3.ƏBDÜSSƏLİMZADƏDƏN
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 17 mart, 1915-ci il, Stanislav. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Məktub Mürşid əfəndiyə ünvanlanmışdır.
Məzmunu: Mürşid əfəndiyə çoxlu kitab oxumağı, vaxtını boş işlərə sərf etməməsini məsləhət görür və ona bəzi dilləri öyrədəcəyini bildirir.
Başlanır: Əzizim şimdiyə qədər məktublarınıza…
Bitir: … millətin gözəl mühafizəsinə çalışmalısan.
Ölçüsü: 11x16 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 478.
4.ƏBDÜSSƏLİMZADƏDƏN
II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 avqust, 1916-cı il, Stanislav. Cizgili vərəqin hər iki üzünə qırmızı mürəkkəblə yazılmışdır. Məktub naməlum şəxsə ünvanlanmışdır.
Məzmunu: Bəzi elmi məsləhətlər verir.
Başlanır: Qardaşım! 1916 – 24 iyul tarixli…
Bitir: … Xudahafiz. Əbdüssəlimzadə.
Ölçüsü: 21x30 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 479.
5.ƏHMƏDBƏY CAVANŞİRDƏN
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1874-cü il. Ayı, günü və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Sonda qara rəngdə möhürü var. Məktub Əsgər Bakuyə ünvanlanmışdır.
Məzmunu: 50 manat borc barəsindədir. 240 manat pul verib vəkil tutmasını və lazım gələrsə onun divana da müraciət etməsini bildirir.
Başlanır: Etimadi-Əsgər Bakuyə…
Bitir: … Əz-tərəfi Əhməd bəy Cavanşir.
Ölçüsü: 11,5x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 448*.
Dostları ilə paylaş: |