1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan Midiya və Əhəməni imperiyalarının ağalığı dövründə



Yüklə 344,46 Kb.
səhifə19/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   15   16   17   18   19   20   21   22   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

18.Azərbaycan Midiya və Əhəməni imperiyalarının ağalığı dövründə.

E.ə. VII əsrin əvvəlində Midiya Ön Asiyanın qüdrətli dövlətinə çevrildi. Manna ərazilərinin imperiyaya qatılması Midiya dövlətinin iqtisadiyyatında yüksəliş yaratdı. İnkişaf etmiş kənd təsərrüfatına, sənətkarlığa və şəhər həyatına malik olan Manna Midiya əyalətləri arasında ən yüksək inkişaf səviyyəsinə çatmış ölkə idi. Ona görə də Manna bu imperiyanın iqtisadi-mədəni mərkəzinə çevrildi. Mannanın əhalisi Midiya tayfaları ilə yaxınlaşaraq Midiya dilinin ləhcələrini qəbul etdi. Mannanın özü isə «Kiçik Midiya» adlanmağa başladı.

Mənbələrdə Azərbaycanın şimal torpaqlarının Midiyaya tabe olması haqqında heç bir məlumat yoxdur. Bu, Azərbaycanın şimal torpaqlarında yaşayan əhalinin siyasi müstəqilliyini saxladığını göstərir. Bununla belə, burada yaşayan tayfalar, şübhəsiz ki, qonşuluqda yerləşmiş güclü Midiya dövləti ilə iqtisadi və mədəni əlaqələr saxlamışlar.

İşğalçı müharibələri nəticəsində yaranmış qüdrətli Midiya dövlətinin siyasi, iqtisadi əsası möhkəm deyildi. Heredot yazırdı ki, «midiyalılar onlara yaxınlıqda olan xalqlar üzərində, bu xalqlar öz qonşuları üzərində, qonşular isə onlarla həmsərhəd olan xalq üzərində ağalıq edirdi».



E.ə. 550-ci ildə Əhəmənilər nəslindən olan II Kir Midiya dövlətinə məxsus torpaqları ələ keçirib Əhəmənilər dövlətinin əsasını qoydu.

Güman edilir ki, Mada dövlətinin inzibati quruluşu sonralar Əhəməni imperiyasının quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması olmuşdur. Ehtimal olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq etmiş satrapların səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate, pehatu) səlahiyyətlərinin oxşarı idi.[43]

Hər halda Mada satrapları Aşşurun və Urartunun "qubernatorlarının" yalnız bir qədər dəyişilmiş oxşarları idilər.

Bibliyada və başqa Qədim Şərq mənbələrində "Mada çarı" və "çarlarından", "Mada çarı" və "onun köməkçiləri olan çarlardan" danışılır.[44] Deyilənlər Mada çarının vassalları və yaxud satrapları olmuşlar.

Mada dövlətinin mövcudluğu dövrünün mahiyyətcə 6–8 onilliklə məhdudlaşmasına (e.ə. VII əsrin sonu – VI əsrin I yarısı) baxmayaraq, onun yaradılmasının İran yaylası və Ön Asiya tayfaları və xalqlarının tarixi üçün böyük əhəmiyyətə malik olması mübahisəsizdir.[45]

Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər bir icma üzvü eyni zamanda döyüşçü idi. Mada cəmiyyətinin gücü xeyli dərəcədə bununla izah edilirdi. Kiaksar məhz bu cəhətə arxalanaraq özünün işğalçılıq müharibələrinə başlaya bilmişdi.

Madalılar Kiaksarın böyük işğalçılıq müharibələri zamanından etibarən Şərqin qədim mədəniyyətləri ilə təmasda oldular və uzunmüddətli olmasa da, Ön Asiyanın ən mühüm qüvvəsinə çevrildilər. Bölgənin sinifli cəmiyyətləri ilə əlaqələr Madada patriarxal dayaqların dağılması prosesini sürətləndirdi.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin