22.Qədim(Qafqaz) Albaniya dövlətinin yaranması və inkişafı.
E. ə. IV əsrdə Azərbaycanın Araz sayından şimalda yerləşən torpaqlarında yaşayan və qədim türk söylarından biri olan Albanlar öz dövlətlərini qurmuşdular. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Kaspilər fars-yunan müharibələrində piyada və atlı döyüşçülər kimi iştirak etmişdilər. E. ə. 331-ci il Qavqamela döyüşündə Əhəməni ordusımun tərkibində alban döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdu.
Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Plini İsgəndərin e. ə. 327-ci ilə düşən Hindistan yürüşü zamanı Alban çarının ona iki dəfə qeyri-adi böyüklükdə köpək bağışlaması haqqında məlumat vermişdir. Bu məlumat e. ə. IV əsrin II yarısında Azərbaycanın şimalında Alban dövlətçiliyinin mövcudluğundan xəbər verir.
E. ə. IV-III əsrlərdə Albaniyanı idarə etmiş hökmdarların adları tarixdə qalmamışdır. Buna baxmayaraq e. ə. III əsrdə Makedoniyalı İsgəndərin pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verirdi. Dövlət sənədlərini təsdiq etmək üçün hökmdarların daşıdıqları belə möhürlərdən bizim eranın III əsrinədək istifadə olunmuşdur. Qədim Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi.
Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.[21] Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar.[22] Məsələn, yunanlar ölkənin adına Αλβανεια, latınlar isə Albānia demişlər. Qafqaz Albaniyasının adı qrabar dilli mənbələrdə Աղուանք – Ałuank, aşxarabar dilli mənbələrdə Աղվանք – Ağvank, fars dilli mənbələrdə Arran, ərəb dilli mənbələrdə isə Ər-Ran[23] şəklində qeyd edilmişdir.
Erməni müəllifi M. Çamçyan Ağvan sözünü qədim erməni dilində (qrabar) "ağu" xoşxasiyyət, mehriban sözündən törədiyini və "Mehriban insanlar ölkəsi" anlamına gəldiyini qeyd etmişdir.[24] Lakin Qiyasəddin Qeybullayev qeyd edir ki, "ağu" sözü qədim erməni dilinə qədim türk dilindən keçmişdir və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir.[25] Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir.[26]
Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi.[30] Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar.[31][32][33] Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III–IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli[34] və irandilli əhalidən ibarət idi.
Dostları ilə paylaş: |