1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə42/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   38   39   40   41   42   43   44   45   ...   79
cavab

43.Paris sülh konfransı

Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazırlamaq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə (Versalda) 27 dövlətdən 1000 nəfər nümayəndənin rəsmən iştirak etdiyi sülh konfransı işə başladı. Konfransın gündəliyinə Almaniya ilə Sülh müqaviləsinin bağlanması, ərazi və müstəmləkə ölkələri, Millətlər Cəmiyyətinin yaradılması, təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransda müharibəyə formal olaraq qoşulmuş Latın Amerikası ölkələri də məşvərətçi səslə iştirak edirdilər.

Konfransda ən mühüm məsələ Almaniya məsələsi idi. Fransa Almaniyanı tam parçalanmış vəziyyətdə görmək istəyirdi. O, hələ müharibə dövründə çar Rusiyası ilə belə bir qərara gəlmişdi ki, Reynin sol sahilini Almaniyadan ayırıb Bufer-Reyn respublikası yaratsınlar. Fransa həmçinin Bavariyanı da müstəqil respublika kimi görmək istəyirdi. O, Saar kömür hövzəsini də özünə birləşdirməyi tələb edirdi. Həmçinin Fransa 800 milyard qızıl marka təzminat tələb edirdi.

Konfransda mühüm məsələlərdən biri də İtaliya məsələsi idi. İtaliyaya 1915-1917-ci illərdə Antanta tərəfindən çoxlu vədlər verilmişdi.

Uzun müddətli hazırlıqdan sonra mayın 7-də Almaniya nümayəndə heyəti Parisə dəvət olundu və sülh müqaviləsinin mətni imzalanmaq üçün ona təqdim olundu. Lakin müqavilənin şərtləri o qədər alçaldıcı idi ki, o zaman Almaniyanın xarici işlər naziri olan Borkdorf Rotsenau onu imzalamaqdan imtina edib öz vəzifəsindən istefa verdi. Almaniya nümayəndə heyəti Berlinə qayıtdı.

Xarici işlər naziri təyin edilmiş sosial-demokrat German Müller 1919-cu ilin iyunun 28-də tarixə Versal sülhü adı ilə daxil olmuş həmin müqaviləni imzaladı və müharibənin başlanmasında Almaniya başlıca təqsirkar olduğunu etiraf etmək məcburiyyətində qaldı. Versal müqaviləsinə görə: Elzas və Lotaringiya yenidən Fransaya qaytarılırdı. Reynin sol sahili hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın zavodlar tikməsi qadağan edilirdi. Saar vilayəti 15 il müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür mədənləri isə Fransaya verildi.

Topcubasov başda olmaqla AXC nümayəndə heyəti də istirak edirdi.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin