13.DƏLİ YIĞINCAĞI
V
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə, 6-cı və 7-ci səhifələr isə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. 1, 2 və 5-ci vərəqlərin bir üzü boş qalmışdır. Əlyazma üzərində qara mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır. Yalnız I və II məclisləri verilmişdir.
Başlanır: Küçədə dəlixananın qapısı ağzında…
Bitir: … vay eləyib bihuş olur və yıxılır…
Ölçüsü: 17x22 sm; həcmi: 9+11 (boş) vərəq; fond 6, s.v. 26.
14.DƏLİ YIĞINCAĞI
VI
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr qara karandaşla nömrələnmişdir. Mətnin ilk səhifəsində «I məclis» yazılmasına baxmayaraq, əslində bu, əsərin yazılışı prosesində meydana çıxmış epizodlardan biridir. Əlyazma üzərində qara və qırmızı mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Küçədə dəlixananın qapısı ağzında…
Bitir: … bizi də apar Qəmərin harayına…
Ölçüsü:18x22 sm; həcmi: 10+5 (boş) vərəq; fond 6, s.v. 27.
15.ƏR
Dostları ilə paylaş: |