1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Macarıstan 1924-1929cu illər



Yüklə 108,94 Kb.
səhifə45/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   41   42   43   44   45   46   47   48   ...   79
cavab

46. Macarıstan 1924-1929cu illər
1924-cü ildən başlayaraq Macaristan iqtisadiyyatında sabitləşmə və yüksəliş başlandı. Qərbi Avropa dövlətləri, ABŞ və Millat lər Cəmiyyəti Macarıstana istiqrazlar verdi. 1924-28-ci illərdə Ma caristan 1,5 mird. penge istiqraz aldı. Nəticədə ölkənin maliyyə sistemi sabitləşdi və sənaye sürətlə inkişaf etməyə başladı. Ölkənin xarici ticarət dövriyyəsi artdı. Maliyyə yardımlarından düzgün isti fadə edilməsi sayəsində Macarıstanda sənaye istehsalı 1927-ci ildə müharibədən əvvəlki səviyyəyə gəlib çatdı.

1925-ci ilin aprelində Macaristan Sosialist Fəhlə Partiyası ya radildi. 1925-ci ilin avqustunda isə Vyanada Macarıstan Kommu nist Partiyasının birinci qurultayı keçirildi. Qurultayda mövcud re jimə qarşı mübarizə proqramı irəli sürüldü. Lakin bu illərdə Macarıstanda fəhlə hərəkatı cüzi idi. Kommunist Partiyası və Sosialist Fəhlə Partiyası bu hərəkatın önündə getsə də onlar çox zəif idilər. Hökumətin uğurlu sosial-iqtisadi siyasəti bu partiyaları güclü sosial dayaqdan məhrum etmişdi.

Xarici siyasət sahəsində macar hökumətinin qarşıya qoyduğu başlıca vəzifə Trianon sülh müqaviləsinə yenidən baxılmasına nail olmaq idi.

Macar hökuməti xarici siyasətdə regiona xüsusi diqqət yetirərək Balkan ölkələri ilə münasibətlərini yaxşılaşdırdı. 1927-ci ilin aprelində İştvan Betlen İtaliyaya səfər etdi. Səfər zamanı iki ölkə arasında dostluq, məsləhətləşmə və arbitraj haqqında müqavilə və bu müqaviləyə əlavə olaraq Macaristana italyan silahının satılması barədə gizli sənəd imzalandı. Macar hökumətinin xarici siyasəti ABŞ, İngiltərə və İtaliya tərəfindən müdafiə edildi.



Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin