AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


V FƏSİL QOYUNLARIN QAN ZƏRDABINDA ÜMUMİ ZÜLAL, ALBUMİN VƏ QLOBULİNLƏRİN DİNAMİKASI



Yüklə 8,61 Mb.
səhifə7/11
tarix12.02.2017
ölçüsü8,61 Mb.
#8283
1   2   3   4   5   6   7   8   9   10   11

V FƏSİL

QOYUNLARIN QAN ZƏRDABINDA ÜMUMİ ZÜLAL, ALBUMİN VƏ QLOBULİNLƏRİN DİNAMİKASI
Parazit və hər hansı bir sinfə (məməlilər, balıqlar, quşlar) daxil edilən sahibin zülal mübadiləsinə təsirinin müqayisəli şəkildə öyrənilməsi parazit-sahib münasibətlərinin araşdırılması baxımından böyük maraq doğurur, çünki hər hansı sinfə daxil edilən sahibin özünəməxsus intensivlikli maddələr mübadiləsi var ki, bu da öz növbəsində parazitin maddələr mübadiləsinə təsir göstərir.


5.1. Qoyunların yaşından asılı olaraq qan zərdabında ümumi zülal, albumin və qlobulinlərin dinamikası
Biokimyəvi metodlardan hazırda insanların və heyvanların orqanizminin ümumi vəziyyətinin qiymətləndirilməsində geniş istifadə olunur. Bu metodlar vasitəsilə qanın və qan zərdabının tərkibində baş verən fizioloji, biokimyəvi, humoral və s. dəyişkənliklər haqqında məlumatlar almaq mümkündür. Məlumdur ki, qan zərdabının bütün zülalları albumin və qlobulinlər olmaqla iki qrupa bölünür. Onların nisbəti (A/Q, albumin/qlobulin) zülal koefisentini ifadə edir.

Zülalların ayrı-ayrı fraksiyalarının nisbətinin – zülal koefisentinin öyrənilməsi orqanizmdə müxtəlif patoloji prosesləri aşkar etməyə imkan verir.

Qanın biokimyəvi göstəriciləri orqanizmin funksional vəziyyətindən asılı olub, dövrü olaraq dəyişir. Bu dəyişkənliklər sağlam orqanizmdə fizioloji norma hüdudunda olur. Norma hüdudundan kənarlanma isə patoloji hal hesab olunur.

Sağlam və S.tenella ilə yoluxmuş heyvanların qan zərdabında yaşdan asılı olaraq qan zərdabının zülal fraksiyalarının dinamikası haqqında məlumatlar cədvəl 5.1-də verilir.

Cədvəl 5.1

Qoyunların qan zərdabında ümumi zülal və zülal fraksiyalarının dinamikası

(M±Sd, n=5)


Qrup

Göstərici, q/l

A/Q


Ümumi zülal

Albumin

Qlobulinlər

α

β

γ

Cəmi

1 yaşa qədər

Erkək fərdlər

Yoluxmamış

70,63±0,36

30,79±0,31

13,23±0,21

5,58±0,22

21,03±0,08

39,84

0,77

Yoluxmuş

69,45±0,29

P>0,05


28,24±0,26

P<0,05


13,29±0,26

P>0,05


5,51±0,21

P>0,05


22,41±0,22

P<0,05


41,21

0,69

Dişi fərdlər

Yoluxmamış

69,46±0,11

30,24±0,27

12,91±0,17

5,39±0,17

20,92±0,21

39,22

0,77

Yoluxmuş

68,61±0,14

P>0,05


27,94±0,26

P<0,05


12,91±0,17

P>0,05


5,28±0,20

P>0,05


22,45±0,23

P<0,05


40,64

0,69

1 yaşdan 2-yaşa qədər

Erkək fərdlər

Yoluxmamış

72,81±0,17

32,76±0,29

13,31±0,21

4,61±0,17

22,40±0,16

40,05

0,82

Yoluxmuş

72,05±0,26

P>0,05


30,54±0,27

P<0,05


13,38±0,20

P>0,05


4,46±0,19

P>0,05


23,67±0,21

P<0,05


41,50

0,74

Dişi fərdlər

Yoluxmamış

72,60±0,53

32,19±0,40

13,23±0,37

5,51±0,23

21,67±0,31

40,41

0,80

Yoluxmuş

71,96±0,46

P>0,05


30,60±0,31

P<0,05


13,33±0,39

P>0,05


5,41±0,26

P>0,05


22,62±0,38

P<0,05


41,36

0,74


Cədvəl 5.1-də verilən məlumatlardan göründüyü kimi qan zərdabında ümumi zülalın miqdarı qoç və qoyunlarda fərqlənir. Erkək fərdlərin qan zərdabında ümumi zülalın miqdarı dişi fərdlərin qan zərdabında ümumi zülalın miqdarından yüksək olur. Yoluxmamış 1 yaşa qədər olan erkək fərdlərin qan zərdabında ümumi zülalın miqdarı 70,63±0,36 q/l təşkil edirsə, eyni yaşda olan dişi fərdlərlə bu göstərici 69,4±0,11 q/l olmuşdur ki, bu da erkən fərdlərin göstəricisindən 1,17 q/l azdır.

Bu yaş qrupundan olan S.tenella ilə yoluxmuş xəstə heyvanların qan zərdabında ümumi zülalın miqdarı erkən fərdlərdə 69,45±0,29q/l, dişi fərdlərdə isə 68,61±0,14 q/l olmuşdur.

Alınan göstəriciləri sağlam heyvanların göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, xəstə heyvanların qan zərdabında ümumi zülalın miqdarında azalma müşahidə edilsə də statistik dürüst deyil (P>0,05).

Müəyyən edilmişdir ki, heyvanların yaşı artdıqca qan zərdabında ümumi zülalın miqdarı artır. Bunu cədvəldə verilən məlumatlar sübut edir. Belə bir hal heyvanların cinsiyyətindən asılı olmayaraq baş verir.

1 yaşa qədər olan erkək fərdlərin qan zərdabında ümumi zülalın miqdarı 70,63±0,36 q/l təşkil etmişdisə, bu göstərici 1 yaşdan 2 yaşa qədər olan erkək fərdlərin qan zərdabında 72,81±0,17 q/l-ə yüksəlir. Belə bir hal dişi fərdlərin qan zərdabında da müşahidə edilir (cədvəl 5.1).

Yoluxan heyvanların qan zərdabında yoluxmayan heyvanların göstəriciləri ilə müqayisədə ümumi zülalın miqdarında azalma müşahidə edilsə də, həm erkək və həm də dişi fərdlərin qan zərdabında 1 yaşa qədər heyvanlar ilə müqayisədə 2 yaşa qədər olan heyvanların qan zərdabında ümumi zülalın miqdarı artır. Bütün hallarda baş verən dəyişkənliklər statistik dürüst olmamışdır (cədvəl 5.1).

Albuminlər miqdarına nəzər saldıqda məlum olur ki, albuminlərin də ümumi miqdarı erkək fərdlərdə dişi fərdlərin göstəriciləri ilə müqayisədə yüksək olur və eyni zamanda heyvanların yaşı artdıqca albuminlərin miqdarı da artır.

Yoluxmuş heyvanların qan zərdabında albuminlərin miqdarı onların yaşından asılı olmayaraq kontrol qrupun göstəricilərindən aşağı olur (P<0,05). 1 yaşa qədər olan erkək fərdlərin qan zərdabında albuminlərin miqdarı 30,79±0,31 q/l-dən 28,24±0,26 q/l-ə (2,55 q/l), dişi fərdlərin qan zərdabında isə 30,24±0,27 q/l-dən 27,94±0,26 q/l-ə (2,30 q/l) qədər azalır. 2 yaşa qədər heyvanların qan zərdabında isə erkək fərdlərdə albuminlərin miqdarı 2,22 q/l, dişi fərdlərdə isə 1,59 q/l azalır (cədvəl 5.1).

Qlobulinlərin ümumi miqdarı isə əksinə yoluxmuş heyvanlarda sağlam heyvanların göstəricisindən yüksək olur. Qlobulinlərin ən az miqdarı yoluxmamış 1 yaşa qədər heyvanlarda olub, 39,22 q/l təşkil etmişdir. Onun ən çox miqdarı isə 2 yaşa qədər olan yoluxmuş xəstə heyvanların qan zərdabında olub, 41,50 q/l təşkil etmişdir.

Beləliklə, cədvəl 5.1-də verilən məlumatlardan göründüyü kimi 2 yaşa qədər olan heyvanların qan zərdabında qlobulinlərin ümumi miqdarı 1 yaşa qədər olan heyvanların müvafiq göstəricisindən yüksəkdir.

Qeyd etmək lazımdır ki, 1 yaşa qədər olan sağlam dişi və erkək fərdlərin qan zərdabında qlobulinlərin ümumi miqdarı arasında müşahidə edilən fərq çox az 0,62q/l olmuşdur. Bu fərqin 2 yaşa qədər olan sağlam heyvanlarda isə 0,36 q/l olduğu müəyyən edilmişdir.



S.tenella ilə yoluxan heyvanlar ilə yoluxmayan heyvanların göstəricilərini müqayisə etdikdə məlum olmuşdur ki, yoluxan heyvanlarda qlobulinlərin miqdarı erkək fərdlərdə 1,37 q/l, dişi fərdlərdə isə 1,42 q/l artmışdır.

2 yaşa qədər olan heyvanlarda isə kontrol qrupun göstəriciləri ilə müqayisədə qlobulinlərin ümumi miqdarı erkək fərdlərdə 1,45 q/l, dişi fərdlərdə isə 0,95 q/l artır (cədvəl 5.1).

1 yaşa qədər olan qoyunların (erkək fərdlərin) qan zərdabında xəstəlik alfa qlobulinlərin miqdarının 0,06 q/l (P>0,05), qamma qlobulinlərinin isə 1,38 q/l (P<0,05) artmasına, β qlobulinlərin 0,07 q/l (P>0,05) azalmasına səbəb olur. Qeyd edildiyi kimi bu da öz növbəsində yoluxan heyvanların qan zərdabında ümumi zülalın miqdarının azalmasına səbəb olur.

Dişi fərdlərin qan zərdabında sarkosporidioz alfa qlobulinlərin miqdarına təsir göstərmir (bu göstərici sağlam və xəstə heyvanların qan zərdabında 12,91±0,17 q/l olmuşdur), beta qlobulinlərin miqdarının azalmasına (0,11 q/l, P>0,05), qamma qlobulinlərin miqdarının isə 1,53 q/l (P<0,05) artmasına səbəb olur. Sarkosporidioz zamanı albuminlərin və beta qlobulinlərin miqdarının azalması albumin/qlobulin koefisentinin də aşağı düşməsinə səbəb olur. Albumin/qlobulin koefisenti sağlam erkək və dişi fərdlərdə 0,77, yoluxan xəstə heyvanlarda isə hər iki halda 0,69 olmuşdur (cədvəl 5.1).

2 yaşa qədər olan heyvanların qan zərdabının qlobulin fraksiyalarının miqdarının öyrənilməsi göstərir ki, sağlam heyvanların müvafiq göstəricilərinə nisbətən S.tenella ilə yoluxmuş erkək heyvanların qan zərdabında alfa və qamma qlobulinlərin miqdarı artır, beta qlobulinlərın miqdarı azalır. Bu zaman alfa qlobulinlərin miqdarı 0,07 q/l (P>0,01), qamma qlobulinlərin miqdarı isə 1,27 q/l artır (P<0,05).

Erkək fərdlərin qan zərdabında qlobulin fraksiyalarının miqdarında baş verən dəyişkənliklər dişi fərdlərin qan zərdabında da müşahidə edilir. Yəni, bu halda da α qlobulinlərin (P>0,05) və γ-qlobulinlərin (P<0,05) miqdarı artır, β-qlobulinlərin miqdarı (P>0,05) azalır.

1 yaşda olan xəstə və sağlam erkək və dişi fərdlərin albumin/qlobulin koetisentinin 2 yaşa qədər olan heyvanların müvafiq göstəricisi ilə müqayisə etdikdə məlum olur ki, yaşın artması ilə əlaqədar olaraq albumin/qlobulin koefisenti də artır. 2 yaşa qədər olan sağlam heyvanlarda albumin/qlobulin koefisentinin qiyməti erkək fərdlərdə 0,82, dişi fərdlərdə isə 0,80 olmuşdur. Yoluxmuş heyvanlarda isə bu göstərici müvafiq olaraq 0,74 təşkil etdiyi müəyyənləşdirilmişdir.

Beləliklə, müəyyən edilmişdir ki, heyvanların yaşından asılı olaraq qan zərdabında ümumi zülalın o cümlədən albuminlərin və qlobulin fraksiyaların ümumi miqdarı artır.

Heyvanların yaşından asılı olmayaraq sarkosporidioz qan zərdabında qlobulin fraksiyalarında alfa və qamma qlobulinlərin artmasına, beta qlobulinlərin miqdarının azalmasına səbəb olur. Bu zaman statistik dürüst dəyişkənlik ancaq qamma qlobulinlərin miqdarında baş verir. Sarkosporidioz eyni zamanda albumin/qlobulin koefisentinin azalmasına səbəb olur (cədvəl 5.1).

5.2. İlin fəsillərindən asılı olaraq Sarcocystis tenella ilə yoluxmuş heyvanların qan zərdabında ümumi zülal, albumin və qlobulinlərin dinamikası
Qanın zülalları orqanizmdə mübadilə proseslərinin göstəricisidir. Qan zərdabında zülalların miqdarına qidalanma xarakteri, cinsi, müxtəlif parazitar xəstəliklər və metabolik pozuntular səbəb ola bilir [42, 47, 57, 60, 7, 56].

Orqanizmdə çoxsaylı funksiyalar yerinə yetirməsi və onun daxili mühitin sabit saxlanılmasında rolu ilə əlaqədar olaraq qan zərdabının zülallarının öyrənilməsi mühüm əhəmiyyətə malikdir.

İlin fəsillərindən asılı olaraq sağlam və Sarcocystis tenella ilə yoluxan xəstə heyvanların zülal mübadiləsi göstəricilərində baş verən dəyişikliklər cədvəl 5.2 və 5.3-də verilir.

Qış fəslində erkək və dişi fərdlərin qan zərdabının ümumi zülalların miqdarının müqayisəsi göstərir ki, onun miqdarı erkək fərdlərdə, dişi fərdlərə nisbətən 1,58q/l çoxdur. Əgər bu göstəriciləri heyvanların yaşına görə müqayisə etsək aydın olur ki, 18 aylıq erkək və dişi fərdlərin qanında ümumi zülalın miqdarı 1 yaşlı erkək və dişi heyvanların müvafiq göstəricisindən müvafiq olaraq 9,08q/l və 7,65q/l çox olmuşdur (cədvəl 5.2 və 5.3).

Yoluxan hər iki yaşdan olan heyvanların qan zərdabında ümumi zülalın miqdarında qış fəslində baş verən dəyişiklik statistik dürüst olmamışdır (P>0,05). Bu fəsilndə 1 yaşlı heyvanların qan zərdabının albuminlərinin miqdarı dişi fərdlərdə 31,27±0,03 q/l, erkək fərdlərdə isə 31,98±0,21 q/l, 18 aylıq heyvanlarda isə müvafiq olaraq 36,10±0,29q/l və 36,19±0,31 q/l təşkil etmişdir. Hər iki yaşdan olan sağlam heyvanların erkək və dişi fərdlərin qan zərdabının göstəricilərini (albuminlərin miqdarını) müqayisə etdikdə aydın olur ki, bu göstəricilər arasında fərq olmamışdır. Yəni albuminlərin miqdarı heyvanların cinsiyyətindən asılı olaraq statistik dürüst dəyişməmiş (P>0,05), baş verən dəyişkənliklər fizioloji norma hüdudunda olmuşdur.

Xəstə 12 aylıq heyvanların qan zərdabında sarkosporidioz onların cinsiyyətindən asılı olmayaraq albuminlərin miqdarının statistik dürüst azalmasına səbəb olur. Dişi

Cədvəl 5.2

Fəsillərindən və heyvanların cinsiyyətindən asılı olaraq Sarcosystis tenella ilə yoluxmuş və yoluxmamış 1 yaşlı qoyunların qan zərdabında

ümumi zülal və zülal fraksiyalarının dinamikası, (M±Sd)


İlin fəsilləri

Qrup

Göstərici, q/l

A/Q

Ümumi zülal

Albumin

Qlobulinlər

α

β

γ

Cəmi




Dişi fərdlər

Qış

Yoluxmamış

60,76±0,91

31,27±0,03

9,32±0,07

4,72±0,26

15,45±0,20

29,49

1,06

Yoluxmuş

60,03±0,18

P>0,05


28,27±0,19

P<0,01


9,43±0,09

P>0,05


4,61±0,13

P>0,05


17,72±0,22

P<0,01


31,76

0,89

Yaz

Yoluxmamış

69,48±0,20

29,22±0,21

14,30±0,06

4,66±0,08

21,30±0,21

40,26

0,73

Yoluxmuş

67,37±0,21

P<0,05


27,13±0,33

P<0,05


14,01±0,06

P>0,05


4,61±0,07

P>0,05


21,62±22

P>0,05


40,24

0,67

Yay

Yoluxmamış

74,51±0,20

32,82±0,19

13,43±0,07

6,12±0,06

21,78±22

41,33

0,79

Yoluxmuş

73,96±0,23

P<0,05


30,01±0,13

P<0,01


13,57±0,12

P>0,05


5,89±0,06

P<0,05


24,49±0,23

P<0,01


43,95

0,68

Payız

Yoluxmamış

73,44±0,18

27,64±0,15

14,60±0,17

6,04±0,13

25,16±0,19

45,80

0,60

Yoluxmuş

73,07±0,21

P>0,05


26,47±0,15

P>0,05


14,62±0,15

P>0,05


6,00±0,05

P>0,05


25,98±0,12

P>0,05


46,60

0,59

Erkək fərdlər

Qış

Yoluxmamış

62,34±0,41

31,98±0,21

9,6±0,09

4,93±0,21

15,83±0,26

30,36

1,05

Yoluxmuş

61,92±0,37

P>0,05


28,77±0,26

P<0,01


9,7±0,09

P>0,05


4,77±0,19

P>0,05


18,68±0,11

P<0,001


33,15

0,87

Yaz

Yoluxmamış

70,88±0,23

29,72±0,26

14,63±0,07

4,80±0,23

21,73±0,21

41,16

0,72

Yoluxmuş

68,21±0,21

P<0,001


27,00±0,22

P<0,01


14,67±0,10

P>0,05


4,76±0,25

P>0,05


22,28±0,80

P<0,05


41,71

0,65

Yay

Yoluxmamış

75,19±0,20

33,21±0,31

13,74±0,09

6,34±0,29

21,90±0,27

41,98

0,79

Yoluxmuş

74,11±0,21

P<0,05


30,17±0,30

P<0,01


13,81±0,11

P>0,05


6,32±0,21

P>0,05


23,81±0,21

P<0,01


43,94

0,69

Payız

Yoluxmamış

74,11±0,31

28,54±0,26

14,95±0,18

6,27±0,13

24,65±0,18

45,87

0,62

Yoluxmuş

73,07±0,29

P>0,05


27,03±0,17

P>0,05


14,97±0,21

P>0,05


6,19±0,16

P>0,05


24,88±0,27

P>0,05


46,04

0,59

Yüklə 8,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin