Azərbaycanın xarici ticarət dövriyyəsində əmtəələrin ölkələr üzrə dəyişmələri (2009-2017) Plan



Yüklə 49,86 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü49,86 Kb.
#39585
1   2   3   4
Azrbaycanin xarici ticart dovriyysind

İdxal əməliyyatları

Azərbaycan idxal əməliyyatlarını daha çox Rusiya dövləti ilə edir. Bu Azərbaycanın iqtisadi və siyasəti cəhətdən müəyyən qədər Rusiyadan asılı olmasına səbəb olur. 2017-ci il statistikasına görə idxal əməliyyatlarının ölkələr üzrə xüsusi çəkisi aşağıkdakı kimidir:



İdxal əməliyyatlarında son 8 ildə müxtəlif dəyişiklərə baş vermişdir. Belə ki müxtəlif ölkələrlə idxal əməliyyatları artmış, müxtəlif ölkələrlə yeni yaranmış, bəzi ölkələrlə də idxal əməliyyatları azalmışdır.

Ölkələr üzrə idxal əməliyyatlarında Rusiyanın rolu çox mühimdir. Çünki idxalımızın 17.7% ni Rusiya ilə idxal əməliyyatları təşkil edir. Rusiyadan aldığımız məhsullara buğda, sement, kartof, qarğıdalı, şokolad, düyü, siqaret, təbii qum, sement və s misal göstərmək olar. Azərbaycanın Rusiyadan idxal etdiyi bu məhsulların həcmi son 9 ildə dəyişmişdir. Azərbaycanın buğda və taxıl sahəsinin inkişaf etdirilməsi ilə birlikdə Rusiyadan buğda idxalı 692.707 tondan (2009) 1274.4 tona (2017) qədər azalmışdır. Bundan başqa son illərdə kartof idxalında Rusiyanın rolu azalmış, İranın rolu artmışdır.

Ölkəmizdə dərmanların hazırlanması ilə bağlı şirkətlərin demək olar olmamasından bütün dərmanları idxal edirik. Dərman vasitələri idxalını əsasən Ukranya, Rusiya, Türkiyə, Serbiya, Almaniya və Belarus kimi ölkələrlə edirik. Dərman vasitələri idxalımızı 2009-cu illə 2017-ci ili müqayisə etsək 2 dəfəyə yaxın artmışdır. Bu illər arasında isə müəyyən dövrlərdə artma, müəyyən dövrlərdə isə azalma görünür.

Yeyinti məhsulları və diri heyvanlar sahəsində isə idxal əməliyyatlarını Rusiya, İran, Almaniya, Türkiyə kimi ölkələrlə edirik. Daha dəqiq desək kərə yağını Yeni Zellandiyadan, bitki yağını Rusiya və İndoneziyadan, pendiri və kartofu Rusiyadan, tərəvəzi İrandan, meyvəni Gürcüstandan, iribuynuzlu heyvanları isə Rusiya və Almaniyadan idxal edirik. Bu sahədə stabil əlaqələrin olduğu lakin müxtəlif zamanlarda İran, Avstrya, Böyük Britaniya kimi ölkələrlə də mühim əlaqələr qurulmuşdur.

İdxalda Çin ilə əməliyyatlar da mühim yer tutur. Çinlə idxal əməliyyatlarında mobil telefonlar da xüsusi yer tutur. 2009-cu ildə mobil telefon sahəsində əsasən Çin və Koreya ilə, 2010 da Hindistanla ticari əlaqələrin həcmi artmışdır. 2017-ci ildə isə Çin və Vyetnam kimi ölkələrdən idxal edirik. Bunun əsas səbəbi telefon sahəsində olan brend markaların Çində və Vyetnamda istehsal edilməsidir. İdxal etdiyimiz mobil telefon həcmi 2009-cu ildə 180 min 263,2013-cü ildə 94578, 2014-cü ildə 86 min, 2016-ci ildə 461 min, 2017-ci ildə isə 819 min 324 ədəd olmuşdur. Buna səbəb 2009-a nisbətən telefonların daha çox funksiyalı olması, texnologiyanın gətirdiyi asanlıqlar, telefon bazarının hər il artması və s dir. Bundan başqa kompüter,soyuducu, kondisoner və s idə Çindən idxal edirik. Son 9 ildə həcmləri dəyişsə də idxal edilən malların növləri çox da dəyişməmişdir.

Ölkə olaraq mebel idxalını isə əsasən Türkiyə və Çindən edirik. Mebel idxalı da digər sektorlar kimi həcmi dalğalı şəkildə dəyişir. Belə ki 2009-cu ildə 149 min, 2010-cu ildə 187 min, 2013 cü ildə 116 min, 2017-ci ildə isə 197 min ədəd olmuşdur.

Son olaraq isə kənd təsəruffatının inkişafı üçün torpağın işlənməsi üçün kənd təsərrüfatı maşınlar və kənd təsərrüfatı məhsullarının emalı üçün maşınlar və avadanlıqlar Türkiyə , Rusiya, Almaniya, Finlandiya, Polşa kimi ölkələrdən alınır. Son 9 ildə müəyyən dövrlərdə Böyük Britaniya Bolqarıstan Ukranya kimi bölkələrdən də bu məhsulları alsaq da əsasən yuxarıda göstərilən ölkələrlə bu sahədə stabil əlaqələr qura bilmişik.

Ümümi olaraq idxala nəzər yetirsək aqrar ölkə sayılsaq da hələ də kənd təsərüffatı məhsulları idxal etməyimiz iqtisadıyyımızın yetərincə inkişaf etmədiyindən xəbər verir. Bundan başqa sənaye məhsullarına olan asılılığımız ölkədən daha çox valyutanın xaric olmasına və iqtisadiyatımızın zəifləməsinə səbəb olur. Ölkəmiz 4-cü sənaye inqilabını qaçırsa da, təhsilə daha çox yatırım edərək, insanları proqramlaşdırmaya,data analizi və s kimi gələcəkdə daha çox perspektivli peşələrə yönləndirərək iqtisadiyyatımızı inkişaf etdirə və idxalın həcmini artıra bilərik.


Yüklə 49,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin