5. Çoxmənalılığın yaranma yolları



Yüklə 35,5 Kb.
səhifə2/11
tarix29.12.2021
ölçüsü35,5 Kb.
#48701
1   2   3   4   5   6   7   8   9   10   11
məna qrupları

Məcazlaşma oxşar əlamətlərin ümumi liyinə görə gerçəkliyin bir – biri ilə əlaqədar olan əşyalardan birinin adının digər oxşar əşyanın adına köçürülməsidir. Sözün məcazi mənada işlənməsi bizi əhatə edən varlığın hər hansı yeni əşya və ya hadisəni adlandırmaq cəhdindən irəli gəlir. Əmələ gələn yeni məna bir əşyanın adının digər əşyaya köçürülməsinə, əsas mənanın genişlənməsinə və ya daralmasına əsaslanır. Məcazi mənaın oxşarlığa, funksiya və əşyaların əlamətcə bir – birinə yaxınlaşmasına görə üç qrupa bölünür: a)metafor, b)metonimiya, c)sinekdoxa.

Metafor bir əşyaya məxsus olan əlamət və keyfiyyətin başqa bir oxşar əşyaya köçürülməsidir. Metaforda oxşar əşyalar bir sözlə ifadə olunduğu zaman söz məcazlaşır. Burada əşya dəyişir, məfhum dəyişməz qalır. Dilimzdə mənanın metaforik məcazlaşma yolu ilə yaranması əşyaların forma, rəng, vəziyyət, hərəkət, hiss üzvləri vasitəsilə dərk etməyə və s. əlamətlərinin oxşarlığına əsaslanır.

Metaforik məna həm qiymətləndirmə vasitəsinə xidmət edir, həm də nominativ funksiya yerinə yetirir. Yeni məhfum məlum köhnə sözlə adlandırılır və müəyyən edilir. Bəzən canlı varlığın keyfiyyəti, hərəkəti, xüsusiyyəti cansız əşyalarda möhkəmləndirilərək adın metaforik köçürülməsi müşahidə olunur: qızıl bilərzik – qızıl adam, isti otaq – iti baxış və s.



Metonimiya. Əlaqə əsasında bir əşyanın adının digər əşyaya köçürülməsinə metonimiya deyilir. Bu, əşya və hadisələrin əlamətlərinin qarışıq birləşməsi nəticəsində yaranır. Metonimiya adın məcazlaşmasına xidmət edir. Metonimiya metafor kimi oxşarlığa yox, qovuşuqluğa görə fərqlənir. Metonimiyada iki əşya və ya hadisənin bir adı olur. Bu ad qovuşuq olmalıdır: auditoriya ali məktəblərdə otaq və dinləyici qrupu kimi işlədilir.

Dilimizdə metonimiya bu yollarla yaranır: məkan etibarilə (məhkəmə - idarə adı və bina), proses etibarilə (dolanmaq – gəzmək, fırlanmaq və yaşamaq) və nəticə etibarilə (süzmə - süzmə prosesi və qatıq).



Sinekdoxa arasında kəmiyyət münasibəti əlamətinə görə bir hadisənin mənasının digərinə köçürülməsidir. Başqa sözlə, sinekdoxa bütövün adının hissəsinin adının, eləcə də, xüsusinin əvəzinə ümuminin işlənməsidir.

Sinekdoxada bir söz həm bütövün adı, həm də hissəsi kimi işlədilir. Sinekdoxa hadisəsi kəmiyyət əlaqəsi əsasında məna köçürülməsidir. Sinekdoxanın iki növünü fərqləndirə bilərik: 1) tam əvəzinə hissə işlədilməsi: çolaq – qıçı çolaq, şil - əli şil, kar – qulağı kar və s.; 2)ümumi anlayışı bildirən söz konkret əşya ilə işlədilir. Eyni bir söz bütöv və bütövün hissəsini bildirir. Məsələn, ağac – alma ağacı, palıd ağacı; gül – nərgiz gülü, yasəmən gülü və s.




Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin