Ticarət əlaqələrinin həcmi
Ticarət əlaqələrinin həcmi ölkələr ilə 1 il ərzində olan idxal və ixracın cəmimi göstərir. Son olaraq son 9 ildəki ticarət əlaqələrinin həcminə baxsaq müxtəlif illərdə bəzi ölkələrlə ticarət əməliyyatlarının artdığını, müxtəlif dövrlərdə isə azaldığını görərik.
Böyük Britaniya ilə ticarət əlaqələri 2015-ci ildə 2014-cü ildən 2 dəfə az, 2017-ci ildə isə 2015-ci ilin həcmindən 2 dəfə az olmuşdur. Finlandiya ilə və Fransayla əlaqələrimiz isə 2009-cu ildən indiyə qədər 3 dəfədən çox azalmışdır. İndoneziya ilə ticarət dövriyyəsinin həcmi isə 2017-ci ildə 2014-cü ilə nisbətən 4 dəfə azalmışdır. İsrail dövləti ilə olan əlaqələrimiz 2015-ci ildən etibarən azalmağa başlamış, 2017-ci ildə 2014-cü ilə nisbətən əməliyyatların həcmi 3 dəfə az olmuşdur.
İtaliya dövləti ilə ticarət əməliyyatlarımıza baxdıqda isə dalğalanmaların olduğunu müşahidə edərik. Ən az ticarət əməliyyatları 2015-cü ildə, ən çox isə 2011-ci ildə olmuşdur.
Çinlə əlaqələrin həcminə baxsaq isə 2009-dan indiyə qədər əlaqələrin həcminin 2 dəfəyə yaxın artdığını görərik. İranla əlaqələrimiz isə son 2 ilə qədər az olsa da 2017-ci ildə 2015-ci ilə nisbətən 2 dəfə çox olmuşdur.Türkiyə ilə əlaqələrimiz isə hər il artmağa davam edir deyə bilərik.Türkiyə ilə əməliyyatların həcmi 2017-ci ildə 2014-cü ilə nisbətən 1.5 dəfə çox olmuşdur. Rusiya ilə əlaqələrimiz isə bu son 9 ildə ciddi olaraq dəyişikliyə uğramamışdır.
İstinad edilən mənbələr:
Statistika komitəsi: Elektron nəşr 2014-cü il
https://www.stat.gov.az/news/index.php?id=3754
https://www.stat.gov.az/source/trade/az/f_trade/xt010_1-015_1.xls
https://www.stat.gov.az/source/trade/az/f_trade/xt010_2-015_2.xls
Dostları ilə paylaş: |