1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


I Dünya müharibəsinin Avstriya üçün nəticələri



Yüklə 108,94 Kb.
səhifə44/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   40   41   42   43   44   45   46   47   ...   79
cavab

45. I Dünya müharibəsinin Avstriya üçün nəticələri
Birinci dünya müharibəsi Avstriyada sosial-iqtisadi və siyasi vəziyyəti xeyli ağırlaşdırdı. Ölkədə inqilabi hərəkat gücləndi. Dünya müharibəsi davam edərkən 1918-ci ilin yanvarında ölkəni ümumi siyasi tətil bürüdü.

Fevralın 1-də Kotor limanında hərbi-dəniz donanmasının matrosları üsyan etdi. Onlar 40 hərbi gəmini üç gün əllərində saxladılar. Komandanlıq üsyanı yatıraraq onun rəhbərlərini edam etdi, 800 nəfər üsyançını isə həbsxanaya saldı. Lakin bu cəza tədbirləri inqilabi prosesin qarşısını ala bilmədi. Hökumət çətin vəziyyətə düşdü. Avstriya-Macarıstanın dövlət aparati hadisələrə nəzarət edə bilmədi. Nəticədə ölkədə hökumət böhranı yarandı.

Hərbi əməliyyatlardaki uğursuzluqlar Avstriya-Macaristan imperatorluğunun iflasını sürət landirdi. Artıq belə şəraitdə müharibəni davam etdirmək mümkün deyildi.

1918-ci il noyabrın 3-de Avstriya-Macarıstanla Antanta ölkələri arasında Paduido barışıq sazişi imzalandı. Barışığın şərtlərinə göra alman orduları 15 gün müddətində Avstriya ərazisini boşaltmalı; Avstriya-Macaristan ordusu tərxis olunmalı; müttəfiq ordulan ölkənin dəmiryollarında maneəsiz hərəkət etməli idilər onlar lazım gəldikdə ölkənin istənilən məntəqəsini işğal eda bilərdilər.

1918-ci ilin noyabrında Avstriya ərazisini fəhlə və əsgərlərin etiraz çıxışları bürüdü. Ölkədə qarışıqlıq yarandı.

Beləliklə 1918 noyabrında Avstriya-Macarıstan imperiyası dağıdıldı. Bunun nəticəsində im periya ərazisində yeni müstəqil dövlətlər yarandı. Avstriyanın əra zisi və əhalisi xeyli azaldı. Köhnə iqtisadi əlaqələr kəsildi. Sənaye ağır vəziyyətə düşdü. Daxili və xarici ticarət azaldı. Ölkə həyatını bərpa etmək xeyli çətinləşdi. Bununla belə, Dövlət Şurası vəziy yətdən çıxmaqdan ötrü bir sıra tədbirlər həyata keçirdi. Dekabr ayında sənayedə 8 saatlıq iş günü tətbiq edilməsi haqqında qanun qəbul edildi.





Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin