AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Qoyunların Sarcocystis tenella ilə yoluxmasının yaşdan, ilin fəsillərindən və heyvanların cinsiyyətindən asılılığı



Yüklə 8,61 Mb.
səhifə4/11
tarix12.02.2017
ölçüsü8,61 Mb.
#8283
1   2   3   4   5   6   7   8   9   10   11

3.2. Qoyunların Sarcocystis tenella ilə yoluxmasının yaşdan, ilin fəsillərindən və heyvanların cinsiyyətindən asılılığı
Bərdə, Şəki, Zaqatala, Beyləqan, Biləsuvar, Şamaxı, İmişli və Abşeron rayonlarının həyətyanı və fermer təsərrüfatlarında saxlanılıb kəsilən qoyunların S.tenella ilə yoluxmasını müəyyən etmək üçün fərdi ət kəsim məntəqələrində kəsilən 127 baş qoyunun ürək, qida borusu, dil və diafraqma əzələləri tədqiq edilmişdir.

Tədqiqat aparılan rayonlarda qoyunların S.tenella ilə yoluxma ekstensivliyi haqqında məlumatlar cədvəl 3.5-də verilmişdir.

Cədvəldən göründüyü kimi qoyunların bu növ parazitlə yoluxması çox yüksək olub, invaziyanın ekstensivliyi 83,3-100% arasında tərəddüd edir ki, bu da ayrı-ayrı rayonlarda qoyunların S.tenella ilə yoluxması arasında fərqin olduğunu göstərir. İnvaziyanın ən yüksək intensivliyi Bərdə (100%), Şəki (94,1%), Şamaxı (92,8%), Abşeron (92%), Biləsuvar (88,8%), Beyləqan (85,7%) rayonlarında olmuşdur. Nisbətən az yoluxmaya Zaqatala və İmişli rayonlarında təsadüf edilmişdir (83,3%) (cədvəl 3.5).

Cədvəl 3.5

Azərbaycanın bəzi rayonlarında qoyunların Sarcocystis tenella ilə yoluxması (2013-cü il)


Rayonlar

Heyvanların sayı

İE%-i

Yoxlanılmışdır

Yoluxmuşdur

Bərdə

15

15

100

Şəki

17

16

94,1

Zaqatala

12

10

83,3

Beyləqan

14

12

85,7

Şamaxı

14

13

92,8

Biləsuvar

18

16

88,8

İmişli

12

10

83,3

Abşeron

25

23

92,0

Alınan nəticələri müqayisə etməklə məlum olur ki, bölgələrin iqlim şəraiti, S.tenella ilə yoluxmaya bir o qədər təsir göstərmir. Belə ki, Zaqatala və İmişli rayonlarının iqlim şəraitləri bir-birindən kəskin fərqlənməsinə baxmayaraq bu rayonlarda invaziyanın ekstensivliyi eyni 83,3% olmuşdur. Eyni fikri digər rayonlara da şamil etmək olar.

Qoyunların S.tenella ilə yoluxma ekstensivliyinin yaşdan asılılığını müəyyən etmək üçün heyvanlar üç yaş qrupuna bölünmüşdür: 1-ci qrupa 1 yaşlı heyvanlar, 2-ci qrupa 18 aylıq heyvanlar, 3-cü qrupa isə yaşı 18 aylıqdan yuxarı olan heyvanlar daxil edilmişdir (cədvəl 3.6).

Cədvəl 3.6

Qoyunların Sarcocystis tenella ilə yoluxmasının yaşdan asılılığı (2013-cü il)


Heyvanların

yaşı


Heyvanların sayı

İE, %

Yoxlanılmışdır

Yoluxmuşdur

12 aylıq

30

23

76,6

18 aylıq

50

45

90,0

18 aylıqdan yuxarı

45

42

93,3

Mikroskop altında qida borusu, ürək, dil və diafraqma əzələsinə baxarkən uzunsov və ya oval formalı sarkosistalar (mikrosista) müşahidə olunmuşdur (şəkil 3.1). Qida borusu əzələsində tapılan parazitin (mikrosista) ölçüsü 7 mkm, eni 1 mkm olmuşdur.

