525. Omfalitin hansı formalarında cərrahi əməliyyat göstərişdir:
A) Qanqrenoz forma
B) İrinli forma
C) Sadə forma
D) Funqus
E) Kataral forma
526. Omfalit zamanı cərrahi müdaxilənin prinsipi nədən ibarətdir?
A) Göbək ətrafındakı hiperemiya üzərində çoxlu sayda kəsiklər aparmaq
B) Göbək üzərində böyük kəsik aparmaq
C) Göbəyi kəsib götürmək
D) Laparatomiya
E) Omfalostomiya
527. Yenidoğulmuşların fleqmonasında dərinin hansı elementi birinci olaraq zədələnir?
A) Dərialtı piy toxuması
B) Tər vəziləri
C) Piy vəziləri
D) Epidermis
E) Derma
528. Yenidoğulmuşların fleqmonasının yerli müalicəsi necə aparılmalıdır ?
A) Hiperemiya üzərində sağlam sahəyə qədər şahmatşəkilli kəsiklər aparmalı
B) Antiseptiklərlə yerli sarğılar qoymaq
C) Hiperemiya sahəsində xaçabənzər kəsiklər aparılmalıdır
D) Dərialtı sahə punksiya olunmalı və antiseptiklərlə yuyulmalıdır
E) Radikal cərrahi müdaxilə olunmalıdır.
Dostları ilə paylaş: |