki,  “Təbib”  qəzeti  yeni  redaksiyada  

fəaliyyətə  başlayandan  bu  günə  kimi  səhifələrində 

Tibb  Universitetində  keçirilən  bütün  tədbirlərə, 

əlamətdar  hadisələrə,  təhsil,  tərbiyə,  elmi  işlər 

sahəsində qazanılan nailiyyətlərə geniş yer ayırmış-

dır.  Son bir neçə ilin qəzet toplusunu vərəqlədikdə 

qarşımızda universitet dünyasının xoş bir mənzərəsi 

canlanır.  Gələcək  tədqiqatçılar  üçün  bu  qəzetin  nə 

qədər dəyərli və əhəmiyyətli olduğu aydın hiss olu-

nur.


“Təbib” qəzeti son günlərə kimi cəmi dörd səhifə 

çıxırdı.  Bu  da  yaradıcı  heyətin  müəyyən  mənada 

imkanlarını məhdudlaşdırırdı. Bütün bunlar univer-

sitet rəhbərliyini də narahat etməyə bilməzdi. Artıq 

zamanın  tələbi  səviyyəsinə  uyğun,  Tibb  Universi-

tetinin  inkişaf  perspektivləri  çərçivəsində  daha  da 

təkmilləşmiş bir qəzetə ehtiyac duyuldu.

Oxuculara  bildirmək  istərdik  ki,  2014-cü  ilin 

yanvar  ayından  etibarən  “Təbib”  qəzeti  8  səhifə 

həcmində rəngli şəkildə doğma oxucuları ilə görüşə 

gələcək.

Ümidvarıq  ki,  “Təbib”  bundan  sonra  da  Tibb 

Universitetinin  elmi  pedaqoji,  ictimai  həyatında  və 

təlim-tərbiyə sahəsindəki uğurlarında mühüm rol oy-

nayacaq,  universitet  həyatının  salnaməsini  yaradan 

bir mətbu orqan kimi öz işini müvəffəqiyyətlə davam 

etdirəcəkdir.


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin