Azərbaycanın xarici ticarət dövriyyəsində əmtəələrin ölkələr üzrə dəyişmələri (2009-2017)
Plan
Ticarət və Azərbaycan
Azərbaycanın idxal əməliyyatları
Azərbaycanın ixrac əməliyyatları
Ticarət əlaqələrinin həcmi
Ticarət dedikdə ölkə miqyasında idxal və ixrac əməliyyatları başa düşülür. Qloballaşan dünyada ölkələr arasında əlaqələr və onlar arasındakı ticarət əməliyyatlarının həcmi inkişaf edir. Ölkələr arasında ticarət əməliyyatlarının artması bəzi ölkələrin daha da inkişaf etməsinə, bəzi ölkələrin isə digər ölkələrdən asılı vəziyyətə düşməsinə səbəb olur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası qapalı iqtisadiyyatdan açıq iqtisadiyyata keçmək yönündə addımlar atmağa başlamışdır. Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan dövləti bir sıra ölkələrlə əlaqələr qurmuş və inkişaf etdirmişdir. Azərbaycanda ticarət əlaqələrinin inkişafı üçün yerli istehsalın inkişafına dəstək verilmiş, yeni gömrük qanunları və s qəbul etmişdir.
Azərbaycan 2017-ci ilin statisikasına əsasən 187 ölkənin ticarət tərəfdaşları ilə ticarət əməliyyatları keçirmişdir. Bu əməliyyatlar zamanı 116 ölkəyə ixrac olunmuş, 179 ölkədən isə idxal olunmuşdur.
Dostları ilə paylaş: |