Tədqiq edilən bütün yaşdan olan qoyunların ürək, qida borusu, dil və diafraqma

əzələlərindən Sarcocystis tenella aşkar edilmişdir.

Müayinə edilən qoyunların ürək əzələsində S.tenella mikrosistalarına tez-tez

rast gəlinir. Ürək əzələsində rast gəlinən mikrosistaların ölçüsü 8-12 mkm, eni 1-1,5 mkm, dil əzələsində uzunluğu 10-11 mkm, eni 1-1,5 mkm, diafraqma əzələsində uzunluğu 2-3 mkm, eni 0,5 mkm, qida borusu əzələsində isə parazitin uzunluğu 7 mkm, eninin 1 mkm olduğu müəyyən edilmişdir.












Şək. 3.1. S.tenella yoluxmuş qida borusu (1), ürək (2), dil (3), diafraqma (4) əzələləri.
Tədqiqatların nəticəsindən aydın olmuşdur ki, 1 yaşlı heyvanlar arasında invaziyanın ekstensivliyi 76,6% (30/23), yaş yarım heyvanlar arasında 90,0% (50/45), yaşlı qoyunların arasında 93,3% (45/42) olmuşdur. Yaşlı və cavan heyvanların ürək, qida borusu, dil və diafraqma kimi orqanlarının müqayisəsi zamanı S.tenella mikrosistaları ilə yoluxma ekstensivliyinin və intensivliyinin yaşlı heyvanlar arasında, cavan heyvanlara nisbətən yüksək olduğu müəyyənləşdirilmişdir (cədvəl 3.6).

Beləliklə, Bərdə, Şəki, Zaqatala, Beyləqan, Şamaxı, Biləsuvar, İmişli və Abşeron rayonlarının fərdi təsərrüfatlarında saxlanılıb kəsilən qoyunlarının S.tenella ilə yoluxmasının öyrənilməsi göstərmişdir ki, sarkosporidioz qeyd edilən rayonların ərazisində geniş yayılan protozoy xəstəliklərdən olub, invaziyanın ekstensivliyi 83,3-100% təşkil edir.



S.tenella mənşəli sarkosporidiozun respublikada qoyunlar arasında fəsillərdən asılı olaraq yayılmasını öyrənmək məqsədi ilə 4 rayondan (Bərdə, Şəki, Zaqatala və Beyləqan) 506 baş heyvan müayinə edilmişdir (cədvəl 3.7).

Bu rayonlarda təcrübə apararkən müşahidə olunmuşdur ki, dişi heyvanlar arasında S.tenella ilə yoluxma daha yüksəkdir. S.tenella ilə ən çox yoluxmaya qida borusu və dil əzələlərində rast gəlinmişdir. Əsasən, qida borusunun yuxarı və aşağı hissələrində eyni zamanda diafraqma, qarın və ya gövdə əzələlərində, ürəkdə də S.tenella sarkosistalarına rast gəlinmişdir. Qoyunların S.tenella ilə yoluxmasının vizual müşahidə edilən əsas əlaməti qida borusunun şişməsi və yara yerlərinin olması olmuşdur. Apardığımız tədqiqat zamanı S.tenella sistalarına parenxematik toxumalarda rast gəlinməmişdir.

Cədvəl 3.7-da verilmiş məlumatlardan aydın olur ki, qoyunların S.tenella ilə öyrənilən rayonlar üzrə yoluxması orta hesabla 62,9-89,9%-dir. Bu rayonlarda ən çox yoluxmuş heyvanlar Şəki (89,9%), sonra isə Bərdə (65,6%), Zaqatala (63,2%) və Beyləqan (62,9%) rayonlarında olmuşdur.

S.tenella sistalarına qoyunların dil, qida borusu, ürək və diafraqma əzələlərində rast gəlinmiş, S. gigantea sistalarına isə təsadüf olunmamışdır. Qoyunların S.tenella ilə yoluxma ekstensivliyinin ilin fəsillərindən asılı olduğu müəyyən edilmişdir. Cədvəl 3.7-də verilən məlumatlardan görünür ki, yazda invaziyanın ekstensivliyi ən yüksək, qışda isə ən az olur. Müəyyən edilmişdir ki, yazda qoyunların S.tenella ilə yoluxması Beyləqan rayonunda 88,6%, Zaqatala rayonunda 86,9%, Şəki rayonunda 83,3%, Bərdə rayonunda isə 76,6%-dir. Qışda isə bu göstərici müvafiq olaraq 30,0%, 38,0%, 30,0% və 45,4% təşkil edir. Cədvəldən göründüyü kimi ilin bütün fəsillərində qeyd edilən rayonlarda qoyunların S.tenella ilə yoluxması yüksəkdir. Yayda Bərdə rayonunda invaziyanın ekstensivliyi 47,6%, Şəkidə 52,6%, Zaqatalada 50%, Beyləqanda isə 64,2% olmuşdur (cədvəl 3.7).

Cədvəl 3.7



Qoyunların Sarcocystis tenella ilə yoluxmasının mövsümdən asılılığı (2009-2013-cü illər)


Rayonlar

Ilin fəsilləri

Heyvanların sayı

İE, %

Yoxlanılmışdır

Yoluxmuşdur

Bərdə

Yaz

30

23

76,6

Yay

21

10

47,6

Payız

52

39

75,0

Qış

22

10

45,4

Cəmi




125

82

65,6

Şəki

Yaz

10

40

83,3

Yay

19

10

52,6

Payız

28

19

67,8

Qış

30

9

30,0

Cəmi




87

78

89,9

Zaqatala

Yaz

46

40

86,9

Yay

26

13

50,0

Payız

18

14

77,7

Qış

50

19

38,0

Cəmi




140

86

63,2

Beyləqan

Yaz

44

39

88,6

Yay

28

18

64,2

Payız

42

28

66,6

Qış

40

12

30,0

Cəmi




154

97

62,9

Payız fəslində bütün tədqiqat aparılan rayonlarda qoyunlar arasında invaziyanın ekstensivliyi yayda olan göstəricidən, Bərdə rayonunda 27,4%, Şəki rayonunda 15,2%, Zaqatala rayonunda 27,7%, Beyləqan rayonunda isə 2,4% yüksək olmuşdur.

Müəyyən edilmişdir ki, qoyunların S.tenella ilə ən az yoluxması qış və yay aylarında baş verir. Qışda və yayda xəstəliyin ekstensivliyinin nisbətən az olmasını invaziya mənbəyi olan sarkosistaların qışda aşağı, yayda isə yüksək temperaturun və günəş şüalarının təsirindən parazitin sporosistalarının məhv olması ilə izah etmək olar.

Azərbaycanın müxtəlif iqlim şəraitinə malik aran, dağətəyi və dağlıq şaquli qurşaqlarında həyətyanı və fermer təsərrüfatlarında saxlanılan ev qoyunlarının S.tenella ilə yoluxmasını müəyyənləşdirmək üçün onların ürək, dil, qida borusu və diafraqma əzələləri tədqiq edilmişdir.

Dağlıq, dağətəyi və düzənlik qurşaqlarda yerləşən rayonlardan Abşeron, Bərdə, Beyləqan, İmişli, Biləsuvar, Sabirabad, Saatlı, Şabran, İsmayıllı, Şamaxı, Şəki, Zaqatala, Gədəbəy, Lerik, Yardımlı rayonlarında ev qoyunlarının sarkosporidilər ilə yoluxma dinamikasını müəyyən etmək üçün aparılan parazitoloji tədqiqatların nəticələri cədvəl 3.8-3.10-da verilir.

Cədvəl 3.8

Düzənlik qurşaqda ev qoyunlarının Sarcocystis tenella ilə yoluxması (2010-2011-ci illər)


Rayonlar

Heyvanların sayı

İE, %

Yoxlanılmışdır

Yoluxmuşdur

Abşeron

25

23

92,0

Bərdə

130

102

78,4

Beyləqan

162

126

77,7

İmişli

23

20

86,9

Biləsuvar

18

16

88,8

Sabirabad

14

9

64,2

Saatlı

12

8

66,6

Şabran

13

10

76,9

Cəmi:__397__314__79,0'>Cəmi:

397

314

79,0

Azərbaycanda ev qoyunlarının S.tenella ilə yoluxmasının qurşaqlardan asılılığını öyrənmək məqsədilə 15 rayonun həyətyanı və fermer təsərrüfatlarında saxlanılıb kəsilən heyvanlar yoxlanılmış və müayinə edilmişdir.

Aran, dağətəyi və dağlıq qurşaqlarda qoyunların S.tenella ilə yoluxması müvafiq olaraq 79,0% (cədvəl 3.8), 84,0% (cədvəl 3.9) və 74,1% (cədvəl 3.10) arasında tərəddüd etmişdir. Nəticələrin müqayisəli analizi göstərir ki, dağətəyi qurşaqda qoyunların S.tenella ilə yoluxması aran və dağlıq qurşaqlara nisbətən yüksək olmuşdur. Azərbaycanda digər koksidozlar kimi sarkosporidiozların da yayılmasında iqlim qurşaqlarının rolu olduğu müəyyən edilmişdir.

Respublikanın aran bölgəsində qoyunların S.tenella ilə yoluxmasının bu bölgədə

yerləşən, tədqiqat apardığımız rayonlar üzrə qarşılıqlı müqayisəsi göstərir ki, qoyunların bu növ parazitlə yoluxması arasında olan fərq çox azdır. Bu bölgədə ən yüksək yoluxma 92,0%, ən az yoluxma isə 64,2% təşkil etmişdir (cədvəl 3.8).

Dağətəyi bölgədə yerləşən rayonlarda da invaziyanın ekstensivliyi arasında ciddi fərqin olmadığı aşkar edilmişdir. Bu rayonlarda invaziyanın ekstensivliyi 82,5-87,5% arasında tərəddüd etmişdir (cədvəl 3.9).

Tədqiqat apardığımız İsmayıllı, Şamaxı, Şəki və Zaqatala rayonları arasında invaziyanın ən yüksək ekstensivliyi Şamaxı rayonunda olmuşdur.

Cədvəl 3.9

Dağətəyi qurşaqda qoyunların Sarcocystis tenella ilə yoluxması (2009-2011-ci illər)


Rayonlar

Heyvanların sayı

İE, %

Yoxlanılmışdır

Yoluxmuşdur

İsmayıllı

19

16

84,2

Şamaxı

24

21

87,5

Şəki

90

78

86,6

Zaqatala

160

132

82,5

Cəmi:

293

247

84,0

Dağətəyi qurşaqda müşahidə edilən hal dağlıq qurşaqda da müşahidə edilmişdir. Bu qurşaqda olan rayonlardan invaziyanın ən yüksək ekstensivliyi Lerik rayonunda (76,4%), aşağı ekstensivliyi isə Gədəbəy rayonunda (71,4%) olmuşdur. Yardımlı rayonunda isə invaziyanın ekstensivliyinin 73,9% olduğu müəyyənləşdirilmişdir (cədvəl 3.10).

Cədvəl 3.10

Dağlıq qurşaqda qoyunların Sarcocystis tenella ilə yoluxması (2010-2011-ci illər)




Rayonlar

Heyvanların sayı

İE, %

Yoxlanılmışdır

Yoluxmuşdur

Gədəbəy

28

20

71,4

Lerik

34

26

76,4

Yardımlı

23

17

73,9

Cəmi:

85

63

74,1

Yüklə 8,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin