1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Braziliya II Dünya müharibəsi illərində



Yüklə 108,94 Kb.
səhifə46/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   42   43   44   45   46   47   48   49   ...   79
cavab

47.Braziliya II Dünya müharibəsi illərində

1939-cu il sentyabrın 2-də Braziliya hökuməti ikinci dünya müharibəsində ölkəsinin bitərəfliyini elan etdi. Ölkə iqtisadiyyatı nın səmərəli işləməsinə xüsusi diqqət yetirildi.

1940-cı ilin yanvarinda milli müdafiəni möhkəmləndirmək və ictimai işlər üçün beş illik plan qəbul edildi. Ölkə iqtisadiyyatı müharibə şəraitinə uyğun laşdırıldı. 1941-ci ilin fevralında hökumət xarici ticarət üzərinə nə zarət qoydu. Latın Amerikasında Braziliyanın mövqeləri xeyli gücləndi.

1942-ci il martın 3-də "Müdafiə üçün mühüm olan materialin və informasiyanın verilməsinə dair ABŞ-Braziliya müqaviləsi" bağlandı. 1942-ci ilin sentyabrında Braziliya antihitlerçi koalisiya tərəfində müharibəyə qoşuldu. Həmin ilin sonunda ölkədə 8 saatlıq əvəzinə 10 saatlıq iş günü tətbiq olundu. Köhnə pul vahidi olan realin əvəzinə kruzeyro tətbiq edildi. Hərbi əməliyyatların ölkə ərazisində getməməsi iqtisadi inkişafa kömək etdi. Müharibə illərində Braziliyada 10 minə yaxın sənaye müəssisəsi tikildi. Ölkəyə ABŞ kreditləri verildi. Braziliya ərazisində amerikan hərbi bazaları yerləşdirildi.

1944-cü ilin yayında Braziliya 50 minlik ekspedisiya korpusunu İtaliya cəbhəsinə göndərdi.1945 aprelinedek İtaliya Almaniya orduları məğlub olunadək döyüşdülər.Almaniya bloku ölkərinin məğlub edilməsinə Braziliya öz töhfəsini verdi.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin