24.Qədim(Qafqaz) Albaniyanın təsərrüfat həyatı,mədəniyyəti və əhalisinin dini görüşləri.
Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Həmin əşyalar müxtəlif – həm qiyamətli, həm də adi materiallardan hazırlanmaqla özünəməxsus xüsusiyyətlərə malikdir. Təşkil edilmiş arxeoloji ekspedisiyalar arasında Mingəçevir, Şamaxı, Qəbələ və Qax ekspedisiyaları öz məhsuldarlığı ilə diqqəti cəlb etmişdir.
Alban daş heykəllərin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış və mövzuyla əlaqədar bir sıra əsərlər nəşr edilmişdir. Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir.
Bu heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Mütəxəssislər qeyd edirlər ki, "Alban tarixi" əsərində Artsak bütləri dedikdə Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan "öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir".
Xristianlıq dan əvvəlki dövrlərdə alban tayfalari arasında müxtəlif səma cismlərinə, yunan tanrı və tanrıçalarına həmçinin oda sitayiş olmuşdur. Ölkənin müxtəlif ərazilərində atəşpərəstliklə bağlı məbədlər olmuş, lakin bunların əksəriyyəti sonradan xristian məbədlərinə çevrilmiş, bir qismi isə ərəblərin Azərbaycana yürüşləri zamanı dağıdılmışdır. Həmçinin Albaniyada ay ilahəsi Selenanın şərəfinə Ay ilahəsi məbədinin də tikildiyi məlumdur.
Strabonun verdiyi məlumata görə Antik Qafqaz Albaniyasında Zevs, Helios və Selenayla eyniləşdirilən tanrılara ibadət olunub. Belə ki, Strabon Alban panteonunun baş tanrısını Zevslə eyniləşdirir.
Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələriindən tapılan daş kişi heykəlləri diqqəti cəlb edir. Bunların ən səciyyəvi olanları Boyəhmədli, Seysulan, Xınıslı, Dağkolanlı və Çıraqlıdan aşkara çıxarlıb
Qəbir abidələrndən isə daha çox üzəri aypara ornamentləri ilə naxışlanmış əşyalar tapılıb ki, bu da Ay İlahəsi Selenanın işarələridir. İlahəyə sitayiş alban maddi mədəniyyət nümunələrində tez-tez rast gəlinən həyat ağacı ilə də bağlıdır.
Strabonun yunan adları ilə adlandırdığı eyni tanrılara sitayiş olunması sübut edir ki, farsların, madayların, ermənilərin və Qafqaz albanlarının oxşar panteonları varmış. Lakin hər bir millət ayrılıqda fərqli tanrılara üstünlük verirdi (məsələn albanalar Selenaya).
Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı məzarlardan başı və ətrafları kəsilmiş gil heykəlciklər tapılmışdır. Tədqiqatçıların rəyinə görə, başı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin uğurla başa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv edilir və qəbirlərdə basdırılırdı. Müqayisəvi ədəbiyyat göstərir ki, buna oxşar adət Orta Asiyada da vardı. Orada dulusçuluq məhsullarını yandırdıqda, onları "bədnəzər"dən qoruyan kukla heykəlciklərlə də belə rəftar edirdilər. Görünür, ecazkar varlıqların surətlərinin rəmzi olan bu sındırılmış heykəlciklər şər qüvvələrin bədnəzərlərini özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi.
Dostları ilə paylaş: |