19.Atropaten dövlətinin yaranması.Atropatın daxili və xarici siyasəti.
Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E. ə. 328-ci ildə o. Makedoniyalı İsgəndər tərəfindən Kiçik Madanın satrapı vəzifəsinə təyin edildi. Nəticədə Kiçik Mada adlandınlan gələcək Atropatena torpaqlan Makedoniya işğalından xilas oldu. E. ə. 324-cü ildə İsgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş üsyanı öz gücü ilə yatıran Atropat qızını İsgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə ərə verərək öz mövqeyini daha da möhkəmləndirdi. E. ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki dövlət regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu.
Görünür, onun səyləri nəticəsində İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı çəkilməmişdir, E. ə. 321-ci ildə Perdikkinin ölümündən sonra imperiya yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e. ə. 321-ci ildə Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona görə yeni dövlət onun qurucusu olan Atropatın adı ilə Atropatena adlandırılmışdır. Atropat «bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına yol vermədi, təntənə ilə çar elan olunan Atropat bu ölkəni müstəqil etdi». Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması şəraitində Şərqdə siyasi müstəqillik qazanmış ilk dövlət hesab olunur.
Əhalisi və təsərrüfata Atropatena dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Tarixi şəraitdən asılı olaraq dövlətin ərazisi müxtəlif vaxtlarda müəyyən dəyişiklikliyə uğramış, böyümüş və ya kiçilmişdir.
E. ə. III əsrin 20-ci illərində Atropatenanın ərazisi Roma müəllifi Polibinin yazdığına görə, hətta Xəzər dənizindən o vaxtkı İberiyadan keçən Rioni çayının yuxarı axarlarınadək olan torpaqları əhatə edirdi.
Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada matienlər, saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqalan yaşayırdılar. Bu tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmişdir. Çoxsaylı tayfa olan kadusilər Strabona görə 20 min yüngül silahlı piyada və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Maqlar isə Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, böyük nüfuza malik idilər. Saqartilərin adı mənbələrdə e. ə. VIII əsrdə, kaspilərin adı isə e. ə. V əsrdə çəkilmişdir.
Atropatena əlverişli təbii — coğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan zəngin təsərrüfata malik olmuşdur. Strabon yazırdı ki, bu ölkənin bütün vilayətləri məhsuldardır. Atropatenada əhali çay vadilərindəki və Urmiya gölü ətrafındakı məhsuldar torpaqlarda əkinçilik və üzümçülüklə məşğul olurdu. Əkinçilikdə buğda və arpa növləri üstün yer tuturdu. Antik müəlliflərdən Strabon, Yevstafi və başqalan Atropatenada torpağın məhsuldarlığını qeyd edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 litrə yaxın çaxır hazırlanır, bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli məlumatlar var. Pohbinin məlumatına görə Atropatenanın Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Başqa bir antik müəllif Ammian Marseliniyə görə Atropatenada dünya şöhrəti qazanmiş «Nisa» cinsli atlar bəslənirdi. Hərbi işdə və nəqliyyat vasitəsi kimi istifadə edilən atların yetişdirilməsində yonca əsas yem bazası idi. Plininin «Midiya otu» adlandırdığı yonca toxumu Avropanın digər ölkələrinə Atropatenadan aparılmışdır. Atropatena kənd təsərrüfatı məhsullarının bolluğuna ğörə qonşu ölkələrdən fərqlənirdi.
Dostları ilə paylaş: |