10.KONSULUN ARVADI Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 1918-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Əsər cizgili dəftər vərəqlərinin bir (1-10) və hər iki (11-12) üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Konsulun arvadı», onun altından əvvəlcə «(hekayə)» yazılmış, sonradan isə qara mürəkkəb və qırmızı karandaşla pozulmuşdur. Avtoqrafın axırında «Tamam. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin). 1918» sözləri qeyd edilmişdir. Əsər üzərində qara, yaşıl mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Ölçüsü: 17, 5x22 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 39.
11.QİYAMƏT Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «Qiyamət», onun altından «(Yaxud kəndli qadınlar)», «Oktyabr inqilabının on illiyi», son səhifəsində isə «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)» sözləri qeyd olunmuşdur. Əsər üzərində cüzi təshih işi aparılmışdır.
Başlanır: Bu ilki oktyabr ayı ola bilər ki…
Bitir: … iki kəlmə – Oktyabr inqilabıdır!
Ölçüsü: 18x30,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 49.
12.QOŞA BALINC Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «Qoşa balınc», onun altından «(hekayə)» sözləri qeyd olunmuşdur. 7-ci vərəqdən iki ədəddir: 7 (1) və 7 (2). Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Avqust ayının iyirmi üçündə…
Bitir: … biz qoşa yataq və qucaqlaşaq.
Ölçüsü: 18x30 sm; həcmi: 24 vərəq; fond 6, s.v. 50.
13.QUZU Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi iyun, 1914-cü il, Tiflis. Əsər dama-dama dəftər vərəqlərinin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Səliqəlidir. İlk səhifəsində «Quzu», son səhifəsində isə yenə «Quzu», riyazi hesablamalar və rus dilində bəzi qeydlər vardır.
Başlanır: Kəblə Məhəmmədhüseynin…
Bitir: … Allah xana ömür versin.
Ölçüsü: 18x22 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 37.
14.OĞRU İNƏK Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «hekayə», «Oğru inək», onun altından «(qabağı keçən nömrədə)», son səhifəsində isə «Cəlil Məmmədquluzadə» sözləri qeyd olunmuşdur. Əsər üzərində cüzi təshih işi aparılmışdır. Natamamdır. Hekayənin əvvəli yoxdur.
Başlanır: … Oğru inəyin macərası…