1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan Xalq Cumhuriyyətinin dövlət quruculuğu və mədəniyyət sahəsində gördüyü işlər



Yüklə 344,46 Kb.
səhifə98/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   94   95   96   97   98   99   100   101   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

96.Azərbaycan Xalq Cumhuriyyətinin dövlət quruculuğu və mədəniyyət sahəsində gördüyü işlər.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına və tərəqqisinə  böyük töhfələr verib.

Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. 

Əsası 1873-cü ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti XX əsrin əvvəlində milli mədəniyyətin ən sürətlə irəliləyən sahələrindən idi. 

Lakin 1918-ci il mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşmüş, demək olar ki, fəaliyyətlərini dayandırmışdılar. Yalnız Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakıda teatr truppalarının yenidən təşkil olunmasına şərait yarandı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" olmuşdur.

Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olundu. Şuşada Hacıbəyli qardaşlarının teatr müdiriyyətinin filialı yaradıldı.

Cümhuriyyət Hökumətinin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən teatr işi maarif nazirliyinin sərəncamına verildi. Oktyabrın 18-də isə Hökumət Dövlət Teatrının təşkili haqqında xalq maarifi nazirinin məruzəsini dinləyərək, Mayılov qardaşları teatrının binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) həmin teatr üçün almaq barədə qərar qəbul etdi.

Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi.

Azərbaycan Hökuməti müsəlman teatr truppasını öz himayəsinə götürməyi qərara almışdı. Nazirlər Şurası 1919-cu il 17 noyabr tarixli iclasında maarif nazirinin türk opera-dram teatrının təşkili haqqında məruzəsini dinləyərək, Dövlət Türk Opera-Dram Teatrının yaradılmasını nəzərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300 min manat vəsait ayırdı. Beləliklə, Azərbaycan türk teatrı milliləşdirildi və dövlətin himayəsinə verildi.

İsmayıl bəy Rüstəmbəyovun “Dövləti-bisəmər” dramının məramnaməsi. 19 dekabr 1918-ci il.

Xeyriyyə tamaşalarının təşkili teatrın fəaliyyətində bir növ, ənənəyə çevrilirdi. "Azərbaycan" qəzetində həlak olmuş döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi.

Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş dram əsərləri mühüm yer tuturdu. Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının "Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı.

Azərbaycan teatrının qonşu ölkələrin incəsənət xadimləri ilə tarixi əlaqələri davam edir və genişlənirdi. "Hacıbəyli qardaşları" teatr truppası Qafqazın bir çox şəhərində, İranda qastrolda olmuş, Rəşt və Ənzəli şəhərlərində teatr tamaşaları göstərmişdi. 1920-ci ilin yazında Bakıdan Təbrizə teatr xadimləri qrupu göndərilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən istiqlal hərəkatı fədailəri, ziyalılar milli mənlik şüurunun, milli ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynadılar. 1918-ci ilin sonlarında Bakıda "Türk gecələri" konsertlərinin təşkili də bununla əlaqədar idi. 

Xalq Cümhuriyyəti dövründə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq xanəndələri və el aşıqları müstəsna rol oynayırdılar. 

Milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət verilirdi. 1919-cu ildə nəşr olunan "Zənbur" jurnalında Azərbaycan satirik qrafıkasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunurdu.

Memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Bakı Texniki Məktəbinin nəzdində heykəltəraşlıq sinfinin açılması nəzərdə tutulmuşdu.

1918-ci ildə Bakı şəhərinin daşnaklar və eser-menşeviklərdən azad edilməsi zamanı şəhid olmuş azərbaycanlı türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çənbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) Zivər bəy Əhmədbəyovun layihəsi əsasında ucaldılacaq abidə kompleksinin inşasına başlanılmışdı. 

Xalq Maarifi Nazirliyi tərəfindən Gəncədə Nizami məqbərəsinin tikintisinə 500 min manat vəsait ayrılmışdı.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin