1. Giriş ymb kimyasının tarixi (nəzəriyyələr) haqqında məlumat ymb kimyasının mühüm anlayışları


Yüksək molekullu birləşmələrin təsnifatı və nomenklaturası



Yüklə 32,26 Kb.
səhifə3/3
tarix29.04.2023
ölçüsü32,26 Kb.
#104549
növüMühazirə
1   2   3
Polimer. tarixi

1.4. Yüksək molekullu birləşmələrin təsnifatı və nomenklaturası
Yüksək molekullu birləşmələri müxtəlif əlamətlərə görə müəyyən qruplara ayırırlar. Mənşəyinə görə əsasən polimerləri 3 qrupa bölürlər:
1. Təbii polimerlər. Bu qrupa təbii şəraitdə əmələ gələn, bitkilər və heyvanlar aləmində, təbii minerallarda və yer səthində yayılmış polimerlər daxildir. Zülallar, nuklein turşuları, polisaxaridlər, qrafit, almaz və s. təbii polimerlərdir. Son illər təbii polimerləri bioloji polimerlər də adlandırırlar.
2. Süni polimerlər. Bu tip polimerlər təbii polimerlərin kimyəvi yolla emalından alınır. Sellülozanın nitrolaşmasından alınan nitrosellüloza asetilləşməsindən aınan asitilsellülozlar süni polimerlərdir.
3. Sintetik polimerlər. Kiçikmolekullu birləşmələrdən sintez yolu ilə alınan polimerlər sintetik polimerlər adlanır. Polietilen, polistirol, butadienstirol kauçuku, polivinilxlorid və çoxlu sayda bu tip polimerlər sintetik polimerlərdir

Əsas zəncirin quruluşuna görə yüksəkmolekullu birləşmələr üç qrupa bölünür.


1. Əsas zənciri eyni atomlardan düzəlmiş homozəncirli polimerlər: Bu tip polimerlərin makromolekul zəncirini əksər hallarda karbon atomları təşkil etdiyindən onlara çox vaxt karbon zəncirli polimerlər də deyilir. Təbii kauçuk, polistirol, polivinilxlorid, polietilen, almaz və s. karbon zəncirli polimerlərdir.
2. Əsas zənciri iki və daha çox müxtəlif element atomlarından təşkil olunmuş heterozəncirli polimerlər: Belə polimerlərin makromolekul zəncirinə karbon atomları ilə yanaşı, oksigen, kükürd, azot, fosfor və s. element atomları daxil olur. Zülallar, polisaxaridlər, nuklein turşuları, kapron, naylon, lavsan və s. heterozəncirli polimerlərə aiddir.
3. Qoşulmuş rabitəli yüksəkmolekullu biləşmələr: bu tip polimerlərin makromolekul zəncirində bir-biri ilə qoşulmuş rabitələr olur.
... –CH=CH–CH=CH–CH=CH- ...

yaxud
... ...


Yuxarıda qeyd edilən qruplar daxilində polimerləri daha kiçik qruplara bölmək olar. Məsələn:

1) Karbonzəncirli yüksəkmolekullu birləşmələri elementar zvenonun tərkibinə görə karbohidrogenlərin, spirtlərin, turşuların, aldehidlərin, efirlərin və s. polimerləri olmaqla ayrı-ayrı altqruplara ayırırlar. 2) Heterozəncirli polimerlərə isə oksigenli, azotlu, kükürdlü, fosforlu element, üzvi yüksəkmolekullu birləşmələr daxil edilir. 3) Poliasetilenlər, polifenilenlər, polinitrillər və s. qoşulmuş rabitəli polimerlərin ayrı-ayrı altqruplarıdır.


Yüksəkmolekullu birləşmələrin nomenklaturası kiçik molekullu birləşmələrə nisbətən daha sadədir. Onların adları, bir qayda olaraq, alındıqları kiçik molekullu birləşmənin adının qarşısına “poli” sözönlüyü əlavə etməklə düzəldilir. Məs., stiroldan alınan polimer polistirol, vinilxloriddən alınan polimer polivinilxlorid, izoprendən alınan polimer poliizopren və s. adlanır.
Birgə polimerlərin adlarını düzətmək üçün uyğun birləşmələrin adlarından və “birgə polimer” sözlərindən istifadə edilir. Məs., butadien-stirol birgə polimeri, stirol-metilmetakrilat birgə polimeri və s.
Bir çox hallarda polimerlər üçün daha ümumi adlar işlədilir. Məs., zəncirində mürəkkəb efir qrupu olan polimerlər poliefirlər, amid qrupu saxlayan polimerlər isə poliamidlər adlanırlar.
Bəzi polimerlər üçün bu və ya başqa səbəblə əlaqədar olaraq verilmiş təsadüfi adlardan istifadə edilir. Məs., tereftal turşusu və etilenqlikol əsasında SSRİ Elimlər Akademiyasının Yüksəkmolekullu birləşmələr labaratoriyasında alınmış polimer bu laboratoriyanın rus dilində adına uyğun olaraq “lavsan” (лаборатория высокомолекиляpных соединений Академии наук), diaminlər və dikarbon turşuları əsasında alınan poliamidlər Nyu-York və London şəhərlərinin şərəfinə “Naylon” (найлон) adlanır.
Ayrı-ayrı polimerlərin müxtəlif ölkələrdə qəbul olunmuş çoxlu sayda firma adları da mövcuddur.

Praktikum / Sərbəst araşdırma


• Monomer, oliqomer və polimerin əsas fərqləri. Polietilenin alınması üsulları və tətbiq sahələri haqqında ətraflı məlumat
Testlər
1. Polimer maddələr nə vaxtdan mövcud olmuşdur?

A) Çox qədim zamanlardan


B) Kimyaçılar tərəfindən süni və sintetik üsulla polimer maddələr alınandan sonra


C) Yaxın zamanlardan


D) XX əsrdən


E) Son illərdən


2. Polimer maddələr hansı xüsusiyyətlərinə görə bəsit maddələrdən fərqlənirlər?


A) Onları təşkil edən molekulların həcmi və molekul kütləsinin böyüklüyü ilə


B) Yalnız onları təşkil edən molekulların həcmi ilə


C) Yalnız onları təşkil edən molekulların molekul kütləsinin böyüklüyü ilə


D) Onları təşkil edən atomların sayı ilə


E) Heç nə ilə fərqlənmir


3. Ümumi şəkildə nizamlı quruluşlu birgə (so) polimer hansıdır?


1. ...–A–A–A–B–B–B–A–A–A–...


2. ...–A–B–A–B–A–B–A–...


3. ...–A–B–A–A–B–A–B–A–B–B–...


A) Yalnız 2


B) Yalnız 3


C) Yalnız 1


D) 2; 3

E) 1; 3

4. Polimerləşmə dərəcəsi hansı asılılıqla müəyyən olunur?


A) P=M/m

B) P=m/M

C) K=m/V

D) C=ν/V
E) ν=m/M

5. Aşağıdakı variantların hansında yalnız təbii polimerlər verilmişdir?


A) Zülallar, polisaxaridlər, qrafit, almaz, nuklein turşuları


B) Zülallar, sellülozanın efirləri, polistirol


C) Nişasta, sellüloza, xlorlaşmış təbii kauçuk, butadien-stirol birgə polimeri


D) Təbii kauçuk, xlorlaşmış təbii kauçuk, polivinilxlorid


E) Asetilsellülozlar, sellüloza, nuklein tuşuları, polietilen


6. Hansı variantda yalnız homozəncirli polimerlər verilmişdir?


A) Təbii kauçuk, polistirol,polivinilxlorid, polietilen, almaz


B) Təbii kauçuk, polisaxaridlər, kapron, naylon


C) Polietilen, nuklein turşuları, kapron, lavsan


D) Polivinilxlorid, polietilen, lavsan, almaz


E) Almaz, lavsan, kapron, polistirol, təbii kauçuk


7. Monomerlərin aqreqat halları hansılardır?


A) Qaz, maye və bərk


B) Yalniz maye


C) Yalniz bərk


D) Yalniz qaz


E) Bərk, maye


8. Silisium oksidin polimerləri hansı variantda düzgün verilmişdir?


A) Kvars, dağ billuru, ametist


B) Korund, rubin, sapfir


C) Almaz, qrafit


D) Almaz, kvars


E) Qrafit, korund


9. Birgə polimerlər hansı quruluşda olurlar və nə ilə fərqlənirlər?


A) Ataktik, müntəzəm, qeyri-müntəzəm və yerləşməsi ilə fərqlənirlər


B) Müntəzəm, qeyri- müntəzəm və fərqlənmirlər

C) Müntəzəm və elementar zvenoların nizamsız yerləşməsi ilə fərqlənirlər


D) Qeyri müntəzəm və elementar zvenoların nizamsız yerləşməsi ilə fərqlənirlər


E) Heç biri


10. Orta molekul kütləsi 408000 olan poliizoprenin polimerləşmə dərəcəsi neçədir?


A) 6000

B) 3000

C) 12000

D) 1500

E) 600



Ədəbiyyat
1. Əkbərov O.H., Əzizov A.Ə., Əkbərov E.O. Yüksək molekullu birləşmələr kimyası. Bakı, Universitet nəşr., 2004
2. Əkbərov O.H., Əzizov A.Ə. Yüksək molekullu birləşmələr kimyası, Bakı, Universitet nəşr., 2007
Yüklə 32,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin