1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycanda erkən dövlət qurumu-Lullubi



Yüklə 344,46 Kb.
səhifə13/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   9   10   11   12   13   14   15   16   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

12.Azərbaycanda erkən dövlət qurumu-Lullubi.

E.ə. III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.XXIV-XXII əsrlər) altında birləşdi. Azərbaycan ərazisində isə artıq Aratta dövləti süquta uğramışdı.E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda, Aratta dövlətinin ərazisində onun siyasi və etnik varisi kimi Lullubi dövləti meydana gəlmişdi. Güman olunur ki, hələ Aratta dövlətinin varlığı dövründə artıq Lullubi tayfa birləşməsi yaranmağa başlamışdı. Lullubi tayfa ittifaqına yəqin ki, sonradan siyasi tarix səhnəsinə çıxmış su və turukki tayfaları da daxil idi.

Lullubi dövləti Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət qurumudur və istər siyasi, istərsə də etnik baxımdan Aratta dövlətinin varisi sayıla bilər.

Tarixi ədəbiyyatda belə bir müddəa mövcuddur ki, guya lulubilər bu dövrdə ibtidai icma quruluşunda yaşayırmışlar. Lakin qaynaqların məlumatı və ətraflı tədqiq olunması bu fikri təkzib edir. Çünki bu dövrdə artıq lulubilərdə dövlət meydana gəlmişdi. Lulubi hökmdarı Satuni (e.ə.2230-2200) Akkad dövlətinə qarşı hərbi birləşmələrdə iştirak edirdi. Lulubi torpaqlarının Qərb hüdudunda Süleymaniyyə keçidinin Cənub-Şərqində indiki Qaradağ ərazisində lulubilər müttəfiqləri ilə birgə Akkad hökmdarı Naram-Suenə (e.ə.2236-2200) qarşı döyüşə girdilər. Lakin döyüş müttəfiqlərin və Satuninin məğlubiyyəti ilə başa çatdı. Naram-Suen bu hadisəni yazı və təsvirlər ilə "qələbə sütunu" adlandırılan daş pilitə üzərində əbədiləşdirdi.

Lulubi padşahlığında xırda hökmdarların hakimiyyəti mövcud imiş. Lulubi hökmdarı İmmaşqun (e.ə.2200-2170) xırda hakimləri mərkəzi Lulubi dövlətinə tabe edə bildi. Qaynaqlarda o, "İmmaşqun Lullu (bum) ölkəsinin padşahlar padşahı" adlandırılır. Beləliklə, e.ə. XXIII əsrdə Urmiya gölünün Cənubunda Akkad dövləti ilə rəqabət apara bilən güclü Lulubi dövləti yarandı. Bu dövlətin qüdrəti hökmdar Anubanininin hakimiyyəti dövründə (e.ə.2170-2150) daha da artır. Məlumdur ki, Anubanini kitabələrini mixi yazılarla tərtib etdirirdi. Mixi yazı sistemi buranın əhalisinə hələ Aratta dövləti zamanından məlum idi. Anubanininin müvəffəqiyyətləri daş pilitələr üzərində həkk olunurdu. Onun daş sütun abidəsində deyilir: "Anubanini, qüdrətli hökmdar, Lulubi hökmdarı, öz təsvirimi və İştar ilahəsinin təsvirini Batir dağına qoydum". Bu abidə Diyala çayının orta axarında, Kirmanşaha gedən yol üzərində, Zohab şəhəri yaxınlığında Saripul adlanan ərazidə aşkar edilmişdir. Bu fakta əsasən demək olar ki, lulubilərin hakimiyyəti Cənubda Diyala çayının orta axarına qədər gəlib çatırdı. Anubanini eyni zamanda Cənubda Fars körfəzinə qədər olan ərazilərə iddia edirdi, Şimalda isə onun hüdudları Urmiya gölünün ortalarına qədər çatırdı. Ola bilsin ki, Urmiya gölü hövzəsində olan digər ərazilər də Lulubi dövlətinə tabe edilmişdi.

Lulubi dövləti İkiçayarası ilə iqtisadi və siyasi əlaqələr saxlayırdı. Lulubilər Şimali İkiçayarasının Qasur şəhərində mal mübadiləsi edir və mal-qaranı taxıla dəyişirdilər. Aratta dövründə olduğu kimi Lulubi dağ sakinləri də taxıla ehtiyac duyurdu. Onlar maldarlıq ilə yanaşı dəmyə əkinçiliyi ilə də məşğul olurdular.

Lulubi dövləti də Aratta dövləti kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdı. Burada da mixi yazı sistemi ilə tanış idilər və akkad dilini bilən mirzələr və akkad qələbə abidələri hazırlama ənənəsinə uyğun abidələr yaradan ustalar vardı. Anubanininin "Daş sütunu" İkiçayarası nümunələri əsasında lulubi ustaları tərəfindən hazırlanmışdı.

Lulubilər səma, günəş, bərəkət və məhəbbət, ay və s. tanrılara sitayiş edirdilər. Təəssüf ki, bu tanrıların lulubi dilində adları dövrümüzə çatmamışdır. Anubanininin daş sütununda bu tanrıların akkad dilində adları çəkilir. Anum (səma tanrısı), İştar (bərəkət və məhəbbət ilahəsi, bu ilahəyə İnanna adı ilə Aratta dövlətində də sitayiş olunurdu), Sin (ay ilahəsi, bu ilahəyə sitayiş Selena adı ilə Qafqaz albanlarında da mövcud olub), Şamaş (Günəş tanrısı) və s. Daş sütun abidəsində səma tanrısı Anumun adı birinci çəkilir. Bu da onu göstərir ki, lulubi cəmiyyətində ata nəsli hüququ artıq üstünlük təşkil edir.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin