10.Azərbaycanda ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətin yaranması.
Tunc dövründə əmək alətlərinin təkmilləşməsi və əmək məhsuldarlığın artması nəticəsində ayrılıqda götürülmüş bir ailə müstəqil təsərrüfat qurub, özünü dolandırmaq imkanı əldə etdi. Böyük icma təsərrüfatı xırda ailə təsərrüfatlarına parçalandı. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Qonşuluq icmasında torpaq, meşə, otlaq və su hövzələri qəbilədəki kimi hamıya məxsus olsa da, əkin sahələri,əmək alətləri, mal-qara və digər əmək məhsulları indi qəbilədən fərqli olaraq ayrı-ayrı ailələrin ixtiyarında idi. Nüfuzlu ağsaqqallar və tayfa başçıları ən yaxşı torpaqları ələ keçirir, icma üzvlərindən pay almaqla varlanırdılar. Xüsusi mülkiyyətin, əmlak və sosial bərabərsizliyin yaranması, və nəhayət istismarın meydana gəlməsi ilə icma daxilində ziddiyyətlər kəskinləşdi. ibtidai icma quruluşu dağıldı.
Tez və asan yolla varlanmaq hərisliyi qarətçi yürüşlərin artmasına səbəb oldu. Döyüş üsulları təkmilləşdi,döyüşçü dəstələrin sayı artdı. Bu dəstələrin köməyi ilə ətraf əraziləri tabe edən keçmiş tayfa başçıları, qeyri məhdud hakimiyyətə malik hökmdarlara çevrilirdilər. Ilk dövlət qurulmaları və dövlətlər Misirdə və Ön Asiyada belə yarandı. Azərbaycanın cənubunda ibtidai icma quruluşu şimalına nisbətən tez dağıldı . bu ilk növbədə həmin ərazinin Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqədə olması və əlverişli təbii coğrafi şəraiti ilə bağlı idi.
1968 - ci il – azıx mağarasında yaşamış qədim insanın alt çənə sümüyü tapılmışdır.
2-1.5 mln – alt paleolit mövcud olmuşdur. insan heyvanlar aləmində ayrılmış, sadə əmək alətləri düzəltməyi öyrənmişdir. Bacarıqlı insan yaranmışdır. Təbii addan istifadə etmişdir. Mənimsəmə təsərrüfatı (yığıcılıq, ovçuluq) yaranmışdır. Totemlərə inam meydana gəlmişdir. insan ilk tikinti vərdişlərinə yiyələnmişdir. ilk insan kollektivi - ulu icma (insan sürüsü) yaranmışdır.
100 -40 - orta paleolit (mustye dövrü) mövcud olmuşdur. Buzlaşma başlanmışdır. insan süni yolla ad əldə etməyi, tələ qurma və ürkütmə yolu ilə ov etməyi, alaçıqlar qurmağı və dəridən paltar tikməyi öyrənmişdir. neandertal insan tipi yaranmışdır. insanlar daha geniş əraziyə Qarabağ, Qazax və Naxçıvana yayılmışlar. Axirət dünyasına inam və ovsunçuluq meydana gəlmişdir.
40 - üst paleolit mövcud olmuşdur. Ağıllı insan (homo sapiyens) yaranmışdır. ibtidai incəsənət meydana gəlmişdir. ulu icmanı Qəbilə icması əvəz etmişdir. Ana xaqanlığı dövrü başlanmışdır. iqlim mülayimləşmiş, nəhəng maralın və mağara ayısının nəsli kəsilmişdir.
orta daş dövrü (mezolit) mövcud olmuşdur. Buzlaşma başa çatmışdır. Ox və kaman, daş balta, balıq ovlamaq üçün qarpın düzəldilmişdir. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin başlanğıcı qoyuldu. Heyvanların əhilləşdirilməsinə başlandı. ilkin əkinçilik vərdişləri və dəfn zamanı ölülərin yanına əşya qoyulması adəti meydana qəldi.
neolit dövrü mövcud olmuşdur. insanlar daşı cilalamağı və deşməyi öyrənmişlər. istehsal təsərrüfatı yaranmışdır. Toxa. əkinçiliyi, maldarlıq, toxuculuq meydana gəlmiş, qadınlar ilk saxsı qabları hazırlamağı öyrənmişlər. Oturaq həyata keçilmişdir. Daş dövrü başa çatmışdır.
eneolit dövrü mövcud olmuşdur. insan ilk dəfə metal (mis) emal etməyə başlamışdır. icmanın həyatında ağsaqqallar şurasının rolu artmışdır. Qoşa nikaha əsaslanan ailələr yaranmışdır. Dəfn zamanı ölüyə həyat vermək üçün üzərinə qırmızı rəng çəkir və ya oxra səpirdilər.
- Erkən tunc dövrü mövcud olmuşdur. Kür-araz mədəniyyəti yaranmışdır. insan tuncdan alətlər düzəltməyi öyrənmişdir. xış əkinçiliyi yaranmışdır.
Dostları ilə paylaş: |