Azərbaycanın kimya sənayesi haqqında



Yüklə 60.44 Kb.

tarix28.04.2017
ölçüsü60.44 Kb.

 

 

 



Azərbaycanın kimya sənayesi 

haqqında 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Oktyabr 2014 

Azərbaycanın kimya sənayesi 

 

Qısa tarixi icmal 

Azərbaycanda  kimya  və  neft-kimya  sənayesinin  təməlinin  qoyuluşu  XIX 

əsrin 60-70-ci illərinə təsadüf etməklə bilavasitə neft emalı sənayesinin inkişafı ilə 

bağlı  idi.  O  dövr  üçün  Azərbaycanın  yeni  bir  sənaye  sahəsi  olan kimya  sənayesi 

məhz  XIX  əsrin  sonlarından  başlayaraq  mürəkkəb  və  uzun  bir  tərəqqi  yolu 

keçmişdir. 

Ölkədə ilk  kimya  sənayesi  müəssisəsi  – sulfat  turşusu  zavodu  1879-ci ildə 

Bakıda yaradılmış, 1883, 1885 və 1889-cu illərdə daha üç sulfat turşusu zavodu is-

tifadəyə verilmişdi. 1885-ci ildə qələvi neft qalıqlarını yandırmaqla natrium-karbo-

nat  və  ondan  natrium-hidroksid  alınması  üsulu  işlənib  hazırlanmışdı.  Neftayırma 

zavodlarının sulfat turşusuna və kaustik sodaya olan tələbatı ilə bağlı həmin məh-

sulların istehsalı da artırılmışdı.  

Azərbaycanda    zəngin  kükürdlü  kolçedan  yataqları  olmasına  baxmayaraq, 

kükürd turşusu zavodları, əsasən, kənardan (Uraldan) gətirilən xammaldan istifadə 

edirdi. Bununla belə,  Gədəbəydən gətirilmiş  mis  filizi kimya  zavodlarının birində 

sınaqdan keçirilmiş (1894) və kolçedan yanıqları əsasında mis kuporosu istehsalı 

mənimsənilmişdir (1895). 1894-cü ildə sabun surroqat zavodu, 1906–16-ci illərdə 

oksigen  və  tartarat  turşusu  istehsal  edən  kiçik  müəssisələr  yaradıldı.  1916-ci  ildə 

oksigen, mis kuporosu, azot, tartarat, kükürd və s. istehsal edən 8 kimya müəssisəsi 

fəaliyyət göstərirdi.  

Kimya  məhsulları  istehsalı  son  dərəcə  qeyri-bərabər  və  birtərəfli  inkişaf 

etdirilirdi.  1920–28-ci  illərdə  mövcud  kimya  zavodları  bərpa  olunmuş  və  müasir 

texnika  ilə  təchiz  edilmişdi.  1926–30-cu  illərdə  keçmiş  SSRİ-də  ilk  dəfə  olaraq, 

buruq  sularından  yod  alınması  üsulları  işlənib  hazırlandı  və  bunun  nəticəsində 

Neftçala  yod-brom  (1931),  Suraxanı  (1931)  və  Ramana  (1932)  yod  zavodları  işə 

salındı. Beləliklə, yod-brom sənayesinin əsası qoyuldu. 1934-cü ildə  Binə  kanal-

duda və 1939-cu ildə  Qaradağ duda zavodlarının işə düşməsi duda sənayesinin ya-

ranmasına və inkişafına səbəb oldu.  

İkinci  dünya  müharibəsi  illərində  kimya  sənayesi  cəbhəni  və  arxanı  lazımi 

məhsullarla təmin edirdi. 1944-cü ildə Suraxanı və Ramana yod zavodları əsasında 

Bakı yod zavodu yaradıldı. 1943-cü ildə Sumqayıtda kimya zavodunun tikilməsinə 

başlanıldı və 1945-ci ildə zavodda ilk məhsul – kaustik soda alınmış, 1979-cu ildə 

zavodun əsasında istehsal birliyi yaradılmışdı. 



İkinci  dünya  müharibəsinin  başlanması  ilə  Sumqayıtda  aparılan  tikinti 

işlərinə  fasilə  verilmiş,  1945-ci  ildən  etibarən  isə  Sumqayıt  ərazisində  ardıcıl 

olaraq  ağır  sənaye  müəssisələri  -  Kimya,  Boru-Prokat,  Sintetik-kauçuk, 

Alüminium,  Superfosfat  zavodları  istifadəyə  verilmişdir.  1966-cı  ildə  istifadəyə 

verilən  Kimya  kombinatı  həmin  dövrdə  Avropada  ən  iri  neft-kimya  müəssisəsi 

hesab olunurdu. 

70-80-ci  illərdə  həmin  zavodlar  tam  gücü  ilə  işləmiş  və  keçmiş  SSRİ-nin, 

demək olar ki, hər yerinə məhsul ixrac etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın 

Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur.  

1981-ci  ildə  Sumqayıtda  müasir,  iritonnajlı,  tullantısız  texnologiyaya, 

yüksək  istehsal  gücünə  malik,  neft  kimyasının  qiymətli  məhsulları  olan  etilen  və 

propilen  istehsal  edən  EP-300  kompleksinin  inşasına  başlanıldı.  Kompleksdə 

respublikanın  neft  emalı  zavodlarının  karbohidrogen  xammalından  istifadə 

olunması  nəzərdə  tutulurdu.  Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  son  və  qabaqcıl 

texnologiyaya əsaslanan belə bir kompleksin işə salınması o dövr üçün, hətta SSRİ 

miqyasında çox böyük bir hadisə idi. Məhz EP-300 qurğusunun sayəsində Etilen-

polietilen  zavodu  hal-hazırda  dünya  bazarında  tələbatın  böyük  olduğu  yüksək 

keyfiyyətli polietilen istehsal edir və bu gün həmin qurğu respublikamızda kimya 

kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal tədarükçüsü rolunu oynayır. 

Həmin  dövrdə  EP-300-lə  eyni  vaxtda  onun  bir  növ  texnoloji  davamı  olan, 

polietilen  istehsalı  üçün  nəzərdə  tutulmuş  “Polimir-120”  kompleksinin  də  əsası 

qoyulmuşdur. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib 

idi ki,  əsas  qurğu  olan  EP-300 üçün xammal  kənardan, xaricdən deyil, bilavasitə 

respublikanın  neft  emalı  zavodlarında  istehsal  olunan  karbohidrogen 

məhsullarından alınırdı.  

 

Müasir vəziyyət və perspektivlər

 

 

1992-ci  ildə  Azərbaycan  kimya  sənayesinin  mərkəzi  dövlət  strukturu- 

“Azərikimya” dövlət şirkəti yaradıldı. Şirkətin tərkibinə respublikanın bütün kimya 

və  neft-kimya  müəssisələri  -  Bakının  Şin,  Rezin-texniki  məmulatlar,  Yod-brom, 

Məişət  kimyası,  Superfosfat,  Mexaniki-təmir,  Mingəçevirin  “Azərizolit”,  Rezin-

texniki  məmulatlar,  Şüşə  lifləri,  Regenerat,  Neftçalanın  Yod-brom,  Salyanın 

plastik  kütlə  emalı,  həmçinin  Elmi-Tədqiqat  “Olefinlər”  və  “Azərikimya”  Dövlət 

Layihə institutları daxil edilmişdir. 



Azərbaycan  Respublikasının  Prezidentinin  22  mart  2001-ci  il  tarixli 

Sərəncamı  ilə  “Azərikimya”  DŞ-nin  17  müəssisəsi  2-ci  Dövlət  Özəlləşdirmə 

Proqramına  uyğun  olaraq,  özəlləşdirməyə  elan  edilmişdir.  Həmin  müəssisələrdə 

polietilen,  propilen  oksidi,  propilen,  poliefir  qətranı,  texniki  və  mütləqləşdirilmiş 

izopropil  spirti,  kaustik  soda,  maye  xlor,  xlorid  və  sulfat  turşusu  və  s.  kimyəvi 

məhsullar istehsal olunurdu. 

 

2001-ci  ildə  kimya  sənayesinin  bütün  gələcək  inkişafında  həlledici  rol 



oynayan  nəhəng  və  unikal  bir  istilik-enerji  kompleksinin-Sumqayıt  kimya 

müəssisələrini sabit elektrik enerjisi və yüksək təzyiqli buxarla tam və bütünlüklə 

təmin  edən  Buxar-generator  qurğusunun  (BGQ)  buraxılışı  oldu.  BGQ  dövlət 

zəmanəti  ilə  Yaponiyanın  EKSİM  Bankından  alınmış  kredit  hesabına  Etilen-

Polietilen  zavodunda  tikildi.  Tikintiyə  1998-ci  ilin  avqust  ayından  başlanıldı. 

Müqavilənin şərtlərinə görə ümumi kreditin 85%-i (75 mln. ABŞ dolları) hökumət 

zəmanəti  ilə  EKSİM  Bank,  15%-i  isə  (13,238  mln.  ABŞ  dolları)  Avropa 

Beynəlxalq Bankının zəmanəti ilə Niçimen korpareyşn tərəfindən verilmişdir. 

 

BGQ  işə  salındıqdan  sonra  “Azərikimya”  DŞ  müəssisələrində  istifadə 



olunan  elektrik  və  istilik  enerjisinin,  son  nəticədə  isə  istehsal  olunan  yekun 

məhsulların  maya  dəyəri  xeyli  aşağı  düşmüşdür  ki, bu  da onların  sərfəli  qiymətlə 

dünya  bazarına  çıxarılması,  müəssisələrin  bir  çoxunun  gəlirlə  işləməsinə  səbəb 

olmuşdur. 

Dövlət  başçısının  2010-cu  il  aprelin  22-də  imzaladığı  "Azərbaycan 

Respublikası  Dövlət  Neft  Şirkətinin  strukturunun  təkmilləşdirilməsi  haqqında" 

Azərbaycan  Respublikası  Prezidentinin  24  yanvar  2003-cü  il  tarixli  844  nömrəli 

Fərmanına  əlavələr  və  dəyişikliklər  edilməsi  barədə"  Fərmanla  ARDNŞ-in 

tərkibində  "Azərikimya"  İstehsalat  Birliyi  təsis  olundu. Onun strukturuna "Etilen-

Polietilen"  zavodu,  "Səthi  Aktiv  Maddələr"  zavodu,  "Üzvi  Sintez"  zavodu, 

"Mexaniki  Təmir"  zavodu,  "Kimyalayihə"  institutu,  Təmir-Tikinti  idarəsi, 

Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. 

Birliyin "Etilen-Polietilen" zavodunda 260000 ton/il gücündə etilen, 136000 

ton/il  gücündə  propilen,  156000  ton/il  gücündə  polietilen,  25000  ton/il  gücündə 

TİPS,  24400  ton/il  gücündə  MİPS,  1750  ton/il  gücündə  MDİPE,  Üzvi  Sintez 

zavodunda  15000  ton/il  gücündə  propilen  oksidi,  8000  ton/il  gücündə  propilen 

qlikol,  10800  ton/il  gücündə  poliefir  qətranları,  Səthi  Aktiv  Maddələr  zavodunda 

41000 ton/il gücündə kaustik soda, 36300 ton/il gücündə xlor, 8000 ton/il gücündə 

sulfat turşusu və 2550 ton/il gücündə quru natrium karbonat istehsalatları  var. 


Yaxın  gələcəkdə  Sumqayıtda  kimya  sənaye  parkının  yaradılması  nəzərdə 

tutulur ki, bu da ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı yeni iş yerlərinin 

açılmasına və gənc mütəxəssislərin işə cəlb olunmasına şərait yaradacaqdır. 

Hazırda "Etilen-Polietilen" zavodunun EP-300 və Polimir-120 qurğularında 

rekonstruksiya aparılması üçün tədqiqat işlərinə başlanmışdır. Tədqiqat işlərindən 

sonra  hər  iki  qurğuda  həyata  keçiriləcək  rekonstruksiya  zamanı  mənəvi-fiziki 

köhnəlmiş  avadanlıqların  daha  müasir  avadanlıqlarla  əvəzlənməsi,  texnoloji 

prosesin  nəzarət-ölçü  sisteminin  modernləşdirilməsi,  layihə  gücünün  artırılması, 

yeni xammal növlərinin - qaz fraksiyalarının tətbiqi nəzərdə tutulur. 

Perspektiv inkişaf planı çərçivəsində yeni dövri su soyutma qurğusu və azot-

oksigen  qurğusunun  tikintisi  üçün  hazırlıq  işləri  həyata  keçirilir.  Eyni  zamanda, 

son  illər  ölkə  rəhbərliyinin  kənd  təsərrüfatının  inkişafına  diqqətinin  və  dəstəyinin 

nəticəsi  olaraq  yeni  azot-karbamid  gübrəsi  istehsalatının  tikintisi  də  nəzərdə 

tutulur. 

Ölkəmizdə  gedən  sosial-iqtisadi  inkişafla  əlaqədar  əhali  və  sənayenin 

yanacağa  ehtiyacı  ilbəil  artır,  keyfiyyət  standartları  yüksəlir.  Bu  və  digər 

səbəblərdən  müasir  standartlara  cavab  verən  Neft-Qaz  Emal  və  Neft-Kimya 

kompleksinin  (NQNK)  inşa  olunması  zərurətə  çevrilmişdir.  Hazırda  dövlət 

tapşırığına  uyğun  olaraq  ARDNŞ  tərəfindən  şəhər  kənarında  müasir  standartlara 

cavab verən belə bir kompleksin layihələndirilməsi üçün intensiv iş aparılır. 2014-

2024-cü  illər  ərzində  NQNK  layihəsinin  həyata  keçirilməsi  həm  paytaxtımızın 

ekoloji  durumunun  yaxşılaşdırılması,  həm  də  istehsal  olunan  məhsulların 

keyfiyyətlərinin və çeşidlərinin artırılması üçün real imkanlar yaradacaq, ölkəmizin 

və  bütövlükdə  regionun  iqtisadi  cəhətdən  daha  da  qüdrətlənməsinə  xidmət 

edəcəkdir.  Qaz  emalı,  Neft  Emalı,  Neft  kimyası  zavodlarından,  habelə  elektrik 

stansiyasından  ibarət  olacaq  kompleksin  inşasına  hazırlıq  işləri  artıq  başa 

çatmaqdadır. 

ARDNŞ bu gün bir sərmayədar şirkət olaraq Türkiyə sənayesinin inkişafında 

da  mühüm  rol  oynayır.  Qardaş  ölkənin  ən  böyük  neft-kimya  kompleksi  olan 

“Petkim”  Petrokimya  Holdinqinin  səhmlərinin  61.32%-i  ARDNŞ-ə  məxsusdur. 

Holdinqin  istehsal  gücünün  durmadan  artırılması  məqsədi  ilə  aparılan  ardıcıl 

tədbirlər  tezliklə  “Petkim”in  Türkiyədə  ən  böyük,  Avropada  isə  aparıcı  istehsal 

komplekslərindən  birinə,  regionun  iri  logistika  mərkəzinə  çevrilməsinə 

yönəldilmişdir.  “Petkim”  limanın  genişləndirilməsi,  burada  böyük  həcmli 



konteyner terminalının, kompleksin enerji tələbatını tam şəkildə təmin edəcək yeni 

stansiyanın tikilməsi belə tədbirlərdəndir. 

2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham  Əliyevin iştirakı ilə 

İzmirdə  ARDNŞ-in  “STAR”  neft  emalı  zavodunun  təməli  qoyuldu.  İllik 

məhsuldarlığı  10  milyon  ton  həcmində  nəzərdə  tutulan  bu  zavodda  11  çeşiddə 

məhsul  istehsal  olunacaq  və  beləliklə,  “Petkim”in  xammal  tələbatı  ödəniləcəkdir. 

Hazırda  Türkiyə  neft-kimya  sektorunun  ən  böyük  müəssisəsi  olan  “Petkim”  bu 

bazarda 25-27% paya malikdir. Yeni zavodun işə düşməsi kompleksin illik istehsal 

gücünün  6  milyon  tona,  Türkiyənin  neft-kimya  sektorunda  malik  olduğu  payı  işə 

40%-dək yüksəltməyə imkan verəcəkdir. Bu gün artıq deyə bilərik ki, “Petkim”in 

tezliklə  bütün  regionda  neft  kimya  sənayesinin  liderinə  çevrilməsi  üçün  bütün 

məqsədyönlü  addımlar  atılmışdır  və  bu  istiqamətdə  işlər  qrafikə  uyğun  davam 

etdirilir. Azərbaycanda və Türkiyədə neft-kimya aktivlərinə malik olması ARDNŞ-

ə  dünya  bazarında  fəaliyyətini  optimallaşdırmaq,  istehsal  etdiyi  məhsulların 

çeşidini artırmaq və daha çox mənfəət götürmək imkanı verir. 

Prezident  İlham  Əliyevin  21  dekabr  2011-ci  il  tarixli  Sərəncamına  əsasən, 

yaradılmasına  başlanan  Sumqayıt  Kimya  Sənaye  Parkı  “Azərikimya”  və  

“Petkim”də  istehsal  edilən  məhsulların  dərin  kimyəvi  emala  cəlb  olunması  və 

əlavə dəyər yaradılması baxımından müstəsna əhəmiyyət kəsb edən bir layihədir. 

Kimya  Sənaye  Parkı  şirkətin  neft-kimya  aktivləri  arasında  inteqrativ  proseslərin 

möhkəmləndirilməsinə,  xam  neft  və  qazın  son  məhsullara  qədər  emal  edilməklə 

müxtəlif çeşidli yekun istehlak malları hazırlanmasına güclü təkan verəcəkdir. 

ARDNŞ-in Sumqayıt və Potidə (Gürcüstan) 2 karbamid zavodunun inşasına 

başlanılıb.  Təməli  2011-ci  ilin  dekabrında  dövlətimizin  başçısı  cənab  İlham 

Əliyevin iştirakı ilə qoyulmuş Karbamid zavodu “2008-2015-ci illərdə Azərbaycan 

Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 

Proqramı”na  əsasən  tikilir.  Ammonyak,  karbamid  mayesi  və  əmtəəlik  karbamid 

istehsalı  bölmələrindən  ibarət  olacaq  zavodda  sutkada  1200  ton  ammonyak  və 

2000  ton  karbamid  istehsal  edilməsi  nəzərdə  tutulur.  Bu  layihənin  həyata 

keçirilməsi ilə ARDNŞ ölkəmizdə aqrar sahənin inkişafına ciddi dəstək verəcəkdir. 

Zavodun  inşası  ilə  əlaqədar  beynəlxalq  tender  keçirilmiş  və  artıq  “Samsung 

Engineering Co. LTD.” Şirkəti ilə layihələndirmə, satınalma və tikinti Müqaviləsi 

imzalanmışdır.  Karbamid  zavodunun  2013-2015-ci  illər  ərzində  inşa  olunması 

nəzərdə  tutulur.  Gürcüstanda  da  analoji  zavodun  tikilməsi  həm  ölkəmizin  kənd 

təsərrüfatında  azot  gübrəsinə  tələbatın  tam  təmin  edilməsinə,  həm  də  region 


bazarlarına yeni və perspektivli məhsul çıxarılmasına əlavə imkanlar yaradacaqdır. 

İki zavodun birgə istehsal gücü 1 mln. ton təşkil edəcəkdir. 

Azərbaycan  iqtisadiyyatının  digər  sahələrində  olduğu  kimi,  kimya 

sənayesində  də özəl sektor sürətlə inkişaf etməkdədir. 1995-ci ildə ölkədə kimya 

sahəsində 25 müəssisə fəaliyyət göstərirdisə, 2012-ci ildə bu müəssisələrin sayı 73 

olmuşdur. Hazırda məişət kimyası məhsulları əsasən özəl sektorda istehsal edilir. 

 

  2007-ci  ildə  Azərbaycanda  əsası  qoyulmuş  Azərbaycan  Metanol 



Kompaniyası  (AzMeCo)  bir  sahibkar  və  operator  kimi  neft-kimya  layihələrinə 

investisiya  qoyan  şirkətdir.  AzMeCo  şirkəti  Azərbaycanda  iri  layihələrin 

inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutur. Xəzər 

hövzəsində  beynəlxalq  karbohidrogen  investisiyaları  paketindən  əlavə,  AzMeCo 

həm  də  Azərbaycanda  Qaradağ  Metanol  Zavodunu  tikmişdir.  Bu  zavod  2013-cü 

ildən fəaliyyətə başlamışdır.

  

Metanol adətən təbii qazdan əldə edilən və təbii yolla parçalana bilən şəffaf 



rəngli  neft-kimyəvi  mayedir.  Metanol  sintetik  toxuculuq  malları,  təkrar  emal 

plastiki,  məişət  boyaları  və  yapışdırıcıları,  peno-balışlar  və  yastıqlar  kimi  saysız-

hesabsız  sənaye  və  istehlak  mallarının,  hətta  ASA  (acetylsalicylic  acid)  kimi  adi 

dərmanların hazırlanması üçün istifadə olunur. 

Metanol  –  evlərin  daxili  istilik  sistemləri  və  mətbəx  üçün  yanacaq  kimi 

istifadə  olunur  və  həmçinin  səmərəli  nəqliyyat  yanacağı  kimi  də  istifadə  oluna 

bilər. 

Biodizel istehsalı, dimetil efiri (DME), elektrik enerjisi istehsalında və digər 



proqramlarda  metanolun  istifadəsinə  olan  tələbat  artdıqca  bazarların  sayı  da  artır 

və metanolun istifadəsi ilə bağlı yeni proqramlar tətbiq olunur. Metanol həmçinin 

benzinə  əlavə  olunduğu  zaman  yanacağın  daha  təmiz  yanmasına  və  ətraf  mühitə 

emissiyanın daha az olmasına səbəb olan yanacaq komponentlərinin istehsalı üçün 

də istifadə olunur. 

 AzMeCo şirkətinin irəli sürdüyü layihələrdən biri də  Formaldehid zavodlar 

kompleksidir.  Formaldehid  və  onun  törəmələrinin  (qətranların)  istehsalı  üzrə 

zavodlar  kompleksi  metanoldan  xammal  kimi  istifadə  edərək  alınan  fərqli 

məhsulların  istehsalını  nəzərdə  tutur.  Formaldehid  Kompleksində  3  (üç)  növ 

formaldehid  qətranlarının  (Karbamid-Formaldehid,  Fenol-Formaldehid  və 

Melamin-Formaldehid) istehsal edilməsi planlaşdırılır. Zavod Kompleksi Sumqayıt 

Kimya  Sənaye  Parkında  yerləşdiriləcəkdir.  Formaldehid  Zavodları  Kompleksinin 

illik istehsal gücü 55 000 ton olan formaldehid, 85 000 ton karbamid-formaldehid 


qətranı,  15  000  ton  fenol-formaldehid  qətranı,  12  000  ton  melamin-formaldehid 

qətranı planlaşdırılır. 

Formaldehid  məhsulu  inşaat  və  ağac  məhsulları,  güclü  maşınqayırma 

qatranları və külli miqdarda həşərat öldürücülərə olan tələbat səbəbindən tarixən ən 

böyük metanol törəməsi olubdur. Karbamid-formaldehid qətranları öz növbəsində 

fibra-karton kimi taxtanı əvəz edəcək birləşmələr, tökmə birləşmələr və faner üçün 

istifadə olunur. Fenol-formaldehid qətranları laminatlar, tökmə birləşmələr və taxta 

yapışdırıclar  üçün  istifadə  olunur.  Melamin-formaldehid  qətranları  da  mətbəx  və 

vanna  otaqları  üçün  döşəmələr  kimi  daha  davamlı  və  su  keçirməyən  laminatlar, 

elektrik  komponentlərdə  tökmə  birləşmələr  kimi  (məsələn  yüksək  elektrik 

müqavimətinə  görə  ştepsel  qurğuları)  müxtəlif  səth  örtmə  tətbiqləri  üçün  istifadə 

olunur. Azərbaycan hal-hazırda qətran tərkibli taxta məhsullarını Rusiya, Türkiyə 

və Bolqarıstandan idxal edir. 

Artıq  bu  gün  dünya  praktikasında  kimya  sənayesi  klasterlər  şəkilində 

inkişafı  geniş  yayılmaqdadır.  Bu  texnoparklar  Çində,  Yaponiyada,  Hindistanda, 

Braziliyada,  Avropada  geniş  vüsət  almışdır.  Hindistan  dövlətində  kimya  sənayesi 

2017-ci ilə qədər 300 milyardlıq məhsul istehsal etməyi planlaşdırır.  

Bu gün  qurulan  texnoparklar  adətən  xammal  mənbəyini  yaxın  tikilir  və bu 

tipli  klasterlərin  inkişafı  üçün  önəmli  olan  elektrik  enerjisi,  insan  resursları  və 

xammal ehtiyatları çox önəmlidir. 

 

 

 



 

 

 



 

 

 



 

 


 

 

 



: content -> html
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Sənaye klasterləri ilə bağlı Arayış I. Klasterin anlayışı
html -> Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Baki 2015 Əczaçılıq sənayesi haqqında arayış
html -> Əczaçılıq fəaliyyəti haqqında azərbaycan respublikasinin qanunu
html -> Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş
html -> Ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı
html -> Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə