235. Kəskin hemotogen osteomielitdə (metadiafizar zədələnmə) immobilizasiya hansı müddətə aparılmalıdır?
A) 1-1,5 həftə
B) 2-aya qədər
C) 4 həftə
D) 1 həftə
E) Göstəriş deyil
236. Hemotogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə formalaşmış sekvestral qutu olarsa, hansı müalicə göstərişdir?
A) Sekvestrektomiya
B) Fizioterapiya
C) Sümükdaxili antibiotikoterapiya
D) Müşahidə
E) Voronçixin əməliyyatı
237. Hemotogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə sümüyün diffuz zədələnməsi sekvestrasiya ilə müşayət olunmursa, hansı göstərişdir?
A) Toxumadaxili antiseptiklə müalicə
B) Sekvestrektomiya
C) Çoxsaylı trasdermal osteoperforasiya
D) Fizioterapiya
E) Müşahidə
238. Kəskin hemotogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiq göstəricisi normada necə olmalıdır?
A) 140-160 mm.su süt.
B) 60-100 mm.su süt.
C) 90 mm.su süt.-dan aşağı
D) 160-180 mm.su süt.
E) 122-140 mm.su süt.
239. Kəskin hemotogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiqin ölçülməsinə göstəriş nədir?
A) Ətrafda ağrının olması və yüksək hərarət
B) Bütün göstərilən hallarda
C) Anamnezində travma
D) Bir oynağın zədələnməsi ilə revmatizm
E) Yumşaq toxumaların xəstəliyi sindromu
240. Kəskin hemotogen osteomielitdə dekompressiv osteoperforasiya nəyə imkan vermir?
A) Aydın olmayan hallarda diaqnozu dəqiqləşdirməyə
B) Sümük iliyi kanalından sitoloji müayinə üçün iərazat götürməyə
C) İltihab ocağını tam sanasiya etməyə
D) Ağrını götürməyə
E) Sümükdaxili təzyiqi ölçməyə
241. Kəskin hemotogen osteomielitdə yumşaq toxumaların drenaj müddəti necə müəyyən edilir?
A) Patoloji ifrazatın xarakteri və miqdarı ilə
B) Laborator göstəricilərin dinamikası ilə
C) Ağrı sindromunu götürməklə
D) Rentgenoloji göstəricilərin dinamikası ilə
E) Əhvalın yaxşılaşması ilə
242. Kəskin hemotogen osteomielitdə immobilizasiya əməliyyatdan sonrakı dövrdə nəyi təmin etmir?
A) Kontrakturanın inkişaf etməməsini
B) Ağrının azalmasını və iltihabın məhdudlaşmasını
C) Sümük toxumasının sürətli bərpasını
D) Çıxıq və deformasiyanın inkişaf etməməsini
E) Lazımi sakitliyi
243. Kəskin hemotogen osteomielitdə ətrafın immobilizasiyası xəstəliyin normal gedişi zamanı hvnsı müddətdən çox saxlanmamalıdır ?
A) 1 ay
B) 1,5 həftə
C) 1 həftə
D) 2-3 ay
E) 2-3 həftə
Dostları ilə paylaş: |