1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Meksika XX əsrin 30-illərində



Yüklə 108,94 Kb.
səhifə41/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   37   38   39   40   41   42   43   44   ...   79
cavab

42.Meksika XX əsrin 30-illərində
1929-cu ildə ölkədə yeni prezident seçkiləri keçirildi. Ortis Rubio prezident seçildi. Kalyes isə hərbi nazir oldu. Hökumət general Eskoberin qiyamını amansızlıqla yatırdı. Qiyamçıların bir hissəsi güllələndi, bir hissəsi isə xaricə qovuldu. Nəticədə Ortis Rubio 1932-ci ildə istefaya getdi.

1932-ci il seçkilərində Abelyardo Rodriges prezident seçildi. Onun hakimiyyəti 1934-cü ilədək sürdü. Bu illərdə daxili siyasətdə bir sıra tədbirlər həyata keçirildi. 1930-cu ildə dayandırılmış aqrar islahatın həyata keçirilməsinə başlanıldı. 1933-cü ildə Kardenas Milli İnqilabi Partiyada altiillik planı qəbul etdirdi. Bu plan torpaq islahatının sürətləndirilməsini, milli sənayenin inkişafını və xarici kapitalın fəaliyyətini məhdudlaşdırmağı nəzərdə tuturdu.

1933-cü ildə mülkədar torpaqları kəndlilərə paylandi. 1934-cü ildə verilən aqrar kodeksə görə torpaq daha sərfəli şərtlərlə bölüşdürülməli idi. Lakin hakim partiyanın siyasəti narazılıq yaratdı. Belə şəraitdə Milli inqilabi Partiyada güclü müxalifətçi qrup yarandı. Meksika inqilabinin fəal iştirakçısı olan general Lasaro Kardenasın başçılığı ilə bu qrup hökumətə qarşı çıxdı.

1934-cü ilin iyulunda keçirilən seçkilərdə Lasero Kardenes 2 mln səs alaraq prezident secildi.6 il üçün prezidentliyə başladı. Kardenas həmkarlar ittifaqlarına, demokratik ziyalılara, kiçik və orta sahibkarlara arxalanaraq bir sıra islahatlar həyata keçirməyə başladı. Əmək haqqı artırıldı. Kollektiv müqavilələr sistemi möhkəmləndirildi. Əməklə kapital arasında ziddiyyətlər yumşaldıldı. Hökumət 1934-1940-cı illərdə aqrar islahati həyata keçirdi. Bu illərdə 1 mln. nəfərədək kəndli 18 mln. hektar torpaq sahəsi aldı. Hindu icmalarına da (exida) torpaq verildi. Kardenas hökuməti kənd təsərrüfatı kooperativlərini yaratdı.1935 Milli bank yaradıldı.

Hökumət maarif və xalq təhsili sahəsində də ciddi islahatlar həyata keçirdi. Dövlət köhnəlmiş dini təhsildən imtina edərək dün yəvi təhsil sisteminə keçdi. İbtidai və orta təhsil məktəblərinin sayı artırıldı. Savadsızlığın ləğvi uğrunda mübarizə başlandı.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin