Z.EMINOVA,
Əsaslı kitabxananın direktoru
G.QARAYEVA,
Elmi kitabişləmə və
kataloqlaşdırma şöbəsinin müdiri
Müasir informasiya cəmiyyəti və elektron kitabxana
u
Dekabrın 11-də pediatriya fakültəsinin VI kurs tələbələrinin
ənənəvi istehsalat müşavirəsi keçirilib. Müşavirəyə sədrlik
edən fakültənin dekanı, dosent Nəriman Nağıyev bildirib
ki, VI kursda imtahan sessiyası yoxdur. May ayının axırına
yaxın dərslər qurtaracaq, dövlət attestasiyası, dövlət im-
tahanları başlayacaq. O, heç bir hazırlıq kursu keçmədən
baza tibb təhsili diplomu ilə birbaşa praktiki səhiyyədə ça-
lışmağın mümkünlüyünü deyib.
Bundan sonra fakültənin dekan müavini, professor Mehman Əliyev
VI kursda cari mənimsəmə və dərsə davamiyyətin vəziyyəti barədə
ətraflı məlumat verib, görülən tədbirlərə baxmayaraq kafedralarda dərs
buraxma hallarının çoxaldığını söyləyib. 50 saatdan artıq dərs buraxan
tələbələrin adlarını çəkərək 5-6 nəfəri çıxmaqla bütün tələbələrin dərs
buraxdıqlarını qeyd edib. Dekanlığın rəsmi məktublarına bəzi kafed-
raların vaxtında cavab vermədiyini müşavirə iştirakçılarının diqqətinə
çatdıran dekan müavini aparılan reydlərin, yoxlamaların nəticələrini də
açıqlayıb.
Uşaq yoluxucu xəstəlikləri kafedrasının müdiri, professor Nərgiz
Hüseynova, II uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amal-
ya Əyyubova, neonatologiya kafedrasının müdiri, professor Səfixan
Həsənov, I uşaq xəstəlikləri kafedrasının dosenti Sabir Əmirəliyev
müzakirə olunan problemlərin obyektiv və subyektiv səbəblərindən,
eyni zamanda həlli yollarından danışıblar.
Bu dəfəki ənənəvi istehsalat müşavirəsində, belə demək mümkünsə,
“ənənə” pozulub. Əvvəlcə danışmaq istəməyən tələbələr bir anın içində
sükutu pozublar. “Ən yaxşı müdafiə hücumdur” prinsipinə söykənən
450
c
qrup tələbəsi Kamran Ələkbərzadə tələbələrin ünvanına yönəlmiş
nöqsanların səmtini dəyişərək müəllimləri yaxşı dərs keçməməkdə,
köhnə metodlarla işləməkdə günahlandırıb.
Tələbə həmkarının sözünə qüvvət verən 441
b
qrup tələbəsi Günel
Vəzirova da dərsə davamiyyətin aşağı olmasını dərslərin maraqsız ol-
ması ilə əlaqələndirib: “Biz bəzi müəllimlərin dərslərində ona görə
otururuq ki, nəsə öyrənirik. Heç nə öyrətməyən müəllimlərin cansıxıcı
dərslərində isə ona görə otururuq ki, bizə qayıb yazmasınlar”.
Sonda fakültənin dekanı Nəriman Nağıyev səslənən tənqidlərin real-
lığı əks etdirdiyini vurğulayıb, lakin əsaslı-əsassız bəhanələr gətirərək
tələbələrin dərsdən yayınmasına da haqq qazandırmayıb. Müşavirədə
narahatlıq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Dostları ilə paylaş: |