Microsoft Word Qabusname doc


YUXU VƏ İSTİRAHƏT HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə44/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   40   41   42   43   44   45   46   47   ...   103
YUXU VƏ İSTİRAHƏT HAQQINDA 
Ey oğul, bil və agah ol ki, Rum alimlərin
77
də belə bir adət 
vardır, onlar hamamdan çıxdıqdan sonra hamamın soyunacaq 
otağında bir az yatmayınca dişarı çıxmazlar. Belə bir adət başqa 
heç bir xalqda yoxdur. Müdrik adamlar yuxunu kiçik ölüm 
adlandırmışlar, çünki istər yatmış olsun, istər ölmüş, heç birinin 
bu dünyadan xəbəri olmur, fərq ondadır ki, biri nəfəsli ölüdür, 
biri nəfəssiz. Çox yatmaq tə'riflənəsi adət deyildir: bədəni 
süstləşdirər, xasiyyəti yerindən oynadar, insanın sifətini təbii 
halından çıxarıb, qeyri-təbii hala salar. Beş  şey insana üz 
verdikdə  dərhal onun simasını  dəyişdirər: biri gözlənilməz 
şadlıq, biri qəflətən baş vermiş bədbəxtlik, biri qəzəb, biri yuxu, 
biri sərxoşluqdur. Altıncısı qocalıqdır, insan qocaldıqda onun 
siması dəyişilər, amma bu başqa növ dəyişmədir. 
Lakin insan yuxuda olarkən nə diri hesab edilə bilər, nə 
ölü. Ölüyə irad tutmaq mümkün olmadığı kimi, yatmışa da irad 
tutmaq olmaz. Mən demişəm: 
 
R üb a i 
Hərçənd cəfa edib bükdün belimi,  
Lakin mən üzmərəm səndən əlimi.  
Yatmısan, yatanı danlamaq olmaz,  
İncidib atmaram mən gözəlimi. 
 
Çox yatmaq ziyan olduğu kimi, az yatmağın da zərəri 
vardır.  Əgər bir adam yetmiş saat qəsdən yatmasa və ya zorla 
onu oyaq saxlasalar, ölüm təhlükəsi qarşısında qalmış olar. 
Lakin hər işin öz əndazəsi vardır. Alimlər deyiblər ki, 
gecə-gündüz iyirmi dörd saatdır. Bunun iki hissəsini oyaq olub, 
bir hissəsini yatmaq lazımdır, bunlardan səkkiz saatı Allaha 
ibadətə və təsərrüfata, səkkiz saatını kef, əyləncə və ruhi ləzzətə, 
səkkiz saatını isə istirahətə  sərf etmək lazımdır ki, on altı saat 
içərisində yorulmuş  bədənin üzvləri rahatlanıb dincələ bilsin. 
Cahil adamlar bu iyirmi dörd saatın yarısını yatıb, yarısını oyaq 
qalarlar, tənbəllər iki hissəsini yuxulayıb bir hissəsini məşğul 
olarlar, ağıllılar isə bir hissəsini istirahət edər, iki hissəsini ayıq 
olarlar. 
 Dediyimiz kimi, hər səkkiz saatı başqa cürə geçirmək 
lazımdır. Bilməlisən ki, haqq-taala gecəni yatmaq üçün
86 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
bəndələrin dincəlməsi üçün yaratmışdır. Necə ki demişdir: "Biz 
gecəni örtük yaratdıq"
78
. Bu həqiqəti də bil ki, bütün canlılar 
bədən və candan ibarətdir. Bədən məskəndir, can isə onun 
sakini. Canın üç xüsusiyyəti vardır: yaşamaq, yüngüllük və 
hərəkət; bədənin də üç xüsusiyyəti vardır: ölmək,  ətalət və 
ağırlıq. Canla bədən bir yerdə olduqca can öz xüsusiyyətləri ilə 
bədəni idarə edər, həm işlədər, həm yaşadar, bə'zən isə bədənin 
öz xüsusiyyətləri onu işdən qoyar, qəflətə sövq edər. Bədən öz 
xüsusiyyətini büruzə verdikdə ölüm, ağırlıq,  ətalət, yatmağa 
meyl göstərərlər, yatmaq evin dağılmağına oxşar, ev dağılanda 
nə varsa, hamısı aşağı töküldüyü kimi, bədən də yatanda insanın 
bütün ruhunu əhatə etmiş olar, nə qulaq eşidər, nə göz görər, nə 
burun qoxu bilər, nə damaq ləzzət anlar, nə toxunmaq üzvü 
ağırlıq, yüngüllük, bərklik və yumşaqlıq hiss edər, nə  də dil 
nitqə  gəlib bir şey deyə bilər, hər nə öz yerindədirsə, hamısını 
əhatə etmiş olar. Hafizə  və fikir öz məkanlarından xaricdə 
olduqlarından onlara tə'sir edə bilməz. Görmürsənmi, bədən 
yatdıqdan sonra fikir müxtəlif yuxular görür, hafizə isə onu 
yadında saxlayır və insan ayıldıqdan sonra nağıl edir ki; "elə 
görmüşəm, belə görmüşəm".  Əgər bunlar da öz yerlərində 
olsaydılar, onları da əhatə edərdi, beləliklə nə fikir bir şey deyə 
bilərdi, nə hafizə bir şey yadda saxlaya bilərdi. 
Əgər nitq və yazı  da  öz  yerində olsaydı, o zaman bədən 
yata bilməzdi, yata bilib danışa bilsəydi, o halda yuxu və 
istirahət özü ola bilməzdi, çünki bütün canlıların istirahəti 
yuxudadır. Deməli, haqq-taala heç bir) şeyi hikmətsiz 
yaratmamışdır. Gündüz zorla da olsa, özünü yatmaqdan xilas et, 
bacarmasan, az yatmağa çalış, gecəni gündüzə çevirmək ağıllı iş 
deyil. Lakin böyük və dövlətli adamlarda belə adət vardır onlar 
yayda günorta vaxtı dincəlməyə gedərlər, ola bilər yatsınlar, ola 
bilər yox. Lakin dincəlməyin  əsil yolu budur ki, adət olduğu 
üzrə bir saat istirahət edəsən. Bu mümkün deyilsə vaxtın xoş 
keçdiyi bir adamla xəlvətə  çəkilmək lazımdır ki, günəş keçsin, 
hərarətin kəsəri azalsın. Sonra dişarı çıxmaq olar. Ümumiyyətlə, 
çalışmaq lazımdır ki, ömrün çoxu ayıqlıqda keçsin, onsuz da 
çox yatmaq lazım gələcəkdir. 
Lakin istərsə gecə, istərsə gündüz yatmaq istərkən, tək 
yatmaq lazım deyildir, elə adamla yatmaq lazımdır ki. o sənin 
ruhunu oxşamış olsun, çünki ölmüş və yatmış müəyyən mə'nada 
eyni deməkdir: nə bunun, nə  də onun dünyadan xəbəri olmur, 
biri diri yatır, biri ölü. Bu iki yatmış arasındakı  fərq ondan 
ibarətdir ki, biri çarəsizlik və məcburiyyət üzündən tək yatır, o 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
birisi isə  məcburiyyət olmadığından nə üçün bu birisi kimi tək 
yatsın?! Elə buna görədir ki, bu dünyada səninlə yatan adam 
ruhunu oxşamalıdır, o biri dünyada isə kimin səninlə 
yatacağının  əhəmiyyəti yoxdur. Belə olduqda diri və ölü 
yatmağın fərqi aşkar olar. 
Səhər tezdən durmağı adət etmək lazımdır. Elə etmək 
lazımdır ki, gün çıxmamışdan qabaq durasan və Allahın 
borcunu vermiş olasan. Gün çıxanda duran adamın ruzisi az 
olar, çünki bir tərəfdən namazı buraxmış olar, ikinci tərəfdən 
namazın babalı onun boynunda qalar. Deməli, səhər tezdən dur 
və Allahın borcunu ver ondan sonra öz işlərinə başla. Səhər bir 
işin olmasa ova və ya gəzməyə gedə bilərsən, həm  şikar 
ovlarsan, həm kef çəkərsən. Allah qoysa edərsən. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
On səkkizinci fəsil  

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin