“Azərbaycanın iş adamlarının iqtisadi davranışında etikanın rolu” Fuad Əliyev



Yüklə 516 b.
tarix30.11.2016
ölçüsü516 b.
#491


“Azərbaycanın iş adamlarının iqtisadi davranışında etikanın rolu”

  • Fuad Əliyev

  • İqtisadi İslahatlar Mərkəzi

  • 2005


Məqsəd

  • Yerli iş adamlarının gündəlik fəaliyyətlərində, iqtisadi davranışlarında etikanın roluna qiymət vermək və mövcud problemlərin həlli istiqamətində elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazırlamaq.



Metodologiya

  • Kabinet tədqiqatının həyata keçirilməsi;

  • Sahə tədqiqatının həyata keçirilməsi (sosiolojı sorğu);

  • Dərinləşdirilmiş müsahibələr vasitəsilə ekspert rəylərinin öyrənilməsi;

  • Tədqiqatın nəticələrinin mediada işıqlandırılması;

  • Siyasətə dair tövsiyələrin hazırlanması;

  • Hesabatın yazılması və ictimaiyyətə təqdim olunması.



Etika nədir?

  • “etika” - əxlaqın elmi nəzəriyəsidir

  • daha geniş mənada, etika – dəyərlər və onlara əsaslanan əxlaqi qaydalar sistemi kimi də başa düşülə bilər



Etikanın paradiqmaları

  • individual etikanın paradiqması - etikanın hər hansı bir fəaliyyətə (məs. iqtisadi) görə ayrı-ayrı fərdlərə (müəssisələrə) qarşı qoyulan və əxlaqi rəftar gözləntilərinə əsaslanan tələblər

  • institusional etikanın paradiqması - hüquqi çərçivələrin müvafiq tərtibatı vasitəsilə qoyulan əxlaqi tələblər



Nəzəri yanaşmalar

  • Üstüntutma nəzəriyyəsi

  • Məhdudiyyətlər (şərtlər) nəzəriyyəsi

  • Sosial məsuliyyət və biznes etika nəzəriyyəsi

  • Mənfəət əldəetmə prinsipinin məhdudlaşdırılması yanaşması

  • Səmərəli təsərrüfat aparma yanaşması

  • İslam etikası



Etika böhranı

  • qeyri-leqal biznesin səviyyəsinin son dərəcə yüksək olması

  • iri miqyaslı korrupsiya

  • dost-tanış kapitalizmi

  • renta axtarışı

  • inhisarçılıq

  • məmur özbaşınalığı

  • və s. kimi mənfi təzahürlər



Sorğu

  • Bakıda, Lənkəranda və Gəncədə çalışan 200 iş adamı

  • Kiçik, orta və iri müəssisələrin və fərdi sahibkarların regionlar üzrə proporsional təmsil olunması

  • Sektorların proporsional təmsil olunması: xidmətlər və ticarət (40%), kənd təs-tı (30%), sənaye (30%)

  • Sorğu respondentlərinin 70,5%-i kişi, 29,5%-i isə qadın olmuşdur

  • Ailə vəziyyəti baxımından, respondentlərin 79,5%-i evli, 16,5%-i subay, 4,0%-i isə boşanmış/dul olmuşdur

  • 60%-i ali təhsilli, 20,5%-i natamam orta təhsilli, 15,5%-i orta ixtisas təhsilli, 3%-i orta təhsilli, 1%-i ya natamam ali təhsilli, ya da təhsilsiz

  • 98,5%-i müsəlman, 1,5%-i isə xristian

  • 27% - 31-40, 24% - 41-50, 23,5% - 51-60, 217%,5 - 20-30 yaş qrupuna ail olmuşdur.



Hipotezalar təsdiqləndi

  • Etika və dəyər mühakimələri bu gün Azərbaycan biznesində ikinci dərəcəli rol oynayır - tam

  • Azərbaycanın iş adamlarının əksəriyyəti, peşəkar sahibkarlıq fəaliyyətlərinə gəldikdə, dindar deyillər - tam

  • Etika və din baxımından iş adamlarını sahələr, yaş kateqoriyaları və onlara məxsus biznes müəssisələrinin ölçülərinə görə fərqləndirmək mümkündür – qismən



Nəticələr

  • Son on beş il ərzində əhalinin kütləvi düşüncəsində və davranışında böyük dəyişikliklər baş vermişdir. Kommunizm ideologiyasının və inzibati-əmirlik sisteminin süqutundan sonra, kütləvi şüurda boşluq yaranmış və universal dəyərlərin deqradasiyası baş vermişdir.

  • Həm şəxsiyyət mədəniyyəti, həm də bazar institutları demokratik cəmiyyət şəraitində inteqrasiya funksiyasını daşımağa hazır deyildir. Belə ki, etik-kommunikativ şüurda vətəndaş cəmiyyətinin quruluşu baş vermiş fakt kimi yox, hələ ki, sadəcə bir mücərrəd məqsəd kimi qalmaqdadır.

  • Getdikcə daha çox adam dinə maraq göstərir və dinin davamçıları sırasına daxil olur. Müasir dindarların düşüncəsi ziddiyyətlidir, burada dini və qeyri-dini elementlər qarışır.



Nəticələr

  • İş adamlarının motivləri, dəyərləri və maraqlarının sistemi, hələ ki, etik dini prinsiplərdən uzaqdır, yəni bu prinsiplər orta-zəif rola malikdirlər.

  • İş adamlarının motivasiyasına çoxşaxəli amillər təsir göstərir. Mövcud vəziyyət, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti institutlarının zəifliyi onların davranışlarını korlayır.

  • Kütləvi düşüncədə dinin mənəvi-etik şərhi və anlaşılması üstünlük təşkil edir. Belə qənaətə gəlmək olar ki, din kollektiv təhtəlşüur səviyyəsində mühüm yer tutur, lakin gündəlik fəaliyyətdə özünü büruzə vermir. Ümumiyyətlə, Azərbaycanda din və adət-ənənə, çox vaxt, qarışdırılır.

  • Ölkədə qarşılıqlı etibar problemi mövcuddur və bu sosial-iqtisadi inkişafına mənfi təsir göstərir.



Nəticələr

  • İş adamları arasında etika və din haqqında yeni müfəssəl informasiya, obyektiv, təhrifsiz məlumat və hətta ixtisaslaşdırılmış bilik almağa tələbat yaranmışdır. Lakin bu tələb, çox vaxt, dərk olunmur və tam ödənilmir. Bu biliklər təsadüfi, qeyri-mötəbər mənbələrdən, yaxud özünümaarifləndirmə vasitəsilə alınır.

  • Yerli dini qurumların və xadimlərin, təhsil ocaqlarının bu istiqamətdə zəif işləməsi və aşağı nüfuza malik olması mövcud vəziyyətin əmələ gəlməsi üçün şərait yaradır.

  • İş adamları bir ictimai sinif olaraq, vahid bir ideologiyaya yiyələnməyib və bu sahədə sivil ictimai kapital, hələ ki, formalaşmayıb. Bunun da sahibkarlığın güclənməsinə və ölkənin iqtisadi inkişafına mənfi təsiri vardır və bu təsir dəyərləndirilməlidir.



Üç ölçülü yanaşma

  • İDEOLOGİYA

  • İNSTİTUTLAR

  • MARAQLAR





Diqqətinizə görə təşəkkür edirəm !



Yüklə 516 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin