1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


IV 1993-1994-cü ildə Qarabağda baş vermiş əsaslı dönüşün səbəbləri



Yüklə 87,73 Kb.
səhifə20/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   17   18   19   20   21   22   23   24   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

IV 1993-1994-cü ildə Qarabağda baş vermiş əsaslı dönüşün səbəbləri.

1993-cü il iyul ayında Ağdam, avqustda Cəbrayıl, Füzuli, Qubadlı, oktyabrın sonlarında isə Zəngilan rayonları işğala məruz qaldı.

BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı olan 853, 874, 884 saylı qətnamələr qəbul etdi.

 Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikanın rəhbərliyinə qayıdışı ordu quruculuğunda da ciddi nəticələrə gətirib çıxardı. Nizamsız hərbi hissələr ləğv edildi, güclü nizami ordu yaradılması prosesi başladı. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya və radio ilə müraciət edərək xalqı düşmənə qarşı birləşməyə və mübarizəyə qalxmağa səslədi. Xalq öz rəhbərinin çağırışına səs verdi. Tez bir zamanda könüllülərdən ibarət taborlar yaradıldı və cəbhəyə göndərildi. Əfqanıstanda xidmətdə olmuş keçmiş döyüşçülər Prezidentə müraciət etdikdən sonra onlardan ibarət hərbi hissə yaradıldı.

1993-cü ilin noyabrında Ali Sovet Müdafiə haqqında qanun qəbul etdi. Prezident şəxsən cəbhə bölgələrində olub konkret tədbirlər müəyyənləşdirdi.

Həmin il noyabrın ortalarında Azərbaycan Ordusu artıq cəbhələrdə ermənilərin hücumlarına ciddi müqavimət göstərə bilirdi. Dekabrın ortalarında Azərbaycan əsgərləri Beyləqan istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirdilər.

1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu Füzuli rayonundakı mühüm strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsini və 22 kəndi azad etdi. Hücum genişləndirildi, Cəbrayıl rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir sıra yaşayış məntəqələri düşməndən təmizləndi. Döyüşlərdə düşmən 4 min əsgər və zabit itirdi.

Nüfuzlu imperiyapərəst qüvvələr ermənilərə köməklərini daha da artırdılar. Lakin Azərbaycan silahlı qüvvələri düşmənin bütün cəbhələrdəki hücumlarına sinə gərə bildi.

Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində Rusiyanın münaqişəni həll etmək səylərinə də sayğı ilə yanaşdı. Azərbaycan Respublikası 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən Bişkek protokolunu imzaladı. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə edildi.

Ölkə ərazisinin 20 faizi düşmən tapdağı altındadır. Elan edilməmiş müharibədə 20 min azərbaycanlı şəhid, 5 min nəfər əlil olub, 100 min nəfər yaralanıb. Qaçqın və köçkünlərin sayı milyonu keçib.


Mövzu:13 Milli qurtuluş




Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin