DİGƏR MƏKTUB VƏ TƏLİQƏLƏR 1.ARİF ƏLİYEVDƏN Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 4 fevral, 1965-ci il, Naxçıvan. Teleqram qara rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan Yazıçılar İttifaqına ünvanlanmışdır.
Məzmunu: C.Məmmədquluzadənin qızı Münəvvər xanımın vəfatı münasibəti ilə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
ƏLİHEYDƏR QARAYEVDƏN Rus dilində. Yazılış tarixi 16 oktyabr, 1922-ci il, Bakı. Saya vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Darkənarda «so storonı Narkomprosa vozrajeniy ne imeetsə. 16/X.22 q. M.Kuli» qeyd olunmuşdur. Məktub Xalq Maarif Komissarı M.Quliyevə ünvanlanmışdır.
Məzmunu: AKF MK-nin prezidiumunun «Molla Nəsrəddin» satirik jurnalının nəşrinə icazə verildiyi bildirilir və XMK-dan C.Məmmədquluzadənin jurnalın redaktoru olmasına icazə verilməsini xahiş edir.
Başlanır: Narkomprosu t. Kulievu. Po…